Məhkəmə qərarları › İş №2(103)-6529/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6529/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6529/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının nümayəndəsi X2 iştirakı ilə Ləğv prosesində olan QSC “Bank Standart” X1 Leyla Azər qızına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadından iddiaçı bankın ləğvedicisinin nümayəndəsi tərəfindənverilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı (bank) Cavabdeh qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, bankla bağlamış olduğu xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən cəmi 923,73 ABŞ dolları borcun, həmçinin 30 manat dövlət rüsumunun əvəzinin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin xx xxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə bu zaman ona əsaslanmışdır ki, cavabdeh Bakı şəhərinin Səbail rayonu ərazisində qeydiyyatda olduğu üçün, işə həmin rayon məhkəməsi baxmalıdır. Həmin qərardaddan iddiaçı bankın ləğvedicisinin nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verildiyi təsbit olunmuşdur; məhkəmənin elektron informasiya sistemindən əldə edib iş materiallarına əlavə etdiyi məlumatdan isə görünür ki, Cavabdeh qızı ünvan 1 mənzil 17 ünvanında pasport qeydiyyatındadır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3029/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar