Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6577/2024 14.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki işin aidiyyəti məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığına dair məsələyə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 dəymiş zərərə görə 2.255 manat ziyan aktının tərtib olunması üçün ödənilmiş 200 manat, dövlət rüsumu olaraq ödənilmiş 100 manat, ümumilikdə vurulmuş zərərin əvəzi olaraq 2.555 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək X3 cavabdeh siyahısından çıxarılmasını, Cavabdeh olunun cavabdeh qismində cəlb olunmasını, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 93, Məişət malları İB-nın təşəbbüs B/Y-nin yanında ona məxsus fərdi yaşayış evinin balkon tikilisinin döşəməsində yerinə yetirilmiş tikinti işlərinin usta haqqı da daxil olmaqla bazar qiymətlərinə uyğun ümumi dəyəri olan 705 manat, həmin balkon tikilisinə tökülmüş beton təbəqənin və armatur karkasın sökülüb yenidən vurulması üçün usta haqqı da daxil olmaqla bazar qiymətlərinə uyğun lazım olan 2490 manat, ziyan aktının tərtib olunması üçün ödədiyi 200 manat məbləğin və ödədiyi 54 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-270/2024 saylı qərardadından görünür ki, iddiaçının ərizəsi əsasında X5 əsl Cavabdeh ilə əvəz edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4443/2024 saylı, 30 oktyabr 2024cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Kollegiyas qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdeh X4 qarşı iddia tələbi aidiyyət qaydalarına riayət edilməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan iddiaçının ərizəsi əsasında X5 əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi mülki işin aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz, çünki məhkəmə qeyd edilən mülki işi aidiyyət qaydalarına riayət edilməklə öz icraatına qəbul etmişdir. Ona görə də hazırki mülki işə məhz Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxımalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Cavabdeh “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6577/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6577/2024
14.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver