Məhkəmə qərarları › İş №2(103)-6594/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6594/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6594/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3nə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3nə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MənzilTikinti Kooperativindən müştərək qaydada - İddiaçı "xxxx" ASCnin xeyrinə 44-xx-xx-2016-MR-FE nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 72151.82 manat, faiz borcu üzrə 23887.96 manat olmaqla cəmi 96039.78 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumu və xidmət haqqının, o cümlədən mülki işin məhkəməyə ünvanlanması üçan ödənilmiş 378.12 manat dövlət rüsumu və 0.57 manat xidmət haqqının tutulması; Tutmanın ipoteka müqaviləsinə əsasən: - Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; 3. Cavabdeh1 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzildən (yüklü edilən əmlakın reyestr nömrəsi: **********19-05301-093011, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) cavabdehlər Cavabdeh1 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində çıxarılması, mənzili tərk etmədikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılması; 3. İpoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MənzilTikinti Kooperativindən müştərək qaydada tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada xx.xx.2016-cı il tarixli, 44-11-02- 2016-MR-FE nömrəli kredit müqaviləsi üzrə 72151.82 (yetmiş iki min yüz əlli bir manat səksən iki qəpik) manat əsas, 23887.96 (iyirmi üç min səkkiz yüz səksən yeddi manat doxsan altı qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün 3727.84 (üç min yeddi yüz iyirmi yeddi manat səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 99767,62 (doxsan doqquz min yeddi yüz altmış yeddi manat altmış iki qəpik) manat, məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı “X5 Mərkəzi” MMC-nin hesabına ödənilmiş 250 (iki yüz əlli) manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 (əlli iki manat qırx səkkiz qəpik) manat, dövlət rüsumu olaraq ödənilmiş 389.3 (üç yüz səksən doqquz manat otuz qəpik) manat və xidmət haqqı olaraq ödənilmiş 0.40 (qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın likvid (ilkin satış) qiyməti 93000 (doxsan üç min) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40.4 kv.m olan mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh1 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40.4 kv.m olan mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ən geci 1 ay ərzində çıxarılması və mənzilin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir.

3. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin “pretenziya tarixinədək olan 24087.72 manat faiz borcunun qismən, yəni 23887.96 manat həddində təmin edilməsi və dövlət rüsumunun 389.9 manat, xidmət haqqının 1.77 manat hissəsinin qismən, yəni 389.3 manat rüsum və 0.40 manat xidmət haqqı həddində təmin edilməsi” hissəsində ləğv edilərək, iddia tələbini tam təmin edən, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş olan 194.95 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutulmasını əks etdirən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

4. xx.xx.2026-cı il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ərizə daxil olaraq, 2(103)-6594/2025 saylı mülki iş üzrə apellyasiya şikayətindən iddiaçı tərəfindən imtina olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

5. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

Mülki Prosessual Məcəllə

6. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 7.Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

8. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

9. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətindən imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, apellyasiya icraatına xitam verilməlidir.

11. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" ASC xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixlərdə məhkəməyə ərizə təqdim edərək məhkəmənin icraatında olan hazırkı iş üzrə apellyasiya şikayətindən imtina etdiyini bildirərək iddiaçı tərəfindən apellyasiya şikayətindən imtain edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar