Məhkəmə qərarları › İş №2(103)-6517/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6517/2025

05.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6517/2025 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil3 iştirakları ilə, Işin halları

1. “xxxx” ASC – Leobank ödəniş qəbzi ilə müəyyən olunur ki, ödəyici İddiaçı tərəfindən Gömrük Komitəsinə ##.##.2024-cü il tarixdə 8531,52 manat ödəniş edilmişdir.

2. “Expresspay” ödəniş sistemi vasitəsilə edilmiş ##.##.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Məhərrəmov Hicran Sabir qızı tərəfindən Dövlət Gömrük Komitəsi üzrə xidmət haqqı 14,41 manat olmaqla 8517,11 manat ödəniş edilmişdir.

3. Iddiaçının nümayəndəsi və vəkili tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun surəti ilə müəyyən olunur ki, borcun 3 gün ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

4. ## #### 2025-ci il tarixdə X3 şahid qismində ifadə verərək bildirmişdir ki, cavabdehi 8 ildir ki, tanıyır. Iddia tələbi barədə məlumatı var. Iddiaçı Cavabdeh çox yorurdu və dəfələrlə aldıqlarını tələb edirdi. Onların münasibəti olduğu dövrdə Hicrangilə gizlin şəkildə getmişdir. Hətta cavabdehin evinə onun razılığı ilə kamera yerləşdirmişdir. Onlara gedən vaxt cavabdeh kameranı çıxarırdı. Həmin gün onlara getmişdir. Cavabdeh ona bildirmişdir ki, bu gün Yusiflə görüşməlidir. Onun oğluna baxmağa razılaşmışdır. Bundan sonra Yusif zəng edib Hicrana bildirdi ki, gələ bilmir və bir oğlan göndərir pulu ona verər. Cavabdeh aşağı düşüb pulu verəcəyini bildirmişdir. Həmin pul cavabdehin evində televizorun altında rezinlə bağlanmış şəkildə qalmışdı. Düşəndən sonra heç beş dəqiqə çəkmədi qalxdı evə. Cavabdeh düşməmişdən əvvəl pulu özü oturub dəqiq saydı və sonradan düşüb verdi. Həmin pul avtomobilin gömrükdən keçirilməsi üçün verildiyini bilir və səhv etmirsə, 9.000-9.200 manat məbləğində pul vəsaiti idi. Səs yazısı olan gündən əvvəl tərəflər artıq ayrılmışdılar və həmin səs yazılan gün Hicrangilə gələcəkdi, hətta Gülnur adlı rəfiqəsi də onlarda idi. Oğlu yemək istədiyi üçün onlarla birlikdə çıxmışlar, avtomobilə minmiş və yolun sol tərəfində Yusifi görmüşlər. O, dəfələrlə onu da təhdid edib, çünki onun Tofiq adlı dostu ilə münasibəti olub. Yusif arxalarınca gəlmiş və işıqforda dayananda avtomobilə çox şiddətli olmayacaq şəkildə vurmuşdur. Uşaq ağlamış, cavabdeh avtomobildən düşmüşdür. Onlar 30-40 dəqiqə söhbətləşdilər. Cavabdeh gəldikdən sonra bildirdi ki, iddiaçı ondan bugünədək xərclədiyi pulları tələb edir və hətta səsini yazmışdır.

5. ##.##.2025-ci il tarixli məhkəmə iclasında X1 şahid qismində ifadə verərək bildirmişdir ki, cavabdehin anasıdır. Maşın alınması üçün avqust ayında ilkin ödəniş üçün 4000 manat, noyabr ayında isə 9000 manat gömrük üçün ödəniş etmişdir. Həmin pulları qızı boşandıqdan sonra onun qızıllarını sataraq əldə etmişlər. Belə ki, həmin puldan ev almaq üçün istifadə edəcəklərdi, lakin buna ehtiyac olmamış, evi qarşı tərəf – qızının qaynatası almış, bu səbəbdən ev almaq üçün o pula ehtiyac olmamışdır. Bu səbəbdən o pulu maşın almaq üçün istifadə etmişdirlər. Qızının maşını köhnə olduğu üçün almışlar. Həmin maşını 12300 manata satmışlar, həmin pulun üzərinə qızıldan əldə edilmiş pulu qoymuş, nəticədə maşını 26000 manata almışdırlar.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9 000 AZN (doqquz min manat) məbləğində borcun, 110 AZN (yüz on manat) dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 1000 AZN məbləğində pulun, ümumilikdə isə 10 110 AZN (on min yüz on manat) məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh aldığı avtomobilin gömrük rüsumunu ödəmək məqsədilə İddiaçı borc pul istəmiş və tez bir zamanda qaytaracağını bildirmişdir. İddiaçı isə 8531,52 AZN (səkkiz min beş yaz otuz bir manat 52 qəpik) məbləğində rüsumu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq hesabına ##.##.2024-cü il tarixində köçürülmüşdür. Bunu təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilir. Bundan sonra 400 AZN (dörd yüz manat) da əlavə olaraq nağd şəkildə Cavabdeh verilmişdir. Lakin artıq uzun müddət keçməyinə baxmayaraq Cavabdeh tərəfindən İddiaçı borc pulun ödənilməsi həyata keçirilməmişdir. Belə ki, Cavabdeh İddiaçı gömrük rüsumu ödəməsini xahiş etmiş, pulu qaytaracağını bildirmişdir. Ən son isə ##.##.2025-ci il tarixində görüş zamanı İddiaçı Cavabdeh pulu ödəməsini və bununla bağlı yazılı borc müqaviləsi bağlamaq istədiyini bildirmişdir. Cavabdeh borcu etiraf edən formada səsinin yazılmasına razı olmuşdur. Məhkəmə hazırlıq iclasında səs yazısını təqdim edəcəkdir. Pulun ödənilməsi istiqamətində isə hər hansı addım atılmamışdır. ##.##.2025-ci il tarixində Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir və əgər 3 gün ərzində 9000 AZN (doqquz min manat) məbləğində borcun, 110 AZN (yüz on manat) dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 1000 AZN məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair məhkəməyə müraciət olunacağı bildirilmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “9000 AZN (doqquz min manat) məbləğində borcun, 110 AZN (yüz on manat) dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 1000 AZN məbləğində pulun, ümumilikdə isə 10110 AZN (on min yüz on manat) məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1, 666.2, 739.1, 739.2, 1091.1, 1091.2, 1093.1, 1093.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 121.1, 124.2, 217.4, 218.3, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Hazırkı iş üzrə cavabdeh tərəfindən bildirilmişdir ki, “...Uzunmüddət aralarında münasibət olub və hətta birlikdə xarici ölkələrə də gediblər. Cavabdeh iddiaçıdan ayrılmaq istədiyini bildirəndə iddiaçı başlayıb ona hədə qorxu gəlməyə. Cavabdeh dəfələrlə xidmətinə müraciət etmiş və bununla bağlı tərəfindən sorğu verilmişdir. Cavabdeh avtomobildə öz rəfiqəsi və övladı ilə gedərkən iddiaçı onun avtomobilini arxadan vurur və zorla onu avtomobildən düşürüb öz avtomobilinə otuzdurur. Bundan sonra səs yazısını qoşur və deyir ki, səs yazıda bildir ki, “sənin mənə borcun var, yoxsa səni burada döyəcəyəm”. Cavabdeh qorxub həmin sözləri deyib və səs yazısına təkrar qulaq assaq aydınlaşar ki, cavabdeh könüllü şəkildə demir və iddiaçı da təkid edərək, təvəllüdünü deməsini bildirir. Bu iddianın verilməsində məqsəd ondan ibarətdir ki, iddiaçı cavabdehdən ona xərclədiyi pulları istəyir. Avtomobilin pulunu cavabdeh özü verib və şəxsən bildirir ki, iddiaçı sürücüsünü göndərdi və o da düşüb 9.000 manatı ona verdi...”. Cavabdeh isə ifadəsində göstərir ki, 9000 manat məbləğində pulu özü iddiaçı İddiaçı vermişdir ki, gömrük rüsumunu ödəsin. Şahid qismində dindirilən X3bildirmişdir ki, “...həmin pul cavabdehin evində televizorun altında rezinlə bağlanmış şəkildə qalmışdı. Düşəndən sonra heç beş dəqiqə çəkmədi qalxdı evə. Cavabdeh düşməmişdən əvvəl pulu özü oturub dəqiq saydı və sonradan düşüb verdi. Həmin pul avtomobilin gömrükdən keçirilməsi üçün verildiyini bilir v ə səhv etmirsə, 9.000-9.200 manat məbləğində pul vəsaiti idi..”. Həmçinin şahid qismində dindirilən X1 isə bildirmişdir ki, “...Maşın alınması üçün avqust ayında ilkin ödəniş üçün 4000 manat, noyabr ayında isə 9000 manat gömrük üçün ödəniş etmişdir. Həmin pulları qızı boşandıqdan sonra onun qızıllarını sataraq əldə etmişlər. Belə ki, həmin puldan ev almaq üçün istifadə edəcəklərdi, lakin buna ehtiyac olmamış, evi qarşı tərəf – qızının qaynatası almış, bu səbəbdən ev almaq üçün o pula ehtiyac olmamışdır. Bu səbəbdən o pulu maşın almaq üçün istifadə etmişdirlər. Qızının maşını köhnə olduğu üçün almışdırlar. Həmin maşını 12300 manata satmışlar, həmin pulun üzərinə qızıldan əldə edilmiş pulu qoymuş, nəticədə maşını 26000 manata almışdırlar...”. Mövqelərdən göründüyü kimi, bağışlamanın mövcudluğu üçün tərəflərdən öz iradəsini ifadə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Normanın məzmunundan aydın olduğu kimi hər hansı müqavilənin, o cümlədən bağışlama müqaviləsinin bağlanmış sayılması tərəflərin iradə ifadəsi olmalıdır. Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, əgər cavabeh tərəfindən əmlakın hədiyyə kimi verilməsini düşündüyünə dair arqument irəli sürülsə, bu halda sübutetmə yükü iddiaçının üzərinə qoyulmalıdır ki, əksini sübut etsin. Lakin hazırki iş üzrə cavabdeh tərəfindən belə pulun hədiyyə kimi qəbul edilməsinə dair arqument göstərilməmişdir. Cavabdeh həmin pulu özü tərəfindən iddiaçıya verməsinə dair arqument irəli sürmüş, bu da sübut edə bilməmişdir. Iddiaçı tərəfindən 9000 manat gömrük rüsumunun cavabdeh Cavabdeh əvəzinə ödənilməsinə dair sübutlar (qəbz, səs yazısı) məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə qətnaməsində həmin sübutlara münasibət bildirilməmişdir. Yəni mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən 9000 manat məbləğində pulun verilməsinə dair arqument sübut edilmişdir. Bu baxımdan sübutetmə yükü cavabdehə keçmişdir. Həmin pulun qaytarılmasına dair mövqe isə cavabdeh tərəfindən sübut edilməli idi. Buna baxmayaraq məhkəmə tərəfindən dəlillərə münasibət bildirilməmiş, hər hansı iradə ifadəsinin mövcudluğu proses iştirakçıları tərəfindən bildirilməsə də, məhkəmə pulun verilməsinin cavab tədbiri şərtləndirilmədiyini bildirmişdir. Hansı əsasla bu qənaətə gəlməsi isə məhkəmə qətnaməsində əsaslandırılmamışdır. Bu baxımdan hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməlidir. Məhkəməyə təqdim edilən səs yazısından aydın olduğu kimi cavabdeh Məhərrrəmova Hicran Sabir qızı tərəfindən iddiaçıya 9000 AZN məbləğində borcunun olması təsdiq edilir. Həmçinin iş üzrə şahid qismində dindirilən X3 bildirmişdir ki, “...Iddiaçı Cavabdeh çox yorurdu və dəfələrlə aldıqlarını tələb edirdi...”. Elə burdan da aydın olduğu iddiaçı tərəfindən Cavabdeh dəfələrlə aldıqları tələb edilmişdirsə, bu halda bağışlamanın həyata keçirilmiş olması qənaətinə gəlmək düzgün deyildir. Çünki iddiaçı tərəfindən verilənlər cavab xidməti ilə şərtləndirilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Iddiaçı İddiaçı 9000 manat məbləğində pulu ödəməsinə dair niyyəti borc vermək olmuşdur. Bunu təqdim edilən səs yazısı da təsdiq edir. Həmçinin şahid qismində dindirilən X3 da Yusifin verdiklərini geri tələb etdiyini bildirmişdir ki, borc kreditorun tələbi ilə qaytarılmalıdır. Bundan başqa pulun qaytarılması üçün konkret müddət təyin edilsə də, pul qaytarılmamışdır. Həmçinin əgər məhkəmə tərəfindən qənaətə gəlinmişdirsə ki, borc 3000 manatdan yuxarıdır və müqavilə yazılı bağlanmadığından borc müqaviləsi kimi qiymətləndirilə bilməz, bu halda məhkəmə praktikasına uyğun olaraq münasibət əsassız varlanma kimi qiymətləndirilməlidir. Səs yazısında pulun qaytarılma müddətinə dair mövqe öz əksini tapmışdır. Həmçinin borcun verilməsi hansısa şərtdən asılı edilməyə bilər. Belə ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Belə olan halda məhkəmə qətnaməsində göstərilən mövqe tamamilə əsassızdır. Hesab edir ki, mülki münasibətə əsassız varlanmanın normaları tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 1091ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuniəsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 41-44). Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Belə ki, cavabdeh Cavabdeh 9000 manat məbləğində pul qarşılığında avtomobilinin gömrük rüsumunu ödəmişdir (yəni, cavabdeh əmlak əldə etmişdir), həmin əmlak iddiaçının 9000 manat məbləğində pulu hesabına əldə edilmişdir (yəni, əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi), bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsas mövcuddur. Bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsində işin halları ətraflı araşdırılmadığından, o cümlədən qanunun norması düzgün tətbiq edilmədiyindən Nərimamov Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın tam təmin edilməsi haqqında Qətnamə qəbul edilməlidir. Hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 385-ci maddəsində nəzərdə nəzərdə tutulan aşağıdakı əsaslara görə ləğv edilməlidir: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilmədiyi üçün (MPM-in 385.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq); məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən (MPM-nin 385.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq); birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən (MPM-nin 385.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu qətnamədə əsaslandırmalı, sübutları əlaqələndirməli və araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətinə etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəf öz iddiasında cavabdehə borc verdiyini qeyd etmiş və həmin pulu tələb etmişdir. Lakin tərəflər arasında heç bir yazılı və ya şifahi borc müqaviləsi bağlanmamış, cavabdehə borca pul verilməmişdir. Iddiaçının məhkəməyə təqdim etdiyi avtomobilin gömrük ödənişi üçün verilən qəbzdə onun adının olması borc öhdəliyinin olması demək deyil. Belə ki, işin mübahisəsiz halıdır ki, avtomobil Cavabdeh adına sifariş verilmiş və onun adına rəsmiləşdirilmişdir. Iddiaçı gömrük orqanına avtomobilin gömrük rəsmiləşdirilməsi üçün getmiş və bütün bu işləri cavabdehin adından etmişdir. Avtomobil cavabdehin adına rəsmiləşdirilmiş, bütün sənədləşmə iddiaçı tərəfindən olunduğu üçün bəzi sənədlərdə onun adı da yazılmışdır. Hər hansı bank qəbzində iddiaçının adının yazılması həmin pulun onun tərəfindən ödənilməsi demək deyil. Belə ki, etibarnamə əsasında keçirilən alqı-satqı müqavilələrində ödəniş alqı-satqıya göndərilmiş nümayəndə tərəfindən ödənilir və bank qəbzində pulu ödəyən kimi nümayəndənin adı yazılır. Əgər bu düşüncə ilə yanaşılsa, bütün nümayəndələr həmin qəbzi əllərində tutub sonradan alıcıdan pul tələb edə bilərlər ki, hal da absurddur. Ikinci bir tərəfdən iddianı sübut etmək iddiaçının üzərinə düşür. Tərəflər arasında həqiqətən borc öhdəliyi olubsa nə vaxt, harada, hansı şərtlərlə verilib?. Bu borc nə vaxt qaytarılmalı idi, borcun verilməsində məqsəd nə idi? Nəyə görə pul cavabdehin özünə yox gömrük rəsmiləşdirilməsinə ödənilib? Bütün bu sualların cavabsız qalması heç bir borc öhdəliyinin olmadığını göstərir. Bundan başqa məhkəməyə təqdim olunan səs yazısı özü iddianın təmin olunmasına yox rədd olunmasına əsas dəlildir. Belə ki, bu səs yazısı tərəflər arasında telefon və ya "whatsapp" proqram danışığı deyil, səsyazan vasitəsilə yazılmışdır. Səs yazısınının özündən aydın olur ki, cavabdeh hədə-qorxu altındadır. Belə ki, həmin yazıya qulaq asanda iddiaçının cavabdehə qarşı təvəllüdünü de kimi ifadə işlətməsi və bundan sonra cavabdehin öz təvəllüdünü deməsi hədə-qorxunun bariz sübutudur. Həmçinin ki, belə səsyazan vasitəsilə əldə olunan səs yazısı qanunu pozmaqla əldə olunmuşdur ki, belə sübutlardan istifadə oluna bilməz. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, tərəflər arasında heç bir borc öhdəliyi yoxdur. Birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.

b) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Bundan əlavə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, hazırkı işdə mübahisə doğuran əsas məsələ İddiaçı tərəfindən cavabdeh Cavabdeh məxsus avtomobilin gömrük rəsmiləşdirilməsi məqsədilə ödənilmiş pulun hüquqi xarakteridir. Iddiaçının mövqeyi ondan ibarətdir ki, cavabdeh avtomobilinin gömrük rüsumunun ödənilməsi üçün ondan borc pul istəyib, həmin pulu qısa müddətdə qaytaracağını bildirib və bunun əsasında İddiaçı tərəfindən ## ###### 2024-cü ildə Dövlət Gömrük Komitəsinin müvafiq hesabına 8.531 manat 52 qəpik ödənilib. Bundan əlavə cavabdehə nağd pul da verilib və tərəflər arasında qaytarılmalı ümumi məbləğ 9.000 manat təşkil edib. Cavabdeh gömrük ödənişinin həyata keçirildiyini inkar etmir. Onun etirazının mahiyyəti bundan ibarətdir ki, guya həmin məbləğ əvvəldən özünə məxsus olub və o, 9.000 manat pulu İddiaçı göndərdiyi şəxsə verib. Deməli, tərəflər arasında gömrük ödənişinin mövcudluğu barədə deyil, həmin ödəniş üçün istifadə olunmuş pulun kimə məxsus olması və İddiaçı tərəfindən borc kimi verilib-verilməməsi barədə mübahisə vardır. Birinci instansiya məhkəməsi isə tərəflərin irəli sürdüyü bu iki mövqedən heç birini tam araşdırmadan, üçüncü bir nəticəyə, yəni pulun iddiaçı tərəfindən cavabdehə bağışlanması nəticəsinə gəlib. Məhz bu nəticənin nə faktiki, nə də hüquqi əsası mövcuddur. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsini əsaslandırarkən göstərib ki, tələb olunan məbləğ 3.000 manatdan artıq olduğundan borc müqaviləsi yazılı formada bağlanmalı idi. Məhkəmə ayrıca yazılı borc müqaviləsinin təqdim edilməməsinə əsaslanaraq borc münasibətinin sübut edilmədiyi nəticəsinə gəlib. Lakin iş apellyasiya instansiyasının icraatında olduğu müddətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarı qəbul edilib. Həmin qərarla müəyyən edilib ki, borc müqaviləsinin sadə yazılı formada tərtib edilməməsi tərəflər arasında faktiki yaranmış borc münasibətinin avtomatik olaraq inkar edilməsinə səbəb olmamalıdır. Konstitusiya Məhkəməsi göstərib ki, forma tələbi real iqtisadi münasibəti aradan qaldıran mexanizmə deyil, həmin münasibətin və onun şərtlərinin mötəbər sübutlarla təsdiq edilməsini təmin edən vasitəyə çevrilməlidir. Konstitusiya Məhkəməsi Plenumu xüsusilə vurğulayıb ki, fiziki şəxslər arasında etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən ayrıca yazılı borc müqaviləsi tərtib edilməsə belə, borc münasibətinin ödəniş qəbzi, pul köçürməsi sənədi, telefon danışığı, elektron yazışma, borcalanın etirafı, digər yazılı və mötəbər sübutlarla təsdiq edilməsi imkanı istisna edilməməlidir. Konstitusiya Məhkəməsinin qərarının 3-cü bəndində həmin hüquqi mövqenin yalnız qərardan sonra yaranacaq münasibətlərə deyil, hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə də şamil edilməsi birbaşa müəyyən olunub. Hazırkı iş də məhz həmin kateqoriyaya aiddir. Buna görə də birinci instansiya məhkəməsinin “ayrıca yazılı borc müqaviləsi yoxdur, deməli, borc münasibəti sübut edilməyib” yanaşması hazırkı mərhələdə hüquqi əsas kimi saxlanıla bilməz. Birinci instansiya məhkəməsi qətnaməsində özü müəyyən edib ki, “xxxx” ASC Leobank ödəniş qəbzinə əsasən, ## ###### 2024-cü ildə ödəyici İddiaçı tərəfindən Dövlət Gömrük Komitəsinə 8.531 manat 52 qəpik məbləğində ödəniş edilib. Qətnamədə həmçinin “Expresspay” ödəniş sistemi vasitəsilə 8.517 manat 11 qəpik gömrük ödənişi və 14 manat 41 qəpik xidmət haqqının ödənildiyi göstərilib. Bu iki məbləğin cəmi də məhz 8.531 manat 52 qəpik təşkil edir. Deməli, İddiaçı cavabdehin avtomobilinin gömrük rəsmiləşdirilməsi ilə bağlı ödənişi həyata keçirməsi şifahi iddiadan ibarət deyil. Bu fakt iş materiallarında olan ödəniş qəbzi ilə təsdiqlənir. Konstitusiya Məhkəməsinin qərarında da ödəniş qəbzi və köçürmə sənədi borc münasibətini təsdiq edə bilən mötəbər sübutlar sırasında birbaşa göstərilib. Cavabdeh həmin ödənişin həyata keçirilməsini inkar etmir. O yalnız bildirir ki, guya ödənilmiş pul əvvəlcədən özünə məxsus olub və həmin məbləği İddiaçı və ya onun göndərdiyi şəxsə təqdim edib. Bu, cavabdehin etirazının əsası kimi istinad etdiyi ayrıca müsbət faktdır. Mülki Prosessual Məcəllənin sübutetmə yükü barədə prinsipinə əsasən, cavabdeh istinad etdiyi həmin faktı özü sübut etməlidir. Lakin qətnamədə cavabdehin İddiaçı və ya onun nümayəndəsinə 9.000 manat pul təqdim etməsini birbaşa təsdiq edən qəbzin, bank köçürməsinin, pulun alınmasına dair yazılı sənədin, pulun konkret olaraq İddiaçı çatdırılmasını təsdiq edən digər obyektiv sübutun olduğu göstərilmir. Işdə mövcud olan yazılı ödəniş sənədi İddiaçı ödəyici kimi göstərdiyi halda, cavabdehin həmin pulun əvvəlcədən özünə məxsus olması barədə etirazı əsasən özünün və onunla yaxın münasibətdə olan şahidlərin izahatlarına söykənir. Bu vəziyyətdə birinci instansiya məhkəməsi obyektiv yazılı sübutla cavabdehin sübuta yetirilməmiş izahatını eyni hüquqi səviyyədə qiymətləndirib. Birinci instansiya məhkəməsi tərəflər arasında yaxın münasibətin olmasını borcun mövcudluğunu təkzib edən hal kimi qiymətləndirib və qətnamədə belə nəticəyə gəlib ki, bu cür münasibətlər zamanı tərəflər arasında borc münasibəti yaranmır, iddiaçı isə pulu cavabdehə hədiyyə edərək bağışlayıb. Hesab edir ki, bu nəticə nə qanuna, nə də sübutlara əsaslanır. Şəxslər arasında sevgi, dostluq, qohumluq və ya digər yaxın münasibətin mövcud olması onların bir-birinə borc verməsini istisna etmir. Əksinə, məhz belə münasibətlərdə tərəflər qarşılıqlı etimada əsaslanaraq ayrıca yazılı müqavilə tərtib etməyə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarında da məhz fiziki şəxslər arasında mövcud etimada əsaslanan münasibətlər səbəbindən borc müqaviləsinin ayrıca kağız üzərində tərtib edilməyə biləcəyi nəzərə alınıb. Konstitusiya Məhkəməsi belə vəziyyətdə münasibətin inkar edilməsini deyil, digər yazılı və mötəbər sübutlarla müəyyən olunmasını tələb edib. Beləliklə, birinci instansiya məhkəməsinin borcun mövcudluğunu təkzib edən hal kimi qəbul etdiyi etimad münasibəti, əslində, yazılı müqavilənin niyə tərtib edilmədiyini izah edən haldır. Bundan əlavə, iş üzrə tərəflərin heç biri bağışlama münasibətinin olduğunu bildirməyib. Belə ki, İddiaçı pulu borc verdiyini bildirmişdir. Cavabdeh isə pulun ona bağışlandığını deyil, guya pulun əvvəldən özünə məxsus olduğunu bildirir. Cavabdehin şahidləri də İddiaçı pulu bağışlama iradəsi ilə verdiyini təsdiq etmirlər. Məhkəmə işin hallarına hüquqi qiymət vermək səlahiyyətinə malikdir. Lakin həmin hüquqi qiymət müəyyən olunmuş faktlara əsaslanmalıdır. Bağışlama münasibətinin müəyyən edilməsi üçün əmlakı verən şəxsin qarşı tərəfi əvəzsiz şəkildə zənginləşdimək iradəsi olmalıdır. Qətnamədə İddiaçı hansı ifadəsinin, hərəkətinin, yazışmasının və ya digər davranışının bağışlama iradəsini göstərdiyi qeyd olunmayıb. Əksinə, İddiaçı pulun qaytarılmasını tələb edib, cavabdehlə bu barədə danışıb, ## #### 2025-ci ildə cavabdehə yazılı xəbərdarlıq göndərib və borcun qaytarılmaması səbəbindən məhkəməyə müraciət edib. Şəxsin verdiyi pulun qaytarılmasını ardıcıl şəkildə tələb etməsi onun bağışlama iradəsi ilə hərəkət etmədiyini göstərir. Hətta cavabdehin təşəbbüsü ilə çağırılmış şahid Lalə Məhərrəmova da İddiaçı cavabdehdən verdiklərini dəfələrlə tələb etdiyini bildirib. Bütün bunlara baxmayaraq, məhkəmə hansı sübuta əsaslandığını göstərmədən bağışlama nəticəsinə gəlib. Bundan başqa bildirir ki, borc münasibətinin sübuta yetirilmədiyi qənaətinə gəlmək başqa məsələdir, bağışlama müqaviləsinin mövcudluğunu müəyyən etmək isə tamamilə başqa məsələdir. Borcun sübuta yetirilməməsi avtomatik olaraq bağışlamanın sübuta yetirilməsi demək deyil. Iddiaçı tərəfindən məhkəməyə cavabdehin borcu etiraf etməsi ilə bağlı səs yazısı təqdim edilib. Cavabdeh həmin səs yazısında ifadələr səsləndirdiyini tam inkar etmir. O, həmin sözləri təhdid altında dediyini bildirir. Cavabdeh öz izahatında hətta pulların qaytarılmasına razı olduğunu, sonra səsinin yazıldığını bildirib. Beləliklə, cavabdeh səsin ona məxsus olmadığını və ya ümumiyyətlə belə bir danışığın baş vermədiyini bildirmir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində səs yazısının məzmununa və mötəbərliyinə qiymət verilməmişdir. Məhkəmə hər hansı sübutu qeyrimötəbər hesab edə bilər. Lakin bu zaman həmin sübutun hansı səbəbdən qəbul edilmədiyini əsaslandırmalıdır. Sübutu sadəcə nəzərdən kənarda qoymaq və ona münasibət bildirməmək Mülki Prosessual Məcəllənin sübutların obyektiv, tam və qarşılıqlı əlaqədə qiymətləndirilməsi prinsipinə uyğun deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adıçəkilən qərarından sonra qüvvədə olan 739.2-ci maddənin özü də ayrıca yazılı müqavilənin olmamasına görə borc münasibətinin inkar edilməsinə əsas vermir. Məhkəmə borc münasibətinin və şərtlərinin yazılı və digər mötəbər sübutlarla təsdiq edilib-edilmədiyini araşdırmalıdır. Işin materialında mövcud olan materiallar da aşkar şəkildə göstərir ki, iddiaçı İddiaçı tərəfindən sübutetmə vəzifəsi həyata keçirilib və Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə əsasən sübutetmə vəzifəsi Cavabdeh keçmişdir. Lakin cavabdeh tərəfindən sübutetmə vəzifəsi həyata keçirilmədən birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilmişdir. Hazırkı iş üzrə işdə olan sübutlar ayrıayrılıqda deyil, bir-biri ilə əlaqədə qiymətləndirilməlidir. 1. İddiaçı ## ###### 2024-cü ildə Dövlət Gömrük Komitəsinin hesabına 8.531 manat 52 qəpik ödəniş etməsi barədə yazılı qəbz vardır; 2. Ödəniş cavabdehə məxsus avtomobilin gömrük rəsmiləşdirilməsi məqsədilə edilib;

3. Cavabdeh gömrük ödənişinin həyata keçirilməsini inkar etmir; 4. Cavabdehin həmin pulun əvvəlcədən özü tərəfindən İddiaçı verilməsi barədə etirazı obyektiv yazılı sübutla təsdiqlənmir; 5. Cavabdehin şahidləri pulun konkret olaraq İddiaçı təqdim edilməsinin bilavasitə şahidləri olmayıblar; 6. İddiaçı pulun qaytarılmasını dəfələrlə tələb edib; 7. Cavabdehə yazılı xəbərdarlıq məktubu göndərilib; 8. Tərəflərin borcun qaytarılması barədə danışığını əks etdirdiyi bildirilən səs yazısı təqdim olunub; 9. Cavabdeh səs yazısında ifadələr səsləndirdiyini inkar etmir, yalnız həmin ifadələrin təzyiq altında verildiyini bildirir. Lakin təzyiqi sübut edən hər hansı sübut yoxdur. 10. Iş üzrə heç bir tərəf pulun bağışlama məqsədilə verildiyini iddia etmir. Bu sübutların məcmusu birinci instansiya məhkəməsinin bağışlama barədə nəticəsini deyil, tərəflər arasında qaytarılmalı pul öhdəliyinin mövcudluğunu təsdiq edir. Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulan sübut növlərinin, yəni ödəniş qəbzinin, pul köçürməsinin, telefon danışığının və borcalanın etirafının demək olar ki, hamısı hazırkı işdə mövcuddur və ya məhkəmənin araşdırmasına təqdim edilib. Iş üzrə əsas hüquqi münasibət borc münasibətidir və tələb ilk növbədə Mülki Məcəllənin 739.1-ci maddəsi əsasında təmin edilməlidir. Lakin məhkəmə hər hansı səbəbdən borc müqaviləsinin bütün şərtlərinin sübut olunmadığı nəticəsinə gəlsə belə, İddiaçı məxsus pul vəsaiti hesabına cavabdehin avtomobilinin gömrük rəsmiləşdirilməsi hüquqi nəticəsiz qala bilməz. Ödəniş nəticəsində cavabdeh gömrük öhdəliyindən azad olub və ona məxsus avtomobil gömrük rəsmiləşdirilməsindən keçib. Başqa sözlə, cavabdeh İddiaçı vəsaiti hesabına konkret əmlak faydası əldə edib. Cavabdeh həmin faydanın onun öz pul vəsaiti hesabına əldə edildiyini sübut edə bilmirsə və tərəflər arasında bağışlama münasibəti də müəyyən olunmursa, əldə edilmiş faydanın hüquqi əsas olmadan saxlanılması mümkün deyil. Konstitusiya Məhkəməsi də qərarında göstərib ki, yazılı forma tələbinin etibarlılıq şərti kimi qiymətləndirildiyi halda faktiki verilmiş vəsaitin əsassız varlanma üzrə geri tələb olunması mümkündür. Bununla belə, Konstitusiya Məhkəməsi borc verənin daha zəif müdafiə vəziyyətinə düşməməsi üçün borc münasibətinin digər yazılı sübutlarla təsdiqinə üstünlük verilməli olduğunu müəyyən edib. Buna görə hazırkı işdə əsas tələb borc münasibəti üzrə təmin edilməli, bu mümkün hesab edilmədiyi halda isə iddiaçının vəsaiti hesabına cavabdehin əldə etdiyi əmlak faydasının geri qaytarılması məsələsinə hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci tarixli e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

16. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

17. Maddə 739.1 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

22. Maddə 1093.2. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa, qaytarma tələbi istisna edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda, iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

35. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

36. Işin hallarından görünür ki, iddiaçı cavabdehə gömrük rüsumunun ödənilməsi məqsədilə cəmi 9000 manat məbləğində borc verdiyini, cavabdehin qeyd olunan borc məbləğini tez bir zamanda qaytaracağına söz verdiyini, lakin uzun müddət keçməsinə baxmayaraq borc məbləğinin qaytarılmadığını bildirərək 9000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməsini tələb edir.

37. Kollegiya hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

38. Belə ki, iddia tələbinin əsaslı olması üçün cavabdehin iddiaçı qarşısında zərər vurmadan, əsassız varlanmadan, qanunda nəzərdə tutulmuş digər əsaslardan, yaxud da müqavilədən əmələ gələn öhdəliyi yaranmalıdır.

39. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “Mülki Məcəllədə borc müqaviləsi üçün tələblərdən biri də onun predmetinin məbləğinin üç min manatdan yuxarı olduğu təqdirdə həmin müqavilənin yazılı şəkildə bağlanmasından gedir. Iddiaçının iddia tələbində qeyd etdiyi məbləğ üç min manatdan çox olsa da, sonuncu tərəfindən hər hansı yazılı borc müqaviləsi məhkəməyə təqdim edilməmiş, iddiaçı verilən pulların hansı müddətə, hansı şərtlərlə borc verilməsinə dair məlumatı – buna dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.”

40. Hazırkı halda iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2026-cı il tarixli Qərarına əsasən məhkəmənin bu mövqeyini də mübahisələndirərək bildirmişdir ki, Qərarda məhz fiziki şəxslər arasında mövcud etimada əsaslanan münasibətlər səbəbindən borc müqaviləsinin ayrıca kağız üzərində tərtib edilməyə biləcəyi nəzərə alınıb. Konstitusiya Məhkəməsi belə vəziyyətdə münasibətin inkar edilməsini deyil, digər yazılı və mötəbər sübutlarla müəyyən olunmasını tələb edib.

41. Kollegiya iddiaçının dəlilini əsaslı hesab etmir və qeyd edir ki, iş materialları ilə cavabdehin borc münasibəti üzrə öhdəliyinin yaranması təsdiq olunmur. Iddiaçı iddia tələbində cavabdehdən tələb etdiyi pul vəsaitini ona borc kimi verdiyini sübut edə bilməmiş, bu faktı təsdiq edəcək hər hansı mötəbər sənədi iş materiallarına əlavə etməmişdir. Bu baxımdan işin halları ilə tərəflər arasında borc münasibətlərinin olması müəyyən edilmir. Əksinə işin hallarından görünür ki, tərəflər arasında nikahdan kənar qeyri-rəsmi münasibətlər olmuşdur. Iddiaçı aralarında yaranmış qeyri-rəsmi nikah münasibətinə görə cavabdeh tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədən tələb etdiyi vəsaiti ona hədiyyə edərək bağışlamışdır. Iddiaçı cavabdehə 9000 manat məbləğində borc pulun verilməsi halını, iddia tələbində və apellyasiya şikayətində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir mötəbər sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

42. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)

43. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)

44. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282).

45. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə hazırkı işdə əsas tələbin borc münasibəti üzrə təmin edilməli olduğu, bu mümkün hesab edilmədiyi halda isə iddiaçının vəsaiti hesabına cavabdehin əldə etdiyi əmlak faydasının geri qaytarılması məsələsinə hüquqi qiymət verilməli olduğu qeyd edilmişdir.

46. Kollegiya bu halla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi, iddia tələbi üzrə iddianın faktiki halları təsdiq edilmiş olsa belə bu hallar əsassız varlanmaya dair normaların dispozisiya şərtləri ilə uzlaşmır. Çünki cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması (əmlak əldə etməsi) təsdiq olunmur. Yəni, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Bu hal yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə və qanuni, mahiyyətcə düzgün olan məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Kollegiya hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri hissəsində də məhkəmənin mövqeyi əsaslıdır. Hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar