Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6577/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı "xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "borc” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1680/2016 saylı 06 aprel 2016-cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1680/2016 saylı 06 aprel 2016-cı il tarixli qətnaməsinin surətini tərəflərə maps arayışında qeyd edilən ünvana şifarişli xəbərnaməli məktub vasitəsilə göndərilmiş (işə cavabdehə aid xəbərnamə əlavə edilməmişdir),(iş səh.8,72-73), qətnamə qanuni qüvvəsini almış və iş icraya yönəlmişdir (səh.74-84), qətnamədən şikayət məhkəməyə 27.05.2021-ci il tarixində daxil olmuşdur (səh.87). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Qeyd edilənlərdən əlavə verilən apellyasiya şikayətində forma və məzmuna riayyət edilməyərək cavabdehin ünvanı əks edilməmiş, bununlada çəkişmə prinsipinin təmin edilməsinə yönəlik prosessual hüquqlardan sui-istifadəyə şərait yaradılmışdır. Şərh olunanlara və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73-74, 357,361-366,372,402-406-cu maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1680/2016 saylı 06 aprel 2016cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6577/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6577/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver