Məhkəmə qərarları › İş №2(103)-6550/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6550/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6550/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədova (sədirlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 vəCavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin və əlavə sazişin etibarsız hesab edilməsi, kredit məbləğinin milli valyutada hesablanması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 45.194,79 ABŞ dollarıəsas, 1.133,64 ABŞ dolları faiz, 9.017,01 ABŞ dolları cərimə, cəmi 55.345,44 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, 1 mərtəbəli, 3 otaqlı, 67,55 kv.m ümumi, 47,31 kv.m. yaşayış, 20,24 kv.m. yardımçı sahədən ibarət 31 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənziln açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yəödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, 1 mərtəbəli, 3 otaqlı, 67,55 kv.m. ümumi, 47,31 kv.m. yaşayış, 20,24 kv.m. yardımçı sahədən ibarət 31 nömrəli evin, 3 nömrəli mənzilinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı Cavabdeh1 isə cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin və əlavə sazişin etibarsız hesab edilməsi, kredit məbləğinin milli valyutada hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-16/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Qətnamədən ləğv prosesində olan İddiaçı ASC apelyasiya şikayəti vermiş və iş baxılması üçün xx xxxxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Bakı apelyasiya Məhkəməsinə müraciət edərək sözügedən qətnamədən iddiaçı Cavabdeh1 tərəfindən apelyasiya verildiyi üçün işin Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apelyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, yəni qarşılıqlİ iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 362-ci maddəsinə əsasən apelyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin olaraq apelyasiya şikayətini yoxlayır və həmin maddədə göstərilən hallarda apelyasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malikdir; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin maddənin tələblərinə cavab verən apelyasiya şikayətini işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıləğv prosesində olan İddiaçı ASC-ninverdiyi apelyasiya şikayəti apelyasiya baxışından çıxarılmalı vəCavabdeh1 tərəfindən verilən apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılmasıüçün Bakışəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılsın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Sərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar