Məhkəmə qərarları › İş №2(103)-6519/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6519/2024

09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6519/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı "xxxx" MTK, X6, X5 və X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e- 2(006)-110/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK, X6, X5 və X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(006)- 110/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 37-ə dair edilən yaxşılaşdırmaların dəyəri olan 40.186 AZN (qırx min yüz səksən altı manat) məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 AZN (yüz manat) məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, cavabdehlə aralarında olan mübahisə ilə bağlı razılığa gəlindiyini bu səbəbdən də iddia tələbindən imtina etdiyini bildirməklə, iddiadan imtinanın qəbul edilərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı qarşı tərəflə öz aralarında razılığa gəldiklərini, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili qarşı tərəflə öz aralarında razılığa gəldiklərini, və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, İddiaçı iddia tələbindən imtina barədə ərizəsi qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hərhansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, tərəflər arasında olan mübahisələrə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin tərəflərə izah olunmalıdır ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Eyni zamanda iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 AZN (yüz manat) məbləğində pul vəsaitinin 50 AZN Cavabdeh, 50 AZN pul İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtina ərizəsi qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(006)- 110/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MTK, X6, X5 və X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı «pul» tələbinə dair mülki işin icraatına xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 AZN (yüz manat) məbləğində pul vəsaitinin 50 AZN məbləği Cavabdeh, digər 50 AZN pul İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar