Məhkəmə qərarları › İş №2(103)-6499/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6499/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6499/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4044/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı BOKT "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın icrası məqsədilə iddiaçı ilə X11 arasında (bundan sonra – Borc alan) arasında xx.xx.2019-cu il tarixdə KFP-007/2019 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Borcalana, onlar arasında bağlanmış xx.xx.2014-cü il tarixli K195/2014 saylı kredit müqaviləsinə əsasən verilmiş 3800 manat pulun bu müqavilə bağlandığı tarixə 1875 manat qalıq məbləğlərin ödənilməsi məqsədilə “Fərman”ın tələbinə müvafiq olaraq restrukturizasiya edilmiş 1875 manat güəzştli kredit verməyi, Borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri, o cümlədən müqavilədən irəli gələn digər pul öhdəliklərini (cərimə, dəbbə) qaytarmağı öhdəsinə götürmüşdür. Kredit 60 ay müddətinə verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 12 ay 1,56 manat, qalan 48 ay isə 39,87 manat müəyyən edilmişdir.

2. Borc alan xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu Ramin Zülfüqarov tərəfindən xx.xx.2020-ci il tarixində V-104/2020 saylı vərəsəlik işi açılmış, Firudin Həmzəyevin vərəsələri, X5 və Cavabdeh1 Borc alandan miras qalmış, buraxılış ili 1995- ci il olan “JEEP Grand Cherokee” minik markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhədaətnamə ilə vərəsələrin hər birinin payı ½ hissədə olmaqla müəyyən edilmişdir.

3. X12 xx.xx.2008-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmamışdır, o anası – digər cavabdeh X8 himayəsindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərdən, 1875 manat əsas borcu, 93 manat faiz borcu məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 420 manat xidmət haqqı və 44 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2019-cu il tarixli KFP-007/2019 saylı Kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X7 5 il müddətinə 1875 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli KFP-007/2019 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə iddiaçıya əsas borcu-1875 manat, faiz borcu 93 manat, ümumilikdə 1968 manat məbləğində borc təşkil edir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X2 vərəsələri-X9 və X6r. X3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə imza etməsinə dair etiraz etməməsi barədə ərizə Cavabdeh2 (anası) tərəfindən notariat ofisinə təqdim edilmişdir..

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4044/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 1875 manat borcun, 10,92 manat faiz borcunun, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 120 manat pul vəsaitinin, 44 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-nin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739, 1133.1, 1134.1, 1151.1, 1159.1.1, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı BOKT "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə X10rasında xx.xx.2019-cu il tarixli KFP-007/2019 saylı Kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X7 5 (beş) il müddətinə 1875 (bir min səkkiz yüz yetmiş beş) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli KFP-007/2019 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə əsas borcu-1875 (bir min səkkiz yüz yetmiş beş) manat, faiz borcu-93 (doxsan üç) manat, ümumilikdə 1968 (bir min doqquz yüz altmış səkkiz) manat məbləğində borc təşkil edir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X2 vərəsələri X4r (doğum tarixi:xx.xx.2003) və X6r (doğum tarixi:xx.xx.2008). X3 (doğum tarixi:xx.xx.2008) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə imza etməsinə dair etiraz etməməsi barədə ərizə Cavabdeh2 (anası) tərəfindən notariat ofisinə təqdim edilmişdir. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Hesab edir ki, iddia tələbinin hüquqi yardımla əlaqədar ödənilmiş 420 (dörd yüz iyirmi) manat məbləğində xidmət haqqı hissəsində 120 (bir yüz iyirmi) manat müəyyən edilməsi ilə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz etdiklərini bildirərək təmin edilməməsini xahiş etdilər.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

17. Maddə 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

18. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

19. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

20. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sırasına daxildir.

21. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin hüquqi yardıma görə ödənilmiş xidmət haqqının təmin edilməyən hissəsində də tam təmin edilməsini xahiş etdiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4044/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, birinci instansiya qeyd etmişdir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 420 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması barədə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçının hüquqi yardımın göstərilməsi üçün “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosuna 420 manat məbləğində ödəniş etdiyi müəyyən edilsə də, məhkəmə hüquqi yardıma görə ödənilmiş 120 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını daha ağlabatan və ədalətli hesab edir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

33. Kollegiya qeyd edir ki, maddənin normasından da göründüyü kimi məhkəmə tərəflərin tələb etdiyi məbləği həddindən artıq hesab edərsə, həmin məbləği ağlabatan məbləğdə azalda bilər. Bu həm ədalət prinsiplərini qorumaq, həm də qarşı tərəfin üzərinə həddindən artıq maliyyə yükü qoyulmaması məqsədi daşıyır. Məhkəmə, vəkil xidmət haqqının məbləğini müəyyən edərkən aşağıdakı amilləri nəzərə ala bilər: -İşin mürəkkəbliyi və əhəmiyyəti; -Vəkilin işə sərf etdiyi vaxt və əməyi; -Vəkil xidmətlərinin bazar qiyməti və yerli təcrübə; -Tələb olunan xidmət haqqının məhkəmənin mahiyyətinə uyğunluğu.

34. Bu halda kollegiya hesab edir ki, 420 manat tələb edilən xidmət haqqı konkret işin xarakterinə və görülən işlərin miqyasına uyğun deyil və 120 manat məbləğ ağlabatan həddir. Məhkəmələr, xüsusilə kiçik məbləğli mübahisələrdə və işlərin mürəkkəb olmadığı hallarda, vəkil xidmət haqqını tərəflər üçün həddindən artıq maliyyə yükü yaratmayacaq şəkildə müəyyən edirlər. Əgər vəkil tərəfindən görülən işlər və xidmətlər məhdud və standart xarakterlidirsə (məsələn, sənədlərin hazırlanması və iştirak), məhkəmə daha aşağı məbləği əsaslı hesab edə bilər. Bu, ədalət və bərabərlik prinsiplərinə uyğun olaraq qarşı tərəfin maliyyə baxımından haqsız vəziyyətə düşməsinin qarşısını alır.

35. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının 420 manat tələb etməsi onun hüququdur, lakin məhkəmə bu məbləği ağlabatan və əsaslandırılmış hesab etmirsə, daha uyğun məbləğ təyin edə bilər. Məhkəmənin 120 manatı qəbul etməsi, işin mürəkkəbliyi və xidmətlərin həcmini nəzərə alaraq qəbul etdiyi qərardır. Bu qərar həm də hüquq sisteminin tərəflərin haqlarını balanslaşdırmaq və qanuni xərclərin əsaslı şəkildə müəyyənləşdirilməsi məqsədini əks etdirir. Nəticə olaraq, məhkəmənin vəkil xidmət haqqını 120 manat müəyyən etməsi ağlabatanlıq və zərurilik prinsiplərinə əsaslanır.

36. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir.

37. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlə qeyd edilənlərə əsasən qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı BOKT "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4044/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı BOKT "xxxx" MMC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar