Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6492/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kolleıiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oülu və Sadıqov Vahid Nəriman oülundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3014/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları xx.xx.2019-cu il tarixli, BPM**********31 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 23 ay müddətinə illik 20% ödəmək şərtilə 7000 manat kredit verilmişdir. Maliyə arayışına əsasən xx.xx.2022-ci il tarixə X8 oülunun 6528,99 manat əsas borc, 86,22 manat faiz borcu mövcuddur. X8 oülu vəfat etmiş, onun vərəsəsi - arvadı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m. olan mənzilə; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi olan 122,3 kv.m. olan fərdi yaşayış evinə və ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6528,99 manat əsas, 3,75 manat faiz borcu olmaqla, cəmi 6532,74 manat borcun və ödənilmiş 85,33 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar CəmiyyətininYasamal filialı ilə bağladığı BPM**********31 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 23 ay müddətinə, 20 faizlə 7000 manat məbləğində pul vəsaiti götürmüşdür. Lakin əldə olunmuş məlumata görə X5 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. 1 saylı Bakı "Asan xidmət” notariat ofisi tərəfindən verilən məlumata əsasən X8 oülunun miras əmlakına dair ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən X8 oülunun Banka ödənilməmiş qalan 6528,99 manat əsas, 3,75 manat faiz borcu olmaqla cəmi 6532,74 manat borcu vardır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3014/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6528,99 manat əsas, 3,75 manat faiz borcu olmaqla cəmi 6532,74 (altı min beş yüz otuz iki manat yetmiş dörd qəpik) manat borcun və ödənilmiş 85,33 (səksən beş manat otuz üç qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X8 oülu iddiaçı qarşısında öhdəliyini tam icra etməmiş, vəfat etmiş, ondan qalan miras əmlakı tam həcmdə Cavabdeh tərəfindən qəbul etmişdir. Bu səbəbdən Cavabdeh 6528,99 manat əsas, 3,75 manat faiz borcu olmaqla cəmi 6532,74 manat borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 448.1, 1255 və 1306.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə əsaslandırılmışdır. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ onun mərhum əri X5 ilə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə bağlanmış BPM**********31 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü kreditin ödənilməyən hissəsidir. X1 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Banklardan götürülən kreditlər sığortalanır. Banklar tərəfindən kreditlər əsasən fərdi qəza sığortası və həyat sığortası üzrə sığortalanır. Bəzi hallarda isə girov əsasında verilmiş kreditlərdə girov qoyulmuş əmlak sığortalanır. Sığorta hadisəsi baş verdikdə isə kredit götürmüş şəxs ödənilməli olan kredit borcundan azad olunur. Lakin məhkəmə bu faktı araşdırmamış, mərhum ərinin götürdüyü kredit müqaviləsinin həyat sığortası üzrə sığortalanıb-sığortalanmamasını araşdırmamışdır. Əgər kredit həyat sığortası üzrə sığortalanıbsa deməli bank ondan həmin məbləği tələb edə bilməz. Belə olan halda bank həm sığorta şirkətindən həm də ondan eyni məbləği almış olacaq ki bu da əsassız varlanmaya gətirib çıxaracaqdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə X3 6528,99 manat əsas borc, 86,22 manat faiz borcu mövcuddur. Lakin mərhum ərinin həmin məbləğdə borcunun olması barədə iddiaçının yəni işdə marağı olan şəxsin maliyyə arayışı ilə sübut olunmuş hesab etmişdir. Lakin bu iddiaçının təqdim etdiyi təktərəfli sənəddir və həmin sənəddəki məlumatların həqiqiliyi heç bir mötəbər sübutla sübut edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılıüını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
739. Borc müqaviləsinə ıörə, iştirakçılardan biri (borc verən) pula və ya diıər əvəz edilən əşyalara mülkiyyət hüququnu diıər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə ıötürür, diıər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmaüı öhdəsinə ıötürür. 448.1. Əıər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1255. Qəbul edilmiş miras onun açıldıüı ıündən vərəsənin mülkiyyəti sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birıə borclu kimi tam ödəməyə borcludurlar.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləüinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kolleıiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, əgər kredit həyat sığortası üzrə sığortalanıbsa deməli bank ondan həmin məbləği tələb edə bilməz. Həmçinin apellyatorun mərhum ərinin həmin məbləğdə borcunun olması barədə iddiaçının təqdim etdiyi maliyyə arayışındakı məlumatların həqiqiliyi heç bir mötəbər sübutla sübut edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iş materiallarında olan borclu X8 oülu "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə baüladıüı BPM**********31 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsində onun sığortalanması görünmür, həmçinin kollegiyanın iclasınla iddiaçı bu faktı təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, 2018-ci ildən sonra bağlanmış bütün kredit müqavilələri, o cümlədən mərhumla 2019-cu ildə bağlanmış müqavilə sığortalanmamışdır. Belə olan halda məhkəmə kollegiyası apellyatorun bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, apellyator mərhum ərinin həmin məbləğdə borcunun olması barədə iddiaçının təqdim etdiyi maliyyə arayışındakı məlumatların həqiqiliyi şübhə altına alınmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bu dəlillə əlaqədar hesab edir ki, iş materiallarında olan maliyyə arayışında kredit alanın aldığı məbləğlə yanaşı, ödədiyi və borclu qaldığı məbləğlər açıqaydın görünür. Ödənilməmiş qalan məbləğlərə dair faiz məbləğləri də müqavilə şərtlərinə uyğun hesablanır və bu məbləğ 3,75 manat təşkil edir ki, bu cüzi faiz məbləğinin də araşdırılması xüsusi bilik tələb etmədiyindən kollegiya bu dəlil üzrə araşdırılma aparılmasına zərurət görmür. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə hesablanmış borc məbləği iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş maliyyə arayışına əsasən hesablanmışdır. Qeyd olunan maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmaüa əsas verən sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin maliyyə arayışı barədə dəlililini əsassız sayır və birinci instansiya məhkəməsinin iddianın əsaslı olmasına dair nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1306-cı maddəsinin və Mülki Məcəllənin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına uyğun olaraq cavabdehə əri X8 oülunun xx.xx.2020-ci il tarixində vəfatından sonra qalan mirasın kütləsi mərhumun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə cavabdehin məsuliyyət daşımasına tam əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyüun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldıüı ıündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birıə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə baülı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna ıörə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə baülı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillərə dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, vəfat etmiş şəxsin sığortalı olması, həmçinin vəfat etmiş şəxsin miras aktivlərini qəbul etməsi iş materialları ilə subuta yetirilmişdir. Cavabdeh bu halları təkzib edə bilməmişdir. Beləliklə də, məhkəmə kolleıiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsini qanuni və əsaslı sayır. Məhkəmə kolleıiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kolleıiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3014/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi ıündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolleıiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov