Məhkəmə qərarları › İş №2(103)-6480/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6480/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6480/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1381/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Cavabdehin abonent hesabına aktlar əsasında 2014-cü ilin fevral ayında 100,80 manat, 2016-cı ilin fevral ayında 100,80 manat, 2016-cı ilin oktyabr ayında 248,10 manat, 2016-cı ilin dekabr ayında 258,70 manat, 2017-ci ilin fevral ayında 799,20 manat, 2017-ci ilin aprel ayında 745,20 manat, 2018-ci ilin yanvar ayında 1214,60 manat, fevral ayında 53,20 manat, mart ayında 159,80 manat, aprel ayında 265,60 manat, may ayında 67 manat, iyul ayında 133,20 manat, avqust ayında 133,20 manat, noyabr ayında 284,40 manat, dekabr ayında 142,20 manat, 2019-cu ilin yanvar ayında 142,20 manat, fevral ayında 142,20 manat, mart ayında 142,20 manat, aprel ayında 142,20 manat, 2020-ci ilin aprel ayında 885,60 manat, may ayında 583,20 manat, iyun ayında 194,40 manat, iyul ayında 194,40 manat, avqust ayında 194,40 manat, sentyabr ayında 194,40 manat, oktyabr ayında 194,40 manat, noyabr ayında 295,20 manat, dekabr ayında 295,20 manat, 2021-ci ilin yanvar ayında 295,20 manat, fevral ayında 295,20 manat, mart ayında 295,20 manat, aprel ayında 295,20 manat, may ayında 194,40 manat, iyun ayında 194,40 manat, iyul ayında 194,40 manat, avqust ayında 194,40 manat, sentyabr ayında 295,20 manat, oktyabr ayında 504 manat, noyabr ayında 648 manat, dekabr ayında 648 manat, 2022-ci ilin yanvar ayında 648 manat, fevral ayında 648 manat, mart ayında 2008,80 manat və iyun ayında 362,88 manat olmaqla, ümumilikdə 15.926,48 manat məbləğində borc hesablanmışdır.

2. Abonent saldosundan görünür ki, 2014-cü ilin fevral ayında olan akt üzrə hesablanmış 100,80 manat məbləğində pul cavabdeh tərəfindən ödənilmiş, ünvana xx.xx.2022-ci il tarixdə sayğaz quraşdırılmışdır

3. “Paylayıcı” İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, sonuncunun ünvanı təbii qazla təchiz edilmiş və həmin ünvan **********00900 saylı abonent kodu verilməklə, müvafiq qaydada “Zenner G- 4T Smart” markalı qaz sayğacı ilə təmin edilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2744/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı İstehsalat Biriliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 15.875,98 manat məbləğində zərərin və ödənilmiş 137,63 manat dövlət rüsumunun əvəzini, ümumilikdə 16.013,61 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-04449xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00900 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli 083862 saylı akt əsasında 100,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 248,10 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 258,70 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 799,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 745,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1214,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 53,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 159,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 265,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 67 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2008,80 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, cəmi 15 926,48 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymişdir. Cavabdeh 100,80 manat məbləğində, 50,50 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo və Gazrep üzrə ümumi 15.875,98 (on beş min səkkiz yüz yetmiş beş manat 98 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Məhkəmə, tərəfindən iş üzrə cavabdehin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Südçülük sovxozunda yerləşən evinə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı ev 3 otaq və 1 mətbəxdən ibarət tikilidir. Evin mətbəxində yalnız dörd göz qaz sobası vardır, otaqlarında isə kombi aparatının radiatorları var. Kombi aparatı evin qabaq divarına, evin pilləkənin sağ hissəsində yerləşdirilmişdir. İş materiallarında olan aktlara əlavə edilmiş fotoşəkillər cavabdehin yaşadığı ünvanın fotoşəkilləridir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1381/2023 nömrəli, 21 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh dəymiş maddi zərərə görə 6.240,68 manat və ödənilmiş dövlət rüsumuna görə 82,40 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə iş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2014-cü ilin fevral ayından 2022-ci ilin iyun ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktlarının aşkar edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğunu və doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. İş üzrə cavabdeh tərəfindən 2014-cü ildən 2022-ci ilin iyul ayınadək (cavabdehin yaşadığı ünvana sayğac quraşdırılanadək) qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə edilmişdir.

10. Məhkəmə, 2014-cü ilin fevral ayında tərtib edilmiş akt əsasında hesablanmış 100,80 manat məbləğində borcun tələb edilməsini əsassız hesab etmişdir ki, belə ki, işin müəyyən olunmuş hallarından (abonent saldosundan) görünür ki, həmin borc cavabdeh tərəfindən ödənilmişdir.

11. Həmçinin məhkəmə qeyd etmişdir ki, qazdan kənar xətt vasitəsilə istifadə edilməsi faktlarının aşkar edilməsi barədə tərtib edilmiş aktlardan və həmin aktlar əsasında dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, cavabdehin ünvanında PQ-4 (dördgöz qaz sobası), kombi, QSSQ (qeyri standard su qızdırıcısı), radiator, dəmir soba və iran sobası avadanlıqları nəzərə alınmaqla aktlar tərtib edilmiş və həmin avadanlıqlar nəzərə alınmaqla itirilmiş təbii qazın dəyəri hesablanmışdır. İddiaçı tərəfindən isə məhz həmin avadanlıqların hər biri vasitəsilə cavabdeh tərəfindən təbii qazdan istifadə edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi nəticəsində dəymiş zərərin dəyəri cavabdehin istifadəsində olan avadanlıqlar nəzərə alınmaqla hesablanmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1; 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1381/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilən hissəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo və Gazrep üzrə ümumi 15.875,98 manat təşkil etməkdədir. Halbuki, 2014-cü ildə yaşadığı ünvana quraşdırılmış sayğac sökülərək aparılmışdır. Bundan sonra İddiaçı İB-nin ərazi idarəsinin sahə müfəttişi ona qaz trubasına sayğacdan kənar xəttin çəkilməsini və buna görə hər ay 30 manat məbləğində pul verməsini təklif etmişdir. O, da bu təkliflə razılaşmışdır. Bundan sonra həmin şəxs özü qaz trubasına qaynaq vasitəsilə xətt qoşmuş və o, 2022-ci ilin fevral ayına kimi həmin xətdən istifadə etmiş və hər ay Mehmana 30 manat pul vermişdir. Daha sonra istifadə etdiyi qaza görə ona 6.000 manatdan çox borcun olduğu bildirilmiş və həmin pul ondan tələb edilmişdir. Bundan sonra o, Mehmanla əlaqə saxlamış, Mehman isə işdən çıxdığını və istədiyi yerə şikayət edə bilməsini söyləmişdir. Bundan sonra o, Mehman barədə şifahi qaydada polis orqanına müraciət etmişdir. Lakin Mehman barəsində yazılı qaydada hər hansı bir hüquq mühafizə orqanına şikayət etməmişdir. O, borcun silinməsi barədə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Onun yaşadığı evdə dördgöz qaz sobası və kombi aparatı vardır. Evində əvvəllər yalnız dörd göz qaz sobası olmuş, kombi aparatını isə təxminən 2021-ci ildə evinə quraşdırmışdır. Tərtib edilmiş aktlar barəsində heç vaxt məlumatı olmamış, həmin aktlar onun iştirakı olmadan tərtib edilmişdir. İddiaçının əməkdaşları onun yaşadığı evin içərisində olmamış və baxış keçirməmişlər. Tərtib edilmiş aktların surətləri də ona təqdim edilməmiş və heç bir aktda onun imzası yoxdur. Ona görə də həmin aktlarla razılaşmır və hesab edir ki, həmin aktlar qanunsuz tərtib edilmiş və qanunun tələblərinə uyğun deyildir. Belə ki, o, çox zaman Lerik rayonunda olur, Bakı şəhəri Qala qəsəbəsində olan evində olduğu vaxtlarda evini elektrik avadanlıqları vasitəsilə qızdırmışdır. Qazdan yalnız dördgöz sobası vasitəsilə istifadə etmişdir. Yaşadığı ünvana sayğac quraşdırıldıqdan sonra isə həmin qeyri-qanuni xətt kəsilmişdir. Bundan sonra o, qeyri-qanuni xətdən istifadə etməmişdir. Həmçinin hesab edir ki, 2019-cu ilədək yaranmış borcun idiaçı tərəfindən ondan tələb edilməsi ilə bağlı iddiaçı təşkilat 5 illik iddia müddətini də ötürmüşdür. Ona görə də iş üzrə iddia müddəti tətbiq edilməklə 2019-cu ilədək hesablanmış borcun tutulması hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Xəzər rayon Məhkəməsi hazırkı qətnamə ilə işin həqiqi hallarını nəzərə almadan iddiaçı təşkilatın qanunsuz və əsassız iddia tələbini qismən təmin etmişdir. Onu da qeyd etmişdir ki, birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə əlilidir. İddiaçı İB-nin Bakı RQSD qazın balansı və satışı şöbəsinin mühəndisi iştirak etmiş və bildirmişdir ki, o, 2021-ci ildən iddiaçı təşkilatda işləyir. Qeyd etmişdir ki, yaşadığı ünvana mütəmadi olaraq onun və digər əməkdaşlar tərəfindən baxış keçirilmişdir. Keçirilmiş baxışlar zamanı güya onun tərəfindən qeyriqanuni xətt vasitəsilə qazdan istifadə etdiyi aşkar edilmiş və həmin xətt qaynaq vasitəsilə ləğv edilmişdir. Həmçinin bildirmişdir ki, güya o, yenidən qaz turbasına qeyri-qanuni xətt qoşmuş və qazdan istifadə etmişdir. Qeyri-qanuni xəttin ləğv edildiyi vaxtlarda o, iştirak etməmiş və yaşadığı ünvana baxış keçirilməmişdir. Belə ki, keçirilən baxışlar zamanı evdə heç kim olmamışdır. Ona görə də tərtib edilmiş aktlar iştirakı olmadan və evə baxış keçirilmədən tərtib edilmişdir. Göründüyü kimi iddiaçı təşkilatın nümayəndəsi də yerli baxış zamanı və məhkəmə iclasında etiraf etmişdir ki, tərtib olunmuş həmin aktlar zamanı onun iştirakı olmamış və aktlar xəbəri olmadan qanunsuz olaraq tərtib edilmiş və hətta evdə olmadığı hal da belə aktları tərtib edərkən hər hansı bir hal şahidinin iştirakı təmin olunmamışdır. Bundan başqa, iddiaçı həmin aktları tərtib edərkən də Qanunvericiliyin müvafiq normalarına əməl etməmişdir. Yəni iddiaçı hər tərtib etdiyi aktı onun iştirakı olmasa da tərtib etdikdən sonra bir nüsxəsini ona hər hansı bir qanuni vasitə ilə çatdırmağa borclu idi ki, onun bu məsələdən məlumatı olsun. Lakin iddiaçı təşkilat bütün bu prosesləri gizli şəkildə həyata keçirməyə çalışmışdır. Göstərilən faktlar birinci instansiya məhkəməsində təsdiqini tapsa da məhkəmə iş üçün əhəmiyyətli olan bu faktların heç birini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Məcəllənin və Qanunvericiliyin bir sıra müddəaları ilə qətnaməsini əsaslandırmağa çalışmışdır. Belə ki, Mülki Məcələnin 14 və 21-ci maddələrini iddiaçı təşkilatın xeyrinə təfsir etməklə işə tətbiq etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Nazirlər Kobinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş həmin qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi əsassız hüquqi nəticəni, iddiaçının tərtib etdiyi müvafiq aktların məhkəmə tərəfindən nəzərə alınan hissəsini əlaqəlişəkildə işin həqiqi hallarına münasibətdə təhlil edərkən müəyyən olunur ki, iddiaçı təşkilat o zaman haqlı ola bilərdi ki, ilk dəfə qanunsuz müdaxilə aşkar etdiyi vaxt tərtib etdiyi akt əsasında dəymiş zərəri hesablayardı və həmin aktla razılaşmışsa ödəmədiyi halda dəymiş zərərin ödənilməsini qanunla müəyyən edilmiş müddətdə məhkəmə qaydasında tələb edərdi və ya Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş qaydaların tələblərinə uyğun olaraq qaz təchizatının verilməsini dayandırardı. Digər halda iddiaçı təşkilat o zaman haqlı olardı ki, əgər o, ilk müdaxilədən sonra da davamlı olaraq qaz xəttinə müdaxilə etmişdisə, qanunla müəyyən edilmiş qaydada evdə olduğu halda onun iştirakı ilə, olmadığı halda hal şahidlərinin iştirakı ilə lazımi foto və video çəkilişlər aparmaqla akt tərtib etmiş olardı və Qaydalara uyğun qazın verilməsini dayandırardı. Bundan başqa iddiaçı təşkilat Mülki Qanunvericilkdə iddia müddətləri üçün nəzərdə tutulmuş tələbləri ötürməklə iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək tərtib olunmuş qanunsuz aktlar üzrə iddiaçı təşkilatın tələbetmə hüququ Mülki Məcəllənin tələbinə görə 3 il olmuşdur. xx.xx.2016-cı ildən 2019-cu ilədək olan müddətdə də tərtib olunmuş aktlar üzrə pul tələbetmə müddəti 3 il olmuşdur. xx.xx.2017-ci ildən 2020-ci ilədək tərtib olunmuş aktlar üzrə pul tələbetmə müddəti də 3 il olmuşdur. xx.xx.2018-ci ildən 2021-ci ilədək tərtib olunmuş aktlar üzrə pul tələbetmə müddəti 3 il olmuşdur. xx.xx.2019cu ildən 2022-ci ilədək tərtib olunmuş aktlar üzrə pul tələbetmə müddəti 3 il olmuşdur. xx.xx.2020-ci ildən 2023-cü ilin müvafiq iddia qaldırılan ayadək tərtib olunan aktlar üzrə pul tələb etmə müddəti 3-il olmuşdur. Göründüyü kimi iddiaçı təşkilat həmin aktların qanunsuz olmasına baxmayaraq, qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Hüquqi savadı olmadığından məhkəmə iclasında izahat verərkən də iddia müddətinin tətbiq edilməsi barədə məhkəmədən xahişi olmuşdur. Lakin birinci instansiya məhkəməsi Mülki Məcəllənin 375-ci maddəsinin və MPM-nin 14-cü maddəsinin tələblərini kobud şəkildə pozmaqla, onun bu hissədə də xahişini nəzərə almamışdır.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, sahə müvəkkili onlara 150 manata iki sayğac quraşdıracağını demişdir. Daha sonra podratçılar ona 50 manata sayğac quraşdırıblar. Onlar aktsız onun sayğacını açıb, daha sonra “get qazı işlət, biz sonra sayğacı quraşdırarıq” bildirmişlər. Sahə müvəkkili aybaay 30 manat, yayda isə 15 manat pul alırdı. Sahə müvəkkili bildirirdi ki, ay sonunda sayğac quraşdırarıq, o, da inanıb. Heç bir yerdə işləmir, uzun müddət müharibədə iştirak etmişdir. 14 yaşında bir uşağı vardır. 17.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı tərəf məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilən hissəsinin təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilən hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 24.375.2- ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 25.1096, 1097.1 və 1097.1-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 26.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 27.Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 28.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 29.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Beləliklə məhkəmə kollegiyası tərəfindən araşdırılmış iş materiallarından görünür ki, cavabdehin abonent hesabına aktlar əsasında 2014-cü ilin fevral ayından 2022-ci ilin iyun ayına qədər ümumilikdə 15.926,48 manat məbləğində borc hesablanmışdır. Tərəflər arasında daha sonra qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanılmış, cavabdehin ünvanı təbii qazla təchiz edilmiş, “Zenner G-4T Smart” markalı qaz sayğacı quraşdırılmışdır.

34. Həmçinin müəyyən edilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2744/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı İstehsalat Biriliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Belə ki, Cavabdeh məhkəməyə müraciət etməklə 2014-cü ildən 2022-ci ilin fevral ayına qədər hər ay İddiaçı İstehsalat Biriliyinin əməkdaşına 30 manat verməklə sayğac olmadan təbii qazdan istifadə etdiyini etiraf etmişdir. Bu səbəbdən məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

35. Göründüyü kimi hazırki iddiada qeyd edilən müddət ərzində Cavabdeh sayğac olmadan təbii qazdan istifadə etdiyi iddiaçının və cavabdehin tərəf olduqları mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2744/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir və hazırki iş çərçivəsində bu halların müzakirə edilməsi istisna olunur.

36. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

37. Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.

38. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir

39. Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz cavabdehin təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə halların mövcudluğu müəyyən edilmişdir. Bundan irəli gələn məsuliyyət də qanunun tələblərinə əməl etməyənə aiddir.

40. Yuxarıda göstərilənlərdən belə qənaətə gəlmək olur ki, Cavabdeh məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulma halları baş vermişdir, ona görə də həmin qoşulma nəticəsində iddiaçı təşkilata dəymiş zərərin ödənilməsi birinci instnasiya məhkəməsinin hesabladığı məbləğdə təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin razılaşır ki, dəymiş zərər cavabdehin istifadəsində olan qaz cihazlarına görə hesablanmalıdır.

41. Bundan başqa, cavabdeh apelyasiya şikayətində məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməməsini göstərir. İş materiallarından müəyyən edilir ki, işə baxılan zaman cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməmiş, şifahi formafa beş illik müddətin keçməsinə isinad edilmişdir.

42. Belə ki, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən dair məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

43. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etməmişdir, belə ərizənin mövcud olmaması isə məhkəmə tərəfindən iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılmasını istisna edir.

44. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1381/2023 nömrəli, 21 iyun 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar