Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-649/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağaoğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “kredit müqavilələri üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-56/2020 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 apelyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada QSC-nin xeyrinə 04R000010536 saylı kredit razılaşması üzrə 28817.13 ABŞ dolları kredit borcu, 16460.66 ABŞ dolları faiz borcu, 19723.99 ABŞ dolları cərimə olmaqla, cəmi 64001.78 ABŞ dolları, 004R********** saylı kredit razılaşması üzrə 4920.58 ABŞ dolları kredit borcu, 2332.22 ABŞ dolları faiz borcu, 3245.65 ABŞ dolları cərimə olmaqla, cəmi 10498.45 ABŞ dolları, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 75500,23 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanda yerləşən 21 nömrəli binanın 29 saylı mənzilinə və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında 23 saylı evin 44 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 75500,23 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında yerləşən 21 nömrəli binanın 29 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında yerləşən 23 saylı evin 44 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-56/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 04R000010536 saylı kredit müqaviləsinə əsasən 27885,45 ABŞ dolları məbləğində əsas borc, 15845,65 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 44731,10 ABŞ dolları məbləğində pul vəsaiti, 04R********** saylı kredit müqaviləsinə əsasən 4803,59 ABŞ dolları məbləğində əsas borc, 1482,04 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 6585,63 ABŞ dolları məbləğində pul vəsaiti, hər iki müqavilə üzrə ümumi 51316,73 ABŞ dolları məbləğində pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla), ipoteka predmeti olan əmlaklara tutmanın yönəldilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 40 manat xidmət haqqı, həmçinin iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ev 21 ünvanında yerləşən 29 saylı mənzilə və Cavabdeh3 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ev 23 ünvanında yerləşən 44 saylı mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh1 ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ev 21, mənzil 29 ünvanı satıldıqdan sonra həmin mənzildən qeydiyyatdan çıxarılması, həmin mənzilin cavabdeh tərəfindən boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ev 23, mənzil 44 ünvanı satıldıqdan sonra həmin mənzildən qeydiyyatdan çıxarılmaları, həmin mənzilin cavabdehlər tərəfindən boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən - cərimə borcunun azaldılması və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməməsi hissələrində ləğv edilməsi və cərimə borcunun tam təmin edilməsi, ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə kreditorun mənafelərini nəzərə almadan cərimə borcunu tənasübsüz şəkildə azaltmışdır. İpoteka predmeti olan əmlakların ilkin satış qiyməti müəyyən edilməmişdir. Cavabdeh1 apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınmamış, tərəflər arasında mübahisənin mövcudluğuna, iddiaçı tərəfindən bu barədə vəsatət verilməsinə baxmayaraq, qiymətləndirici cəlb edilməmişdir. Halbuki, ipoteka predmetlərinin dəyəri 10 il əvvəl müəyyən olunmuş və bu qədər uzun müddət ərzində qiymət dəyişmişdir. Zaminin və ipoteka qoyanın razılığı olmadan kredit müqaviləsinə dəyişikliklər edilmiş, qalıq borc məbləği artmış olsa da, məhkəmə tərəfindən bu əsasla zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi məsələsinə qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi QSC-nin apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, qətnamə apelyasiya şikayətləri həddində yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ev 21 ünvanında yerləşən 29 saylı mənzilinin ilkin satış qiyməti 54.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ev 23 ünvanında yerləşən 44 saylı mənzilinin ilkin satış qiyməti 45.500 manat müəyyən edilməlidir. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 04L000000292 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə 60000 ABŞ dolları məbləğində kredit xətti açmağı, Cavabdeh1 isə həmin krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə borcu qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında xx.xx.2008-ci il tarixli, 292 saylı sazişdən görünür ki, kredit xəttinin müddəti artırılaraq 120 ay, kredit xəttinin məbləği artırılaraq 250000 ABŞ dolları olaraq müəyyən olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 04L000000292S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 138 ay olaraq müəyyən olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 04R000010536 saylı kredit razılaşmasından görünür ki, iddiaçı cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 130000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh1 isə həmin krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə borcu qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 04L000000292S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik eilməsi haqqında sazişdən görünür ki, kredit xəttinin müddəti artırılaraq 138 ay olaraq müəyyən olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 04R000010536S saylı, xx.xx.2015-ci il tarixli 04R000010536SA saylı, xx.xx.2016-cı il tarixli Ö4R000010536SB saylı, xx.xx.2017-ci il tarixli 04R000010536SC saylı, xx.xx.2018ci il tarixli 04R000010536SD saylı sazişlərdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 04R000010536 saylı kredit razılaşması və ödəniş planına dəyişikliklər edilmişdir. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli 04S000003806 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclunun xx.xx.2007-ci il tarixli 04L000000292 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalan ilə birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh2 bağlanmış xx xxxxxx 2007-ci il tarixli 04S00000274 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclunun xx.xx.2007ci il tarixli 04L000000292 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalan ilə birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 003 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, verilmiş kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında yerləşən 21 nömrəli binanın 29 saylı mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış və Bakı şəhəri 24 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 04M00000586 saylı ipoteka müqaviləsindən görünür ki, verilmiş kredit öhdəliyinin təminatı olaraq Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında yerləşən 23 nömrəli binanın 44 saylı mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2019- cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun 004R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə banka 4920,58 ABŞ dolları məbləğində əsas, 2332,22 ABŞ dolları məbləğində faiz və 3245,65 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10498,45 ABŞ dolları məbləğində borcu vardır. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun 004R000010536 saylı, xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə banka 28817,13 ABŞ dolları məbləğində əsas, 16460,66 ABŞ dolları məbləğində faiz və 19723,99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 65001,78 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/118 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 004R000010536 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə İddiaçı QSC-yə olan borcu 27885,45 ABŞ dolları məbləğində əsas və 15845,65 ABŞ dolları faiz borcu, 004R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə İddiaçı QSC-yə olan borcu 4803,59 ABŞ dolları məbləğində əsas və 1482,04 ABŞ dolları faiz borcu təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını və ekspert rəyini qiymətləndirib, yuxarıda göstərilən nəticəyə gəlmişdir. İddiaçının apelyasiya şikayətinin birinci dəlili cərimə borcunun azaldılması ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Nəzərə alınmalıdır ki, 2015-ci il fevralın 21-də və dekabrın 21-də ölkədə baş vermiş azərbaycan manatının devalvasiyaları nəticəsində kredit borcları ABŞ dolları ilə olan Cavabdeh1 kəskin maliyyə itkisinə məruz qalmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, dəbbə pulunun azaldılması barədə əsaslı nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin bununla bağlı dəlili əsassızdır. İddiaçının apelyasiya şikayətinin digər dəlili ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməməsi ilə bağlıdır, həmçinin cavabdehin apelyasiya şikayətində də bu hal mübahisələndirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən borcun ödənilməsi üçün tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və həmin əmlakların açıq hərrac vasitəsilə satışı müəyyən edilsə də, əmlakların ilkin satış qiyməti müəyyən edilməmişdir. Bu məqsədilə Məhkəmə kollegiyası tərəfindən ipoteka predmetlərinin qiymətləndirilməsi aparılmışdır. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında yerləşən 21 nömrəli binanın 29 saylı mənzilinin bazar dəyərinin 60.000 manat, likvid dəyərinin 54.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında 23 saylı evin 44 saylı mənzilinin bazar dəyərinin 55.000 manat, likvid dəyərinin isə 45.500 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, bu hissədə qətnamə dəyişdirilməli və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında yerləşən 21 nömrəli binanın 29 saylı mənzilinin ilkin satış qiyməti 54.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında 23 saylı evin 44 saylı mənzilinin isə ilkin satış qiyməti 45.500 manat müəyyən edilməlidir. Cavabdehin apelyasiya şikayətində bundan başqa qeyd edilmişdir ki, zaminin və ipoteka qoyanın razılığı olmadan kredit müqaviləsinə dəyişikliklər edilmiş, qalıq borc məbləği artmış olsa da, məhkəmə tərəfindən bu əsasla zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi məsələsinə qiymət verilməmişdir. Kollegiya qeyd edir ki, qeyd edilən hal əsassızdır. Göründüyü kimi, Cavabdeh1 əsas borclu olmaqla yanaşı həm də ipoteka qoyandır, digər zamin(lər) və ipoteka qoyan isə iş üzrə cavabdeh olduqları halda qeyd olunan halı mübahisələndirməmişlər. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı QSC-nin və Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-56/2020 saylı iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında yerləşən 21 nömrəli binanın 29 saylı mənzilinin ilkin satış qiyməti 54.000 manat və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında 23 saylı evin 44 saylı mənzilinin ilkin satış qiyməti 45.500 manat müəyyən edilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 400 manat məbləğində pulun 200 manat hissəsi İddiaçı QSC-dən, 200 manat hissəsi isə Cavabdeh1 tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ**********6792716216; Bank: “xxxx” ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-649/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-649/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver