Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6533/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abbaslı (Dünyamalı) Nərmin Namiq qızının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Abbaslı (Dünyamalı) Nərmin Namiq qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1806/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 07 iyun 2018-ci il tarixdə verilmiş AZ-İV № 128007 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 11 may 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 07 iyun 2018-ci il tarixdə 2964 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X3r
2. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 16 dekabr 2019cu il tarixdə verilmiş AZ-İV № 390512 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 02 dekabr 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 16 dekabr 2019-cu il tarixdə 6755 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X3r.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2749/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək X7 ilə Cavabdeh arasında 2 saylı Bakı "ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 02 avqust 2016cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 627 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 02 dekabr 2019-cu il tarixdə doğulmuş X6 və 11 may 2018-ci il təvəllüdlü X8 anaları X2 yanında qalması, Cavabdeh 07 iyun 2021-ci il tarixdən başlayaraq, 02 dekabr 2019-cu il tarixdə doğulmuş X9 və 11 may 2018-ci il təvəllüdlü X8 yetkinlik yaş nə çatanadək saxlanmaları üçün hər ay her uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Abbaslı (Dünyamalı) Nərmin Namiq qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 11 may 2018-ci il təvəllüdlü X8 və 02 dekabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin və 02 dekabr 2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay cavabdehdən sabit məbləğdə 100 manat alimentin onun saxlanılması üçün tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 avqust 2016-cı ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan 11 may 2018-ci il təvəllüdlü X10 və 02 dekabr 2019-cu il təvəllüdlü X9 anadan olmuşdur. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən, onunla Cavabdeh arasında 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 02 avqust 2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 627 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 02 dekabr 2019-cu il təvəllüdlü X6 və 11 may 2018-ci il təvəllüdlü X8 onun yanında qalması, Cavabdeh 07 iyun 2021-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Qeyd edir ki, övladları azyaşlı olduğundan işləyə bilmir, təyin edilmiş aliment uşaqların aylıq dolanacaq xərclərini ödəməyə imkan vermir. Buna görə də, alimentin məbləğinin artırılmasına dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan əlavə, o, işləmədiyindən və oğlu 02 dekabr 2019-cu il təvəllüdlü X9 3 yaşına çatmadığından onun saxlanılmağı üçün cavabdehdən aliment tutulmalıdır. Buna görə də, uşaqların saxlanması üçün cavabdehdən hər bir uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması və oğlu 02 dekabr 2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay cavabdehdən sabit məbləğdə 100 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi məqsədə müvafiqdir. Həmçinin aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmamışdır.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1806/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 11 may 2018-ci il təvəllüdlü X8 və 02 dekabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 2749/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 11 may 2018-ci il təvəllüdlü X8 və 02 dekabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulub, Abbaslı (Dünyamalı) Nərmin Namiq qızına ödənilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 02 dekabr 2019-cu il təvəllüdlü X9 üç yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul miqdarında alimentin tutularaq Abbaslı (Dünyamalı) Nərmin Namiq qızına ödənilməsi və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşaqların saxlanılması üçün 2021ci ildə hər ay 350 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 1 il keçmişdir, bu müddətdə uşaqlar böyümüş, onların tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2021-ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə dəyişdirilməli olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində yaşayan uşaqların mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, aliment məbləğinin 400 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Hazırda cavabdeh aliment miqdarının uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər ay 193 manat olmaqla, cəmi 386 manat müəyyən edilməsinə etiraz etməmişdir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab etmişdir ki, tərəflərin ailə və maddi vəziyyəti, yetkinlik yaşına çatmayan uşağın saxlanılmasında iddiaçının köməyə ehtiyacı olmasını, habelə cavabdehin 02 dekabr 2019-cu il təvəllüdlü X1 üçün 3 yaşına çatanadək hər ay sabit məbləğdə 100 manat alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alınaraq, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 02 dekabr 2019-cu il təvəllüdlü X9 üç yaşına çatanadək X5 Abbaslı (Dünyamalı) Nərmin Namiq qızının xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4cü, 76.2-ci, 78.1-ci, 84-cü, 85.1-ci, 86-cı, 112.1-ci maddələrinə eləcə də 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci,112.1.3cü, 124.1-ci, 233.4-cü maddələrinə və "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi aliment miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyinin olduğunu müəyyən etməli olduğu halda bunu etmək əvəzinə qanunvericiliyin tələblərinə zidd olaraq aliment məbləğinin artırılması barədə qərar qəbul etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, Ailə Məcəlləsinin tələblərinə görə aliment məbləği artırılarkən tərəflərin maddi vəziyyəti və diqqətə layiq digər halları araşdırılmalıdır ki,bu hala da hakim diqqət yetirməmişdir. Bundan başqa cavabdehin yaşamağa yeri yoxdur ki, bu hal da cavabdehin maddi vəziyyətinin və diqqətə layiq digər hallarını ehtiva edir, lakin bu hal da nəzərə alınmamışdır. Bundan əlavə cavabdehin bir neçə banka borcunun olması barədə müvafiq subutlar məhkəməyə təqdim olunnsa da qətnamədə bu hala da diqqət yetirilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin iş yeri mövcuddur, əvvəlki qətnamə ilə təyin olunmuş aliment məbləğini ödədikdən sonra özünün yaşaması üçün yerdə qalan məbləğ yaşayış minimumundan aşağı təşkil edir ki, məhkəmə bu halı da nəzərə almamışdır. Cavabdeh bir valideyn kimi uşağının təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına borclu olsa da, faktiki olaraq onun mənafelərinin təminatını öz maddi resursları çərçivəsində həyata keçirə bilər. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2016cı il tarixli Qərarının tələbləri də pozulmuşdur. Belə ki, aliment miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyinin olduğunun müəyyən etməli olduğu halda bunu etmək əvəzinə qanunvericiliyin tələblərinə zidd olaraq aliment məbləğinin artırılması barədə qərar qəbul etmişdir.
b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, hazırda rəsmi iş yeri olsa belə, ondan tutulmalı olan alimentin miqdarı əmək haqqıdan çıxıldıqdan sonra qalan məbləğ olduqca azdır. Hazırda hər ay hər uşaq üçün 193 manat ödənilməsinə etiraz etmir, lakin əlavə olaraq ondan 50 manat tutulması əsassız olmuşdur. Belə ki, iddiaçı onun tərəfindən əlavə 50 manat məbləğində aliment vermək iqtidarında olması barədə hər hansı sübut təqdim etməmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
16. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər.
19. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir.
20. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
21. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
23. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Apelyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanlır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
28. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Abbaslı (Dünyamalı) Nərmin Namiq qızı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə 11 may 2018-ci il tarixdə Banu və 02 dekabr 2019-cu il tarixdə Vasif adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Abbaslı (Dünyamalı) Nərmin Namiq qızının xeyrinə tutulması qət edilmişdir.
29. Hazırda iddiaçı uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
31. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
32. Həmçinin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
33. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.
34. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən, eyni zamanda cavabdehin apellyasiya baxışı - hər ay hər uşaq üçün 193 manat ödənilməsinə etiraz etməməsini də nəzərə alır.
35. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan hissədə düzgün nəticəyə gəlsə də - Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 02 dekabr 2019-cu il təvəllüdlü X9 üç yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul miqdarında aliment tutularaq Abbaslı (Dünyamalı) Nərmin Namiq qızına ödənilməsi barədə gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
36. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir.
37. Maddənin tələblərindən də müəyyən edildiyi kimi ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra o zaman aliment tələb edə bilər ki, cavabdehin buna zəruri vəsaitə malik olması sübut edilsin.
38. Lakin iddiaçı bu barədə, yəni cavabdehin ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində iddiaçıya aliment ödəməsinə dair kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
39. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
40. Birinci instansiya məhkəməsi həmin halı müəyyən etsə də nəticədə 02 dekabr 2019-cu il təvəllüdlü X9 üç yaşına çatanadək X5 Abbaslı (Dünyamalı) Nərmin Namiq qızının xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalı olması barədə səhv nəticəyə gəlmişdir.
41. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf tələbinin - 02 dekabr 2019-cu il təvəllüdlü X9 üç yaşına çatanadək X5 onun xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması hissəsində mötəbər sübutlar təqdim etmədiyindən və məhkəmə araşdırması zamanı da cavabdehin həmin məbləği ödəməyə kifayət qədər zəruri vəsaitə malik olması müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə əsassız olmuşdur.
42. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi - 02 dekabr 2019-cu il təvəllüdlü X9 üç yaşına çatanadək X5 Abbaslı (Dünyamalı) Nərmin Namiq qızının xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulması hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia tələbi rədd edilməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
47. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1806/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi - 02 dekabr 2019-cu il təvəllüdlü X9 üç yaşına çatanadək X5 Abbaslı (Dünyamalı) Nərmin Namiq qızının xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Abbaslı (Dünyamalı) Nərmin Namiq qızının Cavabdeh qarşı “02 dekabr 2019-cu il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay Cavabdeh sabit məbləğdə 100 manat alimentin onun saxlanılması üçün tutularaq iddiaçı Abbaslı (Dünyamalı) Nərmin Namiq qızına ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov