Məhkəmə qərarları › İş №2(103)-650/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-650/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-650/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən alınmış kreditin 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları (40 564.53 manat) məbləğində olan borcun ödənilməsinə yönəldilməsi nəticəsində tərəfindən artıq ödənilmiş 9 466.95 (doqquz min dörd yüz altmış altı manat 95 qəp) manat məbləğində pulun “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-698/2022) iddia təmin olunmamışdır. İş apellyasiya baxışında olarkən İddiaçı vəsatət verərək hazırkı işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4507/2022 saylı başqa işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, “Bank of Baku“ ASC ona qarşı hazırkı kredit müqaviləsi üzrə 3285.6 manatı kredt borcu tələbi ilə bağlı Yasamal Rayon Məhkəməsində (iş № İş № 2(004)-6380/2021) iddia qaldırmış, həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırkı iş üzrə tələb də həmin kredit müqaviləsi üzrə artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlıdır. Hesab edir ki, həmin işlərin həlli bir-birilə əlaqəlidir, ona görə də iş bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəsatəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4507/2022 saylı 16 iyun 2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə icraat hazırkı iş, yəni İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə yekun qərar çıxarılanadək dayandırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair 2(103)- 650/2023 saylı mülki iş iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair 2(103)-248/2023 saylı (əvvəlki nömrəsi 2(103)-4507/2022) mülki işlə bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar