Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6579/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh1 və onun vəkili X8 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2(001)-6723/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes” markalı, 90-ZP-2Ö5 dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı MMC-nin mülkiyyətində olan “BAİC A115XT” minik markalı, 2013-cü buraxılış ili, tipi Xetçbek, rəngi ağ, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 2652 manat zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı MMC ilə X9 arasında bağlanmış 1727 №-li 18 may 2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən bir ədəd “BAİC A115XT” minik markalı, 2013-cü buraxılış ili, tipi Xetçbek, rəngi ağ, dövlət qeydiyyat nişanı **-AM-*** olan nəqliyyat vasitəsini T.Y.Mərdanovaya satmışdır. Müqavilənin şərtinə əsasən avtomaşının tam dəyəri ödənilənədək mülkiyyət hüququ İddiaçı MMC-də saxlanılmışdır. 12 dekabr 2016-cı il tarixdə saat 21-30 radələrində Bakı şəhəri Tbilisi prospektində Cavabdeh1 idarə etdiyi “Mercedes” markalı **- ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil Tbilisi prospekti ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi seçməmiş və öndə olan İddiaçı MMC-nə məxsus X4 idarə etdiyi “BAİC A115XT” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanı olan avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-si tərəfindən KYP seriyalı, 636307 saylı X16 protokol tərtib edilmişdir. Hadisə zamanı “Mercedes” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanı olan avtomobilə dair icbari sığorta müqaviləsi olmadığı müəyyən edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən 50 manat məbləğində cərimə olunmuşdur. Həmçinin məlum olmuşdur ki, “Mercedes” markalı, **-ZP- *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə törədilən vaxt Cavabdeh2 mülkiyyətində olmuşdur və Cavabdeh2 nəqliyyat vasitəsini Cavabdeh1 etibarnamə əsasında vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin Servis Mərkəzində avtomobilə texniki baxış keçirdilmiş və avtomobilə 2652 manat ziyan dəydiyi malum olmuşdur. Avtomobil icbari sığorta olunmadığına görə dəymiş zərərin sığortaçıdan alınması mümkün olmamışdır. Hər iki cavabdehin məsuliyyətsizliyi, eləcədə vurduqları zərəri ödəmədikləri üçün-iddiaçının hüquqları pozulmuş eyni zamanda zərərin ona ödənilməsindən məhrum olmuşdur. Buna müvafiq olaraq “Mercedes” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olduğundan və nəqliyyat vasitəsini icbari sığorta müqaviləsi bağlamadığını, eyni zamanda hadisə zamanı avtomobili idarə edən şəxs Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs olduğunu nəzərə alaraq, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2(001)-6723/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 2239 manat məbləğində yetirilmiş zərər və ödənilmiş dövlət rüsumunun 25,32 manat hissəsi tutularaq İddiaçı MMC-nə ödənilməsi, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 7,80 manat hissəsi İddiaçı MMCdən, 42,20 manat hissəsi isə cavabdeh Abuzərov Nizami Abuzər oğlundan alınaraq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh1 iddiaçı tərəfindən verilmiş iddia tələbi ilə bağlı heç bir məlumatı olmamış, məhkəmə bildirşləri ona çatdırılmamışdır. Qətnamədə qeyd edilən tarixdə həqiqətən avtonəqliyyat hadisəsi baş vermişdir, və cavabdehin idarə etdiyi nəqliyyat vasitəsini arxadan bir maşın vurması nəticəsində, o, X4 idarə etdiyi “Baic A115XT” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toquşmuşdur. Toqquşma nəticəsində X9 idarə etdiyi “Baic Al 15XT” minik markalı, 99-AM- 721 dövlət qeydiyyat nişanlı avtomobilə yüngül ziyan vurulmuşdur. X9 avtomobilə xırda ziyan vurulduğunu bildirərək, cavabdeh tərəfindən yerində ödəniş edilməsini təklif etmişdir. Cavabdeh1 yerində X6 ödənişi etmişdir. Əlbətdə ki, bu faktlar iddiaçı tərəfindən məhkəmənin nəzərinə çatdırılmamışdır. İddiaçı öz iddia tələbində qeyd edir ki, öz şirkətində avtomobilə texniki baxış keçirildilmişdir və 2652 manat vurulmuş ziyan müəyən edilmişdir. Məhkəməyə bu göstəricilər şübhəli olduğuna görə ekspertiza təyin etmişdir və məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində 2239 manat vurulmuş ziyan müəyyən edilmişdir. Avtonəqliyyat hadisəsi 12 dekabr 2016-cı il tarixdə baş vermişdir, məhkəmə əmtəəşünaslıq ekspertizası isə 03 iyul 2017-ci il tarixində keçirilmişdir. Lakin, 12 dekabr 2016-cı il tarixindən 03 iyul 2017-ci il tarixinədək maşının vurulmuş vəziyyətdə qalması, qəzadan sonra istifadə olunub-olunmaması və bu tarixlərdə həmən avtomobilin iştiraki ilə yeni avtonəqliyyat hadisələri baş verib-verməməsi barədə məhkəməyə məlumat verilməsi qeyd olunmamış, bu və digər suallar məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, qətnamədə avtomobilin ümümi qiymətinin 15642 (on beş min altı yüz qırx iki) manat təşkil etdiyi qeyd edilmişdir. Lakin, iş üzrə gedən “Baic A115XT” minik markalı avtomobil 2013-cü il tarixində buraxılıb və yuxarıda qeyd olunan məbləğə 18 may 2015-ci il tarixində satılmışdır, hadisə isə 12 dekabr 2016-cı il tarixində baş vermişdir, ekspert maşın üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə rəy verərkən avtonəqliyyatın 2013-cü il tarixindən 12.12.2016-cı il tarixədək amortizasiya-yəni maşının ümümi dəyərini və dəyişiləməli hissələrin dəyərini müəyyən etməmişdir. Bundan əlavə olaraq vurulmuş ziyanın həqiqətən 12 dekabr 2016-cı il tarixində baş vermiş hadisə nəticəsində vurulduğunu təsdiq edilməli idi. Bundan əlavə avtonəqliyyat hadisəsinin iştirakçısı olan X9 məlum olmayan səbəblərə görə məhkəməyə dəvət edilməmişdir və ondan iş üzrə əhəməyyət kəsb edən izahatlar alınmamışdır. Qeyd edilən faktlar ekspertin rəyini və qətnamənin qanuni və əsaslı olduğuna şübhələr yaradır. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, maddi və prosessual normaları pozaraq qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun vəkili X13 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın apellyatora aid qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, apellyator qətnamənin ləğvini xahiş etsə də, iddiaçı tərəf qətnamənin iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal RPİ-nin DYPŞ-nin inspektoru, polis kapitanı N. Yaqubov tərəfindən 15 dekabr 1992-ci il təvəllüdlü Cavabdeh1 barəsində tərtib olunmuş 14 dekabr 2016-cı il tarixli KYP636307 nömrəli protokoldan görünür ki, Cavabdeh1 idarə etdiyi “Mercedes Benz” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tbilisi prospekti ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi seçməmiş və öndə olan “Baic” markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. Hadisə zamanı avtomobilin icbari sığortasının olmadığı müəyyən edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə sürücü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 50 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə X11 arasında bağlanmış 1727 saylı, 18 may 2015-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC l(bir) ədəd BAİC A115XT minik markalı, 2013-cü buraxılış ili, tipi Xetçbek, rəngi ağ, dövlət qeydiyyat nişanı **-AM-*** olan nəqliyyat vasitəsini X1. 18 may 2015-ci il tarixli kredit ödəniş cədvəlindən görünür ki, X11 “BAİC Al 15XT” minik markalı avtomobilin 15642,43 manat dəyərindən ilkin olaraq 2340 manat ödəniş etməklə, 36 ay müddətinə, 18 iyun 2015-ci il tarixdən başlayaraq hər ay 370 manat, sonuncu ay 352,43 manat ödəməlidir. Müqavilənin 5.2.4-cü bəndinə əsasən avtomaşının dəyəri müqavilənin qüvvədə olduğu vaxtda alıcı tərəfindən tam ödənildiyi halda avtomobil qeyd-şərtsiz alıcının mülkiyyətinə keçir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BAİC A115XT” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 19 yanvar 2017ci il tarixli, 091-1824-1217 saylı məktubu ilə İddiaçı MMC-nə göndərdiyi Avtonəqliyyat-vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 12 dekabr 2016-cı il tarixdə saat 21-30 radələrində Bakı şəhəri Tbilisi prospektində Cavabdeh1 idarə etdiyi “Mercedes” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil Tbilisi prospekti ilə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən düzgüh ara məsafəsi seçməmiş və öndə olan "xxxx"MMC-nə məxsus X5 idarə etdiyi “BAİC A115XT” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanı olan avtomobillə toqquşmuşdur. Sürücü barəsində 14 dekabr 2016-cı il tarixdə inzibati icraat başlanılmışdır. İş materialların əlavə edilmiş DİN-nin BDYPİ-nin rəsi internet səhifəsindən edilən çıxarışdan görünür ki, “Mercedes Benz E240” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur, avtomobili 02 avqust 2016-cı il tarixindən 03 avqust 2017-ci il tarixinədək qüvvədə olan etibarnamə əsasında Cavabdeh1 idarə etmişdir. İş materiallarına əlavə edilmiş qüsur aktından görünür ki, baş vermiş yol nəqliyyat hpdisəsi nəticəsində “BAİC Al 15XT” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yetirilən zərərin məbləği 2652 manat həddində müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 13566 saylı 03 iyul 2017-ci il tarixli ekspert rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində "BAİC A115XT" minik markalı, 99- AM- 721dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 2239 manat (1619 manat dəyişilməli hissələrinin dəyəri, 620 manat isə təmir bərpa işlərinin dəyəri) məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri isə 50 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş müvafiq ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 21.2, 1096.1, 1097.1, 1097.3, 1108.1-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan “BAİC Al 15XT” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanla bağlı məhkəmə baxışı zamanı təyin edilmiş, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə, tədqiq edilmiş digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymət verərək hesab edir ki, ekspert rəyi real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbində avtomaşına 2652 manat məbləğində maddi ziyanın dəyməsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə inandırıcı olmadığından, əksinə ekspertin rəyi inandırıcı olduğundan, ekspertin verdiyi rəy üzrə dəymiş maddi ziyan qəbul edilməlidir. Məhkəmə həmçinin məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu və ekspertiza xərci ilə bağlı məsələni Prosessual Qanunvericiliyin tələbinə uyğun olaraq həll etmişdir. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə tərəfindən göndərilmiş bildirişlər apellyatorun köçməsi səbəbindən geri qaytarılmış, məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən Binəqədi rayon MKTB-nə məktub göndərmişdir. Kollegiya apellyatorun ekspert rəyini mötəbər hesab etməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, apellyator həmin rəyi şübhə altına ala biləcək sübutlar təqdim etməmiş, ekspert rəyində avtomobilin dəyişilməli hissələrinin qalıq qiyməti amortizasiya nəzərə alınmaqla müəyyən olunmuşdur. Kollegiya apellyatorun X6 hadisədən sonra pul verməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2(001)-6723/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6579/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6579/2021
25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver