Məhkəmə qərarları › İş №2(103)-6597/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6597/2020

17.09.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6597/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(011)- 640/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzildən 1/4 hissədə cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət edərək, İddiaçı ilə birgə nikah dövründə əldə olunmuş əmlaklar üzərində müəyyən edilmiş paylarına müvafiq olaraq payının dəyəri kimi Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzilə görə 40000 manat, ev əşyalarına görə 4746,66 manat və “Mercedes Benz E280” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilə görə 10400 manat, cəmi 55146,66 manat məbləğində pulun İddiaçı tutulub Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(011)-640/2019 nömrəli qətnaməsi ilə hər iki iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzilə görə 26250 manat ödənilməklə həmin əmlakda Cavabdeh paylı mülkiyyət hüququna xitam verilməsi, İddiaçı ev əşyalarına görə 4746,66 manat və “Mercedes Benz E 280” markalı, **-BH-*** qeydiyyat nömrəli avtomobilə görə 10400 manat, cəmi 15146,66 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019- cu il tarixli, 2(103)-10644/2019 nömrəli qətnaməsi ilə ilk iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 640/2019 nömrəli xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən - ilk iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İlk iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili Səfərli Vüqar Hakim oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10644/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1978/2020 saylı qərarıı ilə kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)- 10644/2019 nömrəli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1978/2020 saylı qərarıında vurğulanmışdır ki,iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319- cu məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzilin 3/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh paylı mülkiyyət hüquqları tanınmışdır.İşə mahiyyəti üzrə baxan məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə olan 1 saylı Protokolun 1-ci maddəsinə və Mülki Məcəlləsinin 152, 157.2, 213.1, 215.2 və 215.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək göstərmişlər ki, iş üzrə “xxxxxxxx” MMC- dən alınmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndiriləmsi barədə hesabatına əsasən mübahisələndirilən mənzilinxx xxxxxx 2019-cu il tarixə bazar dəyəri 105000 manat təşkil etdiyindən qarşılıqlı iddia üzrə iddiaçının mənzildə 1/4 payının dəyəri olaraq 26250 manat Cavabdeh ödənilməklə həmin əmlakda sonuncunun paylı mülkiyyət hüququna xitam verilməlidir. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş ümumi bazar dəyəri 7120 manat olan əmlaklara (mebel və s. üzərində) 2/3 hissələ pay müəyyən olunmuşdur ki, bu da Cavabdeh həmin əmlaklarda payının dəyərinin 4746,66 manat təşkil etməsi deməkdir. Həmin mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyi ilə “Mercedes Benz E280” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 20800 manat olduğu müəyyən edilmişdir ki, həmin avtomobil üzərində Cavabdeh 1/2 payının dəyəri 10400 manat təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə iddiaçının apellyasiya şikayətini rədd edərkən və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2 və 215.4-cü maddələrinə istinad etmişlər. Mülki qanunvericiliyin qeyd olunan maddələri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 215.2-ci maddəsi ilə nəzərdə tutulmuş mülkiyyətçinin digər mülkiyyətçilərdən əvəz odəmək tələb etmək hüququ onun əmlakda payının sahibliyinə və istifadəsinə verilməsinin mümkün olmaması nəticəsində yaranır. Həmin əvəz əmlak üzərinə ümumi paylı mülkiyyət, o cümlədən əvəzi tələb edən mülkiyyətçinin öz payı üzərinə hüququn itirilməsi ilə nəticələnmir.Hazırki iş üzrə isə iddia tələbləri paylı mülkiyyətçilərin bir birinə kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlıdır. Bunun qaydaları isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində təsbit olunmuşdur.Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir. Apellyasiya baxışı zamanı Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(011)-640/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Həmçinin, iş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1978/2020 saylı qərarıında göstərilənləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı,ilk iddia və qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 858/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə və əşyadan payın ayrılması tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, Cavabdeh, azyaşlı uşaqları xx xxxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxx 2010-cu il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının, sahəsi 99.0 kv.metr olan 166 saylı mənzilinə köçürülməsi, həmin mənzilin giriş qapısının açarının bir nüsxəsinin İddiaçı alınaraq ona verilməsi, həmçinin İddiaçı Cavabdeh qarşı payçıya kompensasiya payının dəyərinin ödənilməsi barədə qarşılıqlı iddiası isə təmin edilməmişdir. İş materiallarından olan Masallı Rayon Məhkəməsinin 2(050)-649/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış xx xxxxxx 2007ci il tarixli, 16 saylı nikah qeydi pozulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1262/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-858/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsindən iddiaşı Cavabdeh tərəfındən verilmiş apelyasiya şjkayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəmənin 2(011)-858/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi qismən-birgə nikah dövründə əldə edilmiş əmlaklara 2/3 hissədə payların müəyyən edilməsi və payına düşən hissəsinin dəyəri-17346 manat məbləğində pulun alınaraq ona verilməsi barədə Cavabdeh iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı X2 iddia tələbi qismən təmin edilərək birgə nikah dövründə əldə olunmuş ümumi bazar dəyəri 7120 manat olan əmlaklar üzərində 2/3 hissədə payı müəyyən edilmiş, payına düşən hissənin dəyərinin cavabdehdən tutulması hissəsində Cavabdeh iddiası təmin edilməmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC-si tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, X7 küçəsi, 2319-cu məhəllədə yerləşən çoxmərtəbəli binanın 166 saylı mənzilinin xx xxxxxx 2019-cu il tarixinə bazar dəyəri 105000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 31255 nömrəli məhkəmə ekspertizasının rəyinin surətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilmişdir ki, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan komplektli və təyinatı üzrə istifadəyə yararlı, qara rəngli, 2008-ci il buraxılışlı “Mercedes Benz E280 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil 26000 manat, avtomobilin dəyərinin düşməsi dərəcəsini və köhnəlməsi nəzərə alınaraq 20800 manat məbləğindədir. İş üzrə müəyyən olunmuş hallara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319- cu məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda yerləşən 166 saylı mənzilin 3/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə Cavabdeh paylı mülkiyyət hüquqları tanınmışdır. 1-ci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə olan 1 saylı Protokolun 1-ci maddəsinə və Mülki Məcəlləsinin 152, 157.2, 213.1, 215.2 və 215.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək göstərmişlər ki, iş üzrə “xxxxxxxx” MMC- dən alınmış xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndiriləmsi barədə hesabatına əsasən mübahisələndirilən mənzilinxx xxxxxx 2019-cu il tarixə bazar dəyəri 105000 manat təşkil etdiyindən qarşılıqlı iddia üzrə iddiaçının mənzildə 1/4 payının dəyəri olaraq 26250 manat Cavabdeh ödənilməklə həmin əmlakda sonuncunun paylı mülkiyyət hüququna xitam verilməlidir. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş ümumi bazar dəyəri 7120 manat olan əmlaklara (mebel və s. üzərində) 2/3 hissələ pay müəyyən olunmuşdur ki, bu da Cavabdeh həmin əmlaklarda payının dəyərinin 4746,66 manat təşkil etməsi deməkdir. Həmin mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyi ilə “Mercedes Benz E280 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 20800 manat olduğu müəyyən edilmişdir ki, həmin avtomobil üzərində Cavabdeh 1/2 payının dəyəri 10400 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, 1-ci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur, belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2 və 215.4-cü maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Mülki qanunvericiliyin qeyd olunan maddələri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 215.2-ci maddəsi ilə nəzərdə tutulmuş mülkiyyətçinin digər mülkiyyətçilərdən əvəz odəmək tələb etmək hüququ onun əmlakda payının sahibliyinə və istifadəsinə verilməsinin mümkün olmaması nəticəsində yaranır. Həmin əvəz əmlak üzərinə ümumi paylı mülkiyyət, o cümlədən əvəzi tələb edən mülkiyyətçinin öz payı üzərinə hüququn itirilməsi ilə nəticələnmir. Hazırki iş üzrə isə iddia tələbləri paylı mülkiyyətçilərin bir birinə kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlıdır. Bunun qaydaları isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində təsbit olunmuşdur. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Müki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən isə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə əsasən Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmçinin, Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddia tələblərində ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.Göstərilən vəziyyətdə məhkəmə kollegiyası yalnız iddiaçılar tərəfindən irəli sürülmüş tələblər barədə qətnamə qəbul etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı,ilk iddia və qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(011)-640/2019 saylı qətnaməsi ləğv olunsun. İlk iddia və qarşılıqlı iddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar