Məhkəmə qərarları › İş №2(103)-6566/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6566/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6566/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(001)- 1012/2021 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 568,33 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 59,08 maat faiz, 454,10 manat cərimə, müqavilənin bitdiyi tarixdən 26 sentyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 85,36 manat borcun, ümumilikdə 1166,87 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış 23.07.2014-cü il tarixli 019 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 18 % dərəcəsi ilə 5700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Ölkə başçısının “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırki mülki iş üzrə Fərmanının icrası ilə əlaqədar cavabdehə bildiriş göndərilmişdir. Lakin cavabdeh tərəfindən banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. Qeyd edilir ki, 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanın icrası məqsədilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”nın 6.16 bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni gözəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 31 dekabr 2019- cu il tarixində başa çatır. Cavabdeh qeyd edilən tarixə qədər müraciət etmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmişdir. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məblə və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il, tarixli 2(001)- 1012/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 568.33 (beş yüz altmış səkkiz manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1012/2021 saylı iş üzrə 01.04.2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə, “müqavilə müddətinə hesablanmış faiz, müqavilə bitdiyi tarixdən 25.11.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan borc və cərimə borcu tələbinin” rədd edilməsi hissəsində qanunsuz və əsassız olduğuna görə qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə “müqavilə müddətinə hesablanmış faiz, müqavilə bitdiyi tarixdən 25.11.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanan borc və cərimə borcu tələbi”- nin rədd olunması hissələrində qətnamədə qeyd edir: “...Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddia tələbi yalnız əsas borca münasibətdə təmin edilə bilər. Belə ki, kredit müqaviləsi yazılı formada mövcud olmadığından, tərəflərin müqaviləni hansı şərtlərlə bağladığı, kreditin faizlə verilməsi, dəbbə haqqında yazılı razılaşma və s barədə məlumatlar müəyyən edilmir. Bundan başqa kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi" Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Göründüyü kimi yazılı kredit müqaviləsi olmuş olsaydı belə, iddiaçı əsas borcdan əlavə faiz və cərimə borcunu tələb edə bilməzdi...” Tərəflərindən Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş sistemdən çıxarışdan görünür ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin son tarixi 09.10.2016-ci il tarixi olmaqla həmin kredit müqaviləsi 24 ay müddətinə illik 28 % dərəcəsi ilə bağlanmışdır. Lakin, iddiaçı cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərkən kredit müqaviləsinin əslini və ya əsli ilə təsdiq edilmiş surətinin mövcud olmaması səbəbindən iddia ərizəsinin qoşmasına əlavə etmək mümkün olmamışdır. Həmçinin, kreditlər annuitet hesablaması əsasında müəyyənləşdirilmiş qaydada verilir. Həmin annuitet əsasında kredit üzrə ödənişlərin tarixlərini və məbləğlərini özündə əks etdirən ödəniş cədvəli tərtib edilir. Hazırki şikayətə əlavə edilmiş annuitet cədvəli nümunəsindən də görünür ki, cavabdehə kreditin yalnız 2.000 manat məbləğində, 28 faiz dərəcəsi ilə və 24 ay müddətinə verildiyi təqdirdə cavabdeh hər ay 109.78 manat məbləğində ödəniş etməlidir. Bu göstəricilər 1 ay az ya çox, 1 faiz dərəcəsi az ya çox, 100 manat az ya çox olduğu təqdirdə aylar üzrə fərqli ödəniş məbləği almır. Hazırki iş materiallarında olan cavabdehə məxsus 09.10.2014- 27.09.2019-cu il tarixləri əhatə edən ödənişlər ilə bağlı hesabdan çıxarışda ayların əksəriyyəti üzrə ödənilmiş məbləğ 110.00 manat məbləğində icra edilmişdir. Bu ödənişlər məbləğ və tarix olaraq hazırki kredit üzrə aylar üzrə ödənilməli məbləğ və tarixlərlə üstüstə düşür. Fərqli tarixlərdə və məbləğlərdə aparılmış ödənişlər isə cavabdeh ödəniş qrafikindən kənara çıxdığı tarixlərdə gecikmə ilə hissə-hissə aparılmış ödənişlərdi. Göründüyü kimi, cavabdeh qeyd edilənlərin heç birini mübahisləndirməmiş əksinə ödənişlər etməyə başlamış və bununla da müqavilə şərtlərini bəyənmişdir. Cavabdehdən tutulmalı olan dəbbə pulunu silərkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Ümumiyyətlə məhkəmə hazırki qətnamə ilə Fərmanın qaydalarını düzgün tətbiq etməyərək və səlahiyyətini aşaraq həm restrukturizasiyaya müraciət etmədən, həm də Bankı Fərmanın qaydalarında nəzərdə tutulmuş 1% restrukturizasiya gəlirindən məhrum edərək nəzərə almadan ancaq vətəndaşın mövqeyini nəzərə alan qərar qəbul etmişdir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası ”nm 6.4.3-cü bəndinə əsasən, “kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir”. Həmçinin, hesab edirlər ki, qətnamə bu hissədə kifayət qədər əsaslandırılmayıb. Bankın qənaətinə görə bu fakt özü, yəni məhkəmə aktının əsaslandırılmaması öz-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan 2014-10-09 tarixli Texnikabankın kassa məxaric orderinə əsasən Cavabdeh 1890 manat pul verilməsi müəyyən edilir. Həmin məxaric orderi müştəri tərəfindən imzalanmışdır. İddia ərizəsinə kredit müqaviləsinin əsli və ya təsdiq edilmiş surəti əlavə edilməmişdir. İddiaçı iddia ərizəsində bankın sabiq rəhbərliyi tərəfindən İddiaçı ASC-nin əvvəlki ləğv edicisinə bankda olan sənədlər, aktivlər, passivlər təhvil verilməmiş və dolayısı ilə Əmanətlərin Sığortalanması Fondu yeni ləğvedici təyin edildikdən sonra da həmin sənədləri əldə edə bilməmişdir. Bu səbəbdən kredit müqaviləsini təqdim edə bilməmişlər. Bank tərəfindən təqdim edilmiş 30 sentyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, borcalanın müqavilə üzrə əsas borcu 568.33 manat, müqavilə üzrə hesablanmış faiz borcu 59.08 manat, cərimə borcu 454.1 manat, gecikdirilmiş vaxt üçün faiz borcu 85.36 manatdır. Müqavilə problemli kreditlərin həlli ilə bağlı Prezidentin məlum fərmanının təsir altına düşmüşdür. Cavabdehə kredit müqaviləsinin restrukturizasiya edilməsi məqsədi ilə 07 oktyabr 2019-cu ildə bildiriş göndərilmiş, lakin cavabdeh banka müqavilə bağlamaq üçün yaxınlaşmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740-cı maddəsinin əvvəlki(31 may 2016-cı il tarixli dəyişikliyədək) redaksiyasında qeyd edilmişdir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İşin hallarından göründüyü kimi iddiaçı kredit təşkilatıdır, iş materiallarında cavabdehin adına olan kassa məxaric orderi, hesabdan çıxarış məlumatları mövcuddur və cavabdehin hissə-hissə ödənişlər həyata keçirdiyi müəyyən edilir. Bu səbəbdən kreditin verilməsini müəyyən edən şərtlər, faiz və.s barədə yazılı formada tərtib edilmiş razılaşma müəyyən edilməsə də, tərəflər arasında borc münasibətlərinin olması açıq aşkardır. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası o qənaətə gəlir ki, iddia tələbi yalnız əsas borca münasibətdə təmin edilə bilər. Belə ki, kredit müqaviləsi yazılı formada mövcud olmadığından, tərəflərin müqaviləni hansı şərtlərlə bağladığı, kreditin faizlə verilməsi, dəbbə haqqında yazılı razışma və s barədə məlumatlar müəyyən edilmir. Bundan başqa kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Göründüyü kimi yazılı kredit müqaviləsi olmuş olsaydı belə, iddiaçı əsas borcdan əlavə faiz və cərimə borcunu tələb edə bilməzdi. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 568.33 (beş yüz altmış səkkiz manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404-.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(001)- 1012/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar