Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6497/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə zərərin ödənilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4967/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli **********28013 №-li kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında xx.xx.2021-ci tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 22% dərəcəsi ilə hesablanmış 3305,81 manat zərərin (əldən çıxmış faydanın) əvəzi və xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 12,95 manat penya, cəmi 3318,76 manat pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 53,19 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4967/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “xx.xx.2013-cü il tarixli **********28013 №-li kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilməsi, "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 53,19 (əlli üç manat on doqquz qəpik) manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" ASC-yə qaytarılması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli **********28013 №-li kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına və həmin borcun ipoteka predmeti hesabına ödənilməsinə dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğuna görə, iddiaçı yenidən həmin kredit müqaviləsinə istinad etməklə hazırkı iddianı qaldıra bilməz.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Həmin qərardaddan iddiaçı "xxxx" ASC şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-4967/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsi baxılması üçün icraata qəbul edilməsi xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarındaqeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququMM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-41/2022 №-li qətnaməsinin surətindən göründüyü kimi xx.xx.2023-cü il tarixə qədər hesablanmış əldən çıxmış fayda şəklində zərər məbləğinə münasibətdə Bankın iddia tələbi məhkəmə tərəfindən təmin olunmuşdur. Bu isə o deməkdir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi nəticəsində Bankın həmin tarixə (xx.xx.2023-cü il) qədər üzləşmiş olduğu maliyyə itkiləri Qətnamə ilə kompensasiya edilmişdir. Lakin həmin qətnamədə ipoteka predmeti hesbına ödənilməsi qət olunmuş Kredit müqaviləsi üzrə 7772,28 manat məbləğində əsas borc cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tam şəkildə qaytarıldığından, Bank həmin vəsaiti yenidən kreditləşməyə cəlb edərək gəlir əldə etmək imkanından məhrum olmuş və buna görə də xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan dövr ərzində Bank yenidən əldənçıxmış fayda şəklində zərərə məruz qalmışdır. Yuxarıda qeyd olunan hüquq normalarından və həmin normaların tətbiqi qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun qərarlarından göründüyü kimi Bank ona vurulmuş qeyd edilən zərərin əvəzini tələb etmək hüququna malikdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4967/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli e-2(004)-4967/2023 nömrəli qərardadından verdiyi şikayətin rədd edilməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
10. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “....bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.
12. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC Cavabdeh qarşı “xx.xx.2013cü il tarixli **********28013 №-li kredit müqaviləsi imzalanmış, kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə 15000 manat məbləğində illik 22% faiz ödənilməsi şərti ilə kredit verilmişdir.
13. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün iddiaçı "xxxx" ASC kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir.
14. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-41/2022 №-li qətnaməsi ilə Mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və Kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı "xxxx" ASC qarşısındakı 7772,28 manat vaxtı keçmiş əsas borcun, xx.xx.2017-ci il tarixədək kreditdən istifadəyə görə illik 22 % dərəcəsi ilə hesablanmış 690,96 manat adi faizlər üzrə borcun, xx.xx.2017-ci il tarixdən xx.xx.2021ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 1520,64 manat əldən çıxmış faydanın əvəzinin, xx.xx.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 450 manat penyanın, cəmi 10.433,88 manat ipoteka predmetinin dəyərindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutumlası qət edilmişdir.
15. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-41/2022 №-li qətnaməsindən narazı qalan iddiaçı "xxxx" ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-901/2022 №-li qətnaməsi ilə cavabdeh iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə cavabdehlərin Mənzildən məcburi qaydada çıxarılması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə Bankın iddiası təmin olunmuşdur. Qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1315/2023 №-li qərarı ilə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-901/2022 №-li qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(051)-41/2022 №-li qətnaməsi ilə müəyyən edilmiş cəmi 10.433,88 manat borcu xx.xx.2023-cü il tarixdə Banka ödəmiş və bununla əlaqədar olaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir.
17. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli **********28013 №-li kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına və həmin borcun ipoteka predmeti hesabına ödənilməsinə dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğuna görə, iddiaçı yenidən həmin kredit müqaviləsinə istinad etməklə hazırkı iddianı qaldıra bilməz.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixli **********28013 №-li kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında xx.xx.2021-ci tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 22% dərəcəsi ilə hesablanmış 3305,81 manat zərərin (əldən çıxmış faydanın) əvəzi və xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 12,95 manat penyanın tutulmasını xahiş etmişdir.
19. Göründüyü kimi, iddiaçının ilkin iddia tələbi ilə hazırkı tələbi eynilik təşkil etmir, eyni tərəflər arasında mübahisə olsa da iddia tələbləri fərqlidir.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, “...Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
21. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).
22. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4967/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə zərərin ödənilməsi” tələbinə dair mülki iş iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev