Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6571/2024 16.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1890/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda ona məxsus 9A mənzilində məişət texnikası-paltaryuyanın istifadəyə törətdiyi maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1890/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6037/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət müəyyən edilmiş formada və məzmunda tərtib (təqdim) edilməməsi, qrafaların göstərilən konkret tələblərinə müvafiq tamlığına riayət edilməməsi və qanunvericiliklə nəzərədə tutulmuş qaydada rüsum ödənilmədiyindən qeyri-mümkün hesab edilmiş və şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində qanunla nəzərdə tutulmuş dövlət rüsumunu ödənilməsini təsdiq edən qəbzi əlavə etməklə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1890/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından xx.xx.2024-cü il tarixində verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364cü maddələrinin tələblərinə müvafiq qiymət verilmədən, habelə xx.xx.2024-cü il tarixdə verilən (sonuncu) şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə müvafiq (şikayət verilməsi müddətinə və s.) münasibət bildirilmədən, şikayətə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Diqqətə çatdırılmalıdır ki, qeyd edilən prosessual hərəkətlərlə yanaşı şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməlidir. Kollegiya hesab edir ki, müddətin hesablanması həyata keçirilməli və münasibət bildirilməlidir ki, bu səlahiyyət də birinci instansiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsiə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 360-366, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1890/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya qəbul olunmamış hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269, 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2(103)-6571/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6571/2024
16.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver