Məhkəmə qərarları › İş №2(103)-6568/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6568/2021

25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6568/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X14 və digər nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıları nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-64/2021 saylı iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıları nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası onun mülkiyyətində və faktiki istifadəsində olmuşdur, həmçinin bunu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (bundan sonra “Reyestr”) verilmiş çıxarış da təsdiq edir. O, da, həmin sahədən istifadə etmək üçün təmir etdirmişdir. Lakin eyni obyekt köhnə ünvanı, yəni Təbriz küçəsi 27 ünvanı ilə Reyestrdə onunla Cavabdeh2 Bünyamin oğlu və Cavabdeh1 Bünyamin qızının paylı mülkiyyəti kimi qeydiyyata alınmış, bu barədə cavabdehlərə Reyestrdən çıxarış verilmişdir. Həmin çıxarışda onların həmin obyekt üzərində payları onun adına ½ hissə, cavabdehlərin hər birinin adına ¼ hissə olaraq qeyd edilmişdir. Qeyd edir ki, həmin əmlak dövlət mülkiyyətində olduğuna görə, onu özəlləşdirmək yalnız dövlət əmlakını özəlləşdirmək yolu ilə mümkün idi. Və o, əmlakın dəyərini ödədiyinə görə auksionun qalibi də o, olmuşdur. Və buna görə də həmin əmlak iddiaçının tam qanuni əsaslarla mülkiyyətindədir. Və həmin tarixdən o, həmin əmlaka öz şəxsi mülkiyyəti kimi sahiblik və istifadə etmiş, həmçinin bu illər ərzində həmin sahədə bütün zəruri təmir və yaxşılaşdırma işlərini o, aparmışdır. Həmin sahəni satın almaq məqsədi olan cavabdehlərin atası Məmmədzadə Bünyaminin isə həmin əmlaka dair heç bir tələbi olmamışdır. Onun bu illər ərzində obyektə ümumiyyətlə baş çəkməmiş olmaması, obyektin açarlarının belə onda olmaması da sübut edir ki, mərhumun obyektə dair heç bir iddiası olmamışdır və obyekti mülkiyyəti olaraq görməmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlərin hər birinin ¼ hissədə mülkiyyət hüquqları tanınmışdır və cavabdehlər onun qeyri yaşayış binasının təmiri və yaxşılaşdırma işləri üçün çəkdiyi xərci qarşılamamışdırlar. İddiaçı həmin sahənin yaxşılaşdırılması üçün 350.000 manat xərc çəkmiş və qeyri-yaşayış binası əsaslı təmir edilmişdir. Hal-hazırda cavabdehlərin də həmin binaya olan mülkiyyət hüquqları tanındığı üçün ona 350.000 manat maddi ziyan dəymişdir. Bu səbəbdən hesab edir ki, iddia tələbi tam əsaslıdır və tam həcmdə təmin olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin tam təmin edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 350.000 manat məbləğində pul alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəyişiklik verərək, iddia tələbinin tam təmin edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 450.000 manat məbləğində pul alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəyişiklik verərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi, yəni 415.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh1 Bünyamin qızı və Cavabdeh2 Bünyamin oğlu cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı onunla əsaslandırmışlar ki, hazırkı işlə birlikdə 27 mart 2017-ci il tarixindən hal-hazıradək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütövlükdə İddiaçı tərəfindən icarəyə verilməsi nəticəsində qeyriyaşayış sahəsinin 1/2 hissəsinin mülkiyyətçiləri olan Cavabdeh2 və Cavabdeh1 ödənilməli olan, lakin ödənilməmiş 20.806.5 (iyirmi min səkkiz yüz altı, beş qəpik) manat maddi ziyanın və 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı tutularaq Cavabdeh2 və Cavabdeh1 ödənilməsi tələbinə də baxılmalıdır. Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən, Nərimanov rayon MKTB-yə məxsus olmuş, ümumi sahəsi 132.8 kv.metr olan “27 Jsr»-li t/h mağaza-qeyriyaşayış sahəsi özəlləşdirilən zaman güzəştli satışda iştirak etmiş X19 və X1 tərəfindən bərabər paylarla (1/2 hissə İddiaçı və 1/2 hissə X1na məxsus olmuşdur) satın alınmışdır. X1 15 iyun 2017-ci il tarixində vəfat elmişdir. Atalarının vəfatından sonra onlar mərhumun vərəsələri qismində 1/2 hissəsi atalarına məxsus olmuş Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin atalarına məxsus hissəsinə 1/4 hissə olmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 və 26 dekabr 2017-ci il tarixlərində qeydiyyat aparılmaqla Çıxarışlar və Texniki Pasportlar almışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışlarda Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ əsasında 1/2 hissəsinin İddiaçı, 1/4 hissəsinin Cavabdeh2 və digər 1/4 hissəsinin Cavabdeh1 məxsus olduğu göstərilmişdir. Həmin qeyri-yaşayış sahəsi 1/2 hissənin mülkiyyətçisi olan İddiaçı tərəfindən bütövlükdə icarəyə verilmiş və mərhum atasının sağlığında cavabdehin bacısı X23 tərəfindən icarə haqqlarından atasına düşən pay hissəsi bank vasitəsilə ödənilmişdir. Lakin, atasının vəfatından sonra onlara çatası icarə haqqları ödənilməmiş, ümumiyyətlə onlara həmin obyektə girməyə icazə verilməmişdir. Həmin qeyri-yaşayış sahəsi hal-hazırda maşın aksesuarlarının satışı məqsədilə istifadə olunur. Onlar cavabdehdən bu qanunsuzluğuna son qoymasını, mərhum atasına məxsus hissənin naturada ayrılaraq onlara verilməsini tələb etsələr də, cavabdeh onların tələbinə əməl etməmişdir. Belə olan təqdirdə onlar, cavabdeh İddiaçı və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı əmlakın naturada bölünməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin İddiaçı məxsus 1/2 hissənin, Cavabdeh2 və Cavabdeh1 məxsus 1/2 hissənin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, Cavabdeh2 və Cavabdeh1 qarşı qeydiyyatın və çıxarışların qanunsuz, sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması və onların həmin əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra, iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın etibarsız hesab olunması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı məxsus 1/2 hissəsinin Cavabdeh2 və Cavabdeh1 məxsus 1/2 hissənin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Nərimanov Rayon Məhkəməsində məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə MPM-in 53-cü maddəsinə uyğun olaraq İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əvvəlki iddia tələbini dəqiqləşdirmiş və məhkəmədən ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1/2 hissəsinin dəyəri olan 415000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X26 iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən barədə Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X26 iddia ərizəsinə dəqiqləşmə verərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması, X4, həmçinin cavabdehiər Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz əmlakın Dövlət rcyestrindəki qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş elmişdir. 20.12.2018-ci il tarixində İddiaçılar Cavabdeh2 və Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, İddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsi, İddiaçı cavabdehiər Cavabdeh2 və Cavabdeh1 qarşı qeydiyyatın və çıxarışların ləğv edilməsinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(005)- 1277/2018 saylı qətnaməsi ilə (sədrlik ccən hakim: Abbas Əliyev) iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsi cılb edilməklə əmlakın naturada bölünməsi və payların müəyyən edilməsi tələblərinin təmin edilməməsi, İddiaçı iddiasının təmin edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması, X4, həmçinin Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz əmlakın Dövlət rcyestrindəki qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun onların özlərinə aid edilməsi, aparılmış mııhəndis-texniki ekspertiza tədqiqatının dəyəri iddiaçılar Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 200 (iki yüz) manat məbləğində pul tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005. VÖEN **********1, müxbir hesab AZ41NAB7.013601**********3944. SWİFT BİK CTREA/.22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(005)-1277/2018 saylı qətnaməsindən iddiaçılar tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 25 aprel 2018-ci il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh2, Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1277/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh2 və Cavabdeh1 iddia tələblərinin təmin olunması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş 10.10.2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab olunması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4, 8 saylı tikililərə keçid qapıları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə, 4 saylı tikilidən 8 saylı tikiliyə keçid qapıları açılmaqla texniki pasport üzrə göstərilən 1, 2, 5, 6, 7. 9 saylı tikililərin Cavabdeh2 və Cavabdeh1, 3, 4. 8, 10, 11, 12 saylı tikililərin və texniki pasportda əks olunmayan əlavə tikililərin isə İddiaçı verilməsi qaydasında əmlakın naturada real bölgüsünün həyata keçirilməsi, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyət hüququna xitam verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi tələblərinə dair iddiasının rədd edilməsi qət edilmiş, iş üzrə keçirilmiş ekspertizanın xərci qismində 200 (iki yüz) manat məbləğində pulun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 25 aprel 2018-ci il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsində İddiaçı tərəfindən kasasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(102)-5860/2019 saylı qərarı ilə cavabdeh İddiaçı kasasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, mübahisəyə bütün məhkəmə instansiyalarında baxılaraq hüquqi qiymət verilmiş və sonda ünvan 2 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin (binasının) 1/2 hissəsində Cavabdeh2 və Cavabdeh1ın mülkiyyət hüquqları tanınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 25 aprel 2018-ci il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsi icra olunması üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmuru Vüsal Şirinov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, İcra Haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq könüllü icra üçün cavabdehə 10 gün vaxt verilmiş, lakin, cavabdeh könüllü icradan yayınmışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarının mövcduluğuna baxmayaraq hələ də, həmin qeyri-yaşayış sahəsi bütövlükdə İddiaçı tərəfindən istifadə olunmaqdadır. Onlar, məhkəmə qərarlarından sonra qeyd edilən əmlaka baxmaq üçün həmin ünvana getdikdə, onlara məlum olmuşdur ki, həmin ünvanda "xxxx" MTK tərəfindən söküntü işləri aparılacaq və obyektin yerində hündürmərtəbəli bina inşa olunacaqdır. Onlar, həmin söküntünü həyata keçirəcək şirkət olan “Komfort Həyat" MTK-nın rəhbərliyinin qəbulunda olan zaman bildirilmişdir ki, İddiaçı və onun bacısı X24 qeyd edilən əmlakın onlara məxsusluğu barədə 10.10.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış təqdim etmişlər və MTK rəhbərliyini tez bir zamanda onlara avans verməsini tələb etmişlər. Onlar, vəkillə birlikdə həmin əmlaka dair gərçək sənədləri MTK rəhbərliyinə təqdim etmiş və onlara təqdim edilmiş həmin çıxarışın saxta olduğunu və əmlakın paylı mülkiyyətdə olan əmlak olduğunu bildirmişdir. İddiaçı və onun bacısı X24 10.10.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli saxta çıxarışı təkcə “Komfort Həyat" MTK-ya deyil, həmçinin məhkəmə prosesləri gedişində Stimuixəbər.az saytına da təqdim etmişlər və içtimaiyyət arasında saxta sənəd əsasında fikir formalaşdırmağa çalışmışlar. Bununla da kifayətlənməyən İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 350.000 manat məbləğində pul alınaraq ona ödənilməsini xahiş etmiş, daha sonra iddiaçı iddia ərizəsində dəqiqləşmə apararaq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 450.000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmiş, əlavə olaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qevriyaşayış sahəsinin paylar müəyyən edilməklə cavabdehlər X3 və Cavabdeh1 verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı notariat kontorunun hərəkətlərinin qanunsuz hesab edilməsini, buna dair həmin notariat kontoru tərəfindən daşınmaz əmlakın reyestr xidmətinə ünvanladığı göstəriş məktubları və vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini, həmin notariat hərəkətləri əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1/4 hissədə paylarının müəyyən edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsini və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* və ******* nömrəli çıxarışların ləğv edilməsini, dəymiş mənəvi ziyana görə Bakı şəhəri 13 saylı notariat kontorundan 15.000 manat məbləğində pul tutulmasını xahiş etmişdir. Hər iki məhkəmədə iddia tələbi ilə birlikdə iddianın təmin tədbiri qismində həmin əmlakın üzərinə həbs qoyulması da xahiş olunmuş Nərimanov rayon Məhkəməsi qanunsuz tələb əsasında verilmiş təmin tədbirini təmin edib əmlakın üzərinə həbs qoysa da, Nəsimi rayon məhkəməsi təmin tədbiri barədə ərizəni əsassız olduğuna görə təmin etməmişdir. Bu sualın cavabı çox sadədir belə ki, həmin ünvanda "xxxx" MTK tərəfindən söküntü işləri aparılacaq və obyektin yerində hündtirmərtəbəli bina inşa olunacaqdır. "Komfort Həyat” MTK tərəfindən tək alınmamış sahə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir. Yuxanda da qeyd etmişdir ki, həmin qeyri-yaşayış sahəsi İddiaçı və onun bacısı Asya Əsgərova tərəfindən bütövlükdə maşın aksessuarlarının satışı üçün icarəyə verilmişdir və həmin icarədən alınan icarə haqqlarının Cavabdeh2 və Cavabdeh1 düşən hissəsi qanunsuz şəkildə ödənilmir. İddiaçı və onun bacısı Asya Əsgərovanın məqsədi Abbas və Cavabdeh1lərin başını əsassız məhkəmə müstəvilərinə çəkməklə vaxt qazanmaq və həmin vaxtda da, obyekti icarədə saxlamaqla haqsız gəlir əldə etməkdir. Obyektin üzərində iddianın təmin tədbiri qismində həbs olduğu üçün özgəninkiləşdirilməsi həyata keçirlə bilmir və faktiki olaraq Abbas və Cavabdeh1lər həmin obyektin onlara məxsus hissəsinin gəlirlərindən atalarının vəfatından biraz əvvəldən məhrum olunmuşlar. Qüvvədə olan Bakı Apelyasiva Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli qətnaməsində məhkəmə belə bir qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı adətən Asya Əsgərovanın (bəzi hallarda isə Sevinc Əlizadə adlı şəxsin) adından bank vasitəsilə mərhum Bunyamin Məmmədzadənin adma çoxsaylı ödənişlərin olduğu müəyyən edilmişdir. Abbas və Cavabdeh1lər həmin ödənişlərin mərhum atalarına çatası icarə haqqı olduğunu irəli sürsələr də, İddiaçı mövqeyinə görə həmin ödənişlər mərhum Bunyamin Məmmədzadə ilə razılaşmalarına əsasən mərhumun əmlaka görə əvvəlcədən ödəmiş olduğu 12 000 ABŞ dolları məbləğində pulun hissələrə bölünmüş şəkildə və fazilər hesablanmaqla qaytarması ilə bağlı olmuşdur. Sözgedən ödənişlərin adətən eyni məbləğlərdə olması (ödənişlər adətən 400 manat, bəzi hallarda isə 300 manat olmuşdur), onların cəminin (İddiaçı mövqeyinə görə cəmi 34000 manat ödənilmişdir) İddiaçı mərhum Bunyamin Məmmədzadəyə qaytarmalı olduğunu bildirdiyi 12 000 ABŞ dollarından dəfələrlə artıq olması ilə bağlı işin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə kollegiyası, ödənişlərin mərhum Bunyamin Məmmədzadəyə qaytarılmalı olan borc olduğu barədə İddiaçı (nümayəndəsinin) izahatlarını inandırıcı hesab etmir. Əksinə həmin ödənişlərin mərhum Bunyamin Məmmədzadəyə çatası icarə haqqı olduğu qənaətinə gəlmək daha məntiqlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, əmlak kirayəsi ilə əlaqədar münasibətlərin adətən şifahi qaydada yaranması ilə bağlı ölkədə olan işgüzar adətləri də nəzərə alır. Göründüyü kimi, artıq qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiqlənmişdir ki, mərhum Bunyamin Məmmədzadənin sağlığında ona icarə haqqından çatası hissə aybaay ödənilmiş, onun vəfatından sonra isə ümumiyyətlə ödənilməmiş və beləliklə də, mərhumun vərəsələri olan obyektin 1/2 hissəsinin mülkiyyətçiləri Abbas və Cavabdeh1lərin hüquqları kobud şəkildə pozulmaqla İddiaçı obyektin bütöv icarə haqqını götürməklə haqsız qazanc əldə etmişdir. Vurulmuş maddi zərərin müəyyən edilməsi üçün ilk öncə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 132.8 kv.metr olan qeyriyaşayış sahəsinin 2017, 2018 və 2019-cu illər üzrə icarə haqqının real bazar dəyəri müəyyən edilmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 132.8 kv.metr olan qeyriyaşayış sahəsinin 2017, 2018 və 2019- cu illər üzrə icarə haqqının real hazar dəyərinin müəyyən edilməsi üçün "MBA Consulting Croup” LTD qiymətləndirinə şirkətinə müraciət olunmuş və həmin qiymətləndirmə şirətkəti tərəfindən 12 noyabr 2019-cu il tarixli ekspert rəyi tərtib olunmuşdur. Həmin rəyə əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 132.8 kv.metr olan qeyri-yaşayış sahəsinin 2017-ci il üçün icarə dəyəri 1209 (bir min iki yüz doqquz), 2018-ci il üçün 1261 (bir min iki yüz altmış bir) və 2019-cu il üçün 1300 ( bir min üç yüz) manat təşkil etdiyi müəyyən olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi mərhum Bunyanıin Məmmədzadə 15 iyun 2017-ci il tarixində vəfat etmiş və İddiaçı tərəfindən isə alınmış icarə haqqlarının mərhuma çatası hissəsi sonuncu dəfə 27 mart 2017-ci il tarixində ödənilmişdir. Beləliklə, 27 mart 2017-cil tarixindən hal-hazıradək Telman Osgərov tərəfindən alınmış mərhuma ödənilməmiş icarə haqqı aşağıdakı qaydada hesablanmalıdır. 2017-ci il üçün icarə haqqı: 9 (ay) x 1209 (2017-ci il üçün icarə haqqının aylıq məbləği)= 10881(on min səkkiz yüz səksən bir manat) /2= 5440,5(beş min dörd vüz qırx, beş) manat; 2018-ci il üçün icarə haqqı: 12 (ay) x 1261 (2018-ci il üçün icarə haqqının aylıq məbləği)= 15.132 (on beş min yüz otuz iki manat) /2=7566( yeddi min beş yüz altmış altı) manat; 2019-cu il üçün icarə haqqı: 12 (ay) x 1300 (2019-cu il üçün icarə haqqının aylıq məbləği)=15600 (on beş min altı yüz manat) /2=7800(yeddi min səkkiz yüz) manat: Göründüyü kimi İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 132.8 kv.metr olan qeyri-yaşayış sahəsindən 27 mart 2017-ci il tarixindən hal-hazıradək Abbas və Cavabdeh1lərə 20.806,5 (iyirmi min səkkiz yüz altı,beş) manat icarə haqqından əldə edilmiş onlara məxsus hissəyə dair gəlir ödəməli olduğu halda, qanunsuz şəkildə bütün gəliri mənimsəmişdir. Mənəvi ziyan tələbi onunla əsaslandırırıq ki, İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 132.8 kv.metr olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin mülkiyyətçisinin mərhum Bunyamin Məmmədzadə olduğunu bilə-bilə onun vəfatından istifadə edərək, varisləri Abbas və Cavabdeh1lərə icarə haqqından onlara çatası hissəni ödəməmiş, bununla kifayətlənməyərək, yarı hissəsi atalarına məxsus olan obyektdən Məmmədzadələri təhqir və təhdid edərək qovmuşlar. Daha sonra isə həmin obyektə dair Məmmədzadələrin haqlarını əllərindən almaq üçün məhkəmə müstəvisində icraata başlayaraq ən yuxarı instansiya olan Ali Məhkəməyə qədər mübahisəni aparmışlar. Bununla kifayətlənməyərək saxta yolla əldə etdikləri tanı mülkiyyət hüququ haqqında şəhadətnamələri əvvəlcə mətbuata təqdim edərək içtimaiəyyəti çaşdırmağa və məsələnin gərçək tərəfi barədə yalan məlumat verməyə cəhd etmiş, məhkəmə müstəvisində uduzduğunu gördükdən sonra həmin saxta çıxarışı tikinti şirkətinə təqdim etməklə mənfəət əldə etməyə çalışmışdır. Bütün bunlar azmış kimi yenə də Abbas və Cavabdeh1ləri yeni qanunsuz və əsassız iddiaları irəli sürməklə məhkəmə iclaslarına cəlb etmişdir. Nəticədə Abbas və Cavabdeh1lər məhkəmələrdə təmsil olunmaları üçün borc-xərclə vəkil tutmağa və hər instansiya məhkəməsində vəkillə yeni bir müqavilə bağlamağa məcbur olmuşlar. Bu hallar onlarda böyük bir maddi və mənəvi iztiraba səbəb olmuşdur. Görünür ki, İddiaçı və onun bacısı A.Əsgərova Abbas və Cavabdeh1lərə qarşı atdıqları qanunsuz əməllərdən əl çəkən deyillər və istər Nərimanov Rayon Məhkəməsinin icraatında olan, istərsə də, Nəsimi rayon Məhkəməsinin icraatında olan işi yuxarıda da qeyd etdiyi səbəblərdən sonuncu instansiya məhkəməsinə qədər aparacaqlar. Digər bir tərəfdən də, həmin qeyri-yaşayış sahəsinin bölünməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını da könüllü şəkildə təmin etmirlər. Bütün bunlar artıq məhkəməyə heç vaxt yolları düşməmiş, Abbas və Cavabdeh1lərin məhkəmə zallarında sürünməsinə, əsəblərinin korlanmasına, maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, 27 mart 2017-ci il tarixindən hal-hazıradək, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin bütövlükdə İddiaçı tərəfindən icarəyə verilməsi nəticəsində qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin mülkiyyətçiləri olan Cavabdeh2 və Cavabdeh1 ödənilməli olan lakin, ödənilməmiş 20.806,5 (iyirmi min səkkiz yüz altı,beş) manat maddi ziyanın və 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı tutularaq Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşıqlı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, 27 mart 2017-ci il tarixindən 22 fevral 2020-ci il tarixindək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütövlükdə İddiaçı tərəfindən icarəyə verilməsi nəticəsində qeyriyaşayış sahəsinin 1/2 hissəsinin mülkiyyətçiləri olan Cavabdeh2 və Cavabdeh1 ödənilməli olan lakin, ödənilməmiş 21.672,5 (iyirmi bir min altı yüz yetmiş iki,beş) manat maddi ziyanın və 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın İddiaçı tutularaq Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-64/2021 saylı iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmiş, ödənilmiş dövlət rüsumularının tərəflərə aid edilməsi qət edilmişdir. Həmin qətnamə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıları nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbinin tam təmin edilməsi, qətnamənin ilkin iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi üzrə məhkəmə işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri dair düzgün nəticəyə gəlməmiş, istinad etdiyi maddi hüquq normasını qarşılıqlı iddiaya münasibətdə düzgün təfsir etməmiş, nəticədə ilkin iddia hissəsində qanuni qətnamə qəbul etsə də, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiqlənmişdir ki, mərhum Bunyamin Məmmədzadənin sağlığında ona icarə haqqından çatası hissə aybaay ödənilmiş, onun vəfatından sonra isə ümumiyyətlə ödənilməmiş və beləliklə də, mərhumun vərəsələri olan obyektin 1/2 hissəsinin mülkiyyətçiləri Abbas və Cavabdeh1lərin hüquqları kobud şəkildə pozulmaqla İddiaçı obyektin bütöv icarə haqqını götürməklə haqsız qazanc əldə etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş lakin, məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmiş 21.10.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X5 21.10.2021-ci il tarixədək icarə haqqı aylıq 300 manat olmaqla tam hissədə icarəyə vermişdir. Məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edəndən və həmin ərizədə icarə haqqları tələbini qoyandan sonra, İddiaçı 22.01.2020-ci il tarixində notarial qavadada X10 ilə X11 X27 bağlamış və həmin sazişlə 21.10.2019-cu il tarixli icarə müqaviləsinin 1-ci bəndini dəyişərək, ona məxsus 66 kv.metr hissəni icarəyə verdiyini göstərmişdir. Nə təsadüfdür ki, yenədə həmin sazişi İddiaçı tərəfdən qüvvədə olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli qətnaməsində qeyd olunan, mərhum B.Məmmədzadəyə icarə haqqını ödəyən X9 imzalamışdır. Ümumiyyətlə, istər mərhum B.Məmmədzadənin sağlında, istərsə də, onun vəfatından sonra həmin qeyri-yaşayış sahəsi faktiki olaraq S.Əlizadə və İddiaçı bacısı Asya Əsgərova tərəfindən icarəyə verilmiş, mərhumun sağlığında icarə haqqı ödənilsə də, onun vəfatından sonra həmin obyektdən gələn gəlirlər sonuncular tərəfindən bütövlüklə mənimsənilməyə başlanılmışdır. Faktiki olaraq bütövlükdə həmin qeyri-yaşayış sahəsinin sökülənə qədər yəni, "xxxx" MTK ilə İddiaçı Qasını oğlu arasında 22 fevral 2020-ci il tarixli müqavilə bağlanana qədər İddiaçı və onu təmsil edən şəxslər tərəfindən istifadə olunması məhkəməyə təqdim edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli qətnaməsinin icrası zamanı İddiaçı bacısı Asya Əsgərova tərəfindən Nərimanov Rayon İcra və Probasiya Şöbəsində yazılmış 03.02.2020-ci il tarixli iltizamla da sübut olunur. Belə ki, həmin iltizamda A.Əsgərova göstərmişdir ki, “...ünvan 6 ünvanında yerləşən mağazanı icarəyə vermişik, icarəyə götürən hal-hazırda toy məclisi ilə bağlı rayondadır və giriş qapısının açarları məndə yoxdur. Bu səbəbdən icar sənədinin icarısı bir neçə gün müddətə təxirə salınmasım xahiş etmişəm. 06.02.2020-ci il tarixdə saat l5:00-da mağazanın açıq olmasım təşkil edəcəm. Əks təqdirdə məcburi açılmasına etirazım yoxdur...”. Göründüyü kimi həmin obyektin bütövlükdə İddiaçı tərəfindən icarəyə verilməsi və əldə olunan icarə haqqlarından Məmmədzadələrə çatası haqqların ödənilməməsi barədə kifayət qədər mötəbər sübutlar təqdim etsə də, işin 2 ilə yaxın məhkəmənin icraatında olmasına baxmayaraq hər hansı araşdırma aparılmadan, şablon cümlələrdən istifadə edilməklə qarşılıqlı iddia rədd olunmuşdur. Eyni hal mənəvi ziyanla bağlı Hissədə də, öz əksini tapmışdır. Mənəvi ziyanın əsasını təşkil edən hal ondan ibarətdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 132.8 kv.metr olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin mülkiyyətçisinin mərhum Bunyamin Məmmədzadə olduğunu bilə-bilə onun vəfatından istifadə edərək, varisləri Abbas və Cavabdeh1lərə icarə haqqından onlara çatası hissəni ödəməmiş, bununla kifayətlənməyərək, yarı hissəsi atalarına məxsus olan obyektdən Məmmədzadələri təhqir və təhdid edərək qovmuşlar. Daha sonra isə həmin obyektə dair Məmmədzadələrin haqlarını əllərindən almaq üçün məhkəmə müstəvisində icraata başlayaraq ən yuxarı instansiya olan Ali Məhkəməyə qədər mübahisəni aparmışlar. Bununla kifayətlənməyərək saxta yolla əldə etdikləri tam mülkiyyət hüququ haqqında şəhadətnamələri əvvəlcə mətbuata təqdim edərək içtimaiyyəti çaşdırmağa və məsələnin gərçək tərəfi barədə yalan məlumat verməyə cəhd etmiş, məhkəmə müstəvisində uduzduğunu gördükdən sonra həmin saxta çıxarışı tikinti şirkətinə təqdim etməklə mənfəət əldə etməyə çalışmışdır. Bütün bunlar azmış kimi yenədə Abbas və Cavabdeh1ləri yeni qanunsuz və əsassız iddiaları irəli sürməklə məhkəmə iclaslarına cəlb etmişdir. Nəticədə Abbas və Cavabdeh1lər məhkəmələrdə təmsil olunmaları üçün borc-xərclə vəkil tutmağa və hər instansiya məhkəməsində vəkillə veni bir müqavilə bağlamağa məcbur olmuşlar. Bu hallar onlarda böyük bir maddi və mənəvi iztiraba səbəb olmuşdur. Görünür ki, İddiaçı və onun bacısı A.Əsgərova Abbas və Cavabdeh1lərə qarşı aldıqları qanunsuz əməllərdən əl çəkən deyillər və istər Nərimanov rayon Məhkəməsinin icraatında olan, istərsə də, Nəsimi rayon Məhkəməsinin və Bakı İnzibati Məhkəməsinin icraatında olan işi yuxarıda da qeyd etdiyim səbəblərdən sonuncu instansiya məhkəməsinə qədər aparacaqlar. Həmin işlərdən biri Nəsimi rayon məhkəməsində qaldırılan və rədd edilən iddiaları üzrə iş Ali Məhkəmənin icraatındadır. Həmin qətnamədən həmçinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi, ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddianın tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş, habelə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində iş materiallarında olan ayrı-ayrı sənədlər nizamsız olaraq sadalanır və həmin sənədlərə məhkəmə tərəfindən heç bir qiymət verilmir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X23 və digər nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıları nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-64/2021 saylı iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin MK-nın 25.04.2019-cu il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 Bünyamin oğlunun, Cavabdeh1 Bünyamin qızının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1277/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh2 Bünyamin oğlunun və Cavabdeh1 Bünyamin qızının iddia tələblərinin təmin olunması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş 10.10.2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab olunması, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4, 8 saylı tikililərə keçid qapıları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə, 4 saylı tikilidən 8 saylı tikiliyə keçid qapıları açılmaqla texniki pasport üzrə göstərilən 1, 2, 5, 6, 7, 9 saylı tikililərin Cavabdeh2 Bünyamin oğluna və Cavabdeh1 Bünyamin qızına, 3, 4, 8, 10, 11, 12 saylı tikililərin və texniki pasportda əks olunmayan əlavə tikililərin isə İddiaçı verilməsi qaydasında əmlakın naturada real bölgüsünün həyata keçirilməsi, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2 Bünyamin oğluna və Cavabdeh1 Bünyamin qızına qarşı “mülkiyyət hüququna xitam verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi” tələblərinə dair iddiasının rədd edilməsi qət edilmiş, iş üzrə keçirilmiş ekspertizanın xərci qismində 200 (iki yüz) manat məbləğində pulun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.12.2018-ci il tarixli, 2(005)-1277/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(005)-1277/2018 nömrəli qətnaməsi ilə Abbas və Cavabdeh1lərin iddia tələblərinin təmin edilməməsi, İddiaçı iddiasının isə təmin edilərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində onun tam mülkiyyət hüququnun tanınması, X4, həmçinin Cavabdeh2 Bünyamin oğlunun və Cavabdeh1 Bünyamin qızının həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət reyestrindəki qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədikləri dövlət rüsumunun onların özünə aid olunması, ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh2 Bünyamin oğlundan və Cavabdeh1 Bünyamin qızından müştərək qaydada 200 (iki yüz) manat məbləğində pulun tutulması qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin qeyri-yaşayış sahəsininTexniki Pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin MKnın 29.08.2019-cu il tarixli, 2(005)-5860/2019 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin MB12/956 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış binasının 09.11.2019-cu il tarixinə hesablanmış bazar icarə dəyəri 2019-cu il üçün 1300 manat, 2018-ci il üçün 1261 manat və 2017-ci il üçün 1209 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi 25.12.2017-ci il tarixdə ¼ hissədə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi 25.12.2017-ci il tarixdə ¼ hissədə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 21.10.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47 E ünvanında yerləşən qeyriyaşayış sahəsini X6 21.10.2021-ci il tarixədək icarə haqqı aylıq 300 manat olmaqla tam hissədə icarəyə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin 4 əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həm ilk, həm qarşılıqlı iddia bir hissədə vurulmuş maddi ziyanın ödənilməsi barədədir. Məhkəmə hər iki iddianın maddi ziyanla bağlı hissəsində haqlı olaraq hesab etmişdir ki, həm ilk, həm qarçılıqlı iddiaçı irəli sürdüyü tələbləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədilər. Belə ki, tərəflər arasında ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 132.8 kv.metr olan mübahisəli qeyri-yaşayış sahəsi ilə baölı məkəmə mübahisələri olmuş və hal hazırda bu məsələ ilə bağlı qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Mübahisə ilə bağlı qüvvəyə minmiş məhkəmə qərarının məzmunundan göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan hazırki həm ilk, həm qarşılıqlı iddianın əsaslılığı barədə nəticəyə gəlmək olmaz. İlk İddiaçı maddi ziyanın əvəzi kimi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi, yəni 415.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir, lakin bu tələbin hüquqi əsasları da iddia ərizəsinə dəyişiklikdə göstərilməmişdir. Qarşılıqlı iddiaçılar Cavabdeh1 Bünyamin qızı və Cavabdeh2 Bünyamin oğlu İddiaçı maddi ziyanın əvəzi (onlara ödənilməli olan, lakin ödənilməmiş 21.672,5 (iyirmi bir min altı yüz yetmiş iki manat əlli qəpik) manat maddi ziyanı tələb etsələr də, atalarına və sonradan onlara məxus qeyri-yaşayış sahəsinin icarə haqqını hesablamışlar, lakin bu tələbin əsasını təşkil edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq maddi ziyanla bağlı hər iki iddianı əsassız hesab etmiş və rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə həmçinin haqlı olaraq maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab etmiş və belə nəticəyə gəlir ki, ümumulikdə iddiaçılar qarşı tərəfin hərəkət və ya hərəkətsizliyi nəticəsində onlara hər hansı bir maddi zərərin dəyməsini sübuta yetirə bilməmişlər. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Məhkəmə kollegiyası qeyd etdir ki, iddiaçılara dəymiş ziyan və cavabdehlərin hərəkətləri arasında hər hansı səbəbli əlaqə müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, maddi ziyanla bağlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçıların mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən iş üzrə düzgün nəticəyə gəlmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıları nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıları nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətində İddiaçı ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X6 21.10.2021-ci il tarixədək icarə haqqı aylıq 300 manat olmaqla tam hissədə icarəyə verildiyini qeyd etsə də, ksero surət olmaqla iş materiallarına əlavə edilmiş 21.10.2019-cu il tarixli icarə müqaviləsinin 1-ci bəndindən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən ona məxsus 66 kv.metr hissəni icarəyə vermişdir. Kollegiya eyni zamanda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıları nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin mənəvi zərər hissəsi ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçı iddia tələbində göstərdiyi halları sübut edə bilmədiyindən, Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Həmçinin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, tərəfin öz hüquqlarının müdafiəsini təşkil etmək üçün müdafiəçi ilə müqavilə bağlaması onun mənvi istirab çəkməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı ilkin iddia tələbinin qanuni əsası kimi, cavabdehlərin onun hesabına əsassız varlandığını əsas gətirərək məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarından bu halın tam əksi sübut olunur. Belə ki, qanuvericiliyin əsassız varlanmaya vermiş olduğu anlayışdan görünür ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (MM 1091.1). Hazırkı işdə isə görünür ki, qanuni qüvvəyə minmiş qətnamə ilə cavabdehlərin mübahisəli qeyriyaşyış sahəsinə pay hüquq tanınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47 E ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi 25.12.2017-ci il tarixdə ¼ hissədə Cavabdeh2 ¼ hissədə isə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, hazırkı halda cavabdehlərin iddiaçının hesabına əsassız varlanmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-64/2021 saylı iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıları nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-64/2021 saylı iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar