Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-652/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh “X24 Azərbaycan” QSC-nin nümayəndəsi və vəkili Vəkil2, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 ilə, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh “X24 Azərbaycan” QSC-nin cavabdehlər “xxxx” MMC, Cavabdeh2, X15, X16, X12, X8 və X3 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” barədə ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbi üzrə cavabdeh “X24 Azərbaycan” QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-105/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən “X24 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “X24 Azərbaycan” QSC cavabdehlər “xxxx” MMC, Cavabdeh2, X15, X16, X12, X8 və X3 qarşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC və X2 xx xxxxxx 2013-cü il tarixli 92304/1 №-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə349921.52 ABŞ dolları əsas kredit borcunun, 221752.12 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 63940.50 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu olmaqla cəmi 635614.14 ABŞ dolları məbləğində borcun və xx xxxxxx 2014-cü il tarixli 92304/3 №-li kredit müqaviləsi üzrə“xxxx” MMC, X12, X17 və X5 508834.73 manat əsas kredit borcunun, 277958.77 manat əsas məbləğə hesablanmış faiz borcunun, 28689.24 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 815482.74 manat məbləğində borcun, həmçinin 15.40 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair bildirişlərin (pretenziyanın) və ipoteka qoyanlara ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, 90 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun «X24 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş, X4 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709c ünvanında yerləşən bağ evinə tutma yönəldməklə açıq hərracdan ilkin satış qiyməti 450 000 manata, X3 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 42A ünvanında yerləşən əmlak kompleksinə tutma yönəldilməklə açıq hərracdan ilkin satış qiyməti 530.000 manata, Cavabdeh2 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç, mənzil 28 ünvanında yerləşən mənzilə tutma yönəltməklə açıq hərracdan ilkin satış qiyməti 400.000 manata satılması hesabına kredit borclarının ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borc məbləğin qalan hissəsi borcalan və zaminlərin digər əmlakları hesabına təmin edilməsi (ödənilməsi), ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və bağ evində qeydiyyatda olan və yaşayanların istifadə hüquqlarına xitam verilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 709c, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 42A və Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç, mənzil 28 ünvanından çıxarılmaları, bağ və yaşayış evinin, həmçinin əmlak kompleksinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə “X24 Azərbaycan” QSC ilə “xxxx” MMC arasında 92304/1 №-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır. X11 şərtlərinə “xxxx” MMC-yə 120 ay müddətinə 274.500 AZN məbləğində xx xxxxxx 2023-cü il tarixinədək kredit xətti açılmışdır və müxtəlif vaxtlarda Borcalan tərəfindən həmin xətt üzrə müxtəlif məbləğlərdə kreditlər alınaraq istifadə edilmişdir. Belə ki, kredit xəttinin şərtlərinə görə, o cümlədən xx xxxxxxxx 2014-cü il tarixdə 10 №-li Kredit sazişi üzrə «xxxx” MMC-yə 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 229 680 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixdə 11 №-li Kredit sazişi üzrə “xxxx” MMC-yə 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 65 580 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixdə isə «X24 Azərbaycan» QSC ilə “xxxx” MMC arasında 92304/1 Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 12 №-li Kredit sazişi üzrə "xxxx” MMC-yə 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 168 200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit(lər) üçün “Borcalana” bərpa edilən (revoling) kredit xətti açmış, “Borcalan” isə kredit xətti üzrə almış olduğu bütün borc məbləğlərini bü müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Borcverənə” qaytarılmasını öhdəsinə götürmüşdür. Bərpa edilən kredit xətti dedikdə həmin xətt üzrə alınmış kredit məbləğinin bir hissəsi ödənildikdən sonra, “Borcalana” bu müqavilənin 1.2 və 1.3 maddələri ilə müəyyənləşdirilmiş hədd və müddət çərçivəsində yeni kredit borcun verilməsi imkanı başa düşülür. Kredit(lər) “Borcalana” bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişinə (lərinə) əsasən hissə-hissə verilir. Qarşılıqlı razılığa əsasən kredit(lər), limit daxilində (limiti aşmamaq şərti ilə) Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə olan rəsmi məzənnəsinə müvafiq konvertasiya edilərək digər valyutalarda da, verilə (istifadə edilə) bilər. Borcalanın 92304/1 №-li Kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 2013-cü il tarixində bank ilə ipoteka qoyan X8 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X4 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709c ünvanında yerləşən bağ evi “X24 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi (DƏDRX) tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair xx xxxxxx 2013-cü il tarixli yüklülük barədə RX seriyalı ******* №-li müvafiq çıxarış təqdim edilmişdir. Bununla yanaşı, borcalanın 92304/1 №-li Kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdeh X12 ilə bank arasında xx xxxxxx 2013-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borclananın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. xx xxxxxx 2014-cü il tarixdə isə «X24 Azərbaycan» QSC ilə “xxxx” MMC arasında 92304/3 №-li Kredit müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə “xxxx” MMC-yə 36 ay müddətinə 600000 AZN məbləğində kredit ayrılmışdır və o, həmin kredit üzrə istifadə etmiş olduğu vəsaiti və ona illik 13% dərəcəsi olmaqla hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada “X24 Azərbaycan” QSC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalanın 92304/3 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxxxx 2014-cü il tarixində bank ilə ipoteka qoyan X6rasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X3 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 42 A ünvanında yerləşən əmlak kompleksi “X24 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ DƏDRX tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair xx xxxxxxxx 2014-cü il tarixli yüklülük barədə RX seriyalı ******* №-li müvafiq Çıxarış təqdim edilmişdir. Borcalanın 92304/3 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin xx xxxxxxxx 2014-cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh2 arasında ipoteka müqaviləsi də bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasəndə mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç, mənzil 28 ünvanında yerləşən mənzilin «X24 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ DƏDRX tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair xx.xx.2014-cü il tarixili yüklülük barədə RX seriyalı ******* №-li müvafiq Çıxarış təqdim edilmişdir. Bununla yanaşı borcalanın 92304/3 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər X12, X17 və X15 ilə bank arasında xx xxxxxx 2014-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşıdıqlarına dair öhdəlik götürmüşlər. «X24 Azərbaycan» QSC müqavilələr ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, “xxxx” MMC kredit müqavilələrinin şərtlərini pozaraq, kredit müqavilələri üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqavilələri üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi «X24 Azərbaycan» QSC-yə olan borclarını ödəməmişlər. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı, ilkin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia tələbi üzrə cavabdeh “X24 Azərbaycan” QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 11ç, mənzil 28 ünvanında yerləşən mənzilə tutma yönəlməklə açıq hərracdan ilkin qiymət 400000 manata satılması hesabına kredit borclarının ödənilməsi, həmin mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması hissəsinin rədd edilərək, qarşılıqlı iddianın təmin edilməsi, onunla “X24 Azərbaycan” QSC-si arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 92304/3-3 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı idia tələbini onunla əsaslandırmışdır ki, “X24 Azərbaycan” QAC-si ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 11ç, mənzil 28 ünvanında yerləşən daşınmaz əmlaka tutmanın yönəldilməsi qaydasını pozmuşdur. Belə ki, “X24 Azərbaycan” QSC-si müvafiq qaydada özündə əks edilən məlumatlarla, yəni tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəlməsi barədə bildirişi ona göndərmədən ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Cavabdeh tərəfindən qaydalara riayət edilməmiş və məhkəməyə tez-tələsik müraciət olunmuşdur. Bununla da, onun hüquqları pozulmuşdur. Həmçinin onunla “X24 Azərbaycan” QSC-si arasında bağlanmış 92304/3-3 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 11ç, mənzil 28 ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi düzgün aparılmamışdır. Belə ki, 92304/3-3 nömrəli xx xxxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin 4-cü bəndi ilə müqavilənin məqsədi və təyinatı “X24 Azərbaycan” QSC-si (borc verən) ilə “xxxx” MMC (borc alan) arasında 92304/3 nömrəli, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 600.000 manat ayrılmış kreditin qaytarılması əşya təyinatı kimi çıxış etmişdir və təmin etmək məqsədini daşıyırdı. Lakin qeyd edilən ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın qiyməti, cəmi 250.000 manat təşkil edildiyi halda ipoteka saxlayan tərəfindən 600.000 manat kredit müqaviləsi ilə kreditin ayrılması məqsədini güdərək, süni olaraq daşınmaz əmlakın bazar qiyməti guya 430.000 manat və likvid olaraq 400.000 manat dəyərində qiymətləndirilmişdir. Bu isə bir müqavilə ilə digər müqavilənin təminatı kimi deyil, pərdələmək məqsədi daşıyır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-105/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdehlər “xxxx” MMC-dən və X2 xx xxxxxx 2013-cü il tarixli, 92304/1 saylı Kredit xətti müqaviləsi üzrə cəmi 340 432.5 959,86 ABŞ dolları əsas borcun, 27 527 ABŞ dolları faiz borcunun, 2752 ABŞ dolları cərimənin (tutulacaq faiz borcunun 10%) , habelə cavabdehlər “xxxx” MMC-dən, X2, X9, X5 xx xxxxxx 2014-cü il tarixli, 92304/3 saylı Kredit müqaviləsi üzrə 526587.39 manat əsas borcun, 40005.10 manat faiz borcunun, 4000 manat cərimənin (tutulacaq faiz borcunun 10%) iddiaçı “X24 Azərbaycan” QSC-nın xeyrinə tutulması, tutmanın ipoteka (girov) qoyulmuş aşağıdakı əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə ediləcək vəsait hesabına kredit borclarının ödənilməsi: X4 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709c ünvanında yerləşən bağ evi, ilkin satış qiyməti 450 000 manata müəyyən edilməklə; X3 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 42A ünvanında yerləşən əmlak kompleksi, ilkin satış qiyməti 530 000 manata müəyyən edilməklə; Cavabdeh2 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç, mənzil 28 ünvanında yerləşən mənzil, ilkin satış qiyməti 450 000 manata müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və bağ evi satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh2, X8 və X10 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən “X24 Azərbaycan” QSC apellyasiya şikayəti verərək onun ilkin iddianın təmin olunmamasına dair hissədə ləğv edilməsi və ilkin iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qətnamədə tutulan əsas borc məbləğinin qeyri müəyyən göstərildiyi, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı-yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddiaçı bankın iddia həcminin artırılması barədə ərizə təqdim etməsinə baxmayaraq, həmin ərizəni əsassız olaraq icraata qəbul etməmiş və ərizədə qeyd edilənlərə münasibət bildirməmişdir; halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin qətnamənin nəticə hissəsində xx xxxxxx 2013-cü il tarixli, 92304/1 saylı Kredit xətti müqaviləsi üzrə cəmi 340 432.5 959,86 ABŞ dolları əsas borc şəklində qeyd edilməklə məbləğ başa düşülən olmamaqla qeyri-müəyyəndir. Eyni zamanda birinci instansiya məhkəməsi ipoteka predmetlərindən - Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç, mənzil 28-in ilkin satış qiymətini 450000 manat məbləğində müəyyən edərkən əsası göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan “X24 Azərbaycan” QSC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 92304/1 №-li kredit müqaviləsindən görünür ki, Bank tərəfindən 120 ay müddətinə “xxxx” MMC-yə 274500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan “X24 Azərbaycan” QSC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 92304/3 №-li kredit müqaviləsindən görünür ki, Bank tərəfindən 36 ay müddətinə “xxxx” MMC-yə 600.000 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan “X24 Azərbaycan” QSC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 10 №-li kredit sazişindən görünür ki, bank tərəfindən “xxxx” MMCyə 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 229 680 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “X24 Azərbaycan” QSC ilə «xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11 №-li kredit sazişindən görünür ki, bank tərəfindən “xxxx” MMCyə 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 65580 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “X24 Azərbaycan” QSC ilə «xxxx” MMC-si arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 12 №-li kredit sazişindən görünür ki, bank tərəfindən “xxxx” MMC-yə 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 168200 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materialında olan “X24 Azərbaycan” QSC ilə X8 arasında bağlanmış xx.xx.2013cü il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 mülkiyyət hüququ əsasında məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709c ünvanında yerləşən bağ evi bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 450.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan “X24 Azərbaycan” QSC-si ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 42 A ünvanında yerləşən əmlak kompleksi bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak likvid olaraq 530000 manat, bazar olaraq 600000 manat, sığorta bərpa dəyəri olaraq 245000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan “X24 Azərbaycan” QSC-si ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç, mənzil 28 ünvanında yerləşən mənzil bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak likvid olaraq 400000 manat, bazar olaraq 430.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan “X24 Azərbaycan” QSC-si ilə cavabdeh X12 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, X12, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan “X24 Azərbaycan” QSC-si ilə cavabdeh X12 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, X12, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan “X24 Azərbaycan” QSC-si ilə cavabdeh X16 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, X16, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan “X24 Azərbaycan” QSC-si ilə cavabdeh X15 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, X15, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 42A saylı ünvanda yerləşən əmlak kompleksi “X24 Azərbaycan” QSC-nin “Elmlər Akademiyası” filialı qarşısında ipotekaya qoyulmuş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 442 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709c saylı bağı evi “X24 Azərbaycan” QSC-nin “Elmlər Akademiyası” filialı qarşısında ipotekaya qoyulmuş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 6860 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç, mənzil 28 “X24 Azərbaycan” QSC-nin “Elmlər Akademiyası” filialı qarşısında ipotekaya qoyulmuş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 155 nömrəli reyestr kitabının 15473 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan “X24 Azərbaycan”QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx xxxxxx 2019-cu il tarixinə borc məbləğləri, 600000 AZN məbləğli kredit üzrə 508.834.73 manat əsas, 229.680 ABŞ dolları məbləğli kredit üzrə 168200 ABŞ dolları əsas, 65.580 ABŞ dolları məbləğli kredit üzrə 65580 ABŞ dolları əsas, 168200 ABŞ dolları məbləğli kredit üzrə 116141.52 ABŞ dolları əsas, 600000 AZN məbləğli kredit üzrə 277958.77 manat faiz, 229.680 ABŞ dolları məbləğli kredit üzrə 115894.47 ABŞ dolları faiz, 65.580 ABŞ dolları məbləğli kredit üzrə 40413.68 ABŞ dolları faiz, 168200 ABŞ dolları məbləğli kredit üzrə 65443.97 ABŞ dollarıfaiz, 600000 AZN məbləğli kredit üzrə 28689.24 manat cərimə, 229.680 ABŞ dolları məbləğli kredit üzrə 0 ABŞ dolları cərimə, 65.580 ABŞ dolları məbləğli kredit üzrə 63940.50 ABŞ dolları cərimə, 168200 ABŞ dolları məbləğli kredit üzrə 0 ABŞ dolları cərimə borclu olmaqla, ümumilikdə 600000 AZN məbləğli kredit üzrə 508834.73 manat, 229.680 ABŞ dolları məbləğli kredit üzrə 284094.47 ABŞ dolları, 65.580 ABŞ dolları məbləğli kredit üzrə 169934.18 ABŞ dolları, 168200 ABŞ dolları məbləğli kredit üzrə 181585.49 ABŞ dolları borcu vardır. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən 11ç saylı binanın 28 saylı mənzilinin qiyməti 504.000 manat təşkil edir. xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 709c saylı bağ evinin qiyməti 430.000 manat təşkil edir. xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, X3 məxsus ünvan 4 ünvanında yerləşən əmlak kompleksinin qiyməti 630.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 27728 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, xx xxxxxx 2013-cü il tarixli, 92304/1 saylı X11 xx xxxxxxxx 2014-cü il tarixli, 10 nömrəli X14 üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və xx xxxxxxxx 2014-cü il tarixli, 10 nömrəli X7 qeyd olunan şərtləri nəzərə alınmaqla “xxxx” MMC-nin iddia müddətinə yəni, xx xxxxxxx 2015-ci il tarixinə “X24 Azərbaycan” QSC-yə olan borcu 109363.25 ABŞ dolları məbləğində müəyyən edilir. (əsas borc 106652.50 ABŞ dolları, faiz borcu 2710.75 ABŞ dolları); xx xxxxxx 2013-cü il tarixli, 92304/1 saylı X11 xx xxxxxx 2014-cü il tarixli, 11 nömrəli X14 üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və xx xxxxxx 2014-cü il tarixli, 11 nömrəli X7 qeyd olunan şərtləri nəzərə alınmaqla «xxxx” MMC-nin iddia müddətinə yəni, xx xxxxxxx 2015-ci il tarixinə “X24 Azərbaycan” QSC-nə olan borcu 72875.78 ABŞ dolları məbləğində müəyyən edilir. (əsas borc 65580 ABŞ dolları, faiz borcu 7295.78 ABŞ dolları); xx xxxxxx 2013-cü il tarixli, 92304/1 saylı X11 xx xxxxxx 2014-cü il tarixli, 12 nömrəli X14 üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və xx xxxxxx 2014-cü il tarixli, 12 nömrəli X7 qeyd olunan şərtləri nəzərə alınmaqla «xxxx” MMC-nin iddia müddətinə yəni, xx xxxxxxx 2015-ci il tarixinə “X24 Azərbaycan” QSC-nə olan borcu 185720.83 ABŞ dolları məbləğində müəyyən edilir. (əsas borc 168200 ABŞ dolları, faiz borcu 17520.83 ABŞ dolları); xx xxxxxx 2014-cü il tarixli, 92304/3 saylı Kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və xx xxxxxx 2014-cü il tarixli, 92304/3 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla «xxxx” MMC-nin iddia müddətinə yəni, xx xxxxxxx 2015-ci il tarixinə “X24 Azərbaycan” QSC-yə olan borcu 566592.49 manat məbləğində müəyyən edilir. (əsas borc 526587.39 manat, faiz borcu üzrə 40005.10 manat); Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla cavabdeh “xxxx” MMC arasında kredit müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, “xxxx” MMC-dən aşağıda göstərilmiş ekspert rəyində qeyd edilən borc məbləğləri iddiaçı bankın xeyrinə tutulmalıdır. Apellyasiya baxışı zamanı keçirilmiş eskpertiza tədqiqatına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, xx xxxxxx 2013-cü il tarixli, 92304/1 saylı X11 xx xxxxxxxx 2014-cü il tarixli 10 nömrəli X14 üzrə, “xxxx” MMC-nin müqavilə müddətinə yəni, xx.xx.2015-ci il tarixinə “X24 Azərbaycan” QSC-yə olan borcu əsas borc üzrə 116.018,15 ABŞ dolları; faiz borcu üzrə 2.568,73 ABŞ dolları.cərimə borcu üzrə 66,99 ABŞ dolları olmaqla, ümumilikdə 118.653,87 ABŞ dolları məbləğində; xx xxxxxx 2014-cü il tarixli 11 nömrəli X14 üzrə “xxxx” MMC-nin müqavilə müddətinin sonuna yəni, xx.xx.2015-cı il tarixinə “X24 Azərbaycan” QSC-yə olan borcu, 65 580 manat əsas, 3333,65 ABŞ dolları faiz və 378,94 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 69.292,59 ABŞ dolları məbləğində; xx xxxxxx 2014-cü il tarixli 12 nömrəli X14 üzrə, «xxxx” MMC-nin müqavilə müddətinə yəni, xx.xx.2015-cı il tarixinə “X24 Azərbaycan” QSC-nə olan borcu, 168 200 ABŞ dolları əsas, 10512, 50 ABŞ dolları faiz, 1576,87 ABŞ dolları cərimə olmaqla, 180 289,37 ABŞ dolları; xx xxxxxx 2014-cü il tarixli 92304/3 satlı X14 üzrə “xxxx” MMC-nin müqavilə müddətinə yəni, xx.xx.2017-ci il tarixinə “X24 Azərbaycan” QSC-yə olan borcu, 526587,39 manat əsas, 165508,43 manat faiz, 14824,92 manat cərimə borcu təşkil edir. Kollegiya qeyd edir ki, əsas borcun məbləği iddia tələbindən (508834,73 manat) kənara çıxmamaqla müəyyən edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, X12 xx xxxxxx 2013-cü və xx xxxxxx 2014-cü il tarixli kredit müqavilələri üzrə, X17 və X15 isə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin qismində öhdəliklərin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacaqları barədə müqavilə bağladıqlarından, kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun, habelə məhkəmə xərclərinin əsas borclu ilə yanaşı onlardan da müştərək qaydada tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya iddianın, “X4 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709c ünvanında yerləşən bağ evinə tutma yönəldməklə açıq hərracdan ilkin satış qiyməti 450.000 manata, X3 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 42A ünvanında yerləşən əmlak kompleksinə tutma yönəldilməklə açıq hərracdan ilkin satış qiyməti 530.000 manata, Cavabdeh2 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç, mənzil 28 ünvanında yerləşən mənzilə tutma yönəltməklə açıq hərracdan ilkin satış qiyməti 400.000 manata satılması” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlaklar kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan ipoteka qoyanlara “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildirişlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709c saylı bağ evinə, X3 məxsus ünvan 4 ünvanında yerləşən əmlak kompleksinə və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən 11ç saylı binanın 28 saylı mənzilinə tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaiti ödənilməlidir. Kollegiya iddia tələbinin “yuxarıda qeyd olunan ipoteka predmeti olan əmlakların Cavabdeh2, X8 və X10 tərəfindən boşaldılması” hissəsini də əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kollegiyanın qənaətinə görə, ipoteka qoyan üzərinə müvafiq öhdəlik götürmüş olduğundan, mənzil satıldıqdan 1 ay sonra onun boşaldılması tələbinin təmin olunması üçün dispozitiv şərtlər mövcuddur. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İddiaçının apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş, ekspertizanın rəyi ilə X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709c saylı bağı evinin ilkin satış qiymətinin 250 000 manat, X3 məxsus ünvan 4 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış qiymətinin 240 000 manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən 11ç saylı binanın 28 saylı mənzilinin ilkin satış qiymətinin 220 000 manat olması müəyyən edilmişdir. Bununla belə birinci instansiya məhkəməsinin baxışı zamanı əmlakların qiymətləndirilməsi məqsədilə ekspertiza təyin edilmiş, “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən isə, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən 11ç saylı binanın 28 saylı mənzilinin qiyməti 504.000 manat, X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 709c saylı bağ evinin qiyməti 430.000 manat, X3 məxsus ünvan 4 ünvanında yerləşən əmlak kompleksinin qiyməti 630.000 manat müəyyən edilmişdir. Kollegiya ekspert rəyləri arasında kəskin fərqin olduğu üçün əmlakların real qiymətini müəyyən etmək olmadığını, həmçinin birinci instansiya məhkəməsinin baxışı zamanı verilmiş rəydə əmlakların qiymətinin iddiaçının tələb etdiyi məbləğdən daha yüksək göstərildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətləri tərəflərin aralarında razılaşdırdığı və iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğlərə uyğun müəyyən edilməlidir. Bununla yanaşı kollegiya belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 cavabdeh “X24 Azərbaycan” QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan, mübahisələndirilən müqavilə - “X24 Azərbaycan” QSC-si ilə onun arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 92304/3-3 nömrəli ipoteka müqaviləsinin etibarsızlığına əsas ola biləcək hallar məhkəmə baxışında müəyyən edilmədiyindən qarşılıqlı iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 45 manat cavabdehlər “xxxx” MMC, X1 Vüqar Valeh oğlu və X5 alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-105/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər “xxxx” MMC-dən və X2 xx xxxxxx 2013-cü il tarixli, 92304/1 saylı X11 xx xxxxxxxx 2014-cü il tarixli 10 nömrəli X14 üzrəəsas borc üzrə 116.018,15 ABŞ dolları, faiz borcu üzrə 2.568,73 ABŞ dolları,cərimə borcu üzrə 66,99 ABŞ dolları olmaqla, ümumilikdə 118.653,87 (yüz on səkkiz min altı yüz əlli üç dollar 87 sent) ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli 11 nömrəli X14 üzrə “65 580 manat əsas, 3333,65 ABŞ dolları faiz və 378,94 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 69.292,59 (altmış doqquz min iki yüz doxsan iki manat 59 sent) ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli 12 nömrəli X14 üzrə 168 200 ABŞ dolları əsas, 10512, 50 ABŞ dolları faiz, 1576,87 ABŞ dolları cərimə olmaqla, 180 289,37 (yüz səksən min iki yüz yüz səksən doqquz dollar 37 sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı ifadəsində) habelə cavabdehlər “xxxx” MMC, X12, X17 və X5 xx xxxxxx 2014-cü il tarixli, 92304/3 saylı Kredit müqaviləsi üzrə 508834,73 manat əsas, 165508,43 manat faiz, 14824,92 manat cərimə olmaqla, cəmi 689168,08 (altı yüz səksən doqquz min yüz altmış səkkiz manat səkkiz qəpik) manat iddiaçı “X24 Azərbaycan” QSCnın xeyrinə tutulsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfində ödənilmi. 45 (qırx beş) manat dövlət rüsumunun əvəzi cavabdehlər “xxxx” MMC, X12, X17 və X5 iddiaçı “X24 Azərbaycan” QSC-nın xeyrinə tutulsun. Tutma ipoteka (girov) qoyulmuş aşağıdakı əmlaklara yönəldilsin, həmin əmlaklar açıq hərracdan satılsın və əldə ediləcək vəsait hesabına kredit borcları ödənilsin: X4 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 709c ünvanında yerləşən bağ evi, ilkin satış (likvid) qiyməti 450 000 (dörd yüz əlli min) manat müəyyən edilməklə; X3 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 42A ünvanında yerləşən əmlak kompleksi, ilkin satış (likvid) qiyməti 530 000 (beş yüz otuz min) manat müəyyən edilməklə; Cavabdeh2 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç, mənzil 28 ünvanında yerləşən mənzil, ilkin satış (likvid) qiyməti 400 000 (dörd yüz iyirmi min) manat müəyyən edilməklə. İpoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və bağ evi satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh2, X8 və X10 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılsın. İddi tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 cavabdeh “X24 Azərbaycan” QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-652/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-652/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver