Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6595/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 32 saylı notariat ofisi və Cavabdeh2 BOKT MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2496/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı notariat ofisinə və Cavabdeh2 BOKT MMCyəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 aprel 2022-ci il tarixli 8İ-3479 nömrəli icra qeydinin ləğv edilməsi, əsas və faiz borcunun yenidən hesablanaraq kredit alan X2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2496/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi öz aralarında razılığa gəldiklərini və razılığın nəticəsi olaraq barışıq sazişi bağladıqlarını bildirərək, məhkəməyə barışıq sazişi təqdim etmişlər və həmin sazişin təsdiq olunmasını, o cümlədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum olmadığından tərəflərin barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bu da ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsümları iddiaçının özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263-264-cü, 370-ci, 384-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və Cavabdeh2 BOKT MMC arasında 11 dekabr 2023-cü il tarixli aşağıdakı şərtlərlə Bakı şəhərində bağlanmış barışıq sazişi təsdiq edilsin: İddiaçı - İddiaçı öhdəlik götürür ki,ən gec 15 dekabr 2023-cü il tarixdə, 59.000 (əlli doqquz min) AZN məbləğdə pul vəsaiti birdəfəlik şəkildə iddiaçı - İddiaçı tərəfindən cavabdeh - Cavabdeh2 BOKT MMC-yə ödəniləcək. Eyni zamanda,cavabdeh - Cavabdeh2 BOKT MMC öhdəsinə götürür ki, 32 saylı notariat ofisi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli icra qeydinin icrasından imtina edəcək. Bu Sazişdə nəzərdə tutulan bütün şərtlər tam icra edildikdən sonra iddiaçı - İddiaçı və cavabdeh - “PSG Finans" Bank Olmayan Kredit X3 Cəmiyyəti arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 2834 nömrəli kredit müqaviləsi, habelə, 16 mart 2021-ci il tarixli, 2834 nömrəli ipoteka müqaviləsi üzrə yaranmış bütün öhdəliklər başa çatmış və nəticədə həmin müqavilələr üzrə yaranmış bütün öhdəliklərə xitam verilmiş hesab edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2496/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsümları iddiaçının özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6595/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6595/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver