Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6513/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3802/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixdə baş vermiş avtoqəza hadisəsi zamanı onun mülkiyyətində olan “Mercedes” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın ödənilməmiş hissəsi olan 1785 manat pul, iddia ərizəsinin tərtib olunması və məhkəmədə təmsilçilik üçün hüquqi yardıma görə vəkillə bağlanmış müqavilə üzrə ödədiyi 310 manat, həmçinin, vəkilin yol məsrəfləri üçün ödədiyi 100 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2225 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə verərək, Cavabdeh məxsus “İnfiniti FX-35” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını, həmin avtomaşının cavabdeh və digər şəxslər tərəfindən idarə olunmasının qadağan edilməsini, habelə avtomaşının duracağa yerləşdirilməsini və özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3802/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadına əsasən, ərizə qismən təmin edilərək, Cavabdeh məxsus “İnfiniti FX- 35” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, qalan hissədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət vermişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan sözügedən avtomobilin dəyəri iddiaçının tələbinə mütənasib deyil, habelə avtomobil üzərinə həbs qoyulmasını həmin avtomobildən istifadə hüququnu da məhdudlaşdırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3802/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı iləşikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. Şikayəti müdafiə edir və təmin edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki iddianın məzmunundan da görünür ki, iddiaçı avtoqəza hadisəsi zamanı onun mülkiyyətində olan “Mercedes” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın ödənilməmiş hissəsini tələb edir. Bununla yanaşı, birinci instansiya məhkəməsi 2(001)-3802/2020 saylı, xx xxxx 2020ci il tarixli qərardadında haqlı olaraq şikayətin avtomobilin üzərinə həbs qoyulmasının cavabdehin həmin avtomobildən istifadə hüququnu məhdudlaşdırması hissəsini əsassız hesab etmişdir. Çünki, həmin hissədə ərizə təmin edilməmiş, avtomobilin cavabdeh tərəfindən idarə olunması qadağan olunmamışdır. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1832/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadıdəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3802/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6513/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6513/2020
12.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver