Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6492/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi, borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-110/2020 saylı, 21.02.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: ddiaçı İddiaçı qızı Cavabdeh1 qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 180000 ABŞ dolları əsas borcun, borcun vaxtında qaytarılmamasına görə 20121 ABŞ dolları faiz borcunun, hüquqi yardıma görə ödənilmiş 3000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14.03.2017-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfındən 3M-205 nömrəsi ilə reyestrdə qeydə alınmış kredit müqaviləsinə əsasən cavabdehə 180.000 ABŞ dolları borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh borcun 14.03.2018-ci il tarixədək qaytanlması öhdəliyini üzərinə götürmüşdür. Lakin, həmin tarixdən 1 il 3 ay keçməsinə bqaxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Cavabdeh dəfələrlə ona bildirmişdir ki, onun Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində (3-cü mikrorayon bazarının yanında) böyük torpaq sahəsi vardır, həmin torpaq sahəsi ilə bağlı onun şəriki ilə məhkəmə mübahisəsi davam edir və həmin mübahisə tezliklə başa çatacaq və o, torpağını sataraq borc götürdüyü pulları qaytaracaq. 2018-ci ilin sonlarında xəbər tutmuşdur ki, cavabdehin məhkəmə mübahisəsi artıq başa çatmışdır. Lakin cavabdeh yenə də borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6212/2018 saylı 25.09.2018-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli, 2(006)-2843/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 “ümumi birgə mülkiyyətdə olan əmlakdakı paylann müəyyən edilməsi və əmlakdan payın naturada ayrılması” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014-cü məhəllədə yerləşən 0,3022 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 976,6 kv.metr, əsas sahəsi 774,5 kv.metr, köməkçi sahəsi 202,1 kv.metr olan əmlak kompleksi kimi müəssisədə (ticarət mərkəzinin) tərəflərin hər birinin 1/2 hissədə payları müəyyən olunmuşdur. Eyni zamanda qətnamə tərəflərə 1/2 pay hüququ ilə məxsus olan və real bölgüsü həyata keçirilmiş sözügedən əmlak kompleksi kimi müəssisəyə (ticarət mərkəzinə) dair Reyestr Xidmətində müvafiq qeydiyyatın aparılması və paylara uyğun çıxarışın verilməsi üçün əsas hesab edilmiş və daşınmaz əmlakın real bölgüsü həyata keçirilərkən görüləcək işlərlə (hasarın çəkilməsi, qapının açılması) bağlı xərclər tərəflərə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.05.2018-ci il tarixli, 2(103)- 585/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Nəsimi Rayon Məhkəməsinin 14.08.2017-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.09.2018-ci il tarixli, 2(102)-6212/2018 saylı qərarı ilə cavabdehin və onun vəkilinin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında dərc olunmuş uçot faiz dərəcələri borcun ödənilməsinin gecikdirildiyi dövr üçün aşağıdakı kimidir: 10.04.2018 tarixə- 11%, 14.06.2018 tarixə- 10%, 30.10.2018 tarixə9.75%, 01.02.2019 tarixə-9.25%, 15.03.2019 tarixə-9%, 26.04.2019 tarixə- 8.75%, Beləliklə, orta hesabla həmin dövr üçün faiz uçot dərəcəsi illik 9.62% təşkil edir. Hər gecikdirilmiş ay üçün faiz dərəcəsi 0,8% (9.62%/12=0,8%) təşkil edir. Borcun qaytanlması məhkəmədə işə baxılanadək azı 14 ay gecikdirilmişdir. Bu əsasla borcun üzərinə əlavə 11,229% (0,8%* 14=11,229%) və yaxud 20.212 ABŞ dolları (180.000* 11,229%=20.212) əlavə edilməlidir. Daha sonra İddiaçı qızı iddia tələbinin həcminin artırılması barədə və iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək göstərmişdir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 511.6 kv.m olan əmlak kompleksi kimi müəssisənin və ümumi sahəsi, 0,1511 ha olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən Bakı şəhəri, 32 saylı notariat ofisində 23.01.2019-cu il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu Cavabdeh2 hədiyyə etməsi məlum olmuşdur. Bununla bağlı iş üzrə iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında dərc olunmuş üçot faiz dərəcələri borcun ödənilməsinin gecikdirildiyi dövr üçün aşağıdakı kimidir: 20.08.2018 tarixə-11%, 14.06.2018 tarixə-10%, 30.10.2018 tarixə-9.75%, 01.02.2019 tarixə- 9.25%, 15.03.2019 tarixə-9%, 26.04.2019 tarixə-8.75%. Beləliklə, orta hesabla həmin dövr üçün faiz uçot dərəcəsi illik 9,62% təşkil edir. Hər gecikdirilmiş ay üçün faiz dərəcəsi 0,8% (9.62%/12=0,8%) təşkil edir. Borcun qaytarılması məhkəmədə işə baxılanadək azı 26 ay gecikdirildiyinə görə borcun üzərinə əlavə 20.8% (0,8%*26=2Q.8%) və yaxud 37.440 ABŞ dolları (180.000*20.8%=37.440) əlavə edilməlidir. Bundan başqa, cavabdehin borcu vaxtında qaytarmaması və məhkəmə iclasının əsassız yerə uzadılması nəticəsində mənəvi sarsıntı, iztirab keçirmiş, sağlamlığı pozularaq xəstələnmiş və müalicə almaq məcburiyyətindədir. Cavabdehin bu hərəkətləri nəticəsində ona 20.000 manat mənəvi ziyan dəymişdir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsini, ünvan 2 ünvanmda yerləşən ümumi sahəsi 511.6 kv.m olan əmlak kompleksi kimi müəssisə və ümumi sahəsi, 0,1511 ha olan torpaq sahəsi ilə bağlı cavabdehlər arasında bağlanmış 23.01.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş RX seriyalı, ******* saylı 25.01.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 180.000 ABŞ dolları borcun, borcun vaxtında qaytarılmamasına görə 37.440 ABŞ dolları faizlərin, 20.000 manat mənəvi və maddi ziyanın, hüquqi yardıma görə ödənilmiş 3000 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(004)-110/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 180000 (yüz səksən min) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, hüquqi yardıma görə 50 (əlli) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı qızına ödənilməsi qət edilmişdir (sədrlik edən: Emin Mehdiyev). Qətnamədən İddiaçı qızı apellyasiya şikayəti verərək, qətnamənin “iddia ərizəsi qalan hissədə təmin edilməsin” hissəsində ləğv edilməsini və iddianın tamamilə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətində, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014-cü məhəllədə yerləşən 0,3022 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 976,6 kv.metr, əsas sahəsi 774,5 kv.metr, köməkçi sahəsi 202,1 kv.metr olan əmlak kompleksi kimi müəssisədə (ticarət mərkəzinin) ½ hissəsi vardır. Cavabdeh1 dəfələrlə iddiaçıya vədlər verirdi ki, o, həmin daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrini başa çatdırandan dərhal sonra həmin əmlakı sataraq onun borcunu qaytaracaq və yaxud qeyd edilən əmlakı borc müqaviləsi üzrə öhdəliyinin təminatı kimi iddiaçının ipotekasına qoyacaq. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5146/2020 saylı, 28.09.2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı qızının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(004)-110/2020 nömrəli qətnaməsinin İddiaçı qızının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Elşən Kazımov). Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-1605/2021 saylı, 26.04.21-ci il tarixli qərarı ilə, İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2020-ci il tarixli, 2(103)-5146/2020 nömrəli qətnaməsinin qismən, yəni cavabdehin borcu ödəməyi gecikdirdirməsinə görə faizin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (sədrlik edən: Elşad Şamayev). Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, faiz borcu hissəsində iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «Apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissəsinin Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq əsassız olduğu qənaətinə gəlsə də, Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulması məsələsini müzakirə etməmişdir.». Hazırki apellyasiya baxışında birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borcun vaxtında qaytarılmamasına görə hesablanmalı olan məbləğ hissədə yoxlanılır. İşə yenidən apellyasiya icraatı qaydasında baxılarkən Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma zamanı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında 14.03.2017-ci il tarixli kredit müqaviləsi üzrə 180.000 ABŞ dollarının faiz borcunun Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik faiz dərəcəsi 5% ilə, 14.03.2018-ci il tarixindən (borcun ödənilməli olduğu tarix) 04.06.2019-cu il tarixinədək (məhkəməyə müraciət edildiyi tarix) nə qədər təşkil etməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11.11.2021-ci il tarixli ekspert rəyinə əsasən, həmin sual üzrə faiz borcunun məbləği 11.000 ABŞ dolları müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsinyazılı qaydada verilən əsaslandırılmışvəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Hazırki iş üzrə ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, kollegiya hesab edir ki, həmin rəyə istinad edilməsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və Ali Məhkəmənin göstərişlərinə əsasən qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kollegiya Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə pul məbləği tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı, 1800 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Sadalanan xüsusatlara və Ali Məhkəmənin göstərişlərinə əsasən kollegiya vurğulayır ki, Cavabdeh1 14.03.2017-ci il tarixli kredit müqaviləsi üzrə 1800 ABŞ dolları məbləğində pul İddiaçı qızının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-110/2020 saylı, 21.02.2020-ci il tarixli qətnaməsi qismən, cərimə hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-110/2020 saylı, 21.02.2020-ci il tarixli qətnaməsi qismən, borcun vaxtında qaytarılmamasına görə (cərimə) hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 14.03.2017-ci il tarixli kredit müqaviləsi üzrə 1800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı qızının xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6492/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6492/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver