Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6543/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 1596/2022 saylı qərardadından ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və icarə haqqının tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarına maneələrə son qoyulması, Cavabdeh və faktiki fəaliyyət göstərən digər şəxslərin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyriyaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılması və həmin qeyriyaşayış sahəsinin təhvil-təslim aktına əsasən İddiaçı təhvil verilməsi, Cavabdeh ödənilməmiş icarə haqqına görə 10000 manat, icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 750 manat, cəmi 10750 manat məbləğində pul vəsaitinin və 122,25 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarına maneələrə son qoyulması, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması və həmin qeyri-yaşayış sahəsinin təhvil-təslim aktına əsasən İddiaçı təhvil verilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrdə ödənilməmiş icarə haqqına görə 11250 manat, icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 manat, cəmi 12093,75 manat məbləğində pul vəsaitinin və 122,25 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Həmçinin, Cavabdehlər İddiaçı, X4 və X2 qarşı “cavabdehlərə müqavilənin qüvvədə olma müddəti bitənə qədər fəaliyyətinə yaradılmış və yaradılacaq maneələrin qadağan edilməsi və pul tələbi barədə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlərə xx.xx.2023-cü il tarixə kimi (müqavilənin bitmə müddətinə kimi) onun fəaliyyətinə yaratdıqları və yaradacaqları süni maneələrin (qazın, işıqın, suyun verilməsini dayandırılması və sair) qadağan olunması, qarşılıqlı iddia üzrə cavabdehlər X3 və X1 10000 manat məbləğində qabaqcadan ödədiyi 20 aylıq icarə haqqının, 3435 manat təmir xərclərinin, qarşılıqlı iddia üzrə cavabdehlər X3, X1 və İddiaçı 6000 manat əldən çıxmış qazancın və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə kimi (müqavilənin bitmə müddətinə kimi) müqavilənin qüvvədə olması, qarşılıqlı iddia üzrə cavabdehlər X3 və X1 10000 manat qabaqcadan ödədiyi 20 aylıq icarə haqqının, 3435 manat təmir xərclərinin, qarşılıqlı iddia üzrə cavabdehlər X3, X1 və İddiaçı 6000 manat əldən çıxmış qazancın və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 1596/2022 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia ərizəsi isə rədd edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1596/2022 saylı qərardadı ilə həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Vəkil2 onun vəkili olmuşdur, münayəndəsi olmamışdır. Ona görə də qətnamənin vahid məhkəmə portalında Vəkil2 kabinetinə yerləşdirilməsini ona aidiyyəti olmamışdır. Məhkəmə baxışı zamanı vəkilin fəaliyyəti onu qane etmədiyindən onunla müqaviləni ləğv etmişdir. Məhkəmə qətnaməsini rəsmi qaydada almış, qətnaməni aldığı vaxta uyğun olaraq müddəti ötürmədən apellyasiya şikayəti vermişdir. Ona görə də müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 1596/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-1596/2022 saylı qətnaməsi Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə elan olunmuş, qətnamənin surəti xx.xx.2022-ci il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh göndərilmiş, həmçinin xx.xx.2022-ci il tarixdə onun vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Belə olduğu təqdirdə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən ilkin iddia üzrə cavabdeh qətnamənin surətini xx.xx.2022-ci il tarixdə almış hesab olunur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-1596/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron sistemə yüklənmişdir. Halbuki, qətnamə ilkin iddia üzrə cavabdehə xx.xx.2022-ci il rəsmi qaydada çatdırılmış və xx.xx.2022-ci il tarixdən başlamaqla xx.xx.2022-ci il tarixi qətnamədən apellyasiya şikayəti vermək üçün son müddət hesab olunur. İlkin iddia üzrə cavabdeh tərəfindən prosessual müddətin bərpası ilə bağlı ərizə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 1596/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6543/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6543/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver