Məhkəmə qərarları › İş №2(103)-6515/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6515/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6515/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi RayonMəhkəməsinin 2(001)-2911/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “kiçik mübahisələr üzrə iddia” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********10608 Xiaomi Redmi 6 A markalı telefon üçün 18 (on səkkiz) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********99598 NOKİA markalı telefon üçün 166 (yüz altmış altı) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********48095 Xiaomi Redmi 7 markalı telefon üçün 3 (üç) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********12294 HOFFMANN X PLAY markalı telefon və Hoffman paltaryuyan üçün 140 (yüz qırx) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu, ümumilikdə 358 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 378 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi RayonMəhkəməsinin 2(001)-2911/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Talıbov apellyasiya şikayəti ilə razılaşmayaraq, eyni zamanda, məhkəmə kollegiyasına maliyyə arayışı təqdim edərək, cavabdehin iş üzrə qətnamə qəbul olunana kimi pandemiya dövründə ödəniş etdiyini, hazırda 216 manat həcmində borcu olduğunu qeyd etdi, bunun qətnamə qəbul edilərkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00473893 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 84 manat ilkin ödəniş etməklə, 12 (on iki) ay müddətinə, hər ay 19 manat ödəmək şərti ilə, dəyəri 312 manat olan Xiaomi Redmi 6 A markalı mobil telefon, xx.xx.2019-cu il tarixdə bağlanmış 00592432 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçıCavabdeh 7 manat ilkin ödəniş etməklə, 12 (on iki) ay müddətinə, hər ay 34 manat ödəmək şərti ilə, dəyəri 415 manat olan NOKİA markalı mobil telefon, xx.xx.2019-cu il tarixdə bağlanmış 00631829 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçıCavabdeh 242 manat ilkin ödəniş etməklə, 6 (altı) ay müddətinə, hər ay 13 manat ödəmək şərti ilə, dəyəri 320 manat olan Xiaomi Redmi 7 markalı mobil telefon, xx.xx.2018-ci il tarixdə bağlanmış 15084 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçıCavabdeh 18 (on səkkiz) ay müddətinə, hər ay 61 manat ödəmək şərti ilə, dəyəri 1098 manat olan HOFFMANN X PLAY markalı telefon və Hoffman paltaryuyan satmışdır. Mülki işdə olan xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 18 manat əsas, 1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 166 manat əsas, 16 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3 manat əsas, 0 manat cərimə, xx.xx.2018- ci il tarixli müqavilə üzrə 140 manat əsas, 14 manat cərimə olmaqla, İddiaçınə cəmi 327 manat əsas borcu, 31 manat dəbbə pulu borcu yaranmışdır. Mülki işdə olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2018-ci il tarixli razılaşmadan irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işə apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayaşından görünür ki, borclu Cavabdeh hal-hazırda qalıq borcu 216 (iki yüz on altı) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə kollegiyası cavabdehdən borcun tutulması ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə borclu Cavabdeh hal-hazırda qalıq borcu 216 (iki yüz on altı) manat olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 216 (iki yüz on altı) manat pul tutulmalı, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi RayonMəhkəməsinin 2(001)-2911/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh borcun tutulmasıhissəsindədəyişdirilsin və ondan 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulsun. Qətnaməonun apellyasiya şikayətinə münasibətdəqalan (mübahisələndirilən) hissədədəyişdirilmədənsaxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar