Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6551/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh “Cavabdeh1” X2 (hazırki “xxxxxxxx” MMC) nümayəndəsi və vəkili X7, Cavabdeh3 nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı X10 cavabdehlər “Cavabdeh1” X3, Cavabdeh3, Cavabdeh2, X6, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-145/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən “Cavabdeh1” X2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasənişə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "İddiaçı" X13 cavabdehlər "Cavabdeh1" X5, Cavabdeh3, Cavabdeh2, X9, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, “İddiaçı" ASC ilə "Cavabdeh1" MMC arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, № 01/16 saylı Kredit müqaviləsinə və Cavabdeh3, Cavabdeh4, X8 arasında bağlanmış xx xxxxx 2016- cı il tarixli, № 16/01 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər "Cavabdeh1" X5, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Gabil oğlundan birgə qaydada 22051 ABŞ dolları əsas borcu, 12405 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36456 ABŞ dolları puİ vəsaitinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" ASC-nın "Gənclik" filialı ılə "Cavabdeh1” MMC arasında xx xxxxx 2016-cı il tarixində, 01/16 saylı Kredit müqaviləsi bağlanaraq borcalana 24 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Götürülmüş kredit üzrə "İddiaçı“ ASC-nin "Gənclik" filalı ilə X11, Cavabdeh4, Cavabdeh2 arasında xx xxxxx 2016-cı il tarixli, 01/16 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun arasında xx xxxxx 2016-cı il tarixli, № 01/16 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə vetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Hazırda cavalidehin banka 22051 ABŞ dolları əsas borcu, 12405 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36456 ABŞ dolları borcu vardır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 8.3-cü maddəsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Beləliklə, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyinə görə kredit müqaviləsi üzrə ödənilməmiş məbləğ faizlərlə, hesablanmış cərimə borcu, habelə icranın gecikdirilınəsi ilə vurumuş zərərlə birlikdə ipoteka qoyulmuş əmlaka, həmin əmlak kifayət etmədikdə, cavabdehə məxsus digər əmlaka yönəldilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-145/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaqismən təmin edilmiş, cavabdeh “Cavabdeh1" X1 əsas borc üzrə 21876,70 ABŞ dolları; faiz borcu üzrə 4885,80 ABŞ dolları, cərimə 200 borcu ABŞ dolları olmaqla, cəmi 26962,50 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun) və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "İddiaçı" X10 xeyrinə ödənilməsi qət olunmuşdur. Qətnamədən “Cavabdeh1” X5 apellyasiya şikayəti verərək onun pulun tutulması hissəsində dəyişdirilərək, cavabdeh “Cavabdeh1” MMC-dən əsas borc üzrə 20874,22 manat, faiz borcu üzrə 3318,38 manat olmaqla, cəmi 24192,60 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini borc məbləğlərinin düzgün hesablanmadığı, birinci instansiya məhkəməsinin kreditin xarici valyuta ilə deyil milli valyuta ilə verilməsini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən “Cavabdeh1” MMC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Ənvər Əmirəliyev mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdeh “Cavabdeh1" MMC-dən əsas borc üzrə 21876,70 ABŞ dolları; faiz borcu üzrə 4885,80 ABŞ dollarının tutularaq, iddiaçı "İddiaçı" ASC-nin xeyrinə ödənilməsi hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh “Cavabdeh1” MMC isə yalnız qeyd edilən hissələrlə əlaqədar apellyasiya şikayəti vermişdir.Həmçinin nəzərə alınmalıdır ki, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilməmişdir.Beləliklə qətnamənin, iddia tələbinin təmin edilməyən bağlı hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, "İddiaçı" ASC-nın "Gənclik" filialı ilə "Cavabdeh1” MMC arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, 01/16 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 24 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 35.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, xx xxxxx 2016-cı il tarixli, 01/16 saylı Zaminlikmüqaviləsi üzrə Cavabdeh3 və Cavabdeh2 (habelə Cavabdeh4 adından) kredit alanın öhdəliklərinin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdürlər. İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli Maliyyə arayışından görünür ki, “Cavabdeh1" MMC-nin xx xxxxx 2016-cı il tarixli, 01/16 saylı Kredit müqaviləsi üzrə banka 22051 ABŞ dolları əsas borc, 12405 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36456 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29025 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən xx xxxxx 2016-cı il tarixli, 01/16 saylı Kredit müqaviləsi üzrə “Cavabdeh1" MMC-nin xx xxxxx 2018-ci il tarixədək banka olan borcu 26762,49 ABŞ dolları məbləğində müəyyən olunur: əsas borc üzrə 21876,70 ABŞ dolları; faiz borcu üzrə 4885,80 ABŞ dolları. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən “Cavabdeh1” X5 yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorun əsas borcun düzgün hesablanmamış olması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, müvafiq borc məbləğləri birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatına əsasən verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Faiz borcunun məbləği ilə bağlı isə qeyd olunmaldır ki, tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi faiz məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut da məhkəməyə təqdim olunmamışdır. Apellyatorun kreditin məhz xarici valyutada deyil, milli valyutada verilməsi barədə irəli sürdüklərini kollegiya inandırıcı və aglabatan hesab etmir. Belə ki, xx xxxxx 2016-cı il tarixli, 01/16 saylı Kredit müqaviləsində kredit məbləğinin ABŞ dolları ilə ifadə olunduğu görünür. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: “Cavabdeh1” X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-145/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6551/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6551/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver