Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6551/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1072/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 60000 (altmış min) manat və dövlət rüsumuna görə ödənilmiş 270 manat vəsaitin əvəzinin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh qeyd edilən qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində icra şöbəsində icra işi olduğundan və icra sənədini icra edə bilmədiyindən barəsində axtarış elan olunmuş və bununla bağlı şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi mümkün olmamışdır. Yəni,o, məhkəmənin qeyd etdiyi kimi, öz iradəsi ilə bilərəkdən şəxsiyyət vəsiqəsinin dəyişdirilməsində maraqlı olmamışdır. Barəsində axtarış olması səbəbindən o, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etsə belə, aidiyyəti orqan şəxsiyyət vəsiqəni dəyişdirməkdən imtina edəcəkdir. Çünki barəsində axtarış vardır və onu yenə də icra şöbəsinə yönləndirəcəklər. O, sözügedən qətnaməni xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). İşdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1072/2023 saylı qətnaməsi poçt vasitəsi ilə tərəflərin ünvanına, o cümlədən Cavabdeh iş materiallarında olan ünvan 1 ünvanına göndərilmiş, zərf “bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qaytarılmışdır. Bundan sonra məhkəmə qətnaməsi cavabdehə məhkəmə qəbzinə imza etməklə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş (i.v.104), 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ ona məlum olmuşdur. Buna baxmayaraq o, bir ay ərzində deyil, prosessual müddəti buraxmaqla xx.xx.2023-cü ildə apellyasiya şikayəti vermişdir. Cavabdehin şikayəti əsaslandırdığı dəlillər müddətin ötürülməsinin üzürlü hesab edilməsi üçün əsas deyildir. Qanunvericliyə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir. Ərizənin məzmunundan aydın olur ki, cavabdeh icra şöbəsinin icraatında olmuş icra sənədindən məlumatlı olmuş və bu səbəbdən öz iradəsi ilə bilərək şəxsiyyət vəsiqəsini yeniləməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq prosessual müddətin bərpası barədə ərizəni rədd etməkdə və şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6551/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6551/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver