Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-656/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2730/2021 saylı, 02 sentyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı ərizə ilə 12.02.2016cı il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 02.09.2015-ci il tarixli, 12-15-11037014 saylı kredit müqaviləsi üzrə yaranmış 4.771 ABŞ dolları əsas, 2.576,59 ABŞ dolları faiz, cəmi 7.347,56 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. Kreditor İddiaçı ASC ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Şərq” filialı ilə Cavabdeh arasında bağlanmış 12-15-11-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 4.771 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan krediti müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etmir. Kreditor tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcun ödəməmişdir. Belə ki, Sha/131 saylı arayışa əsasən Cavabdeh 29.01.2016-cı il tarixinə İddiaçı ASC-yə əsas borcu 4.771 ABŞ dolları, faiz borcu 2.576,59 ABŞ dolları, cəmi borcu isə 7.347,56 ABŞ dolları məbləği təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1243/2016 saylı, 15 fevral 2016-cı il tarixli məhkəmə əmri ilə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4.771 ABŞ dolları əsas, 2.576,59 ABŞ dolları faiz borcu və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmri ilə razı olmayan Cavabdeh 12 iyul 2021-ci il tarixdə etiraz verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1243/2016 saylı, 15 fevral 2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsini, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, onun tərəfindən vaxtı-vaxtında ödənişlər edilmiş, götürülən kreditdən də artıq banka pul ödənilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1243/2016 saylı, 16 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmənin 2(009)-1243/2016 saylı, 15 fevral 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2730/2021 saylı, 02 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4.771 ABŞ dolları əsas, 2.576,59 ABŞ dolları faiz borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi tam, hərətərəfli və obyektiv araşdırmamış, işin hüquqi və faktiki hallarını aydınlaşdırmadan əlavə sübut və dəlillərə əhəmiyyət verməmiş, banka ödənilmiş pul vəsaitini bankdan tələb etməmiş, cavabdehin işi üzrə mühasibat ekspertizası təyin edilməsi haqqında şifahi vəsatətini təmin etməmişdir. Eyni zamanda restrktriyasiya barədə Prezidentin fərmanı olsa da bank tərəfindən əməl olunmayaraq ona güzəşt edilməmişdir. Məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməmiş, qanunvericiliyin tələblərini pozmuş, 28. 02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanına şərh verir. Fərmanın məzmununu izahetməyə çalışır, ancaq sonda düzgün nəticəyə gəlməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2730/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı ASC-yə ödənilmiş artıq pul vəsaitinin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2730/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş, borcunu tam və vaxtında ödəməmişdir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443 və 739-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, kreditor İddiaçı ASC-nin “Şərq” filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 12-15-11-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Şərq” filialı Cavabdeh illik 27 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 4.771 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İş.v. 4 - 8) İş materiallarında оlan, kreditor İddiaçı ASC-nin “Şərq” filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 12-15-11-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh 4.771 ABŞ dolları məbləğində əsas bоrcu və 2.240,96 ABŞ dolları faiz məbləğini hər ay 198,78 ABŞ dolları оlmaqla banka 02 oktyabr 2015-ci il tarixdən 03 sentyabr 2018-ci il tarixə kimi ödəməli idi.(İş.v. 10) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390-cı maddəsinə əsasən: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə əsas və faizin hesablanması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış 12-15-11-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bоrcalan alınmış 4.771 ABŞ dolları məbləğində kredit üçün illik 27 faizi 36 ay müddətə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, Shd-131 saylı, 28 yanvar 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12-15-11-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 28.01.2016-cı il tarixə 4.771 ABŞ dolları məbləğində əsas borcu, 2.576,59 ABŞ dolları faiz borcu, cəmi 7.347,59 ABŞ dolları borcu vardır.(İş.v. 3) Göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh verilmiş kredit məbləğinə görə hesablanmış əsas bоrcunun 4.771 ABŞ dolları, faiz məbləğinin isə 2.576,59 ABŞ dolları təşkil etməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla, 12-15-11-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2(009)-2730/2021 saylı qətnaməsi elan olunduğu günə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas kredit və faiz borcunun hansı məbləğdə qalmasının müəyyən edilməsi məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertisası təyin edilərək müvafiq rəy alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-mühasibatlıq ekspertizasının 9/9315 saylı, 17 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair təqdim olunmuş hesabdan çıxarış məlumatları və 12-15-11-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi şərtləri nəzərə alınaraq Cavabdeh 15 fevral 2016-cı il tarixə (Bakı şəhəri Səbail rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2(009)-2730/2021 saylı qətnaməsi elan olunduğu günə) banka əsas borcu 4.771,00 ABŞ dolları, faiz borcu isə 583,25 ABŞ dolları təşkil edir. 15.02.2016-ci il tarıxdən sonrakı ödənişlərlə bağlı iş materiallarında heç bir məlumat olmadığı üçün həmin ödənişlərə münasibət bildirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası ekspertin rəyini işdə olan digər sübutlarla əlaqəli yoxlayıb qiymətləndirərək hesab edir ki, ekspertiza rəyi işin faktiki və həqiqi hallarına uyğun olduğundan sübut kimi qəbul edilməlidir. Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası hesab edir ki, ekspertiza rəyi əsas götürülməklə İddiaçı ASC tərəfindən 2.576,59 ABŞ dolları həddində müəyyən edilmiş faiz borcu məbləğinin 583,25 ABŞ dolları həddində müəyyən edilməsi daha düzgün və ədalətli оlardı. Göstərilənlərə əsasən məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2730/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi faiz məbləğinin tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin Cavabdeh apelyasiya şikayətinin restrktriyasiya barədə Prezidentin fərmanı olsa da bank tərəfindən əməl olunmayaraq ona güzəşt edilməməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-ci bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Göründüyü kimi, Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəmədən kənar həlli qaydasını müəyyənləşdirmiş, fiziki şəxslərin borclarının bir hissəsinin dövlət tərəfindən qarşılanması, problemli kreditlərin qalıq hissəsinin restrukturizasiyası nəzərdə tutulmuşdur. Lakin, borc məbləğinin restrukturizasiya olunması ilə bağlı iddiaçı banka Cavabdeh rəsmi müraciəti ilə bağlı iş materiallarında heç bir sübut müəyyən edilməmişdir. Bundan başqa Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə qarşı təqdim etdiyi etirazda, apelyasiya şikayətində bankdan kredit götürən vaxtı 1.500 ABŞ dolları ilkin olaraq pul ödəməsi, 15.02.2016-cı il tarixdən 15.10.2021-ci il tarixə kimi onun pensiyasından hər ay 159 ABŞ dolları pul tutulması, hazırda isə götürdüyü kreditə görə 12.312 ABŞ dolları pul ödəməsini bildirsə də, həmin xüsusatları təsdiq edən hər hansı bir sübut təqdim etmədiyindən kollegiya apelyatorun həmin dəlillərini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək, apelyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və оbyektiv araşdırıb, tərəflər arasındakı hazırki mülki hüquq münasibətlərinə tətbiq edilməli оlan maddi hüquq nоrmalarına uyğun оlaraq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normasının pozulması ilə qəbul edildiyindən, bu isə Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.4 və 386-cı maddələrinə əsasən məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilməsi üçün əsas sayıldığından, apelyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə məhkəmə qətnaməsi apelyasiya şikayətinə əsasən faiz borcunun tutulması hissəsində dəyişdirilərək, Cavabdeh 12-15-11-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən tutulmalı olan faiz məbləği 583,25 ABŞ dolları həddində müəyyən edilməlidir. Cavabdeh 12-15-11-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 4.771,00 ABŞ dolları məbləğində əsas borc və 583,25 ABŞ dolları məbləğində faiz, ümumilikdə isə 5.354,25 (beş min, üç yüz əlli dörd ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, qətnamə apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməni dəyişdirə bilər. Həmçinin iş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesaba keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Şərh еdilənlərə əsasən və Azərbaycan Rеspublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2730/2021 saylı, 02 sentyabr 2021ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə əsаsən cavabdehdən faiz borcunun məbləğinin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 12-15-11-037014 saylı, 02 sentyabr 2015-ci il il tarixli kredit müqaviləsinə əsasən tutulmalı olan faiz məbləği 583,25 ABŞ dolları həddində müəyyən edilsin. Cavabdeh 12-15-11-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 4.771,00 ABŞ dolları məbləğində əsas borc və 583,25 ABŞ dolları məbləğində faiz, ümumilikdə isə 5.354,25 (beş min, üç yüz əlli dörd ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə Cavabdeh apelyasiya şikаyətinə əsаsən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-656/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-656/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver