Məhkəmə qərarları › İş №2(103)-65/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-65/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-65/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 vəkili X1 iştirakları ilə, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-14970/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əsas borc 16479 ABŞ dolları, faiz borcu 17617 ABŞ dolları, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, 34596 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14970/2017 saylı, 16 noyabr 2017-cı il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 16 479 ABŞ dolları əsas, 17 617 ABŞ dolları faiz, 1 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 34097 ABŞ dolları pulun ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi müəyyən edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermiş və əsas və faiz borcunun düzgün hesablanmadığını, bu səbəbdən qətnamənin həmin hissədə ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi H.Həsənli apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Z.Ələsgərov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə digər cavabdehlərin iştirakı olmadan olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Tərəflər arasında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh1 “xxxxxxxxx” ASC-dən illik 26% ödəmək şərti ilə 24 ay müddətinə götürdüyü 25500 ABŞ dolları krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin tarixdə bağlanmış zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına görə Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Mülki işdə olan xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “xxxxxxxxx” ASC-yə 16479 ABŞ dolları əsas, 17617 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 34596 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 25543 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 “xxxxxxxxx” ASC-yə alınmış kredit vəsaiti üzrə xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 16828,31 ABŞ dolları, faiz borcu üzrə 4035,05 ABŞ dolları təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəməkollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış,Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 25543 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 “xxxxxxxxx” ASC-yə alınmış kredit vəsaiti üzrə xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 16828,31 ABŞ dolları, faiz borcu üzrə 4035,05 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsasvə faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 16828,31 ABŞ dolları, faiz borcu üzrə 4035,05 ABŞ dolları tutulmalı, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsasvə faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 16828,31 ABŞ dolları, faiz borcu üzrə 4035,05 ABŞ dolları tutulmalı, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-14970/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qətnaməsiəsas və faiz borca aidhissədədəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə əsas borca görə 16828,31 (on altı min səkkiz yüz iyirmi səkkiz ABŞ dolları, otuz bir sent) ABŞ dolları, faiz borcu üzrə 4035,05 (dörd min otuz beş ABŞ dolları, beş sent) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) tutulsun. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh1 tutularaq ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar