Məhkəmə qərarları › İş №2(103)-6526/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6526/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6526/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı “xxxxxxxxx” X9 ləğvedicisi X2 nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxx" X9 ləğvedicisi "X3 Company" X5cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx" X13 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli, MXD-2011 M-77 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 “xxxxxxxxx" ASC-nin xeyrinə xx xxxxxxxx 2011-ci il tarixli MXD-2011 M-77 saylı kredit müqaviləsi üzrə borcun əsas hissəsindən ödənilməmiş qalan 284.152 (iki yüz səksən dörd min yüz əlli iki) manat, faiz hissəsindən ödənilməmiş qalan 28.992 (iyirmi səkkiz min doqquz yüz doxsan iki) manat və ödənilmiş 30 manat məhkəmə rüsumu olmaqla - cəmi 313.144 (üç yüz on iiç min yüz qırx dörd) manat məbləğində borcun tutulması, tutmanın xx xxxxxxxx 2011-ci il tarixli MXD-2011 M- 77 saylı İpoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Qazax şəhəri Heydər Əliyev prospekti 76 ünvanında yerləşən, ümumi sahəsi 137.8 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, bu qeyri-yaşayış sahəsinin açıq bazarda və ya hərracda satılması, qeyri- yaşayış sahəsinin satışından əldə edilmiş məbləğ borcun ödənilməsi üçün “xxxxxxxxx" ASC-nin hesabına keçirilməsi, əmlakın satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutulması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin ipoteka qoyan Cavabdeh2 qaytarılması, "İpoteka qoyan"ın, yəni Cavabdeh2 Qazax şəhəri Heydər Əliyev prospekti 76 ünvanında yerləşən, ümumi sahəsi 137.8 kv.m qeyri-yaşayış sahəsinə olan mülkiyyət hüququnun və istifadə hüququnun itirilməsi və qeyri yaşayış sahəsi satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli MXD-2011 M-77 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 10% hesablanmaqla 60 ay müddətinə 300.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi “xxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli MXD-2011 M-77 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 10% hesablanmaqla 60 ay müddətinə 300000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi “xxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli MXD-2011 M-77 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Qazax şənərı, Heydər Əliyev prospekti, 76 ünvanında yerləşən, ümumi sahəsi 137,8 kv.m olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 xx xxxxxxxx 2011-ci il tarixli MXD-2011 M-77 saylı kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, kreditin ödəniş qrafikinə riayət etməyərək, kredit müqaviləsi üzrə şərtləşdirilmiş qaydada və vaxtda krediti ödəməmişdir. Yəni, xx xxxxxx 2013-cü il tarixə kimi borc alan Bağırov X6 və əsas borcundan 9.000 manat, faiz borcundan isə 13.446 manat məbləğində pul ödəmişdir. Buna görə də, kredit müqaviləsi ilə müəyyən edilmiş ödəniş cədvəlinə riayət etmədiyi üçün Cavabdeh1 hal-hazıradək Banka 284.152 manat məbləğinrdə əsas borcu və 28.992 manat məbləğinqdə faiz borcu qalmışdır. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilərək “xxxxxxxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 “xxxxxxxxx" ASC-nin xeyrinə 284.152 manat məbləğində əsas borc, 28.992 manat məbləğində faiz borcu və ödənilmiş 30 manat məhkəmə rüsumu olmaqla cəmi 313.144 manat məbləğində borcun tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Qazax şəhəri Heydər Əliyev prospekti 76 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, bu qeyri-yaşayış sahəsinin açıq bazarda və ya hərracda satılması, qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş məbləğ borcun ödənilməsi üçün “xxxxxxxxx" ASC-nin hesabına keçirilməsi, əmlakın satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutulması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin ipoteka qoyan Cavabdeh2 qaytarılması, Cavabdeh2 Qazax şəhəri Heydər Əliyev prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan mülkiyyət hüququnun və istifadə hüququnun itirilməsi və qeyri yaşayış sahəsi satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxxxxxxx" X13 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli, MXD-2011 M-77 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 284.152 (iki yüz səksən dörd min yüz əlli iki) manat əsas və 28.992 (iyirmi səkkiz min doqquz yüz doxsan iki) manat məbləğində faiz borcu olmaqla - cəmi 313.144 (üç yüz on üç min yüz qırx dörd) manat məbləğində borcun iddiaçı “xxxxxxxxx” X9 xeyrinə tutulması, Cavabdeh1 tutulmalı olan cəmi 313.144 (üç yüz on üç min yüz qırx dörd) manat məbləğində borcun “xxxxxxxxx” X9 xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Qazax şəhəri Heydər Əliyev prospekti 76 ünvanında yerləşən, ümumi sahəsi 137.8 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutulması, satışdan əldə olunan pul vəsaitinin artıq olduqda isə artıq qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Cavabdeh2 məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxsin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxxxx” X9 ləğvedicisi X2 nümayəndəsi X8 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx xxxxxxxx 2011-ci il tarixli MXD-2011 M-77 saylı X11ndən görünür ki, “xxxxxxxxx” X13 ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən ona 60 ay müddətinə illik 10 faiz olmaqla 300.000 (üç yüz min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, borcalan verilmiş kreditin istifadə edilmiş hissəsinə görə borcverənə illik 10 faiz ödəyir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər “Borc alan” tərəfindən bu müqavilə ilə müəyyən edilmiş qaydada ödənilir.Həmin Müqavilənin 3.4-cü bəndində əsasən, kredit və ya onun hər hansı bir hissəsinin ödənilməsi vaxtı keçmiş olursa vaxtı keçmiş kredit məbləğinə 10 faiz hesablanır. İş materiallarında olan xx xxxxxxxx 2011-ci il tarixli 49 №-li, xx xxxxxxx 2011-ci il tarixli 28 №-li, xx xxxxxxx 2011-ci il tarixli 32 №-li, xx xxxxxxx 2011-ci il tarixli 30 №-li, xx xxxxxxx 2011-ci il tarixli 22 №-li və xx xxxxxxx 2011-ci il tarixli 24 №-li “X15”lərindən görünür ki, Cavabdeh1 “xxxxxxxxx” ASC-dən 2011-ci ilin sentyabr oktyabr aylarında ayrıayrı vaxtlarda və ayrı-ayrı məbləğlərdə olmaqla ümumilikdə 299.152 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2013-cü il tarixli 1023 saylı rəyindən görünür ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında olan İXD- 2011 M-77 saylı xx xxxxxxxx 2011-ci il tarixli X11ndə və xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında olan MXD-2011 M-77 saylı 26 :ntyabr 2011-ci il tarixli ipoteka müqaviləsində “borcalan” qrafalarındakı, xx xxxxxxxx 2011-ci il tarixli 49 №-li, xx xxxxxxx 2011-ci il tarixli 28 №-li, xx xxxxxxx 2011-ci il tarixli 32 №-li, xx xxxxxxx 2011-ci il tarixli 30 №-li, xx xxxxxxx 2011-ci il tarixli 22 №-li və xx xxxxxxx 2011-ci il tarixli 24 №-li “X15”lərində “Alanın imzası” qrafalarındakı imzalar Cavabdeh1 tərəfndən icra olunmuşdur. İş materiallarında olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi “X1 Company” X5 tərəfindən tərtib edilmiş Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2011-ci il tarixli MXD-2011 M-77 saylı kredit müqaviləsi üzrə almış olduğu kredit üzrə Banka xx xxxxxx 2013-cü il tarixinə 284.152 (iki yüz səksən dörd min yüz əlli iki) manat məbləğində əsas borcu və 28.992 manat faiz borcu vardır. İş materiallarında olan xx xxxxxxxx 2011-ci il tarixli MXD-2011 M-77 saylı İpoteka Müqaviləsindən görünür ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus olan Qazax şəhəri Heydər Əliyev prospekti 76 ünvanında yerləşən, ümumi sahəsi 137.8 kv.m olan qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini Bankla Cavabdeh1 arasında bağlanmış MXD-2011 M-77 saylı, xx xxxxxxxx 2011-ci il tarixli X11 üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə tərəflərin razılığa gəlmələri təşkil edir. İş materiallarında olan MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən 76 saylı qeyri-yaşayış sahəsi xx xxxxxxxx 2011-ci il tarixli MXD- 2011 M-77 saylı kredit müqaviləsində nəzərdə tutulan əsas öhdəliyin təminatı olaraq “xxxxxxxxx” X9 xeyrinə ipoteka ilə yüklü edilmiş və bu xx xxxxxxx 2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinin xx xxxx 2013-cü il tarixli **********17 saylı məktubundan görünür ki, Cavabdeh2 məxsus Qazax şəhəri Heydər Əliyev prospekti, 76 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarından görünür ki, “xxxxxxxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi Cavabdeh1 xx xxxxxxxx 2011-ci il tarixli MXD-2011 M-77 saylı X11 ilə götürdüyü kredit öhdəliklərini pozaraq lazımınca icra etməmiş və “xxxxxxxxx” ASC-nə ödənilməli olan əsas borcu və həmin Müqavilə üzrə hesablanmış faizləri vaxtında ödəməmiş və bununla da, o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Kredit və İpoteka Müqavilələri, eləcə də işdə olan digər sənədlərlə müəyyən olunur ki, xx xxxxxxxx 2011-ci il tarixli MXD-2011 M-77 saylı X11 üzrə olan əsas öhdəliyin təminatı olaraq Cavabdeh2 tərəfindən Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən 76 saylı qeyri-yaşayış sahəsi “xxxxxxxxx” X9 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinəəsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinəəsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-cu maddəsinə görəəgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinəəsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinəəsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinəəsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Cavabdehin apellyasiya şikayətinin müqavilənin aldatma nəticəsində bağlanılması, kredit götürmək niyyətinin olmaması və ümumiyyətlə həmin pul məbləğini kassadan götürməməsi barədə dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş, vəsatətlər vermiş, onun vəsatəti əsasında ekspertiza keçirilmiş, lakin müqavilənin etibarsızlığını mübahisələndirməmiş və qətnamə çıxandan yeddi il sonra apellyasiya şikayəti versə də, şikayətinin dəlillərinə dair hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar