Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6485/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı xxxxxxxx MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1589/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən xxxxxxxxin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı xxxxxxxx MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “X3" markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, yəni avtomobilin təmir-bərpa xərcinin əvəzi kimi 173.302 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 173.332 manat məbləğində pulun xxxxxxxx MMC-dən (VÖEN: **********) tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsaev Rashad xx xxxxx 2018-ci il tarixdə texniki cəhətdən saz olan “Daevoo" markalı, **-TG-*** dövlət nömrə nişanlı 171 saylı marşrut avtobusunu idarə edərkən "yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 3cü hissəsinin tələblərini pozaraq qəza şəraiti yaratmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. R.İsaevin yol hərəkəti qaydalannı pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan və etibarnamə əsasında X1 tərəfindən idarə edilən, "X4” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə də ciddi ziyan dəymişdir. İsaev Rashadın AR CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o da zərərçəkmiş şəxs kimi tanınmış və mülki iddiaçı kimi tanındığı andan dərhal sonra məhkəməyə mülki iddia vermişdir. Xəzər rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli hökmü ilə İsaev Rashad törətdiyi əmələ görə təqsirli bilinmiş və məhkum edilmişdir. Eyni zamanda mülki iddianı təmin edilməklə, mülki xxxxxxxx "xxxxxxxx" MMCdən onun xeyrinə mülkiyyətində olan avtomobilə dəymiş ziyanın əvəzi kimi 173.302 manat məbləğindəpulun tutulması qət edilmişdir. Lakin mülki xxxxxxxx "xxxxxxxx" MMC həmin hökmdən apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, İsaev Rashad onun işçisi olmamış, onunla əmək müqaviləsi bağlanmamış və ona nəqliyyat vasitəsinin idarə edilməsi üçün yol vərəqəsi verilməmişdir. Buna görə də, İddiaçı mülki iddiası MMCyə yönələ bilməz və təmin edilməməlidir. Mülki xxxxxxxx MMCnin apellyasiya şikayətində qeyd etdiyi əsaslar birinci instansiya məhkəməsində istintaq zamanı təkzib edilmişdir. Belə ki, cinayət işi materiallarında olan sübütlarla müəyyən edilmişdir ki, məhkum İsaev Rashadın 2017-ci ilin dekabr ayı üçün “xxxxxxxx" MMC-yə məxsus ** TG *** qeydiyyat nişanlı avtobusu idarə etmək üçün yol vərəqəsi olmuşdur. X2 2017-ci ilin dekabr və hadisənin baş verdiyi 2018-cİ ilin aprel ayı üçün marşrut qrafiki üzrə yola çıxması məqsədilə tibbi müayinədən keçməsini təsdiqləyən sürücünün tibbi müayinə kitabçası mövcud olmuşdur. Qeyd olunan yol vərəqəsi və tibbi müayinə kitabçası cinayət işinin materiallarında olmuşdur, bu sənədlər də İsaev Rashadın xxxxxxxx MMC üçün çalışdığını təsdiqləmişdir. Buna görə də, birinci instansiya məhkəməsi mülki xxxxxxxxin məhkumun onların işçisi olmaması ilə bağlı bildirdiklərini nəzərə almamış və haqlı olaraq, onun mülki iddianı təmin etmişdir. Yəni MMC-nin apellyasiya şikayətiində qeyd etdiyi əsaslar iş materiallarında olan sübutlarla təkzib olunmuşdur. Bundan əlavə, əgər məhkum "xxxxxxxx" MMC-nin işçisi olmasa və onlar üçün çalışmasa idi MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində ona məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı vəsatət verməzdi. İş materiallarında olmuş xx xxxxxx 2019-cu il tarixli məhkəmə ekspertizasının rəyi ilə ona məxsus avtomobilin təmir-bərpa xərclərinin 173.302 manat olması müəyyən edilmişdir. Qiymətİəndirmə ilə bağlı vəsatətin verilməsi dolayısı ilə məhkum İsaev Rashadın “xxxxxxxx" MMC üçün çalışmasının etiraf edildiyini göstərir, çünki bu vəsatətlə MMC-nin nümayəndəsi artıq dəymiş ziyanın onlara aid olduğunu qəbul edir, sadəcə ziyanın məbləğini mübahisələndirir. Əgər ziyan onlara aid olmasa idi və ya onlara aid şəxs tərəfindən vurulmasa idi MMC-nin nümayəndəsini ziyanın məbləği maraqlandırmazdı. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki iddianın məhkəmə istintaqı zamanı verilməsini və bunun CPM-nin tələblərinə uyğun olmadığını qeyd elməklə mülki iddianın icraata götürülməsindən imtina etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü mülki iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir, onun mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququmun olduğu bildirilmişdir. Qeyd olunan qərardan o və vəkili tərəfindən kassasiya şikayəti verilmiş, lakin AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlara görə hazırda mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1589/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş edən xxxxxxxxin nümayəndəsi şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə çıxarılmışdır. Həmçinin məhkəmə iclasında onların iştirakı təmin olunmamışdır. Belə ki, məhkəmə iclası xx.xx.2020-ci il tarixə saat 10:30-a təyin edilsə də, bu barədə bildiriş onlara həmin gün günorta saatlarında çatdırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən xxxxxxxxin nümayəndəsi çikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Hökmünün dəyişdirilməyən hissəsindən göründüyü kimi, İsaev Rashad AR CM-nin 263.1ci maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, o, xx xxxxx 2018-ci il tarixdə saat 09:25 radələrində nəqliyyat vəsitəsini idarə etmək hüququ olmadan, yəni “Yol hərəkəti haqqında” AR qanunun 35-1-ci maddəsinin 2-ci bəndində göstərildiyi kimi, ölkə ərazisində nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş bir ay müddət bitərək texniki cəhətdən saz olan “Daevoo” markalı, ** TG *** dövlət nömrə nişanlı, 171 saylı marşrut avtobosu ilə Mərdəkan-Bakı şosse yolu ilə Bakı şəhəri istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozub qəza şəraiti yaratmış, baş vermiş yolnəqliyyat hadisəsinin nəticəsində İddiaçı mülkiyytində olub X1 tərəfindən idarə edilən, "X4” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1099.1-ci və 1099.2-ci maddələrinə görə isə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “”xxxxxxxxx” MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli Qərarında da vurğulanmışdır ki, Mülki Məcəllənin 1099.2-ci maddəsinin mətnindən belə nəticəyə gəlmək olar ki, işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 43 və 44-cü maddələrinin mənasına görə, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanan və özündə həmin Məcəllənin 43-cü maddəsində göstərilən bütün şərtləri və məlumatları, o cümlədən işçinin əmək funksiyalarını ehtiva edən yazılı razılaşmadır. İşçinin əmək funksiyası isə Əmək Məcəlləsinin 57-ci maddəsinin 1 -ci hissəsində konkretləşdirilmiş və müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Buna görə də işçi işlərin təhlükəsiz aparılmasını fiziki və ya hüquqi şəxsin nəzarəti altında həyata keçirməli olur. Qərardanda göründüyü kimi işçinin vurduğu zərərdən işəgötürənin xxxxxxxx olması üçün onlar arasında qanunvericilikdə nəzərdə tutulmuş əmək müqaviləsi bağlanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ciiltarixliQərarında isə müəyyən edilmişdir ki, KonstitusiyaMəhkəməsinin qərarlarıAzər-baycanRespublikasıərazisindəməcburiqüvvəyəmalikdirvəqüvvəyəmindikdən sonraşərtsizicraolunmalıdır. Konsti-tu-siyaMəhkəməsininqərarınınyüksəkhüquqiqüvvəsionunbü-tünhissələrinə, habeləhəminqərarınəsasınıtəşkiledənhüquqimövqelərədəşamilolunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq mübahisəyə Mülki Məcəllənin 1099-cu maddəsini tətbiq etmiş, bununla da tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, 1099-cu maddə yüksək dərəcəli məsuliyyəti nəzərdə tutmaqla, işəgötürənin öz işçisinin törətdiyi mülki hüquq pozuntularına münasibətdə məsuliyyətini tənzimləyir. Başqa sözlə qanunverici, işçisinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə həmin işçinin əmək müqaviləsi münasibətində olduğu, yaxud mülki hüquq müqaviləsi əsasında iş gördüyü hüquqi və ya fiziki şəxsin üzərinə zərəri ödəmək vəzifəsini qoymuşdur. Mülki Məcəllənin 1099-cu maddəsinin mənasına görə, əmək müqaviləsi üzrə işləyən işçinin vurduğu zərəri işəgötürən yalnız zərəri işçinin əmək (qulluq, mənsəb) vəzifəsinin icrası zamanı vurduğu hallarda ödəyir, əmək vəzifələrinin icrası deyildikdə isə, həm əmək müqaviləsi ilə müəyyənləşdirilmiş fəaliyyət, həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin iş və istehsal zərurəti ilə bağlı işəgötürənin verdiyi tapşırığın yerinə yetirilməsi üzrə fəaliyyət başa düşülməlidir. Hazırki işdə isə, yol-nəqliyyat hadisəsini törətmiş İsaev Rashadla xxxxxxxx MMC arasında əmək müqaviləsinin bağlandığı və hadisə baş verən zaman onun əmək vəzifəsini icra etməsi barədə heç bir sübut yoxdur. Buna görə də kollegiya hesab edir ki, iddiaçının hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1589/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi edilsin. İddiaçı xxxxxxxx MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6485/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6485/2020
14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver