Məhkəmə qərarları › İş №2(103)-6581/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6581/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6581/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh Mülüm oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2766/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Mülüm oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2766/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair 2(005)-3573/2023 saylı mülki iş üzrə müvafiq məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı Cavabdeh Mülüm oğluna qarşı pul tələbinə dair 2(005)-2766/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin icraatının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **-DN-*** nömrəli nişanla qeydiyyata alınmış “X8 Rover” minik markalı nəqliyyat vasitəsinin iddiaçıya qaytarmasını, nəqliyyat vasitəsi iddiaçıya qaytarılmadığı təqdirdə, 42000 ABŞ dolları (ekvivalenti 71400 manat edir) manat əsas borcun, iddiaçı tərəfindən vəkilə ödənilmiş 221 manat məbləğində xidmət haqqının, 305 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-2766/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, X1 Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair 2(005)-3573/2023 saylı mülki iş üzrə müvafiq məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(005)-2766/2023 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Aşağıda qeyd olunanlara əsasən, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-2766/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ədalətsiz və əsassız olduğundan, prossesual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalıdır. Belə ki, iddia tələbindən aydındır ki, iddiaçı tərəfindən cavabdehə Amerikada auksiondan avtomobilin alınması üçün 2021-ci ilin sentyabr və 2022-ci ilin noyabr aylarında ümumi dəyəri 42000 ABŞ dolları (ekvivalenti 71400 manat edir) pul vermişdir. Cavabdeh Amerikada keçirilmiş auksionda qalib gəlmiş "X8 Rover" minik markalı nəqliyyat vasitəsini gətirməyi öz öhdəsinə götürmüşdür. "X8 Rover" minik markalı nəqliyyat vasitəsini Azərbaycana gətirdikdən sonra cavabdeh onu 77- DN-222 nömrəli nişanla öz adına rəsmiləşdirmişdir. Minik avtomobilini ondan tələb etdikdə iddiaçıya məlum olmuşdur ki, Azərbaycana gətirmiş olduğu **-DN-*** nömrəli nişanla qeydiyyata alınmış "X8 Rover” minik markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Daha sonra məlum olub ki, X3 Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia tələbi ilə Nərimanov rayon məhkəməsinə müraciət edib. Hazırda Məhkəmənin 2(005)- 3573/2023 saylı mülki işinə görə hazırki mülki işin icraatı dayandırılmışdır. Bununla bağlı bildirilir ki, X3 Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair mülki işinin hazırki mülki işlə heç bir bağlılığı yoxdur. Belə ki, iddiaçı tərəfindən cavabdehə nəqliyyat vasitəsinin alınması üçün pul verilib cavabdeh isə öhdəsinə düşəni tam icra edərək nəqliyyat vasitəsini iddiaçıya təhvil verməyib. Məhkəmənin 2(005)-3573/2023 saylı mülki işinin nəticəsi hazırki mülki işə heç bir təsiri yoxdur. Belə ki, X1 tələb etdiyi əmlak (nəqliyyat vasitəsi) onların birgə nikah dövründə ümumi gəlirləri hesabına alınmamış əmlakdır. İşin faktiki halını da təsdiq edən sənədlər məhkəməyə təqdim olunmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2766/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. İş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı X1 Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iş hazırda 2(005)-3573/2023 nömrə ilə Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Həmin iddia tələbindən görünür ki, iddiaçı birgə nikah dövründə əldə edilmiş **-DN-*** dövlət qeydiyyat nişanlı “X8 Rover” markalı avtomobilin birgə nikah dövründə əldə edildiyini iddia edir və onun bölgüsünü tələb edir. Hazırki iş üzrə isə **-DN-*** dövlət qeydiyyat nişanlı “X8 Rover” markalı avtomobilin Cavabdeh Mülüm oğlundan alınıb iddiaçıya qaytarılması, avtomobil qaytarılmadığı təqdirdə, 42000 ABŞ dolları məbləğində pulun ona ödənilməsi tələb edilir. İddia predmetini eyni əmlak təşkil etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair 2(005)-3573/2023 saylı mülki iş üzrə işə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür, belə olan halda tərəflər arasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər, bu isə hazırkı iddia tələbi üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2766/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar