Məhkəmə qərarları › İş №2(103)-6537/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6537/2025

22.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6537/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2ə mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 491/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə(Cavabdeh2ə aid hissədə) əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 2nın həyətində yerləşən və ümumi sahəsi 23,6 kv.m olan qeyriyaşayış binasının sökülməsi nəticəsində iddiaçıya verilməli olan 30 kv.metrlik qaraja görə ümumilikdə 50000 manat maddi kompensasiyanın və ötən 9 ildən çox müddət ərzində iddiaçının əsassız olaraq incidilməsi nəticəsində onda yaranmış stres və əsəb gərginliyi nəticəsində vurulmuş mənəvi ziyana görə isə 10000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2nın həyətində yerləşən və ümumi sahəsi 23,6 kv.m olan qeyri-yaşayış binası (qaraj) ona məxsusdur. Buna dair AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı inventar nömrəsi 11/1176 olan xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə Bakı şəhərinin baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının inşa olunması nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 29/89 saylı yaşayış binasının və həmin yerdə yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində yeni mənzillərlə və qeyri-yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, adıçəkilən köçürülmə prosesinin sifarişçisi və zəmanət verəni Cavabdeh2, podratçı şirkət isə Cavabdeh1 MMC olmuşdur. xx.xx.2014-cü il tarixdə sifarişçi və zəmanət verən Cavabdeh2 podratçı Cavabdeh1 MMC və zəmanət alan İddiaçı arasında 31/89 №-li üçtərəfli zəmanət müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçıya məxsus yuxarıda adıçəkilən qarajın əvəzinə həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. 2014-cü il tarixdə adıçəkilən ünvanda söküntü işləri həyata keçirilmiş və ərazidə yeni müasir yaşayış binaları inşa edilmişdir. Lakin İddiaçı ilə bağlanmış zəmanət müqaviləsinin şərtlərinə riayət olunmamış, ona hər hansı məlumat verilmədən və faktiki olaraq müqavilə öhdəliyi pozularaq inşa edilmiş yaşayış binalarının layihə sənədlərində müvafiq dəyişikliklər aparılmış və bununla da yeraltı mərtəbə sahəsi ləğv edilmişdir. Dəfələrlə Cavabdeh2ə, eləcə də Bakı şəhər İcra Hakimiyyətinə İddiaçı etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə iddiaçıya dəymiş ziyan ödəniləcəkdir. Lakin hadisənin törədilməsindən 7 il keçməsinə baxmayaraq hər hansı bir əməli tədbir həyata keçirilmədiyindən İddiaçı məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-517/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bundan sonra, həmin qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd edilən hallardan müəyyən edilir ki, müqavilə öhdəlikləri icra edilməyərək İddiaçı mülkiyyət hüququ pozulmuşdur. Belə ki, qeyd edilən ünvanda inşa edilmiş yaşayış binasının altında qaraj sahəsi inşa edilməmişdir. Faktiki olaraq İddiaçı aldadılmışdır və müqavilə üzrə öhdəlikləri icra edilməmişdir. Bu səbəbdən də İddiaçı hazırda qarajı yox, qarajın dəyərini tələb edir.

2. Məhkəmə tərəfindən iddiaçının ərizəsi əsasında Bakı şəhəri Cavabdeh2 də cavabdeh qismində mülki işə cəlb edilmişdir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 619 nömrəli sərəncamının surətindən görünür ki, M.B.Əhmədzadə küçəsi 4 nömrəli binanın həyətində yerləşən, 26 kv.m sahəsi olan daş qarajın, həmin binanın 19-cu mənzilində yaşayan vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır; - ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquq subyekti İddiaçı verilmiş qeyri yaşayış binası-qarajın texniki pasportunun surətindən görünür ki, 16.11.207-ci il tarixli, 619 nömrəli sərəncama əsasən qarajın tikinti sahəsi 26 kv.metrdir. Faktiki olaraq 28.2 kv.m. sahədən istifadə olunur; - Cavabdeh2 (“Sifarişçi və Zəmanətverən”), Cavabdeh1 MMC (“Podratçı”) və İddiaçı (“Zəmanətalan”) arasında bağlanmış 31/89 saylı, xx.xx.2014-cü il tarixli zəmanət müqaviləsinin surətindən görünür ki, tərəflər arasında Bakı şəhərinin Baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binalarının inşa olunması ilə əlaqədar Ağa Neymətulla küçəsi 29/89 saylı yaşayış binasının sökülməsi və sakinlərin köçürülməsi üçün həmin yerdə müasir yaşayış binasının inşa edilməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində yeni mənzillərlə və ya qeyriyaşayış sahələri ilə təmin olunması məqsədilə, vətəndaş İddiaçı Ağa Neymətulla küçəsi 29/89 saylı binanın həyətində ona məxsus, ümumi sahəsi 28,2 kv.m olan qarajının əvəzinə, həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində bir avtomobil yeri üçün ümumi sahəsi 30,0 kv.m olan qarajla təmin olunması barədə zəmanət müqaviləsi imzalanmışdır; - Cavabdeh2in Sabir Rüstəmova (iddiaçının atasına) ünvanladığı xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli, İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubların surətlərindən görünür ki, Heydər Əliyev prospektinin yenidənqurulması layihəsi çərçivəsində söküntüyə məruz qalmış fərdi qarajın müqabilində qonşu sahədə sökülüb yenidən tikilmiş yaşayış binasının zirzəmisındəki qaraj sahəsinin bir hissəsi ilə əvəzlənməsi nəzərdə tutulmuşdur. Lakin sonradan layihə sənədlərində müvafiq dəyişikliklər aparılaraq yeraltı mərtəbə sahəsi ləğv edilmiş və məhz bu səbəbdən İddiaçı yeni sahə ayrılması mümkün olmamışdır. Dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərcləri hesabına Rayon İcra Hakimiyyətinə bu kimi məqsədlərlə əlavə vəsait ayrılacağı təqdirdə həmin şəxsə kompensasiya ayrılması məsələsinə baxılıb həllinə köməklik göstərilə bilər; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı (Cavabdeh1 MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-517/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır; - Məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü tarixli, 0135 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 27000 manat müəyyən edilmişdir. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)491/2024 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tədqiq olunan obyektə baxış keçirilmiş, lakin iş üzrə tədqiqat obyekti yerində saxlanılmadığından, eyni zamanda ilkin vəziyyətinə dair hər hansı məlumat olmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)-491/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin sökülməsi nəticəsində İddiaçı verilməli olan 30 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin (qarajın) dəyəri olan 27000 manat pul və vurulmuş mənəvi zərərə görə 2000 manat pul, cəmi 29000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 270 manat məbləğində pulun 131 manatının cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun cavabdehlər Bakı şəhəri Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. Cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın ona münasibətdə təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, həmin qətnamə qismən – Araz 2011A” MMC-yə münasibətdə tam qanunsuz və əsasssızdır. Cavabdeh2 müqavilənin tərəfi, sifarişçi və zəmanət verən olmaqla, öhdəliyini yerinə yetirməmiş, qaraja görə kompensasiyanı vətəndaşa ödəməmişdir. Halbuki, onun zəmanət verən qismində müqavilənin tərəfi olması hər bir pozuntuya görə məsuliyyəti öz üzərinə götürməsi anlamına gəlir. Xüsusilə qeyd edir ki, İcra Hakimiyyəti tərəflər arasındakı münasibətlərin hər hansı bir mərhələsində bu öhdəliyini inkar etməmiş, əksinə onun tərəfindən iddiaçıya ünvanlanmış məktublardan da göründüyü kimi, iddiaçının qarajla təmin edilməsi baş tutmadığı üçün Dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə kompensasiyanın ödəniləcəyini qeyd etmişdir. "xxxx" MMC-nin öhdəliyi təqdim edilmiş layihə üzrə dövlət sifarişinin yerinə yetirilməsi olmuş və həmin layihə üzrə "xxxx" MMC öhdəliyini yerinə yetirmiş, binaları inşa edərək sifarişçi – Cavabdeh2ə təhvil vermiş və sifarişçi öz mülahizəsinə görə həmin binalarda olan mənzil və qeyri-yaşayış sahələrinə dair sərəncam vermişdir. "xxxx" MMC-nin layihədən kənara çıxmaq, əlavə qeyriyaşayış sahələri inşa etmək və ya onlara dair hər hansı sərəncam vermək səlahiyyəti olmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almadan səhv edərək "xxxx" MMCnin guya öhdəliklərin icrasından yayındığı nəticəsinə gəlmişdir. Mənəvi zərərin ödənilməsi məsələsinə gəldikdə isə hesab edir ki, iddiaçının qarajdan məhrum olunmasında, iddiaçının məhkəmələrə və müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalması və nəticədə müəyyən mənəvi iztirablar keçirməsi "xxxx" MMC-yə heç bir aidiyyatı yoxdur. Müraciətlərin özündən də görünür ki, iddiaçı bu illər ərzində qarajla bağlı birdəfə də olsun ki, "xxxx" MMCyə yox, yalnız İcra hakimiyyəti orqanlarına müraciət edib və İcra Hakimiyyəti orqanları tərəfindən hüquqlarının pozulmasını göstərib. Beləliklə hesab edir ki, cavabdeh "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirərək iddiaçının mülkiyyət hüquqlarını pozmamış və ona maddi və mənəvi zərər yetirməmişdir.

6. Qətnamədən cavabdeh Bakı şəhəri Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq pozuntularına yol verilməklə çıxarıldığı, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması səbəbindən qanunsuz və əsassızdır, buna görə də qətnamə apellyasiya məhkəməsi tərəfindən ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sifarişçi və zəmanət verən cavabdeh (Cavabdeh2), podratçı (Cavabdeh1 MMC) və zəmanət alan iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 31/89 nömrəli üçtərəfli zəmanət müqaviləsinin 1.2-ci bəndinə əsasən, iddiaçıya məxsus yuxarıda adıçəkilən qarajın əvəzinə ünvan 4 ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m. olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Lakin məlumat üçün bildirilir ki, yaşayış binasının (A.Neymətulla prospekti 29/89) zirzəmisində qaraj sahəsinin tikintisi layihədən çıxarıldığından öhdəliyin icrası təmin edilməmişdir. Qeyd olunmalıdır ki layihədə olunan dəyişiklik Cavabdeh2 ilə razılaşdırılmamışdır. Həmin Müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrinin sənədlərini rəsmiləşdirərək mülkiyyətçiyə təhvil verilməsi “Podratçı”nın (Cavabdeh1 MMC) öhdəliyi kimi qeyd olunmuşdur.” Göründüyü kimi, İddiaçı ilə bağlanmış zəmanət müqaviləsinə əsasən, nəzərdə tutulan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi Cavabdeh2 deyil, məhz Cavabdeh1 MMC-yə aid olan öhdəlikdir. Qeyd olunanlara əsasən Cavabdeh2 cavabdeh qismində çıxış edə bilməz və ona qarşı hər hansı tələb yönələ bilməz. Birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlük məsələsinə baxılan zaman Bakı inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-517/2023 nömrəli Qərardadını nəzərə almamışdır. Halbuki, Bakı İnzibati Məhkəməsində İddiaçı Cavabdeh2ə qarşı və hazırki iş üzrə Cavabdeh1 MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “mülkiyyətində olan ünvan 3nın həyətində yerləşən və ümumisahəsi 23.6 kv.m. olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində ona verilməli olan 30 kv. metrlik qaraja görə ümumilikdə 50 000 manat kompensasiyanın, vurulmuş mənəvi ziyana görə isə 10 000 manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyünə baxılarkən, Bakı İnzibati Məhkəməsi bütün halları düzgün qiymətləndirərək iddianı mümkün saymamışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü i ltarixli, 2- 1(103)- 2427/2023 nömrəli qərardadı ilə qüvvədə saxlanılmışdır. Həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Nərimanov İcra Hakimiyyəti deyil, Cavabdeh1 MMC daşıyır. İddia tələbinin əsasını da müqavilə öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil edir. Müqavilənin şərtlərinə əsasən, “Sifarişçi və zəmanətverən” öhdəlikləri yalnız müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək və işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi ilə bağlı deyildir. İddiaçının tələbi müqavilənin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi olduğundan, tələb də müqavilə üzrə qaraj sahəsinin iddiaçıya təhvil verməli olan şəxsə qarşı yönəlməlidir. Yuxarıda qeyd olunanlara əsasən mənəvi zərərlə bağlı iddianın da tam əsassız olması təsdiq olunur. Odur ki, 2000 manat məbləğin cavabdehlərdən, o cümlədən Cavabdeh2dən tutularaq iddiaçıya ödənilməsi hissəsində də məhkəmənin qətnaməsi əsassız və qanunsuzdur. Bu hissədə də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəllənin 21-ci maddəsini iş üzrə səhv tətbiq edərək maddi hüquq pozuntularına yol vermişdir. Bu tələb də Cavabdeh2ə qarşı hissədə təmin edilməzdi. Beləliklə, Nərimanov Rayon Məhkəməsi 04 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2in iddiaçıya qarşı ziyanın vurulması hansı hərəkətlərdə ifadə olunmasının mötəbər sübutlarla təsdiq edilməli olmasını nəzərə almamışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-889/2025 saylı, 3 mart 2025ci il tarixli qərardadı ilə cavabdeh Bakı şəhəri Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)491/2024 nömrəli qətnaməsi cavabdeh Bakı şəhəri Cavabdeh2ə aid hissədə ləğv edilmiş, iddiaçının cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair hissədə iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-889/2025 saylı, 03 mart 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)491/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Cavabdeh1 MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2663/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-889/2025 saylı, 03 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Cavabdeh1 MMC kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadını ləğv edilməsini, işin apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1420/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-889/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Qərardada Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.7; Mülki Prosessual Məcəllənin 31.1, 151.1, 261.0.1, 416.1, 416.2, 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki mübahisə Cavabdeh2 (“Sifarişçi və Zəmanətverən”), Cavabdeh1 MMC (“Podratçı”) və iddiaçı (“Zəmanətalan”) arasında xx.xx.2014-cü il tarixində bağlanmış 31/89 nömrəli zəmanət müqaviləsi əsasında həmin müqavilə münasibətlərindən yaranıb. İddiaçı tələbində Cavabdeh2ə qarşı iddiasını həmin orqanın müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırıb. Başqa sözlə, iddia inzibati orqan olan Cavabdeh2 qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi, eləcə də inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbi barədə deyil, müqavilə öhdəliklərinin yerinə yetirilmə(mə)si ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Cavabdeh2ə qarşı pul tələbi iddiasının əsasında həmin orqanın hər hansı inzibati aktı, hərəkət və ya hərəkətsizliyi durmur. Tələbin əsasını Cavabdeh2in də tərəf olduğu müqavilə öhdəliklərinin yerinə yetirilməsi təşkil edir. Bu isə o deməkdir ki, Cavabdeh2ə qarşı olan hazırki iddia tələbi İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinini təsiri altına düşmür. Bu baxımdan, iş üzrə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi düzgün olmamşdır. Həmçinin müəyyən edilib ki, iddiaçı eyni məsələ ilə bağlı Cavabdeh2ə qarşı ("xxxx" MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) kompensasiyanın ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2-1(112)-517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin iş üzrə iddianın mümkün sayılmamasının əsası kimi də ona istinad edilib ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yeni tikiləcək binada iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsi Podratçı "xxxx" MMC-nin öhdəliyidir. Buna görə də, həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Bakı şəhəri Cavabdeh2 daşımır. Qeyd edilən qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan iş üzrə də məhkəmələr iddianı Bakı şəhər Cavabdeh2ı qarşı mümkün saymayarkən, tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq həmin müqavilə üzrə İcra Hakimiyyətinin öhdəlik daşımamasını qeyd etmişlər. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası belə qənaətə gəlib ki, apellyasiya instansiya məhkəməsinin İnzibati Prosessual Məcəllənin 2.2.7-ci və MPM-in 261.0.1-ci maddələrinə əsasən iş üzrə icraat xitam verməsi düzgün olmamışdır. Hazırki işin müəyyən edilmiş halları baxımından Bakı şəhər Cavabdeh2ə qarşı iddia mülki məhkəmə icraatı qaydasında baxılmalı olan iddiadır. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh2 nümayəndəsi X4 bildirmişdir ki, cavabdeh Araz-2011A” MMC etiraf etmişdir ki, öhdəlik ona aiddir,vəsait dövlət büdcəsindən ayrılan vəsait olsa da, həmin vəsait cavabdeh "xxxx" MMCyə ayrılmışdır, sakinlərə zəmanət cavabdeh "xxxx" MMC tərəfindən verilmiş, tikilən mənzillər onlar tərəfindən satılmışdır. Həmin zirzəmilər üzrə sərəncam vermək səlahiyyəti biləvasitə cavabdeh "xxxx" MMC-yə aiddir. Layihədə dəyişiklik edilməsi cavabdeh "xxxx" MMC-ni hər hansı məsuliyyətdən azad etmir, öhdəliyin icrası bügünki günə qədər cavabdeh "xxxx" MMC-nin üzərində qalmaqdadır, münasibətlər zəmanət müqaviləsindən yaranıb, Cavabdeh2 sifarişçi qismində, cavabdeh "xxxx" MMC isə zəmanət verən şəxs qismində çıxış edib,cavabdeh "xxxx" MMC bilavasitə ərazini qəbul edib, tikintini həyata keçirib, başa çatdırdıqdan sonra sakinlərin yerləşdirilməsini həyata keçirmişdir.

14. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı və cavabdeh Araz-2011A” MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırki halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 418-1 - 420-ci maddələrinə, Kassasiya instansiya məhkəməsinin qərarının müəyyən etdiyi əsaslarla və hissədə qətnamənin yoxlanılması müəyyən edildiyindən, yalnız bu hədlərdə apellyasiya icraatında araşdırılmanın mümkünlüyü nəzərə alınmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur (Maddə 24-İİİ, 80).

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

19. İşdən görünür ki, istismar müddəti keçmiş yaşayış binasının sökülərək yerində yeni yaşayış binasının inşa olunması prosesi çərçivəsində, İddiaçı qanuni əsaslarla məxsus olmuş ünvan 2nın həyətində yerləşən qaraja münasibətdə xx.xx.2014-cü il tarixdə sifarişçi və zəmanətverən Cavabdeh2, podratçı Cavabdeh1 MMC və zəmanət alan İddiaçı arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə əsasən, “Sifarişçi və zəmanətverən” öhdəlikləri yalnız müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək və işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi ilə bağlı deyildir. İddiaçının tələbi müqavilənin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi olduğundan, tələb də müqavilə üzrə qaraj sahəsinin iddiaçıya təhvil verməli olan şəxsə qarşı yönəlməlidir. Sifarişçi və zəmanətverən cavabdeh (Cavabdeh2), podratçı (Cavabdeh1 MMC) və zəmanət alan iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 31/89 nömrəli üçtərəfli zəmanət müqaviləsinin 1.2-ci bəndinə əsasən, iddiaçıya məxsus yuxarıda adıçəkilən qarajın əvəzinə ünvan 4 ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m. olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Lakin məlumat üçün bildirilir ki, yaşayış binasının (A.Neymətulla prospekti 29/89) zirzəmisində qaraj sahəsinin tikintisi layihədən çıxarıldığından öhdəliyin icrası təmin edilməmişdir. Qeyd olunmalıdır ki layihədə olunan dəyişiklik Cavabdeh2 ilə razılaşdırılmamışdır. Həmin Müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrinin sənədlərini rəsmiləşdirərək mülkiyyətçiyə təhvil verilməsi “Podratçı”nın (Cavabdeh1 MMC) öhdəliyi kimi qeyd olunmuşdur.” Göründüyü kimi, İddiaçı ilə bağlanmış zəmanət müqaviləsinə əsasən, nəzərdə tutulan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi Cavabdeh2 deyil, məhz Cavabdeh1 MMC-yə aid olan öhdəlikdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən göründüyü kimi, nəzərdə tutulan qarajın iddiaçıya verilməsini təmin etmək və mülkiyyətçilərə yeni binada veriləcək qeyri-yaşayış sahələrinin sənədlərini rəsmilədirərək mülkiyyətçiyə təhvil vermək Cavabdeh1 MMC-nin öhdəliyidir.

21. Bakı Apellyasiya Məkhəməsinin 2(103)-889/2025 saylı işi üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, Bakı Şəhəri İcra Hakimiyyətinə və Bakı Şəhəri Cavabdeh2ə sorğu ünvanlanmış, xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 83- 85 ünvanında Nərimanov RİH-in sifarişi əsasında icraçı (podratçı) Cavabdeh1 MMC tərəfindən tikilib istifadəyə verilmiş yaşayış binası Cavabdeh1 MMC-nin balansındadır. Sözügedən binanın yaşayış və qeyri-yaşayış sahələrinin icarədarlarına və mülkiyyətçilərinə xidmətlərin göstərilməsi, xidmətlər üzrə haqların toplanması MMC tərəfindən həyata keçirilmişdir. Son məlumatlara görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin yığıncağı qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyəti həyata keçirir. Sözügedən 7 mərtəbəli, 132 mənzilli yaşayış binasının layihəsində dəyişiklik edilməsindən Nərimanov RİH məlumatsız olmuşdur.

22. Eyni zamanda iddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2ə qarşı “kompensasiyanın ödənilməsi” tələbi ilə inzibati məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun iddiası mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə iddianın mümkün sayılmamasının əsası kimi də ona istinad edilib ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yeni tikiləcək binada iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsi Podratçı "xxxx" MMC-nin öhdəliyidir. Ona görə də, həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi "xxxx" MMC daşıyır.

23. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-390-cı maddələrinə istinadən hesab edir ki, Cavabdeh2in apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 MMC-nin şikayəti isə əsaslı olmadığından təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(005)-491/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh2ə aid hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki prosessual mənada nəzərə alınmalıdır ki, artıq iş üzrə digər (hazırda məhkəmə baxışı predmeti olmayan) hissədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 889/2025 saylı işi üzrə 03 mart 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən (ona aid) hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2663/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə də cavabdeh "xxxx" MMC kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə irəli sürülmüş iddia mülki məsuliyyətin subyektiv tərkibi və tələbin həcmi baxımından artıq müzakirə predmeti ola bilməz.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-491/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi baxılan hissədə (qismən) ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri Cavabdeh2ə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası (apellyasiya baxışı predmeti olan) Cavabdeh2ə aid hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar