Məhkəmə qərarları › İş №2(103)-6587/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6587/2022

04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6587/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh Venera Ramakayevanın vəkili Fuad Bədəlovun, Cavabdeh1 ASC-nin vəkili və nümayəndəsi Fərid Abdullayevin və cavabdeh-iddiaçı Cavabdeh2 ASCnin nümayəndəsi Ramin İsayevin iştirakı ilə, iddiaçılar İddiaçı1 Əbülfəz oğlu, İddiaçı3 və X2 cavabdeh "xxxx" ASC, Cavabdeh2 ASC və Cavabdeh3 MMC-yə qarşı “pozulmuş hüquqların bərpası, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına və iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı1 Əbülfəz oğlu, İddiaçı3 və X1rşı “mülkiyyət hüququna dair dövlət aktlarının və torpaqların alqı-satqı müqavilələrinin etibarsız hesab olunması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsindən Venera Ramakayevanın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşdə 2 iddia var: ilk və qarşılıqlı iddia. İlk iddia ərizəsində tələb olunub ki, 3 nəfər iddiaçıya - İddiaçı1, İddiaçı3 və Venera Ramakayevaya vurulmuş zərərin əvəzi ödənilsin. Zərərin vurulması onunla izah olunub ki, cavabdehlər tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində qaz xəttinin çəkilişi ilə bağlı qazıntı-tikinti işləri aparılıb. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, 3 nəfər iddiaçının - İddiaçı1, İddiaçı3 və Venera Ramakayevayanın torpağa mülkiyyət hüququnu təsdiq edən dövlət aktı və mülkiyyət hüququnun yaranmasına əsas olan alqı-satqı müqavilələri etibarsız hesab olunsun. Səbail RM-nin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə hər iki iddia rədd olunub. Venera Ramakayevanın apellyasiya şikayətində tələb olunub ki, Səbail RM-nin qətnaməsi Venera Ramakayevanın iddiasnın rədd edilməsinə aid hissədə ləğv edilsin, Venera Ramakayevanın xeyrinə 7.650 manat pul tutulsun. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Bundan əvvəl Səbail RM-nin qətnaməsindən İddiaçı1, İddiaçı3, "xxxx" ASC və Cavabdeh2 ASC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Səbail RM-nin qətnaməsi ilk iddianın rədd edilməsinə aid hissədə ləğv edilib, həmin iddia qismən təmin olunub, zərərin əvəzi kimi Cavabdeh1 ASC-dən İddiaçı1 xeyrinə 8.550 manat, Venera Ramakayevanın xeyrinə 7.650 manat, İddiaçı3 xeyrinə 8.100 manat tutulması qət edilib, ilk iddianın qalan hissəsi rədd edilib, qarşılıqlı iddiaya aid hissədə isə qətnamə dəyişdirilmədən saxlanılıb. Bu qətnamə Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli qərarı ilə ilk iddianın təmin edilməsinə aid hissədə ləğv edilib və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılıb, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Bundan sonra işə yenidən apellyasiya qaydasında baxılıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Səbail RM-nin qətnaməsi 3 iddiaçıdan ikisinin - İddiaçı1 və İddiaçı3 “zərərin əvəzinin ödənilməsi barədə” tələbinin rədd edilməsi hissəsində ləğv edilib, həmin tələblər qismən təmin edilib, Cavabdeh1 ASC və Cavabdeh2 ASC-dən İddiaçı1 xeyrinə 8.550 manat, İddiaçı3 xeyrinə 8.100 manat tutulması qət edilib, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılıb. Bu qətnamə Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb. Müəyyən olunur ki, X4 rayonu, Atyalı ərazisində 4,0 ha torpaq sahəsinin mülkiyyətçisidir, həmin torpaq sahəsində cavabdehlər tərəfindən qaz xəttinin çəkilməsi ilə əlaqədar qazıntı-tikinti işləri aparılmış və qaz xətti çəkilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2011-ci il tarixli 5174 nömrəli rəyi ilə müəyyən edilib ki, Venera Ramakayevaya məxsus olan torpaq sahəsinin 0,85 ha hissəsində tikintiquraşdırma işləri aparılaraq ona zərər vurulub. Həmin torpaq sahəsinin 0,01 ha-nın normativ qiyməti 90 manat təşkil edir. Venera Ramakayevaya məxsus olan torpaq sahəsinin 0,85 ha hissəsində tikinti-quraşdırma işləri aparıldığına, torpaq sahəsinin 0,01 ha-nın normativ qiyməti isə 90 manat təşkil etdiyində görə Venera Ramakayevaya vurulmuş zərərin məbləği 7.650 manat təşkil edir (0,85 ha : 0,01 ha x 90 manat = 7.650 manat). Hazırkı iş üzrə bundan əvvəl apellyasiya qaydasında qəbul olunmuş və qanuni qüvvəyə minmiş qətnamə ilə qət olunub ki, digər iki iddiaçıya - İddiaçı1 və İddiaçı3 eyni qaydada zərərin əvəzi hesablanaraq cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 ASCdən onların xeyrinə tutulsun. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Səbail RM-nin qətnaməsi Venera Ramakayevanın zərərin əvəzinin ödənilməsi barədə tələbinin rədd edilməsi hisssində ləğv edilməli, onun tələbi təmin edilməli, zərərin əvəzi kimi 7.650 manat eyni cavabehlərdən Venera Ramakayevanın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi X2 “zərərin əvəzinin ödənilməsi barədə” tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin tələb təmin olunsun. 7.650 (yeddi min altı yüz əlli) manat "xxxx" ASC və Cavabdeh2 ASCdən X2 xeyrinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar