Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6552/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun alınması” tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-6552/2022 Açar sözlər: ( borcun alınması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(005)-2348/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.”Azər-Türk Bank” ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. 2.Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixli 1028013/19154 saylı Zaminlik Müqavilələrinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək Cavabdeh2 ona zamin durmuşdur. 3.Cavabdeh olan borclu Cavabdeh1 Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş, iddiaçı borcun tutulması tələbini irəli sürmüşdür. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASCnin xeyrinə 10375.91 (on min üç yüz yetmiş beş manat doxsan bir qəpik) manat əsas, 559.88 (beş yüz əlli doqquz manat səksən səkkiz qəpik) manat faiz, cəmi 10935.79 (on min doqquz yüz otuz beş manat yetmiş doqquz qəpik) manat borcun, həmçinin ödənilmiş 123.21 (yüz iyirmi üç manat iyirmi bir qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 5.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 14000 (on dörd min) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixli 1028013/19154 saylı Zaminlik Müqavilələrinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə əsas borcu 10375.91 (on min üç yüz yetmiş beş manat doxsan bir qəpik) manat, faiz borcu 559.88 (beş yüz əlli doqquz manat səksən səkkiz qəpik) manat, cəmi 10935.79 (on min doqquz yüz otuz beş manat yetmiş doqquz qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, Kredit Müqaviləsinə əsasən “X6” Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 10935.79 (on min doqquz yüz otuz beş manat yetmiş doqquz qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 iyun 2022-ci il tarixli, 2(005)-2348/2022 saylı qətnaməsi (sədrlik edən-Aytən Novruzova) ilə iddia təmin edilərək, “Azər- Türk Bank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından ləğv edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10375.91 (on min üç yüz yetmiş beş manat doxsan bir qəpik) məbləğində əsas, 559.88 (beş yüz əlli doqquz manat səksən səkkiz qəpik) məbləğində faiz, cəmi 10935.79 (on min doqquz yüz otuz beş manat yetmiş doqquz qəpik) manat məbləğində pulun və ərizəyə görə ödənilmiş 123.21 (bir yüz iyirmi üç manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı “Azər-Türk Bank" ASC-nin xeyrinə tutulması qət edilmişdir. 7.İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 istehlak məqsədi üçün 48 ay müddətinə illik 23% ödəmək şərti ilə 14.000 (on dörd min) manat məbləğində kredit verməyi, Cavabdeh1 isə kredit müqaviləsinə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətlərdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür. 8.İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 448.72 manat sonuncu ay xx.xx.2024-cü il tarixində isə 448.76 manat ödəməli idi. 9.İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1028013/19154saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020ci il tarixdə bağlanmış kredit xətti müqaviləsindən Cavabdeh1irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı ASCqarşısında tam məsuliyyəti və Cavabdeh1 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 10.İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 10375.91 məbləğində əsas, 559.88 məbləğində faiz, cəmi 10935.79 manat məbləğində borcu var. 11.İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehlərdən 5iş gün müddətinə qeyd olunan borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdilər. 12.Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.2, 448.2, 472.1, 472.2, 472.3 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 226.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılır ki,qətnamə çıxarılarkən onun hüquqları pozulmuş, məhkəmə iclaslarına rəsmi olaraq dəvət olunmamış və işin gedişatı barədə heç bir məlumatı olmamışdır. Tərəfindən məhkəmə ilə əlaqə saxladıqdan sonra məhkəmə iclası barədə məlumat əldə etmiş, lakin həmin tarixdə və vaxtda iştirak edə bilmədiyi üçün teleqram vurmuş və qeyd etmidir ki, səhətində olan probləmləri nəzərə alınmasını və işin baxılmasını təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə heç bir əsas olmadan işi araşdırmadan, cavabdehlərin izahatını dinləmədən, təqdim etmək istədiyi sübutları görmədən birinci iclasda yekun qətnamə qəbuletmişdir. İddiaçı ASC -nin cavabdehlə bağladığı müqavilə işə açıq-aşkar bankın mənafeyinin tam təmin olunması, onlar üçün isə əlverişsiz, hətta demək olar ki,təhlükəli şərtlərlə bağlanmışdır. Ödənilməli olan faiz məbləğləri elə yüksək faizlərlə hesablanmışdır ki, kredit götürən borclunun bu məbləğləri ödəyə biləcəyi əvvəlcədən böyük şübhələr altına qoyulmuşdur. Bundan başqa iş üzrə heş bir ekspertiza keçirilməmişdir. Həmçinin, qanunvericiliyin tələblərinə görə iddia tələbinin məbləğindən ödəniləcək faizlər və tətbiq ediləcək cərimələrin miqdarından asılı olmayaraq məhkəmə tərəflər arasında olan münasibətləri, bağlanmış müqavilələrin qanuna uyğunluğunu və ədalətlilik prinsipini rəhbər tutaraq bu məbləğləri ağlabatan məbləğlərdə müəyyən edə bilərdi. Lakin, məhkəmə bunu etməmiş, onlardan xəbərsiz belə bir əsassız iddianı təmin etməklə hüquqlarını kobud şəkildə pozan qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Cavabdeh X2 ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, vəkilinin də Bakı şəhərində olmadığını bildiriərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun və digər cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 18.Məhkmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməti, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 19.Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 20.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 22.Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 23.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 24.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul vəya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 25.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apellyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 aid borcun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı və digər cavabdeh olan zamin qətnaməni mübahisələndirməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 29.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. Həmçinin öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcalan Cavabdeh1 məsuliyyətini öz üzərinə götürdüyündən, cavabdehlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, onlar kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. 30.İşin faktiki hallarına qiymət verərək və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün, iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. 31.Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. 32.Kollegiya apellyatorun kredit borcunun şişirdilməsi, borcun düzgün hesablanmaması, ekspertiza keçirilməməsi ilə əlaqədar dəlillərini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh borcun şişirdilməsi və işdə olan maliyyə sənədlərini şübhə altına alan mötəbər sübutlar təqdim etməmiş, ekspertizanın təyin edilməsinə zərurət olan hallar müəyyən olunmur. İşdə olan maliyyə sənədlərində cavabdeh tərəfindən edilmiş bütün ödənişlər öz əksini tapmışdır. 33.Kollegiya apellyatorun onun iştirakı olmadan işə baxılması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator səhhəti ilə bağlı işin təxirə salınmasını xahiş etsə də, səhhəti ilə bağlı heç bir sübut təqdim etməmiş, hətta apellyasiya şikayətinə sübut əlavə etməmiş, birinci instansiya məhkəməsi işə baxmaqda haqlı olmuşdur. 34.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 35.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 37.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 38.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(005)-2348/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6552/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6552/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver