Məhkəmə qərarları › İş №2(103)-6532/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6532/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6532/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimovadan və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 3011/2025 saylı qərardadından İddiaçı3 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçılar Rzayev Takhır və digərləri cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3011/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan cavabdehlər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 şikayət ilə məhkəməyə müraciət edərək, qərardadının ləğv edilməsi və onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 3011/2025 saylı qərardadı mülki iş üzrə icraat təzələnmişdir. Hazırda həmin qərardaddan İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, qərardadın ləğv edilməsini və mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 3011/2025 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-3011/2025 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı3 tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə icraatın təzələnməsi haqqında qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. İcraatın təzələnməsi barədə qərardaddan qanunvericilikdə şikayətin verilməsi nəzərdə tutulmadığı halda birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq İddiaçı3 tərəfindən verilmiş şikayəti geri qaytarmamış, mahiyyəti üzrə baxaraq Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, kollegiya Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-3011/2025 saylı qərardadından İddiaçı3 tərəfindən verilmiş şikayətin digər mümkünlük şərtlərini müzakirə etmədən hesab edir ki, qərardaddan verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 405, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 3011/2025 saylı qərardadından İddiaçı3 tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar