Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6580/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2205/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2205/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ərizə və şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2205/2024 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi barədə qərardad qəbul edilməsini və xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2205/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 8.2, 133.1, 133.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli 2(003)-2205/2024 saylı qərardadı xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Bundan sonra daha bir dəfə xx.xx.2024-cü il tarixdə məhkəmə iclası keçirilmiş və cavabdehin vəkili həmin məhkəmə iclasında iştirak etmişdir. Lakin, cavabdehin vəkili tərəfindən şikayət həmin tarixdən qısa müddət sonra deyil, təxminən bir həftə sonra elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh tərəfin şikayətin verilməsi üçün kifayət qədər vaxtı olsa da, onun tərəfindən qərardaddan şikayət müəyyən edilmiş müddət ötürüldükdən sonra verilmişdir. Cavabdeh elektron məhkəmə sistemində texniki nasazlığı üzrlü səbəb kimi bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən məhkəmənin xx.xx.2024-cü il tarixli 2(003)- 2205/2024 saylı qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət 11 gün ötürülmüşdür. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Qanunvericiliyin tələblərindən göründüyü kimi qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab edilərsə, buraxılmış müddətin bərpa edilməsi mümkündür. Prosessual müddətin bərpası üçün isə yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: Cavabdeh qərardaddan şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-2205/2024 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə sənədlərinin proses iştirakçılarının yerləşdirilməsinə dair “AZEMİS” elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən sözügedən qərardad xx.xx.2024-cü il tarixdə saat 16:21-də elektron məhkəmə sisteminə yerləşdirilməsi əks olunur. Ancaq sözügedən tarixdə imzalanmış sənəd olaraq, işin şifahi məhkəmə baxışına təyin edilməsi ilə bağlı qərardad tərəflərindən oxunmuşdur. Yəni sözügedən (“qarşılıqlı iddia ərizəsinin geri qaytarılsın”) qərardad elektron məhkəmə sisteminə yüklənməmişdir. Bununla yanaşı, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2205/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı məlumat üçün “Vəkil2’Ə 09 sentyabr 2024-cü il tarixdə göndərilmişdir. Beləki, sözügedən qərardadın qeyd edilmiş vaxtda yüklənmədiyini hesab edir. Bu səbəbdən tərəfindən şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddətin buraxılmamış hesab edilməsin zəruri olduğunu düşünür. Belə ki, mübahisələndirilən qərardaddan xx.xx.2024-cü il tarixdə (məhkəmə iclasında) xəbərdar olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2205/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə görə şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Məcəllənin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəlləsinin 135.6, 135.7-ci maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 128-146, 267-269, 360-366, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Apellyasiya şikayətinin dəlilinə dair məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən görünür ki, xx.xx.2024-cü il tarixli 2(003)-2205/2024-035 saylı qərardad cavabdehin nümayəndəsi Vəkil2 məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixində saat 16:21-də yerləşdirilmişdir. Məhkəmənin eyni tarixli 2(003)-2205/2024-036 saylı mülki işin məhkəmə baxışına təyin edilməsi barədə qərardadının isə ümumiyyətlə tərəflərin elektron kabinetlərinə yerləşdirilmədiyi müəyyən edilmişdir. Belə olan halda, cavabdeh tərəfin dəlilləri mötəbər sübutlarla öz təsdiqini tapmır . Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd edilməlidir ki, şikayətçinin buraxılmış müddətin bərpası ilə bağlı əsas gətirdiyi dəlilləri üzrlülük meyyarlarına aid olduğundan müddətin bərpası barədə vəsatət verildiyi halda müvafiq prosedur qaydada müzakirə edilə bilər və bunun əksi digər prosess iştirakçılarının hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Ərizəçi isə ümumiyyətlə, ərizəsini müddətin buraxılmamış hesab edilməsi əsası ilə təqdim etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2205/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6580/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6580/2024
02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver