Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6554/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Aygün Quliyevanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə ilə bağlı zərərin əvəzinin və qalıq borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, bağ evi № 750 ünvanında təbii qazdan istifadə ilə bağlı zərərin əvəzi və qalıq borc kimi cəmi 3.157,10 manat, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, zərərin əvəzi kimi 3.157,10 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və zərərin əvəzi kimi hesablanmış 3.157,10 manat silinsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının tələb etdiyi 3.157,10 manatın tərkibinə 3 ödəniş daxildir: 1) qazdan qeyri-qanuni (sayğacdan kənar) istifadə nəticəsində vurulmuş zərərin (itirilmiş qazın) əvəzi kimi 2.116,8 manat; 2) sayğaca müdaxilə nəticəsində vurulmuş zərərin (itirilmiş qazın) əvəzi kimi 486 manat; 3) qazdan istifadəyə görə qalıq (ödənilməmiş) borc kimi 554,30 manat. 1-ci ödənişlə bağlı tələb əsaslıdır. Belə ki, cavabdeh sayğacdan kənar qaz xətti çəkərək evində və həyətyanı sahəsində yerləşən istixanada qazdan qeyri qanuni istifadə edib. Bu, iddiaçının tərtib etdiyi 17.03.2020-ci il tarixli aktla (iş v.13) və onun məhkəməyə təqdim etdiyi fotoşəkillə (iş v. 18) təsdiq olunur. İddiaçı hesablama aparıb, qərar qəbul edib (iş v. 16), qeyri-qanuni istifadə nəticəsində itirilmiş qazın dəyərinin 2.116,8 manat olduğunu müəyyən edib. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, zərərin əvəzi kimi 2.116,8 manat tutulmalıdır. 2-ci ödənişlə bağlı tələb əsassızıdır. Belə ki, bu tələb iddiaçının tərtib etdiyi 30.11.2018-ci il tarixli akta (iş v. 20) əsaslanır. Həmin aktda qeyd olunub ki, sayğacın çıxış plastmas borusu deşilib. Daha sonra hesabat aparılıb, qərar qəbul olunub (iş v. 19), itirilmiş qazın dəyəri kimi cavabdehə 486 manat borc hesablanıb. Lakin cavabdehin sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsalanaraq hesab edir k, bu tələb təmin edilə bilməz. 3-cü ödənişlə bağlı tələb əsaslıdır. Belə ki, 27.04.2020-cil il tarixədək qazdan istifadəyə görə cavabdehin 554,30 manat qalıq (ödənilməmiş) borcu var, bu, iddiaçının təqdim etdiyi arayışla (iş v. 11) təsdiq olunur. Ona görə də məhkəmə Mülki Məcəllənin 425ci maddəsinin və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, həmin məbləğ cavabdehdən tutulmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin əvəzi kimi 2.116,8 manat, qazdan istifadəyə görə borc kimi 554,30 manat, cəmi 2.671,1 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh tutularaq İddiaçıə verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6554/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6554/2021
23.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver