Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6488/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(003)-48/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 13.02.2019cu il tarixli, RBSB-6366_RES saylı kredit müqaviləsi üzrə əsas borca görə 168436,33 manat, faiz borcuna görə 10244,17 manat, cərimə borcuna görə 16470,73 manat olmaqla cəmi 195151,23 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 60 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 13.02.2019-cu il tarixli, RBSB- 6366_RES saylı kredit müqaviləsi üzrə cəmi 195151.23 manat və 60 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair verdiyi sonuncu ərizədə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 13.02.2019-cu il tarixli, RBSB-6366_RES saylı kredit müqaviləsi üzrə əsas borca görə 168436,33 manat, faiz borcuna görə 48576,67 manat, cərimə borcuna görə 34045,8 manat olmaqla cəmi 251058,8 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 60 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 13.02.2019-cu il tarixli, RBSB- 6366_RES saylı kredit müqaviləsi üzrə cəmi 251058.8 manat və 60 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ASC “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2019-cu il tarixli, RBSB-6366_RES saylı Baş kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 170229 manat məbləğində kredit verilmişdir. 13.02.2019cu il tarixli, RBSB-6366 RES saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 13.02.2019-cu il tarixli, RBSB-6366 RES saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 168436,33 manat, faiz borcuna görə 10244,17 manat, cərimə borcuna görə 16470,73 manat olmaqla borcun cəmi məbləğində 195151,23 manat pul təşkil edir. 13.02.2019-cu il tarixli, RBSB-6366 RES saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus ünvan 2 ünvanında ümumi sahəsi 100,15 kv.m, yaşayış sahəsi 60,2 kv.m, yardımçı sahəsi 39,95 kv.m olan 3 otaqlı olan mənzilin İddiaçı ASC qarşısında 13.02.2019-cu il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 13.02.2019-cu il tarixli, RBSB-6366 RES saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuşvəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 13.02.2019-cu il tarixli, RBSB- 6366_RES saylı kredit müqaviləsi üzrə əsas borca görə 168436.33 manat, faiz borcuna görə 48576.67 manat, cərimə borcuna görə 34045.8 manat olmaqla cəmi 251058.8 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 60 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 13.02.2019-cu il tarixli, RBSB-6366_RES saylı kredit müqaviləsi üzrə cəmi 251058.8 manat və 60 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 ünvan 1 ünvanında ümumi sahəsi 100.15 kv.m., yaşayış sahəsi 60.2 kv.m., yardımçı sahəsi 39.95 kv.m. olan 3 otaqlı olan mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(003)-48/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh1 168436,33 manat əsas borc, 48576,67 manat faiz borcu, 3000 manat cərimə, cəmi 220013 (iki yüz iyirmi min on üç) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 100,15 kv.m., yaşayış sahəsi 60,2 kv.m., yardımçı sahəsi 39,95 kv.m. olan 3 otaqlı olan mənzilə yönəldilməsi, həmin evin 250.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 220013 (iki yüz iyirmi min on üç) manat məbləğində borc və dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaitinin ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(003)-48/2021 saylı qətnaməsinin təmin edilmiş əsas borc, faiz və cərimə borcuna dair hissədə ləğv edilməsinə, əsas və faiz borcunun yenidən hesablanmaqla iddianın qismən təmin edilməsinə, cərimə borcuna dair hissədə isə iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddia ərizəsi 01.10.2019-cu il tarixdə məhkəməyə təqdim edildikdən sonra fərqli tarixlərdə “İddia həcminin artırılmasına dair” ərizələr verilmiş və iddia həcmi artırılmışdır. Qeyd edilən ərizələrdə iddia tələbi yalnız faiz və cərimə borcuna dair hissədə artırılmış qalan hissədə isə dəyişdirilməmişdir. Məhkəmə heç bir mühasibatlıq ekspertizası təyin etmədən iddianı təmin edərək, səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin kredit müqaviləsi üzrə əsas və faiz borcunun, cərimənin tutulması hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni yalnız həmin hissələrdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, qətnamə mübahisələndirilən faiz borcu və cəmi məbləğ hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: 13 fevral 2019-cu il tarixli, RBSB-6366_RES saylı kredit müqaviləsinə əssasən Cavabdeh1 36 aya, 17%-lə 170229 manat məbləğində kredit verilmişdiir. Qeyd edilən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 borcunu 13.03.2019-cu il tarixdən başlayaraq ilk üç ay hər ay banka 3000 manat, digər aylarda 6425,38 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu 15.01.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 13 fevral 2019-cu il tarixli, RBSB-6366_RES saylı kredit müqaviləsi üzrə 15 yanvar 2021-ci il tarixə 168436,33 manat əsas, 48576,67 manat faiz, 34045,8 manat cərimə, cəmi 251058,8 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan olan Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, Cavabdeh1 borcunun yoxlanılması ilə bağlı apellyasiya mərhələsində məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək, rəy alınmışdır. Ekspert qarşısında qoyulmuş suallar maliyyə arayışında qeyd olunmuş əsas və faiz borcunun yoxlanılması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2021-ci il tarixli, 9/6537 saylı rəyi ilə müəyyən olunur ki, cavabdeh Qədimbəyli İlkin Ənvər oğlunun 01.10.2019-cu il tarixə əsas borcu 168.436,33 manat, faiz borcu 10.996,72 manat olmaqla 179.433,05 manat, 24.03.2020-ci il tarixə əsas borcu 168.436,33 manat, faiz borcu 24.757,03 manat olmaqla 193.193.36 manat, 15.01.2021-ci il tarixə əsas borcu 168.436,33 manat, faiz borcu 47.902,99 manat olmaqla 216.339,92 manat, 10.02.2021-ci il tarixə əsas borcu 168.436,33 manat, faiz borcu 49.891,47 manat olmaqla 218.327,8 manat təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, ekspert rəyi ilə də müəyyən olunur ki, əsas borc 168436,33 manat təşkil edir. Kollegiya hesab edir ki, əsas borc hissədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Ekspert sonuncu artırma olan 15.01.2021-ci il tarixə faiz borcunu 47802,99 manat müəyyən etdiyi halda, məhkəmə faiz borcunu 48596,67 manat müəyyən etmişdir. Buna görə də, kollegiya hesab edir ki, faiz borcu hissədə qətnamə dəyişdirilməli, faiz borcu 47802,99 manat müəyyən olunmalıdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bu baxımdan kollegiya hesab edir ki, qətnamə dəbbə pulu ilə bağlı hissədə həddən artıq çox azaldığından, apellyatorun dəbbə pulunun tutulması hissəsində iddianın rədd edilməsi ilə bağlı dəlili əsaslı hesab oluna bilməz. Bütün bunlarla yanaşı faiz borcunun azaldılması, cəmi məbləğə təsir göstərdiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş 220013 manat cəmi məbləğ dəyişdirilərək, cəmi məbləğ 219339,32 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 100 manatın 87 manatı Cavabdeh1, 13 manatı İddiaçı ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(003)- 48/2021saylı qətnaməsi faiz borcu və cəmi məbləğ hissələrində dəyişdirilsin, faiz borcu 47902,99 (qırx yeddi min doqquz yüz iki manat doxsan doqquz qəpik) manat, cəmi məbləğ 219339,32 (iki yüz on doqquz manat üç yüz otuz doqquz manat otuz iki qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 100 (yüz) manatın 87 (səksən yeddi) manatı Cavabdeh1, 13 (on üç) manatı İddiaçı ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6488/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6488/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver