Məhkəmə qərarları › İş №2(103)-658/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-658/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-658/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Bahadur qızının Cavabdeh qarşı “borc pulun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının cavabdehə borc veridyi 1.100 manat və 4.000 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 1.100 manat və 4.000 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia edir ki, 2015-ci ildə cavabdehə əvvəlcə 2.500 manat, sonra isə 4.000 ABŞ dolları məbləğində borc pul verib, cavabdeh 2.500 manatdan 1.400 manat qaytarıb, lakin 1.100 manat və 4.000 ABŞ dollarını qaytarmayıb. Cavabadeh iddia tələbinə etiraz edir, etirazını onunla əsaslandırır ki, iddiaçıdan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc pul alıb, lakin aldığı borcu tamamilə qaytarıb, iddiaçıya borcu yoxdur. Cavabdehin iddiaçıya 1.100 manat və 4.000 ABŞ dolları məbləğində borcunun olduğu sübut olunur. Belə ki, Yasamal RPİ İŞ-nin müstəntiqi tərəfindən qəbul olunmuş 26.12.2018-ci il tarixli qərardan görünür ki, cavabdeh şahid kimi dindirilərkən iddiaçıya 1.100 manat borcunun olduğunu yazılı şəkildə etiraf edib (iş v. 18). Bundan başqa, həmin qərarda şahid X1 ifadəsi əks olunub, o, bildirib ki, 2005-ci ildə cavabdehin iddiaçıdan 4.000 ABŞ dolları məbləğində borc pul adlığının şahidi olub (iş v. 17). X2 apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş və iddiaçının cavabdehə 4.000 ABŞ dolları pul verdiyinini şahidi olduğunu təsdiq etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsində borcalanın vəzifəsi belə göstərilib: “... aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Borc alınmış pulu iddiaçıya qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh 1.100 manat və 4.000 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarıldığını sübut edə bilmir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar