Məhkəmə qərarları › İş №2(103)-6519/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6519/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6519/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə apellyasiya icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırki mülki işə baxmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. İş üzrə Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxılması zamanı Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək bildirdi ki, o, “məhkəmə iclas ptorokoluna dair qeydlər” ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh təqdim etdiyi sənədlərdən görünür ki, onun tərəfindən verilmiş “məhkəmə iclas ptorokoluna dair qeydlər” xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası məktubda göstərilənləri nəzərə alaraq hesab edir ki, iş baxışdan çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273 və 274-cü maddəsinin mənasına görə, işdə iştirak edən şəxslər məhkəmə iclas protokolunda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır. Odur ki yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 07 sentyabr 2022-ci il tarixli qərardad ləğv edilsin və hazırki mülki iş, Cavabdeh verdiyi “məhkəmə iclas protokoluna dair qeydlərə” baxılması üçün apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar