Məhkəmə qərarları › İş №2(103)-6527/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6527/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6527/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı “İddiaçı” ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-71/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxx” ASC-dən illik 29 faizlə 24 ay müddətinə 12700 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 9382.20 ABŞ dolları təşkil edir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxxxx 2017-ci ilədək Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8775.09 ABŞ dolları əsas borc, 5429.16 ABŞ dolları faiz borcu və 2551,40 olları cərimə borcu, cəmi 16755,65 ABŞ dolları dolları faiz borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-71/2019 saylı qətnaməsi ilə İddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8775.09 ABŞ dolları əsas borc, 4390.04 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu, cəmi 13215.13 ABŞ dolları məbləğində borc (ödəniş günü dolların manat məzənnəsi nəzərə alınmaqla manatla) və dövlət rüsumuna görə ödənilmiş 30 manat Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur. Qətnamədən cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)- 71/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı “İddiaçı” ASC-nin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında izahat verərək bildirdi ki, cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanın təsiri dairəsinə düşür. Buna baxmayaraq, apellyasiya şikayətini müdafiə edir və təmin olunmasını xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-71/2019 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərman vermişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanın 3.2-ci bəndinə əsasən 1-ci hissəyə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunajağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görmələri tövsiyə olunmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən işlərin məhkəmədən geri çağrılmasına dair müddət bir ay həddində müəyyən edilməsinə, hazırda isə üç aya yaxın bir müddətin keçməsinə baxmayaraq Fərmanın göstərilən bəndinin icrası təmin edilməmişdir. Bu isə işlərin lüzumsuz yerə təxirə salınmasına, tərəflərin dəfələrlə məhkəməyə çağrılmasına şərait yaratmaqdadır. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddiaçı məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Digər tərəfdən qeyd edilməlidir ki, istinad olunan Fərmanda nəzərdə tutulanlarla bağlı işin məhkəmədən kənar həll edilməsinə dair yeni əsaslar yaranmışdır. Məhz bu baxımdan Fərmanda göstərilənlərin tətbiqi mövcud kredit müqavilələri üzrə öhdəliyin icrasının tələb edilməsi imkanlarını məhdudlaşdırır. Tərəflərin, ilk növbədə kreditorun mövcud olan münasibətlərin Fərmanın təsir dairəsinə düşməsi ilə bağlı məhkəməni və borclunu məlumatlandırmaq vəzifəsi vardır. Borclunun isə bu məlumatı aldıqdan sonra kompensasiya əldə etmək, icra edilməyən öhdəliyin qaldığı halda yeni mühüm şərtlərin razılaşdırılan müqavilənin bağlanması imkanı tanınır. Lakin Fərmanda göstərilən son müddətin, yəni 45 gün müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq kreditorun borclunu məlumatlandırmasına dair öz üzərinə düşən vəzifəsini yerinə yetirməmiş və faktiki olaraq hazırkı mülki işin icraatının davam etdirilməsi imkanlarını məhdudlaşdırmışdır. Hər bir halda Fərmanın tələbinə əsasən mövcud kredit münasibətləri üzrə öhdəliyin icrasının tələb edilməsi istisna olduğundan kredit verən təşkilatlara tövsiyyə olunmuşdur ki, məhkəmlərdə başlanmış icraatların geri çağrılmasını təmin etsinlər. Lakin göründüyü kimi, Fərmanın bu tələbinədə əməl olunmur. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci və 391-ci maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxxxx 2020-ci il tarixli, 16-04244-2020 saylı məktubuna əsasən Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh1 (FİN: xxxxxxx) ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli (9379,34 ABŞ dolları məbləğində) kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərinq problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1, 384.0.4 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)- 71/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar