Məhkəmə qərarları › İş №2(103)-6559/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6559/2020

14.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6559/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı “İddiaçı” İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ucar rayon məhkəməyə müraciət etmişdir. Ucar rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyətı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərazi aidiyyətı ilə bağlı məsələ mübahisələndirilərək, həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İddiaçı” İB-nin nümayəndəsi X2 iddianı Ucar rayon Məhkəməsinə göndərdiklərindən, işin ərazi aidiyyatı üzrə Ucar rayon Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş üzrə mübahisəyə Ucar rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “İddiaçı” İB ilə Ucar rayonunda qeydiyyatda olan Cavabdeh arasında Yasamal rayonu ərazisində olan tikilidə qazdan istifadə ilə bağlı xx xxxx 2018-ci il tarixdə T/17513 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilər. Ucar rayon Məhkəməsi mülki işi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə əsasən İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Prosessual Qanunvericiliyin tələbindən göründüyü kimi, MPM-nin 36.11-ci maddəsinə əsasən aidiyyət “iddiaçının seçməsinə görə aidiyyat” qaydası olmaqla, həmin aidiyyət qaydalarına əməl etməklə iddianın verilməsi iddiaçının subyektiv hüququna aiddir. Hazırki halda, iddiaçı həmin hüquqdan deyil, MPM-nin 35.1-ci maddəsinin imperativ tələbinə istinad etməklə, iddianı Ucar rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Kollegiya hesab edir ki, Ucar rayon Məhkəməsinin iddiaçının subyektiv hüququna istinad edərək, mülki işin aidiyyəti üzrə baxılması üçün, Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsində haqlı olmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki mülki iş baxılması üçün Ucar şəhəri Yasamal rayon Məhkəməsində verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Ucar rayon Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar