Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-654/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-386/2021 saylı 26 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10307,29 (on min üç yüz yeddi ABŞ dolları, 29 sent) ABŞ dolları məbləğində əsas borc, ümumilikdə 10307,29 (on min üç yüz yeddi ABŞ dolları, 29 sent) ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **- VU-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı minik avtomobilinə (buraxılış ili 2013, Ban - TMAJU81BDDJ444435 rəngi - qara) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194- cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("xxxx" MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini "xxxx" MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə borclu şəxs Cavabdeh dair sənədlər S-AVK- 1947 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında 04.07.2013-cü il tarixdə, 01012 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17 % tətbiq edilməklə, 36 ay müddətinə 25071 (iyirmi beş min yetmiş bir) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-VU-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı minik avtomobili (buraxılış ili 2013, Ban - TMAJU81BDDJ444435 rəngi - qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin İpoteka Müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 04.06.2013-ci il tarixli, AA seriyalı, 088070 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 25071 (iyirmi beş min yetmiş bir) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür (2.2. bənd). “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. (5.5. bənd) Kreditin vəsaitnin istifadə müddəti 04 iyun 2016-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 17 (on yeddi) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 10307,29 (on min üç yüz yeddi ABŞ dolları, 29 sent) ABŞ dolları məbləğində əsas borc, ümumilikdə 10307,29 (on min üç yüz yeddi ABŞ dolları, 29 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qanunun qeyd edilən maddəsinə əsasən hesab edirlər ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-386/2021 saylı 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 10307,29 (on min üş yüz doqquz dollar, 29 sent) ABŞ dolları məbləğində kredit borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, "Hyundai İX35" minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı, TMAJU81BDDJ444435 ban nömrəli avtomobilə yönəldilməsi, ipoteka predmeti olan 2013-cü il buraxılışlı, "Hyundai İX35" minik markalı, **- VU-*** dövlət qeydiyyat nişanlı, TMAJU81BDDJ444435 ban nömrəli avtomobilin 23000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına 04.06.2013- cü il tarixli 01012 saylı kredit müqaviləsi üzrə yaranmış 10307,29 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsi, kredit borcu ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh qaytarılması, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-ü **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod 512565, hesab AZE30AZRT********************, SWİFT kod: AZRTAZ22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" QSC BOKT apelyasiya şikayət verərək qətnamənin qismən dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 30.12.2020-ci il tarixli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən **-VU-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İX35” markalı 2013-cü il buraxılışlı minik avtomobilinin bazar qiyməti 23000 (iyirmi üç min) manat təşkil etmişdir. Mütəxəssis rəyində qeyd olunan avtomobil qiyməti real bazar qiymətlərinə uyğun deyil və avtomobil bazar qiymətindən yüksək məbləğdə müəyyən edilmişdir. Bundan başqa rəy tərtib edilərkən avtomobilə vizual baxış keçirilməmiş analogiya tətbiq edilməklə rəy verilmişdir. Rəydə avtomobilin likvid qiymətinin, yəni əmlakın açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən qiyməti müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qeyd edilən qətnaməni mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-386/2021 saylı 26 iyul 2021-ci il tarixli qətnaməsi “Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, "Hyundai İX35" minik markalı, **-VU- *** dövlət qeydiyyat nişanlı, TMAJU81BDDJ444435 ban nömrəli avtomobilin ilkin satış qiymətinin müəyyən müəyyən edilməsi hissəsində dəyişdirilərək 20300 (iyrimi min üç yüz) manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Sənayə filialı ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2013-cü il tarixli, № 01012 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 17 % tətbiq edilməklə, 36 ay müddətinə 25071 (iyirmi beş min yetmiş bir) ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. İş materiallarında olan "xxxx" ASC-nin Sənayə filialı ilə ipoteka verən Cavabdeh arasında bağlanmış 04 iyun 2013-cü il tarixli 1012 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan ilə borcalan arasında bağlanmış 04 iyun 2013-cü il tarixli 1012 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana 36 ay müddətinə illik 17% olmaqla 25071 (iyirmi beş min yetmiş bir) ABŞ dolları kredit vermiş, Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan “Hyundai İX35” markalı, Ban: TMAJU81BDDJ444435, buraxılış ili 2013-cü il olan avtomobili İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka ilə yüklü edilmiş əmlak İpoteka saxlayan tərəfindən qiymətləndirilir. İş materiallarında olan "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanının 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından (çıxararaq "xxxx" QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da "xxxx" QSC-yə güzəşt edir. İş materiallarında olan S-AVK-1947 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər "xxxx" QSC-yə verilmişdir. İş materiallarında olan "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının 27.07.2020-ci il tarixli, № 2694 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 04.06.2013-cü il tarixli, № 01012 saylı kredit müqaviləsi üzrə 27.07.2020-ci il tarixə AqrarKredit” QSC-yə 10307,29 ABŞ dolları borcu vardır. Sonuncu ödəniş 18.03.2019-cu il tarixdə 234,12 ABŞ dolları məbləğində olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 22.07.2020-ci il tarixli 2591 saylı bildirişdən görünür ki, "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC ilə "xxxx" MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsin "xxxx" MMC həyata keçirir. Cavabdeh 10 gün müddətində Banka olan 10307,29 ABŞ dolları məbləğində əsas kredit borcunu ödənilməsi tələb olunmuşdur, əks halda Bank tərəfindən borcun qaytarılması üçün məhkəmə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Bundan başqa ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə ödəməli olduğu faiz borcundan əlavə cərimə borcu da hesablanır. İş materiallarında olan "xxxx" MMC-nin 30.12.2020-ci il tarixli LP-165/20 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə görə 2013-cü il buraxılışlı “Hyundai İX35” markalı minik avtomobilinin hazırkı bazar qiyməti 23000 manat təşkil edir. İş materiallarında olan 24.07.2020-ci il tarixli Ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən 24.07.2020-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. İddiaçının ipoteka predmeti olan avtomobilin satış qiymətinin real qiymətindən yuxarımüəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə kollegiya hesab edir ki, aşağıdakılara əsasən bu hissədə apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli № MB 15/0376 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, "Hyundai İX35" minik markalı, **- VU-*** dövlət qeydiyyat nişanlı, TMAJU81BDDJ444435 ban nömrəli avtomobilin 11 aprel 2022-ci il tarixinə hesablanmış likvid dəyəri 20300 (iyimi min üç yüz) manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, qiymətləndirmə rəyi sübut növü kimi qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ipoteka predmeti olan olan 2013-cü il buraxılışlı, "Hyundai İX35" minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı, TMAJU81BDDJ444435 ban nömrəli avtomobilin hərracdan ilkin satış qiyməti 20300 (iyimi min üç yüz) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli № MB 15/0376 saylı məktubdan görünür ki, qiymətləndiricinin xidmət haqqı 200 (iki yüz) manat təşkil edir. Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 200 (iki yüz) manatın 100 (yüz) manat hissəsi Cavabdeh, 100 (yüz) manat hissəsi isə iddiaçı "xxxx" QSC BOKT-dan alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qətnaməni dəyişdirə bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-386/2021 saylı 26 iyul 2021-ci il tarixli qətnaməsi “Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, "Hyundai İX35" minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı, TMAJU81BDDJ444435 ban nömrəli avtomobilin ilkin satış qiymətinin müəyyən müəyyən edilməsi hissəsində dəyişdirilərək 20300 (iyrimi min üç yüz) manat müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" QSC BOKT tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-386/2021 saylı 26 iyul 2021-ci il tarixli qətnaməsi “Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, "Hyundai İX35" minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı, TMAJU81BDDJ444435 ban nömrəli avtomobilin ilkin satış qiymətinin müəyyən müəyyən edilməsi hissəsində dəyişdirilərək, həmin məbləğ 20300 (iyrimi min üç yüz) manat müəyyən edilsin. Qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pulun 100 (yüz) manat hissəsi Cavabdeh, 100 (yüz) manat hissəsi isə iddiaçı "xxxx" QSC BOKT-dan alınaraq tutularaq "xxxx" MMC-nin hesabına (H/h № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar bank: "xxxx" ASC Yasamal filialı, kodu: 805562, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamənin mübahisələndirilən hissəsindən iddiaçı rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-654/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-654/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver