Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6599/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Mikiyev Sahib Hacı oğlunun nümayəndəsi və vəkili X7, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 və onun vəkili X5, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1193/2004 saylı xx xxxxxx 2004-cü il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs qismində Mikiyev Sahib Hacı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni Yasamal-1 küçəsi ev 13, 82 saylı mənzilə onun istifadə hüquqlarının tanınması və onunla icarə müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2004-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçının Bakı şəhəri, Yeni Yasamal 1, 13 saylı evin 82 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə icarə müqaviləsinin bağlanılması və orderin verilməsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2004-cü ildə qanuni qüvvəyə minmişdir. Maraqlarına toxunulan şəxs qətnamədən apelyasiya şikayəti vermiş və itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev 2-1193/2004)ərizə təmin edilmiş, müddət keçdiyi üçün məhv edilmiş 2- 1193/2004 saylı mülki iş üzrə icraat bərpa edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov, iş № 2(103)- 2483/20) Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs qismində Mikiyev Sahib Hacı oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Maraqlarına toxunulan şəxs qismində Mikiyev Sahib Hacı oğlu kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2732/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş apellyasiya mümkünlüyünün yoxlanılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1030-6599/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə qətnamə ilə maraqlarına toxunulan şəxs Mikiyev Sahib Hacı oğlu oğlunun apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-361-ci maddələrinə uyğun və apellyasiya icraatı mümkün hesab edilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 611 saylı sərəncamı ilə Mikiyev Sahib Hacı oğluna Bakı şəhəri, Yasamal rayonu, Yeni- Yasamal- 1, ev 13, mənzil 82 saylı mənzil ayrılmışdır. Həmin sərəncam verildikdən sonra məlum hadisələrdən sonra həmin ev məcburi köçkünlər tərəfindən tutulmuşdur. Hal-hazıradək həmin mənzildə ona məlum olmayan şəxslər qalmaqdadır. Evin özəlləşdirilməsi üçün müraciət etsədə məlum olmuşdur ki, ev Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli (işin sayı qətnamədə göstərilməyib) qətnaməsi ilə Mikiyev Sahib Hacı oğluna ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Yeni- Yasamal-1, ev 13, mənzil 82 saylı mənzil tanımadığı şəxs olan orada məcburi köçkün kimi məskunlaşmış İddiaçı yaşayış hüququ tanınmış və onunla icarə müqaviləsi bağlanılması və orderin verilməsi Cavabdehnə həvalə edilmişdir. Qeyd edilən qətnamə qüvvəyə mindikdən sonra İddiaçı Bakı şəhər Cavabdeh 454 saylı xx.xx.2004-cü il tarixdə məhkəmə qərarının icrası ilə əlaqədar olaraq order verilmişdir. Həmin order əsasında da xx.xx.2004-cü il tarixdə İddiaçı qeyd edilən mənzil-Bakı şəhəri, Yasamal rayonu, Yeni- Yasamal-1, ev 13, mənzil 82 saylı mənzil ilkin qeydiyyatdan keçmişdir. Bundan sonra İddiaçı xx xxxxxx 2004-cü il tarixdə Məlikova (Allahverdiyeva) Şəfəq Rafiq qızı ilə alqı-satqı edilmiş və mənzil Məlikova (Allahverdiyeva) Şəfəq Rafiq qızının adma rəsmiləsmiləşdirilmişdir. Mikiyev Sahib Hacı oğluna verilmiş mənzil üzərində aparılan əməliyyatlardan heç birindən xəbəri olmamış, yalnız xx.xx.2019-cu il tarixdə vəkil sorğusu əsasında DƏDRX-in xx.xx.2019- cu il tarixli **********27 saylı sorğuya cavab məktubu ilə əldə edilmişdir. Həmin məhkəmə qətnaməsi onun hüquq və vəzifələrimə toxunsa da, həmin mülki iş üzrə məhkəmə icraatına cəlb edilməmişdir. İddiaçı özü məhkəmədən xahiş etmişdir ki, 1995-ci il tarixdən qeyd olunan ünvanda öz ailəsi ilə birgə yaşayır. Lakin Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 611 saylı sərəncamı onların həmin mənzilə köçməmişdən öncə verilməsini diqqətə çatdırır. Hal-hazırda da Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 611 saylı sərəncamı qüvvədədir. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Mikiyev Sahib Hacı oğlunun nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, Binəqədi Rayon məhkəməsinin qətnaməsinin icrası mümkün olmadığından 5 nömrəli X3 mübahisəli mənzil ayrılmışdır. Bundan sonra, İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə məskunlaşıb, mübahisələndirilən qətnamə ilə də həmin mənzilə onun adına order verilib. Qətnamədə yaşayış hüququnun tanınması göstərilib, mülkiyyət hüququnun tanınması nəzərdə tutulmur. 3-cü şəxsə mənzil satılanda da İddiaçı özü iştirak etmirdi. Mənzil Sahib Mikiyevə verildikdən sonra onun mənzilə köçürülməsi mümkün olmamışdı. Çünki, həmin vaxt mənzildə İddiaçı məcburi köçkün olduğu üçün yaşayırdı. Buna görə də onlar order ala bilmədilər. İddiaçı məcburi köçkün olduğu üçün də onlar gözləmişlər. Lakin onların məlumatı olmadan bu proseslər baş verib. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X10 bildirdi ki, onlarda qalan yalnız məhkəmə qətnaməsidir. Ona görə də iş üzrə obyektiv mövqelərini bildirə bilmir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 vəkili X8 bildirdi ki, icra hakimiyyətinin sərəncamı veriləndən sonra mənzilə order alınmalı idi. Sahib Mikiyev isə order üçün müraciət etməyib. Müraciət etsə idi, icra hakimiyyəti də order verərdi, sonradan isə mənzilə order verildiyi üçün iddiaçıya ikinci order verilməsi mümkün olmazdı. Bununla yanaşı, təmsil etdiyi şəxs mənzilin vicdanlı alıcısıdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2004-cü ildən həmin mənzildə yaşayır. Çünki, mənzili alqı-satqı müqaviləsi əsasında pul verib almışdır. Mənzil alarkən bu hadisələrdən məlumatı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı ağır ailə vəziyyəti ilə əlaqədar mənzil şəraitinin yaxşılaşdırmağa kəskin ehtiyacı olduğundan, mübahisəli mənzili cavabdehlə şifahi razılaşma əsasında tutmaqla bütün kommunal xərcləri, o cümlədən icarə haqqını ödəməyə başlamışdır. Tərəflər arasında faktiki olaraq icarə müqaviləsi bağlanılmış, lakin Cavabdeh əsassız olaraq müvafiq sərəncam verilməsindən imtina etmişdir. Mülki Məcəlləsinin 336.2-ci maddəsinə əsasən əgər əqd lazımı formada bağlanılmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqlarının qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Hal-hazırda iddiaçının faktiki istifadəsində olan mübahisəli yaşayış sahəsi Mənzil Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyindən, iddiaçı 1994-cü ildən həmin mənzildə yaşadığından, həmin vaxtdan kommunal xidmətlərini ödədiyindən, məhkəmə hesab edir ki, onun Bakı şəhəri, Yeni Yasamal-1 küçəsi ev 13, 82 saylı mənzilinə istifadə hüquqları tanınmaqla həmin mənzil üzrə mənzil icarə müqaviləsinin bağlanılması Cavabdehnə həvalə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Mikiyev Sahib Hacı oğlunun apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, mübahisələndirilən hissədə iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavininin xx.xx.1994-cü il tarixli 611 saylı sərəncamı ilə Mikiyev Sahib Hacı oğluna deyil, 5 nömrəli X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal- 1, ev 13, mənzil 82 saylı mənzil ayrılmışdır. Düzdür, sərəncamda həmin mənzilin Sahib Mikiyevin ailəsinin təmin etmək üçün ayrılması göstərilmişdir. Lakin bu hallar şikayətin əsaslılığına dəlalət etmir və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, sərəncama əsasən Sahib Mikiyevin adına həmin mənzilə dair order verilməmişdir. İkincisi, mübahisəli mənzilə məhkəmə qətnaməsinə əsasən iddiaçının yaşayış hüququ tanınması və onunla icarə müqaviləsi bağlanılması və orderin verilməsinin Cavabdehnə həvalə edilməsindən və sonuncunun məhkəmə qərarının icrası ilə əlaqədar olaraq mənzilə order verməsindən, xx.xx.2004-cü il tarixdə iddiaçının adına mənzilin ilkin qeydiyyatdan keçməsindən, xx xxxxxx 2004-cü il tarixdə Məlikova (Allahverdiyeva) Şəfəq Rafiq qızı ilə alqı-satqı edilməsindən və mənzilin Məlikova (Allahverdiyeva) Şəfəq Rafiq qızının adına rəsmiləsmiləşdirilməsindən Sahib Mikiyevin xəbəri olmaması da qətnamənin ləğv edilməsinə səbəb ola bilməz. Çünki, Sahib Mikiyevin əsaslandığı sərəncamın hüquqi qüvvəsi kifayət etmir ki, qeyd olunan dövrdə baş verən və qanuna zidd olmayan bu hüquq münasibətlərini sonradan əhəmiyyətsiz etsin. Üçüncüsü, işdən görünür ki, mübahisəli mənzili xx xxxxxx 2004-cü il tarixdə X4 iddiaçıdan alqı-satqı müqaviləsinə əsasən əvəzi ödənilməklə əldə etmiş və hal-hazıradək həmin mənzildə yaşayır. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir(MM. mad.148.2)....vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır(MM.m.149.2. axırıncı cümlə). Göründüyü kimi, Şəfəq Allahverdiyevanın mübahisəli mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə əsaslanaraq mülkiyyət hüququ əldə etməsi də qətnamənin ləğv edilməsini istisna edən faktdır. Çünki, sonuncunun mülki dövriyyənin iştirakçısı kimi daşınmaz əmlaka dair dair dövlət qeydiyyatına inanaraq və güvənərək mənzil əldə etməsi, sonradan onun buna görə peşman olması ilə nəticələnməməlidir. Əks yanaşma daşınmaz əmlak bazarını iflic vəziyyətinə salar və mülki dövriyyə iştirakçılarının bir-birinə inamının, etimadının və güvəninin itirilməsinə səbəb ola bilər. Bu hal isə son nəticədə ayrı-ayrı şəxslərin dövlətə olan güvəninə təsir edə bilər ki, buna da qətiyyən yol vermək olmaz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, bu hissədə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Mikiyev Sahib Hacı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-1193/2004 saylı xx xxxxxx 2004-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6599/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6599/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver