Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6540/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-189/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxxx” ASC cavabdehlər “xxxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxx” MMC-nin xx xxx 2015-ci il tarixli 02 saylı kredit müqaviləsi və ona xx.xx.2016-cı il tarixdə edilmiş 01 saylı Əlavəyə əsasən “xxxxxxxxxxxxxx” ASC-yə olan ******* (bir milyon yüz min) ABŞ dolları əsas, 121159,65 (yüz iyirmi bir min yüz əlli doqquz ABŞ dolları, altmış beş sent) ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat rüsumun cavabdeh “xxxxx” MMC-dən tutulması, tutmanın ilkin satış qiyməti 3 000 000 manat müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, tutma yönəldildikdə və əmlaklar satıldıqda əmlak kompleksi kimi müəssisəsinin ən geci bir ay ərzində boşaldılması, borcun tutma əmlakının açıq hərracdan satılması hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)-189/2018 saylı qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər “xxxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “xxxxx” MMC-nin xx xxx 2015-ci il tarixli 02 saylı kredit müqaviləsi və ona xx.xx.2016-cı il tarixdə edilmiş 01 saylı Əlavəyə əsasən “xxxxxxxxxxxxxx” ASC-yə olan 1 100 000 ABŞ dolları əsas, 121159,65 ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat rüsumun cavabdeh “xxxxx” MMC-dən tutulması, tutmanın ilkin satış qiyməti 3 000 000 manat müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, tutma yönəldildikdə və əmlaklar satıldıqda əmlak kompleksi kimi müəssisəsinin ən geci bir ay ərzində boşaldılması, borcun tutma əmlakının açıq hərracdan satılması hesabına ödənilməsi barədə iddia tələbləri təmin edilmişdir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vekrmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 142 manatın Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxxx” MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018- ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3774/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh “xxxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5358/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdeh “xxxxx” MMC-nin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 da həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, çox çətinliklə xx xxxxxxxx 2019-cu il tarixdə əldə etdiyi Suraxanı Rayon Məhkəməsinin həmin qətnaməsi və işin materialları ilə tanış olduqdan sonra məlumu oldu ki, guya bir tərəfdən onunla digər tərəfdən isə “xxxxxxxxxxxxxx” ASC və 19.05.15-ci il tarixdə 01 nömrəli ipoteka müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən o, yuxarıda göstərilən ünvanda yerləşən əmlakını hansısa “xxxxx” MMC-nin direktoru E.K.Həsənov adlı şəxsin bankdan ******* ABŞ dolları kreditin nağd şəkildə alınması üçün girov (ipoteka) qoymuşdu. xx.xx.2016-cı il tarixdə isə 1,200,000 (bir milyon iki yüz min) dollarının əvəzində 1,100,000,0 ABŞ dolları verilməsi barədəki müqaviləyə edilən əlavəni də imzalamışdı. Aşağıdakı səbəblərə görə göstərilən qətnaməni qanunsuz hesab edir: 1) xx.xx.2015-ci il tarixli yuxarıda göstərilən müqavilə onun tərəfindən yox hələ 03.12.13-cü il tarixdə 03 il müddətinə tamam başqa məqsədlərlə verdiyi "baş" etibarnamə əsasında X3 tərəfindən imzalanıbmış. İndi ona məlum oldu ki, R.S.Abbasov özünün ümumi marağı hesabına yaxın dostu olan Elçin Nəsibov adlı şəxsə nağd şəkildə “xxxxxxxxxxxxxx” ASC-dən 1,200,000.0 ABŞ dolları almaq üçün əmlakını ipotekaya qoyubmuş. Həmin əməliyyatı həyata keçirən notarius başqa şəxsin xeyrinə üstəlikdə nizamnamə kapitalı cəmi 10 (on) manat olan hansısa “xxxxx.” MMC-nin direktoruna nağd şəkildə 1,200,000.0 ABŞ dollarının nağd şəkildə verilməsi üçün 04 milyonluq əmlakının ipotekaya etibarnamə əsasında qoyulması onun maraqlarına nə qədər uyğun olmasını araşdırmamışdır. Halbuki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Belə ki, M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Mülki Məcəllənin yuxarıda qeyd olunan 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və ipoteka müqaviləsinə (öhdəliyi təmin edən) hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi (əsas öhdəlik) ilə birlikdə baxılmalıdır.Hazırkı halda isə nəzərə alınmalıdır ki, Elçin Nəsibov adlı şəxsə nağd şəkildə “xxxxxxxxxxxxxxx” ASC-dən 1,200,000.0 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqavilə onun maraqlarına uyğun bağlanmamış və həmin müqavilələr mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.Bu yaxınlarda isə ona məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsində onun adının qarşısında olan imza heç R.S.Abbasov tərəfindən də imzlanmamışdır. Odur ki, qeyd olunan hal xüsusi əhəmiyyət kəsb etdiyindən məhkəmə kollegiyasından həmin xüsusatın da araşdırılmasını xahiş edir. 2) Bundan əlavə, həqiqətən də xx.xx.2016-cı il tarixdə xxxxxxxxxxxxxxdan 1.100.000 ABŞ dolları kreditin Cavabdeh1-yə verilməsi barədə müqavilədəki imza ona məxsusdur. İndi işin materialları ilə tanış etdiriləndən sonra aydın olur ki, onun imzaladığı müqavilə xxxxx-nin direktoru X1 1.100.000 ABŞ dolları kreditin verilməsi barədə yox, hələ xx xxx 2015-ci il tarixdə onun adından R.Abbasov tərəfindən bağlanmış və artıq 1.200.000 ABŞ dolları alınmış müqavilənin müddətinin uzadılması üçün tərtib edilmiş Əlavəni imzalamışdır. Ona orta təhsilli və kiril əlifbası ilə orta məktəbdə oxuyan, eynəksiz oxumağı bacarmayan yaşlı qadına tutaq ki, latın əlifbası ilə üstəlik də çox kiçik hərflərlə tərtib edilmiş hansısa sənədi imzalatdırırlar. Bəs, xx.xx.2015-ci il tarixdə onun adından bağlanan, əslində isə onun tərfındən imzalanmayan və maraqlarının tamam ziddinə olan o müqaviləni təsdiq edən həmin notarius bilmirdi ki, yuxarıda göstərilən onun adından tərtib etdiyi xx xxx 2015-ci il tarixli o müqaviləni əslində o, imzalamamışdır. Heç olmasa xx.xx.2015-ciildə adından bağlanmış o müqaviləni ya ona verərdi, yada ki, bir tam mətni ilə tanış edərdi. Lakin hansısa səbəblərə görə o, bunu da etməmişdir. xx xxxxxx 2016-cı il tarixli xxxxxxxxxxxxxxla Cavabdeh1-nin arasında bağlanmış müqaviləyə əlavənin 1.1-ci bəndində aydın şəkildə göstərilsə də ki, “Borcalana verilmiş 1.200.000 (bir milyon iki yüz min) ABŞ dolları məbləğində kredit üzrə qalıq 1.100.000 (bir milyon yüz min) ABŞ dolları məbləğində əsas borc hissəsinin tərəflər arasında imzalanmış ödəniş cədvəlinə uyğun olaraq xx xxx 2018-ci il tarixədək qaytarılmalıdır.”, bankın isə ona bağlatdırdığı ipoteka müqaviləsinə əlavənin 1.1-ci bəndində göstərir: “xx xxx 2015-ci il tarixli 02 saylı kredit müqaviləsinə və bu müqaviləyə edilmiş xx xxxxxx 2016-cı il tarixli 01 saylı əlavəyə əsasən “xxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1yə dövriyyə vəsaiti olaraq xx xxx 2018-ci il tarixədək 1.100.000 (bir milyon yüz min) ABŞ dolları məbləğində kredit verir.”Əgər o, bilsəydi ki, 19.05.15-ci il tarixdə bağlanan müqavilə əsasında nağd şəkildə 1.200,000 ABŞ dolları F..K.Həsənov adlı şəxs artıq alaraq aradan çıxıb və indi də həmin "xxxxx” MMC-ni S.Məmmədova adlı bir qadına satıb və bu müddət ərzində də (19.05.15-ci ildən 05.08.16-cı il tarixədək) cəmi 100 min pul ödənilib sözsüz ki, o, belə əlavəyə və üstəlik də dolların kəskin surətdə bahalaşdığı bir dövrdə imza atmazdı və pullarını da vaxtında o şəxslərdən ala bilərdi. Onun nə həmin müqaviləyə “əlavəni” oxumağa imkanı olub, nədəki, ona mahiyyətini izah edən olmayıb. Belə ki, əgər həmin müqaviləyə - (05.08.16-cı il tarixli əlavə müqaviləni arxasındakı şəkillərə) bax keçirilsə tam şəkildə aydın görünər ki, 08.05.16-cı il tarixdə saat 06:16:00 bankın nümayəndəsi S.Q.Omarov, 06:16:14 saniyədə “xxxxx” MMC-nin sədri S.Məmmədova və onun tərəfindən 06:16:27 saniyədə dörd milyonluq əmlakının əldən çıxarılmasına yönəlmiş imzalatma əməliyyatına Abşeron rayonu 2 saylı Notariat Kontorunda cəmi 27 saniyə vaxt sərf olunub.Bundan əlavə,yuxarıda göstərildiyi kimi xx.xx.2013-cü il tarixdə R.S. Abbasova verdiyi etibarnamə xx.xx.2016-cı il tarixədək qüvvədə olmuşdur. Bununla belə nədənsə onun özünün iştirakı ilə xx xxx 2015-ci il tarixdə 2 (iki) il müddətinə bağlanan əsas müqavilənin müddəti hələ başa çatmamış, yəni iddiaçı xx xxxxxx 2016-cı ildə əlavə müqaviləni də imzalama səlahiyyəti olan R.Abbasovun özünə yox, məhz ona “bu əməliyyatdan” məlumatı və xəbəri olmayana, üstəlik də, “xxxxx” MMC-nin yeni “direktoruna” bir-birindən fərqli olan “Əlavə müqavilə”ləri imzalatdırmışdır.Daha sonra əlavə anlamını belə başa düşürki, nəyəsə əlavə olunur deməkdir. Amma xx xxxxxx 2016-cı il tarixdə ona imzalatdırılan müqavilə əlavə deyil, bu ən azı xx xxx 2015-ci il tarixli müqaviləyə dəyişiklikdir.Bütün bunlar hamısı onunəmlakının əlindən çıxarılmasına və bankın əsassız şəkildə varlanmasına düşünülmüş və “hüquqi” baxımdan əsaslandırılmış insanların müflisləşdirilməsinə yönəldilən əməldir. 3) İddia ərizəsinin 3-cü səhifəsində bankın özü göstərir ki, “Cavabdeh2 məxsus ipoteka predmeti olan əmlak Cavabdeh3 ilə birgə nikah dövründə əldə edilmişdir. Bu əmlak onların birgə mülkiyyəti olduğu və hazırki iddia Cavabdeh3 qanunvericiliklə qorunan hüquqlarına toxunduğu üçün o, iddia üzrə cavabdeh kimi cəlb edilmişdir.” Bununla belə birgə nikah dövründə əldə etdikləri, daşınmaz əmlak xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilərkən əmlakın ümumi mülkiyyətçisi kimi Cavabdeh3 nə razılığı alınmış, nədəki, o, bu barədə hər hansı bir sənədi imzalamışdır.Halbuki, Mülki Məcəllənin 225.1 və 225.2ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə də tənzimlənir. Həmin maddəyə müvafiq olaraq, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Mülki Məcəllə ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.4-cü maddəsi). 4) Bundan başqa, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli əlavədə Ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olan hissə vaxtında ödənilməzsə, ödənilməyən həmin hissə üçün növbəti ödəniş tarixinədək illik, normal beş faiz dərəcəsi ilə vaxtı keçmiş kreditin fazinin ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, ipoteka qoyanın vəziyyətini ağırlaşdıran bu müddəa xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli əlavədə qeyd olunmamış, ümumiyyətlə onun faiz dərəcəsindən heç bir məlumatı olmamışdır.Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir.Eləcə də “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.Odur ki, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli əlavədə müəyyən edilmiş faiz dərəcəsi barəsində onun razılığı alınmadığından, yəni o, həmin faiz dərəcəsindən məlumatsız olduğundan iddia tələbi ipoteka predmetinə yönəltmə hissəsində təmin edilməməlidir.Ümumiyyətlə xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsində onun razılığı ilə R.Abbasov tərəfindən imzalanması qəbul edilsə belə, qeyd olunan müqavilədə də, kreditin verilmə faizi ilə bağlı müddəalar öz əksini tapmadığından tələb ipoteka predmetinə yönəldilə bilməzdi.Bundan başqa qanunvericiliyin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərində (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə də müvafiq dəyişikliklər edilməlidir. Belə ki, İpoteka haqqında’' Qanunun 14.1-ci maddəsinə görə, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə, əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; ipoteka predmeti özgəninkiləşdirlldikdə və s.Odur ki, hazırkı mülki iş üzrə xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli əlavənin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyi üçün ipoteka predmetinə tutma yönəldilə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdeh “xxxxx” MMC lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, “xxxxxxxxxxxxxx” ASC ilə “xxxxx” MMC arasında xx xxx 2015-ci il tarixli 02 saylı kredit müqaviləsinə əsasən, “xxxxx” MMC-yə 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla ******* (bir milyon iki yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 02 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixində 01 saylı əlavə edilmişdir. Əlavəyə əsasən borcalana verilmiş ******* (bir milyon iki yüz min) ABŞ dolları məbləğində kredit üzrə qalıq ******* (bir milyon yüz min) ABŞ dolları məbləğində əsas borc hissəsinin geri qaytarılma müddəti tərəflər arasında imzalanmış ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında xx xxx 2015-ci il tarixdə 01 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində mülkiyyətində olan 1.8693 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisə ipoteka qoyulmuşdur. İpoteka predmeti ******* (üç milyon) manat məbləğində qiymətləndirilmişdir. “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında xx xxx 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinə xx xxxxxx 2016-cı ildə 1 nömrəli əlavə bağlanmışdır. Əlavəyə əsasən xx xxx 2015-ci il tarixli 02 saylı kredit müqaviləsinə və bu müqaviləyə edilmiş xx.xx.2016-cı il tarixli 01 saylı əlavəyə əsasən “xxxxxxxxxxxxxx” ASC “xxxxx” MMC-yə dövriyyə vəsaiti olaraq xx.xx.2018-ci il tarixinədək ******* (bir milyon yüz min) ABŞ dolları məbləğində kredit verir. Bankın bu Əlavədən irəli gələn tələb və hüquqları borcalan və ipotekaqoyan tərəfindən qeyd şərtsiz qəbul edilmiş və tərəflərin imzaları ilə təsdiq olunmuşdur. Bu Əlavənin 3-cü bəndində həmçinin xx xxx 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin bu Əlavə xaricindəki digər müddəalarının dəyişilməz olaraq qalması da müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın onun mübahisələndirdiyi hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, Cavabdeh2 apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən və mübahisələndirilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdeh Namidə Ramazovanın şikayəti üzrə mübahisələndirilən və yoxlanılmamış hissədə yoxlanılır. Çünki, bundan əvvəl Cavabdeh3 şikayəti üzrə qətnamənin bəzi hissələri artıq apellyasiya icraatının predmeti olmuş və yoxlanılmışdır. Düzdür, cavabdeh Namidə Ramazovanın şikayətindəki bəzi dəlillər artıq mübahisələndirilərək yoxlanılmış hissəyə aid olsa da, hazırki şikayət üzrə onlar təkrarən yoxlanılmayacaqdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin Cavabdeh2 aid hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin bu hissədə də iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən dəlillər üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti əsasında məhkəmə xətşünaslıq ekspertizası keçirilmiş və alınmış xx xxxxxx 2020-ci il tarixli 3913 saylı rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş, “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 (İpoteka qoyan) və X6 (Borcalan) arasında bağlanmış 01 nömrəli xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsində "Borcalan" qrafasındakı imza; “xxxxxxxxxxxxxx” ASC ilə X6 arasında bağlanmış 02 nömrəli xx xxx 2015-ci il tarixli kredit müqaviləsində “Borcalan” qrafasındakı imza; X2 adına olan ÇEK ATB seriyalı 053051 nömrəli xx xxx 2015-ci il tarixli bank qəbzində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar - öz aralarında bir-birilə eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 (ipoteka qoyan) və X6 (Borcalan) arasında bağlanmış 01 nömrəli xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsində “İpoteka qoyan” qrafasındakı imza ilə “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 (İpoteka qoyan) və X6 (Borcalan) arasında bağlanmış 01 nömrəli xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsində “Borcalan” qrafasındakı imza; “xxxxxxxxxxxxxx” ASC ilə X6 arasında bağlanmış 02 nömrəli xx xxx 2015-ci il tarixli kredit müqaviləsində “Borcalan” qrafasındakı imza; X2 adına olan ÇEK ATB seriyalı 053051 nömrəli xx xxx 2015-ci il tarixli bank qəbzində “imzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar - öz aralarında bir-birilə müxtəlif şəxslər tərəfindən icra olunduğu təsdiq olunmuşdur. Göründüyü kimi, ekspertiza rəyi ilə də qeyd olunan müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinin pozulmadığı, yəni müqavilələri və qəbzi buna səlahiyyəti olan şəxslərin imzaladığı təsdiq olunmuş, başqa sözlə imzaların saxtalaşdırılması təkzib olunmuşdur. İkincisi, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti əsasında Abşeron rayon 2 saylı Notariat Kontorundan sorğu ilə tələb edilmiş xx.xx.2016-ci il tarixli əlavə kredit və ipoteka müqavilələrinin təsdiqi ilə bağlı imzaların qeyd olunduğu reyestr jurnalına baxış keçirlmiş və notariat əməliyyatlarının həmin gün, yəni xx.xx.2016-cı il tarixdə aparılması öz təsdiqini tapmışdır. Düzdür, cavabdehin nümayəndəsi və vəkilinin vəsatətində notariat əməliyyatlarının xx.xx.2015-ci il tarixdə qeyd edilib-edilməməsinin müəyyən edilməsi xahiş edilmişdir. Lakin həmin tarixdə hazırki işə dair hər hansı bir notariat əməliyyatları həyata keçirilməmişdir. Üçüncüsü, xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsi təmsilçi vasitəsilə bağlana bilərdi. Qanunvericilikdə bunu qadağan edən norma nəzərdə tutulmamışdır. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. X9 Cavabdeh2 təmsil edərkən şəxsən özü barədə əqd bağlamamışdır. Bağladıqı əqdin şəxsən özünə aid olması işdən görünmür. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarını təmsilçilik institunun mahiyyətinə zidd olan və bunu təkzib edən qərar kimi qiymətləndirmək də düzgün deyildir. Çünki, Cavabdeh2 da Rahil Abbasova 3 il müddətinə verdiyi etibarnamənin “tamam başqa məqsədlər üçün” olduğuna dair də şikayətində hər hansı bir dəlil göstərməmişdir. İpoteka müqaviləsi təmsilçi vasitəsilə bağlanarkən ipoteka qoyanın iradəsinin zədəli olmasını sonuncu sübuta yetirməlidir. Çünki, bu halın həqiqiliyini sübut etmək yükü ipoteka qoyanın üzərinə düşür. İpoteka müqaviləsinin Rahil Abbasov tərəfindən imzalanması isə qətnamə bundan əvvəl Cavabdeh3 şikayəti üzrə apellyasiya baxışının predmeti olarkən yoxlanılmış və bu fakt məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Ona görə də bu dəlillər əsaslı olmamışdır. Dördüncüsü, tutaq ki, xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsi təmsilçi vasitəsilə bağlanmışdı və cavabdehin qeyd etdiyi kimi dörd milyonluq əmlakının ipotekaya qoyulması onun maraqlarına uyğun olmamışdır. Ancaq ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli Əlavəni Cavabdeh2 şəxsən özü imzalamışdır. Bunu şikayətində özü də təsdiq edir. Həmin Əlavədə xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsi barədə məlumat qeyd olunmuş və bu Əlavə xaricindəki digər müddəalarının dəyişilməz olaraq qalması da razılaşdırılmışdır. Cavabdeh2 özünü orta təhsilli və kiril əlifbası ilə orta məktəbdə oxuyan, eynəksiz oxumağı bacarmayan yaşlı qadın hesab edə bilər. Lakin onun latın qrafikalı əlifba ilə azərbaycan dilində yazıb oxumağı bacarmadığı və yaşlı qadın olması işdən görünmür. Belə ki, 1974-cü il təvəllüdlü qadının özünü yaşlı adlandırması həm anlaşılan deyildir, həm də qadınların ümumən yaşlı olmalarını qəbul etmək istəmədikləri nəzərə alındığı halda hazırki iş üzrə fərqil fikir söylənilməsi də başadüşələn olmamışdır. Bununla yanaşı, Cavabdeh2 özünün qeyd etdiyi kimi, hal-hazıradək dörd milyon dəyərində əmlak əldə edibsə, yəqin ki, hansı müqaviləni bağladığını və nəyi imzaladığını da bilməmiş deyildir. Ona görə də qeyd etdiyi bu dəlillərin inandırıcı və ağlabatan olmadığı açıq-aşkar təsdiq olunur. Beşincisi, qeyd olunduğu kimi qətnamə digər Cavabdeh3 apellyasiya şikayəti əsasında apellyasiya icraatının predmeti olmuş və şikayəti təmin olunmamışdır. Cavabdeh3 ipoteka müqaviləsindəki və onun adından əmlakın ipoteka qoyulmasına razılıq verilməsinə dair ərizənin Rahil Abasov tərəfindən imzalanıb-imzalanmadığını artıq mübahisələndirmiş və imzanın sonuncuya məxsus olması məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Ona görə də, Cavabdeh2 bu dəlili də əsassız olmuşdur. Altıncısı, Cavabdeh2 xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli əlavədə Ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olan hissə vaxtında ödənilməzsə, ödənilməyən həmin hissə üçün növbəti ödəniş tarixinədək illik, normal beş faiz dərəcəsi ilə vaxtı keçmiş kreditin fazinin ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, ipoteka qoyanın vəziyyətini ağırlaşdıran bu müddəanın xx xxx 2015-ci il tarixli ipoteka müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli əlavədə qeyd olunmaması və ümumiyyətlə onun faiz dərəcəsindən heç bir məlumatı olmaması həqiqi olsa belə bu dəlillər də tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, həm ipoteka müqaviləsində, həm də ona əlavədə müqavilənin bütün zəruri şərtləri göstərilmiş, yalnız faiz dərəcəsinin göstərilməməsi müqavilənin bağlanmamış hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli əlavədə isə yalnız əsas kredit müqaviləsinin 1.1. və 3.2.3cü bəndləri yeni redaksiyada verilmiş, digər bəndlər, o cümlədən faiz dərəcəsini nəzərdə tutan 3.2.2-ci bəndi isə əvvəlki qaydada(faktiki illik 12.51 faiz) saxlanılmışdır. Əslində isə əlavədən fərqli olaraq, əsas kredit müqaviləsində daha çox (bənd.3.2.3) ödənilməli olan hissə vaxtında ödənilməzsə, ödənilməyən həmin hissə üçün növbəti ödəniş tarixinədək illik, normal on beş faiz dərəcəsi ilə vaxtı keçmiş kreditin fazinin ödənilməsi nəzərdə tutulmuşdur. Vaxtı keçmiş kreditə görə isə əsas yaxud əlavə kredit müqavilələrində illik beş yaxud on beş faiz dərəcəsinin göstərilməsi isə faiz deyil, daha çox cərimə məzmunlu müddəalardır. Cavabdehlərdən isə həmin bəndə əsasən faz yaxud cərimə tələb edilməmişdir. Bunlardan əlavə, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli əlavənin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir və buna görə ipoteka predmetinə tutma yönəldilməsi düzgün olmuşdur. Göründüyü kimi, Cavabdeh2 bu dəlilləri də əsassız olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh2 apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-189/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 ekspertiza xərci 127 (yüz iyirmi yeddi) manat, alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilə
Məhkəmə qərarları › İş №2(103)-6540/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6540/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver