Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6550/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-636/2022 saylı işi üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçının Cavabdeh2 ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasının, xx.xx.2022-ci il tarixli 005R**********S saylı sazişin və xx.xx.2021-ci il tarixli 005R**********SA saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə manat məbləğində kredit borcu, 3047.86 manat məbləğində faiz borcu və 4678.16 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 23014,1 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 159.04 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddiası Səbail Rayon Məhkəməsinin 2(009)-636/2022 saylı işi üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 377.1, 385.1, 421.2, 423.2, 424.2, 442, 445, 449.4, 470.7, 472, 739.1,739.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1,88, 101.3, 103.1, 119.1, 217.4, 220.5-ci maddələrinə istinadən) qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli 005R**********S saylı saziş və xx.xx.2021-ci il tarixli 005R**********SA saylı sazişin ləğv edilməsi, 15288,8 manat əsas borc, 3047,86 manat faiz borcu və 676,29 manat cərimə borcu olmaqla, cəmi 19012,23 manat məbləğində borc və ödənilmiş 159.04 manat dövlət rüsumunun 100 manat hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "AccessBank” QSC-nin xeyrinə ödənilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 manatın 80 manat hissəsinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 20 manat hissəsinin İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 2.İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005L**********90 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Bank Cavabdeh2 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açmışdır; -İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən Bank Cavabdeh2 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit verilmişdir; -İddiaçı QSC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2021-ci il tarixli 005R**********SA saylı sazişlərə əsasən İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir; - İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixinə xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 15288.08 manat məbləğində kredit bоrcu, 3047.86 manat məbləğində faiz bоrcu və 4678.16 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 23014,1 manat məbləğində kredit borcu vardır; - İddiaçı "AccessBank” QSC cavabdehlərə borcu ödəmələrinə dair xəbərdarlıq edilməsi barədə bildirişlər göndərmişdir (iş.səh.10-12,22-23,29,112). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 3.Cavabdeh2 qətnamənin ləğv edilməsi və Azərbaycan Respubikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndi və Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 16 saylı qərarında göstərilən dövründə hesablanmış faiz və cərimələrin silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalara görə Fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, kredit təşkilatlarına 30 sentyabr 2020-ci il tarixinədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tapşırılmışdır. Göründüyü kimi məhkəmə kredit sazişlərinin pandemiyanın ən kəskin dövründə bağlanması faktını və ödənişlərin əsasən məhz həmin dövrlərdə gecikdirilməsi faktını araşdırmamış və yuxarıda göstərilən Qaydalara əsasən həmin dövrdə bank tərəfindən qanunsuz olaraq hesablanan faiz və cərimələrin silinməli olmasını nəzərə almamışdır. Halbuki vətəndaşlara edilən bu güzəştlər müqabilində dövlət tərəfindən sahibkarlara, o cümlədən banklara vergi və digər icbari ödənişlər üzrə güzəştlər tətbiq edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 4.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı QSC, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 5.(Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına əsasən) apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda tam, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 6.Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 427.3, 439-449, 467, 522, 551-554, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə, kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. 7.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 8.Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən hallar, habelə hər hansı ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətdə istinad edilən qaydalara görə fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi vurğulanmış, lakin cavabdehlərin kreditin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair sübutlar təqdim edilməmiş, kollegiya iş materiallarında belə əsaslar müəyyən etməmişdir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan hal və buna cəhd kimi qiymətləndirilməlidir. 9.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 10.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8- 14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ : Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-636/2022 saylı işi üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6550/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6550/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver