Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6544/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-486/2021 saylı 29.03.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Cavabdeh 3653,33 (üç min altı yüz əlli üç manat 33 qəpik) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC Cavabdeh qarşı vurulmuş zərərin ödənilməs tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ** PC *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı nəqliyyat vasitəsinə dəymiş 6.044,29 (altı min qırx dörd manat iyirmi doqquz qəpik) manat məbləğində maddi zərərin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 6.074,29 (altı min yetmiş dörd manat iyirmi doqquz qəpik) manatın İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 mart 2020-ci il tarixdə ünvan 1 ünvanın yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsində əməkdaşı X4 etibarnamə əsasında idarə etdiyi şirkətə məxsus ** PC *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı minik avtomobilinə Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərər dəymişdir. İş üzrə təhqiqatı aparan Azərbaycan Respublikası DİN-in, Bakı şəhər BPİ, Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X3 “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 11 may 2020-ci il tarixli Qərarı ilə yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olan Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və həmin qərarın surəti onun barəsində AR-nm İXM-nin 333.3-cü maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Baş vermiş hadisə ilə bağlı Nərimanov RPİ-nin DYPŞnin baş inspektoru X1 tərəfindən tərtib edilmiş 10.06.2020-ci il tarixli, AP ******* saylı “İnzibati Xəta haqqında” Protokola əsasən, Cavabdeh 23.03.2020-ci il tarixdə, saat 22:00-da özünə məxsus “Volkswagen Polo” minik markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün idarəetməni itirmiş və nəticədə dayanmış vəziyyətdə olan avtomaşınlarla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Daha sonra göstərilən protokola baxılması üçün material Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 3 (005)- l 145/2020 saylı, 10.06.2020-ci il tarixli Qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hücıuqu məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 3 (005)-1145/2020 saylı, 10.06.2020-ci il tarixli qərardan apelyasiya şikayəti verilməmiş və qeyd olunan qərar qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. "Qafqaz Ticarət” MMC tərəfindən verilmiş 03.04.2020-ci il tarixli “X6 əsasən, ** PC *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı minik avtomobilinin 7.282,96 (yeddi min iki yüz söksən iki manat doxsan altı qəpik) manat təmir xərci vardır. "xxxx" ASC tərəfindən 18.09.2020-ci il tarixdə 1.238,67 (min iki yüz otuz səkkiz manat altmış yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəticədə 6.044,29 (altı min qırx dörd manat iyirmi doqquz qəpik) manat fərq qalmışdır. ** PC *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı nəqliyyat vasitəsi AC 625226 nömrəli, 29.02.2016-cı il tarixdə AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş “Qeydiyyat səhadətnaməsi”nə əsasən "Sun Food” MMC-nin mülkiyyətindədir. ** VJ *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo” minik markalı nəqliyyat vasitəsi AD 755940 nömrəli, 23.01.2020-ci il tarixdə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş “Qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh mülkiyyətindədir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qətnaməsini qismən ləğv edilməsi, idciaçıya məxsus olan 2010-cu il buraxılışlı “Hyundai Accent" markalı **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1.261,33 manat (min iki yüz altmış bir manat otuz üç qəpik) dsyərində dəymiş maddi ziyanın ondan tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin, apellyasiya şikayətini qəbul etməyərək, rədd olunmasını xahiş edən iddiaçın nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə olunmuş ş materiallarında olan "xxxx" MMC-nin 03.04.2020-ci il tarixli aktından görünür ki, ** PC *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı nəqliyyat vasitəsinə cəmi 7282,96 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan AR DİN-nin Bakı şəhər BPİ-si, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 06.05.2020-ci il tarixdə icraatına daxil olmuş yol-nəqliyyat hadisəsi barədə toplanmış HK-1/253 saylı materiala dair qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməllərində cinayət tərkibi olmadığına görə Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli 3(005)-1145/2020 saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinsin və barəsində 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan AC seriyalı 625226 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** PC *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan AD seriyalı 755940 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** VJ *** Cavabdeh Sun FoodMMC-nin mülkiyyətindədir. İş materiallarında olan ödəniş barədə arayışdan görünür ki, "xxxx" ASC tərəfindən 18.09.2020-ci il tarixdə 1.238,67 (min iki yüz otuz səkkiz manat altmış yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5574 nömrəli, 17.02.2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən təqdim edilmiş 03.04.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı ** PC *** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı nəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4892,0 manat müəyyən edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yolnəqliyyat hadisəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) İddiaçı MMC-nin imülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Cavabdeh onun tərəfindən vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6544/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6544/2021
15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver