Məhkəmə qərarları › İş №2(103)-66/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-66/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-66/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdehin nümayəndəsi X7, Birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçının vəkili X3 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1343/2018 saylı iş üzrə 31 may 2018-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə, həmçinin, birləşdirilmiş iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3346/2019 saylı iş üzrə 27 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanamsı Fondu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Nizami rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(007)-1343/2018 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1343/2018 saylı, 31 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli 2(103)-9761/2018 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin olunmayaraq Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1343/2018 saylı, 31 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 285/2019 saylı, 17 yanvar 2019-cu il tarixli Qərarına əsasən iddaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli 2(103)-9761/2018 nömrəli qətnaməsi ləv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qərardadına əsasən, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iş üzrə icraat(birinci iş üzrə icraat) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və qeyrilərinə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbinə dair mülki iş (birləşdirilmiş iş) həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3346/2019 saylı iş üzrə 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna və “xxxx” MMC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh və cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ayrı-ayrılıqda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3346/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətləri vermişlər. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2020-ci il tarixli qərardadına əsasən iş üzrə icraatın dayandırılmasına əsas olan hallar aradan qalxdığından iş üzrə icraat təzələnmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-188/20 saylı 30 iyul 2020-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. Birinci iş üzrə cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 15 mart 2013-cü saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 8 faiz ödəmək şərtilə 2.000.000 (iki milyon) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 2.3-ci bəndinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalana verir, borcalan isə həmin kreditdən məqsədli təminatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda cavabdehin banka 15 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borc üzrə 2.000.000 (iki milyon) manat, faiz borcu üzrə 320.000 (üç yüz iyirmi min) manat və dəbbə pulu 268.977,78 (iki yüz altmış səkkiz min doqquz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat olmaqla, cəmi 2.588.977,78 (iki milyon beş yüz səksən səkkiz min doqquz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu qalmaqdadır. Qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 15 mart 2013-cü il tarixli kredit müqaviləsindən yaranmış əsas borc üzrə 2.000.000 manat, faiz borcu üzrə 320.000 manat və dəbbə pulu 268.977,78 manat olmaqla, cəmi 2.588.977,78 (iki milyon beş yüz səksən səkkiz min doqquz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat və 30 manat ödənilmiş dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci iş üzrə iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli və obyektiv araşdırmayıb bu səbəbdən səhv nəticəyə gəlib. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində qeyd edilib ki, cavabdehin atası X1 Şurasının sədri vəzifəsinə bərpa ediləndən sonra 05.11.2015-ci il tarixində 36/1 saylı Qərar qəbul edib. Həmin qərarda qeyd edilib ki, X4 müraciətinə baxılaraq 15.03.2013 cü il tarixli X5 adına rəsmiləşdirilən 8 000 000 manat, 15.03.2013 ci il tarixində Cavabdeh adına rəsmiləşdirilən 2 000 000 manat, 19.07.2015 cil tarixində X5 adına rəsmiləşdirilən 2 050 000 manat kredit müqavilələri üzrə kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun soarılması təmin edilmişdir, girovlar ipoteka yüklülüyündən azad edilmişdir və sözügedən kredit müqavilələri üzrə X4 banka ödədiyi 400000 manatdan artıq pul vəsaiti ərizəçiyə geri qaytarılmışdır. Bu səbəbdən, yəni kredit üzrə borcun balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılması təmin edilməsini əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilib. Həmçinin qətnamədə qeyd edilib ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01.03.2017-ci tarixində qəbul etdiyi 11 saylı qərar məhkəmə qaydasında təsdiq edilməyib. Məlumat üçün bildirirlər ki, LPO İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01.03.2017 ci il tarixdə qəbul edilən qərarında qeyd edilib ki, 36/1 saylı 05.11.2015-ci il tarixli X10 ləğv edilsin. Lakin bildirlər ki, ləğvedicinin qərarının məhkəmə qaydasında təsdiq edilməsi mümkünsüz hesab edilmişdir və həm birinci, həm apellyasiya həm də kasassiya instansiyalarının məhkəmələrinin qərarlarında qeyd edilmişdir kı, ləğvedicinin bu qərarı məhkəmə nəzarəti qaydasında baxılan məsələlərə aid deyil. Bu səbəbdən sözügedən ərizənin məhkəmə qaydasında baxılması mümkünsüz hesab edilmişdir. Birinci instansiya məhkəməsi bu qərarları əsas gətirərək hesab edir ki, mübahisləndirilən kredit müqavilələri üzrə kredit borcu balansdan kənar hesabdadır. Lakin proses zamanı nümayəndələrinin dəfələrlə ləğvedicinin du qərarının məhkəmə qaydasında təsdiq edilib edilməməsindən asılı olmayaraq qanunvericiliyin tələblərinə görə balansadankənar hesaba köçürülən pul vəsaitinin 5 il müddətinə təqibi aparılmasını və iddia tələbini təşkil edən kredit müqavilələri üzrə kredit borcun 2017-ci il tarixindən balansa qaytarıldığını dəfələrlə bildirmişdir. Lakin məhkəmə araşdırılması zamanı nə məhkəmə mühasibatlıq ekspertizası təyin edilib, nə də digər hər hansı bir araşdırılma aparılıb. Hesab edirlər ki, mübahisələndirilən kredit məbləğinin balansda olub olmamasını müəyyən etmək üçün mütləq qaydada məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Əlavə olaraq qeyd edirlər ki, müşahidə şurasının sədri özünün və birinci dərəcəli qohumlarının, yəni qardaşının və oğlunun xeyrinə hər hansı bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Göründüyü kimi X12 05.11.2015-ci il tarixli 36/1 saylı Qərarı ilə banka külli miqdarda ziyan vurub və şəxsi mənafelərini üstün tutaraq özünün və oğlunun adına olan külli miqdarda kredit borcunu balansdankənar hesaba köçürüb. AR Mərkəzi Bankın 18.12.2013-cü il tarixdə təsdiq etdiyi 25/1saylı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması faydalarına əsasən balansdankənara köçürülən pul vəsaitlərinin uçotu 5 il müdətinə aparılır və bu müddət ərzində həmin vəsait balansa qaytarıla bilər. Yuxarıda Göstərilənlərə əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsinin kredit borcunun balansdankənar hesabda olmasını əsas gətirərək gəldiyi nəticə səhvdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, X11 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərara əsasən 15.03.2013-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş 2 000 000 manat məbləğində kreditin balansdan silinməsi qərara alınmışdır və həmin qərar icra edilmişdir. Lakin həmin qərara baxmayaraq cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu özündən əvvəl fəaliyyət göstərən Bankın X10nı şübhə altına almışdır. Halbuki X11 36/1 nömrəli 05.11.2015-ci il tarixli qərarı AR Mülki Məcəlləsinə, “Banklar haqqında” AR qanununa, AR Mərkəzi Bankının 18.12.2013-cü il tarixli “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydaları və digər təlimat və qaydalara uyğun olaraq qəbul edilmiş və hazırda da qüvvədədir. Ən əsası həmin qərar çox ciddi araşdırma nəticələrinə və dəlillərə əsaslanır. Müşahidə Şurasının qəbul etdiyi həmin qərarın cavabdeh tərəfindən dəyişdirilməsi, düzəliş edilməsi, mübahisələndirilməsi və ya ləğv edilməsi qanunvericiliyə və bankdaxili qaydalara ziddir. 15.03.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh adına ******* manat məbləğində kredit vəsaiti formal olaraq rəsmiləşdirilmişdir. Cavabdeh Fondun hazırda əsaslanaraq K.Əlliyevdən pul tələb etdiyi 15.03.2013-cü il tarixli kredit müqaviləsi vəsaitin ona verilməməsi və bank tərəfindən müqavilənin birtərəfli qaydada onun adına rəsmiləşdirilməsi halları müəyyən olunduğu üçün İddiaçı ASC-nin Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli qərarı ilə ləğv edilmiş və borcun silinməsi qərara alınmışdır. Həmin məbləğin bankın balansından silinməsi isə tam qanunamüvafiq şəkildə həyata keçirilmişdir. Belə ki, aparılmış bankdaxili araşdırmaların nəticələri əsasında AR Mülki Məcəlləsinin 107.7-ci maddəsinin və “Banklar haqqında” AR Qanununun 23-cü maddəsinin tələblərinə müvafiq şəkildə banka ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirən Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərara əsasən həqiqətdə balansda mövcud olmayan (verilməyən) borcun və qanunsuz rəsmiləşdirilmiş kreditin balansdan silinməsi qərara alınmışdır. Bundan əlavə qeyd olunan məsələ ilə bağlı tərəflər arasında Müşahidə Şurasının sözügedən qərarı ilə bağlı mübahisələr üzrə məhkəmə instansiyalarının aktları da mövcuddur. Həmin məhkəmə aktlarından da məlum olur ki, Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarı tamamilə qanuni və əsaslıdır. Səlahiyyətinin olmadığı halda Əmanətlərin Sığortalanması Fondunun 01 nömrəli 01.03.2017-ci il tarixli Qərarla özündən əvvəl fəaliyyət göstərən bankın səlahiyyətli orqanı olan Müşahidə Şurasının artıq icra olunmuş 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarını sonradan ləğv etməsi isə tamamilə qanunvericiliyə ziddir. Həmçinin ləğvedici bankın səlahiyyətli orqanı olan Müşahidə Şurasının artıq icra olunmuş 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarını şübhə altına alması, həmin qərara əsasən silinmiş borcu və ləğv olunmuş kredit müqaviləsini bərpa etməsi qanunsuz və qeyri-mümkündür. Eyni zamanda Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarına əsasən balansda mövcud olmayan vəsaitin və qanunsuz rəsmiləşdirilmiş kreditin balansdan silinməsi qərara alınmasına baxmayaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən yenidən balansa bərpa edilməsi və həmin məbləğlərin hazırda iddiaçıdan tələb edilməsi Fondun vəzifə səlahiyyətlərini aşması və əsassız varlanmaya cəhd kimi qiymətləndirilməlidir. Göstərilənlərdən aydın olur ki, bankın hazırda istinad etdiyi kredit müqaviləsinə və həmin müqavilə üzrə əsassız olaraq müəyyən edilmiş borc məbləğlərinə artıq bankın səlahiyyətli orqanı olan Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarı ilə qiymət verilmiş, həmin qərar tam şəkildə icra olunmuş və məhkəmələr tərəfindən həmin qərar qanuni və əsaslı hesab olunmuşdur. Lakin bütün bu sadalanan əsaslara rəğmən Əmanətlərin Sığortalanması Fondu iddiaçıya və onun ailə üzvlərinə qarşı açıq-aşkar qərəzli mövqe tutaraq, mübahisə üzrə məhkəmə qərarlarına hörmətsizlik edərək və onları heçə sayaraq təkrarən mövcud olmayan kredit müqaviləsinə əsaslanaraq borc tələb etməkdədir. Halbuki tərəflər arasında öhdəliyin yaranması üçün hər iki tərəfin iştirakı ilə bağlanmış müqavilənin olması və xüsusən də göstərilən vəsaitin ona verilməsi lazım idi. Lakin cavabdeh tərəfindən idiaçıya hər hansı məbləğdə kredit verilməmişdir. Buna görə də mövcud olmayan və istifadə edilməyən kredit resursunun geri qaytarılmasından da söhbət gedə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-3346/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbləri təmin edilməmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir: Belə ki, iş materiallarından da görünür ki, X11 36/1 omrəli 05.11.2015-ci il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərara əsasən 5.03.2013-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş 2 000 000 manat məbləğində kreditin balansdan silinməsi qərara alınmışdır və həmin qərar icra edilmişdir. Lakin həmin qərara baxmayaraq cavabdeh ləğv prosesində olan "İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu özündən əvvəl fəaliyyət göstərən Bankın X10nı şübhə altına almışdır. Halbuki X11 36/1 nömrəli 05.11.2015-ci il tarixli qərarı AR Mülki Məcəlləsinə, "Banklar haqqında” AR qanununa, AR Mərkəzi Bankının 18.12.2013-cü il tarixli "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydaları və digər təlimat və qaydalara uyğun olaraq qəbul edilmiş və hazırda da qüvvədədir. Ən əsası həmin qərar çox ciddi araşdırma nəticələrinə və dəlillərə əsaslanır. Müşahidə Şurasının qəbul etdiyi həmin qərarın cavabdeh tərəfindən dəyişdirilməsi, düzəliş edilməsi, mübahisələndirilməsi və ya ləğv edilməsi qanunvericiliyə və bankdaxili qaydalara ziddir. 15.03.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh adına ******* manat məbləğində kredit vəsaiti formal olaraq rəsmiləşdirilmişdir. Cavabdeh Fondun hazırda əsaslanaraq K.Əlliyevdən pul tələb etdiyi 15.03.2013-cü il tarixli kredit müqaviləsi vəsaitin ona verilməməsi və bank tərəfindən müqavilənin birtərəfli qaydada onun adına rəsmiləşdirilməsi halları müəyyən olunduğu üçün "İddiaçı” ASC-nin Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli qərarı ilə ləğv edilmiş və borcun silinməsi qərara alınmışdır. Həmin məbləğin bankın balansından silinməsi isə tam qanunamüvafiq şəkildə həyata keçirilmişdir. Belə ki, aparılmış bankdaxili araşdırmaların nəticələri əsasında AR Mülki Məcəlləsinin 107.7-ci maddəsinin və "Banklar haqqında” AR Qanununun 23-cü maddəsinin tələblərinə müvafiq şəkildə banka ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirən Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərara əsasən həqiqətdə balansda mövcud olmayan (verilməyən) borcun və qanunsuz rəsmiləşdirilmiş kreditin balansdan silinməsi qərara alınmışdır. Bundan əlavə qeyd olunan məsələ ilə bağlı tərəflər arasında Müşahidə Şurasının sözügedən qərarı ilə bağlı mübahisələr üzrə məhkəmə instansiyalarının aktları da mövcuddur. Həmin məhkəmə aktlarından da məlum olur ki, Müşahidə Şurasının 36/1 nömrəli 05.11,2015-ci il tarixli Qərarı tamamilə qanuni və əsaslıdır. Səlahiyyətinin olmadığı halda Əmanətlərin Sığortalanması Fondunun 01 nömrəli 01.03.2017-ci il tarixli Qərarla özündən əvvəl fəaliyyət göstərən bankın səlahiyyətli orqanı olan Müşahidə Şurasının artıq icra olunmuş 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarını sonradan ləğv etməsi isə tamamilə qanunvericiliyə ziddir. Həmçinin ləğvedici bankın səlahiyyətli orqanı olan Müşahidə Şurasının artıq icra olunmuş 36/1 nömrəli 05.11,2015-ci il tarixli Qərarını şübhə altına alması, həmin qərara əsasən silinmiş borcu və ləğv olunmuş kredit müqaviləsini bərpa etməsi qanunsuz və qeyri-mümkündür. Eyni zamanda Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarına əsasən balansda mövcud olmayan vəsaitin və qanunsuz rəsmiləşdirilmiş kreditin balansdan silinməsi qərara alınmasına baxmayaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən yenidən balansa bərpa edilməsi və həmin məbləğlərin hazırda iddiaçıdan tələb edilməsi Fondun vəzifə səlahiyyətlərini aşması və əsassız varlanmaya cəhd kimi qiymətləndirilməlidir. Göstərilənlərdən aydın olur ki, bankın hazırda istinad etdiyi kredit müqaviləsinə və həmin müqavilə üzrə əsassız olaraq müəyyən edilmiş borc məbləğlərinə artıq bankın səlahiyyətli orqanı olan Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015- ci il tarixli Qərarı ilə qiymət verilmiş, həmin qərar tam şəkildə icra olunmuş və məhkəmələr tərəfindən həmin qərar qanuni və əsaslı hesab olunmuşdur. Lakin bütün bu sadalanan əsaslara rəğmən Əmanətlərin Sığortalanması Fondu iddiaçıya və onun ailə üzvlərinə qarşı açıq-aşkar qərəzli mövqe tutaraq, mübahisə üzrə məhkəmə qərarlarına hörmətsizlik edərək və onları heçə sayaraq təkrarən mövcud olmayan kredit müqaviləsinə əsaslanaraq borc tələb etməkdədir. Halbuki tərəflər arasında öhdəliyin yaranması üçün hər iki tərəfin iştirakı ilə bağlanmış müqavilənin olması və xüsusən də göstərilən vəsaitin ona verilməsi lazım idi. Lakin cavabdeh tərəfindən idiaçıya hər hansı məbləğdə kredit verilməmişdir. Buna görə də mövcud olmayan və istifadə edilməyən kredit resursunun geri qaytarılmasından da söhbət gedə bilməz. Qanunsuz olaraq iddiaçının adına rəsmiləşdirilmiş kredit müqaviləsi bankın səlahiyyətli orqanı olan Müşahidə Şurası tərəfindən ləğv edilmişdir. İş üzrə tərəfindən təqdim edilmiş məhkəmə aktlarından da aydın olur ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu hər nə qədər də X11 05.11.2015-ci il tarixli 36/1 saylı qərarını şübhə altına alsa da, məhkəmə orqanları, o cümlədən yuxarı instansiya məhkəmələri həmin qərarın hazırda qüvvədə olmasını, dəyişdirilməməsini və ləğv edilməməsini, xüsusən də cavabdeh ləğvedicinin özündən əvvəl fəaliyyət göstərən orqanın qərarını ləğv etmək, dəyişdirmək və ya mübahisələndirmək səlahiyyətinin olmamasını müəyyən etmişlər. Lakin cavabdeh ləğvedici qanuni qüvvəsini almış məhkəmə aktlarını heçə sayaraq və həmin qərarlara hörmətsizlik edərək artıq məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş məsələləri yenidən qaldıraraq mübahisələndirməkdədir. İddiaçının 01.01,2016-cı il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə heç bir borc öhdəliyi olmamışdır. Qanuni qüvvəsini almış məhkəmə aktlarından da aydın olduğu kimi cavabdeh Əmanətlərin Sığortalanması Fondu vəzifə səlahiyyətlərini aşmaqla son dərəcə uğursuz və qanunsuz addım ataraq özünün 01 nömrəli 01.03.2017-ci il tarixli qərarı ilə X13 05.11.2015-ci il tarixli 36/1 saylı qərarını ləğv etməyə və bu qanunsuz qərarının məhkəmələr tərəfindən təsdiq edilməsinə cəhd etmişdir. İş materiallarından da görünür ki, cavabdehin həmin cəhdləri uğursuz olmuş, məhkəmə orqanları X11 05.11.2015-ci il tarixli 36/1 saylı qərarının legitimliyini və qanuniliyini tanımışlar. Lakin iddiaçının banka borcunun olmadığı halda cavabdeh Əmanətlərin Sığortalanması Fondu xxxxna müraciət edərək, iddiaçının adına geri tarixə 15.03.2013-cü il tarixinə borcunun olması barədə reyestrə məlumat daxil etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun hərəkətləri ilə yanaşı xxxx da qanunsuz hərəkətlərə yol vermişdir. Ona görə ki, xxxx bu və ya digər məlumatları reyestrə daxil etməzdən əvvəl həmin məlumatların həqiqiliyini yoxlamalı, müraciət edən bankdan aidiyyəti sənədləri tələb etməli və xüsusən də mübahisə predmeti olan kredit müqaviləsinin 15.03.2013-cü il tarixdə bağlanmasını, qeydiyyatını isə xeyli müddət sonra aparılması zərurətini araşdırmalı və qeyd olunan müqavilə üzrə borc məlumatlarını reyestrə daxil etməkdən imtina etməli idi. Lakin xxxx cavabdeh Əmanətlərin Sığortalanması Fondunun həqiqətə uyğun olmayan borc məlumatlarını olduğu kimi reyestrə daxil etməklə iddiaçının vətəndaş kimi qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, iddiçı hansı banka kredit üçün müraciət edirsə, banklar xxxxna sorğu verir, həmin sorğunun nəticəsində isə guya iddiaçının 15.03.2013-cü il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 2 000 000 manat məbləğində borcunun olması görünür. Nəticə etibarilə isə banklar iddiaçıya kredit verməkdən imtina edirlər. Tərəflərindən xxxxna müraciət edilərək həmin kredit müqaviləsi üzrə məbləğlərin hansı əsasla və hansı tarixdə kredit reyestrinə daxil edilməsi barədə məlumat verilməsi xahiş edilsə də hazıradək müraciətə cavab ala bilməmişlər. Buna görə də, iddiaçının digər tələbinin təmin edilməsi ilə yanaşı, 15.03.2013-cü il tarixli kredit müqaviləsi üzrə reyestrdə aparılmış borc qeydiyyatının ləğv edilməsi də son dərəcə zəruridir. Məhkəmə haqlı olaraq cavabdeh tərəfindən iddiaçıya 15.03.2013-cü il tarixli kredit müqaviləsinə əsasən kredit borcunun olmasını təsdiq edən sənədləri (kassa-məxaric orderinin əslini və s.) məhkəməyə təqdim edə bilməməsini, məhkəmə araşdırması zamanı da iddiaçının ləğv prosesində olan "İddiaçı" ASC-yə kredit borcunun olmasını hər hansı sübutla öz təsdiqini tapmamasını qeyd etsə də, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.03.2013-cü il tarixli 185/013 saylı kredit müqaviləsinə əsasən bankın iddiaçıya illik 8 faizlə 24 ay müddətinə 2 000 000 manat məbləğində kredit verməsinin Məhkəmə tərəfindən müəyyən edilməsini göstərmişdir. Halbuki iddiaçı iddia ərizəsində və bütün məhkəmə proseslərində 15.03.2013-cü il tarixli 185/013 saylı kredit müqaviləsinə əsasən bankın ona hər hansı bir məbləğdə borc verməməsini qeyd etmiş və məhkəmənin də qətnamədə göstərdiyi kimi cavabdeh ƏSF bunun əksini təsdiq edən sübutları (yəni iddiaçıya müqavilə üzrə borc vəsaitini verməsini göstərən sənədləri) məhkəməyə təqdim edə bilməmişdir. Bütün bu hallar isə cavabdehin iddiaçıya borc verməsini yox, verməməsini təsdiq edir. Başqa sözlə desək, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya 15.03.2013-cü il tarixli 185/013 saylı kredit müqaviləsinə əsasən borc verməməsi müəyyən olunduğu halda, məhkəmə qətnamədə əsassız olaraq məhkəmə araşdırması zamanı guya borcun verilməsinin müəyyən edilməsini qeyd etmişdir. Bundan əlavə məhkəmə özü qətnamədə cavabdeh ƏSF-nun sonradan verdiyi 01.03.2017-ci il tarixli qərarının məhkəmə qaydasında tanınmasına, təsdiq olunmasına nail ola bilməməsini, "İddiaçı" ASC-nin Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarının qüvvədə olmasını və iddiaçının cavabdeh ƏSF-na borcunun olmamasını qeyd etsə də, xxxxnun reyestrində iddiaçının adında mübahisə predmeti olan kredit müqaviləlsinə əsasən borc barədə qeydin hazıradək qalmasını nəzərə almamış, iddiaçının bununla bağlı cavabdehlər tərəfindən pozulmuş hüquqlarını bərpa etməmişdir. Beləliklə işin məhkəmə tərəfindən araşdırılmış hallarından da tam sübuta yetirilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 15.03.2013-cü il tarixli 185/013 saylı kredit müqaviləsindən irəli gələn hər hansı bir borc münasibətləri (öhdəlikləri) ümumiyyətlə yaranmamışdır və hazırda da mövcud deyil. Yəni tərəflər arasında öhdəliyin yaranması üçün tələb olunan hüquq münasibəti ümumiyyətlə yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə iddianı təmin etməli olduğu təqdirdə, iddiaçının iddia tələblərini rədd etməkdə haqlı olmamışdır. Buna görə də hesab edirik ki, iddiaçının hazırki apellyasiya şikayəti apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam, obyektiv araşdırılmalı və mübahisənin ədalətli həllinə nail olunmalıdır. Birləşdirilmiş iş üzrə cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul etdiyi 27.12.2019-cu il tarixli 2(006)- 3346/2019 saylı qətnaməsi ədalətsiz və qeyri-obyektiv olduğuna görə apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müşahidə Şurasının 36/1 nömrəli 05.11,2015-ci il tarixli qərarı halhazırda qüvvədədir. Həmçinin cavabdeh iddiaçının kredit borcunun olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdi. Məhkəmə araşdırması zamanı da iddiaçının ləğv prosesində olan İddiaçı ASC-yə kredit borcunun olması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mövcud olmayan borcun silinməsinə dair iddiası əsaslı hesab edilə bilməz. Belə ki, hazırda ləğv prosesində olan İddiaçı ASC (bundan sonra İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.03.2013-cü il tarixli 185/013 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 8 faiz ödəmək şərtilə 2.000.000 (iki milyon manat) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, X12 (Cavabdeh atası) ilə İddiaçı ASC arasında bağlanmış 15.03.2013-cü il tarixli 184/013 saylı və 19.07.2013-cü tarixli 658/13 saylı kredit müqavilələrinə əsasən ona 24 ay müddətinə illik 8 faiz ödəmək şərtilə ardıcıllıqla 8.000.000 (səkkiz milyon manat) AZN və 2.050.000 (iki milyon əlli min manat) AZN olmaqla ümumilikdə 10.050.000 (on milyon əlli min manat) AZN məbləğində kredit verilmişdir. Daha sonra X12 tərəfindən İddiaçı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışarkən özünün və oğlu Cavabdeh adı çəkilən kredit müqavilələri üzrə borcalan qisminidə çıxış etməklə maraqlı şəxs olmasına baxmayaraq Müşahidə Şurasının 05.11.2015-ci il tarixli 36/1 saylı qərarı (bundan sonra “Qərar”) ilə sözügedən kredit müqavilələri üzrə kredit məbləğləri qanunsuz və əsassız olaraq balansdan silinərək balansdankənar hesabda uçotu aparılmışdır. Halbuki, nə Banklar haqqında qanun, nə də ki Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə Müşahidə Şurası sədrinin bu cür qərar vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Eyni zamanda İddiaçı ASC-nin həmin dövrdə qüvvədə olan “Müşahidə Şurası” haqqında 12.08.2013-cü tarixli Əsasnaməsində də Müşahidə Şurasının sədrinə belə səlahiyyətlər verilməmişdir. X10 vicdanlılıq prinsipi (özü və ovladın barəssində qərarın qəbul edilməsində birbaşa iştirak etmək), hüquqi məntiq (özü və ovladı barəssində qəbul edilmiş qərarın imzalanması) və hüquqi şəxsin mənafeləri (on iki milyon beş yüz min manat borcun silinməsi) ilə təzad təşkil etmiş və beləliklə də qanunsuz və əsassız qərarın qəbul edilməsinə yol açmışdır. Müşahidə Şurasının sözügedən Qərarı həmçinin banklar haqqında qanunun 25-ci maddəsinin tələblərinə də uyğun tərtib edilməmişdir. Belə ki, Banklar haqqında qanunun 25.5-ci maddəsinə əsasən Müşahidə Şurasının iclasları ən azı üç ayda bir dəfə keçirilir. İclasları nəticələrinə dair protokol Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir. Bəhs edilən “Qərar” iclasın yerini, vaxtını iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol ilə ümumiyyətlə rəsmiləşdirilməmişdir. Burdan da İddiaçıASC-nin Müşahidə Şurasının sədri tərəfindən həmin Qərarın təkbaşına qəbul edilməsi qənaətinə gəlmək olar ki, bu hal öz-özlüyündə qeyri-qanunidir. Fondun 01 mart 2017-ci il tarixli qərarı ilə X11 05.11.2015-ci il tarixli 36/1 qərarı ləğv olunsa da, məhkəmə bu halı diqqətə almamışdır Məhkəmənin göstərdiyi arqumentlərlə bağlı bildirmək istərdik ki, hazırda ləğv prosesində olan İddiaçı ASC-nin Müşahidə Şurasının 05.11.2015-ci il tarixli 36/1 saylı Qərarının qanuniliyi, bankın və kreditorların qanuni maraqlarına uyğunluğu ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən aparılmış, X11 və Müşahidə Şurasının sədrinin bu cür qərar qəbul etmək səlahiyyətinin olmaması, qəbul edilmiş qərarın bankın və kreditorların qanuni maraqlarına vurduğu ziyan nəzərə alınaraq və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 71.3-cü maddəsi rəhbər götürülərək, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01.03.2017-ci il tarixli 01 saylı Qərarına əsasən, İddiaçı ASC-nin keçmiş Müşahidə Şurasının 05.11.2015-ci il tarixli 36/1 saylı qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. Belə ki, X12 İddiaçı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışarkən konkret kredit müqaviləsi üzrə oğlu Cavabdeh Borcalan qismində çıxış edərək maraqlı şəxs olmasına baxmayaraq, Müşahidə Şurasının 05.11.2015-ci il tarixli, 36/1 saylı qərarına əsasən, 15.03.2013-cü il tarixli, 184/013 saylı, 15.03.2013-cü il tarixli 185/013 saylı və 19.07.2013-cü il tarixli 658/013 saylı kredit müqavilələri üzrə kredit məbləğləri qanunsuz və əsassız olaraq balansdan silinmiş, balansdankənar hesabda uçotu aparılmış, ipoteka müqavilələri ləğv edilmiş və ipotekaya qoyulmuş əmlaklar yüklülükdən azad edilmişdir. Nə Banklar haqqında qanun, nə də ki Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə Müşahidə Şurası sədrinin bu cür qərar vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Eyni zamanda, İddiaçı ASC-nin həmin dövrdə qüvvədə olan “Müşahidə Şurası” haqqında 12.08.2013-cü il tarixli Əsasnaməsində də Müşahidə Şurasının sədrinə belə səlahiyyətlər verilməmişdir. Məhkəmə qətnaməsində Cavabdeh borcunun balansdan silinməsinə və balansdankənar hesablanmasına dair Müşahidə Şurasının 05.11.2015-ci il tarixli 36/1 qərarının qüvvədə olduğuna istinad edərək, iddiaçının borcunun olmaması qənaətinə gəlmişdi. Lakin X10nı görən məhkəmə, necə olmuşdursa LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli borcun yenidən hesablanması üçün balansa qaytarılması barədə qərarını iş materiallarına əlavə olunsa belə görməzdən gəlmişdir. Məhkəmə iddiaçının öz borcunu etiraf etməsinə belə məhəl qoymamışdır. Belə ki, öz iddia ərizəsi ilə borcunun olduğunu etiraf edən və onun silinməsini məhkəmədən tələb edən, bunun üçün hətta xətşünaslıq ekspertizasının keçirilməsini tələb edən iddiaçıya, məhkəmə sənin borcun yoxdur deyir və hətta öz qətnaməsində cavabdehin iddiaçının borcunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyini göstərmişdir. Əmanətlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli borcun yenidən hesablanması üçün balansa qaytarılması barədə qərar və həmin qərara uyğun olaraq borcu göstərən hesabdan çıxarış məhkəməyə təqdim olunsa da məhkəmə tərəfindən yox kimi qiymətləndirilmişdi. Məhkəmə qətnamə qəbul edərkən ən asas vasitələrdən istifadə etmiş, işi hərtərəfli araşdırmamışdır. Dəfələrlə məhkəmə prosesində bank əməliyyatlarının aparılması zamanı istinad olunan Azərbaycan Respublikası Mərkəzi Bankını Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması haqqında 18.12.2013-cü il tarixli 25/1 saylı qaydalarının bu münasibətlərə tətbiq olunduğu məhkəmədə bildirilsə də, məhkəmə tərəfindən 10 səhifədən ibarət olan bu qaydalar araşdırılmamışdır. Qeyd edilənlərə əsasən hesab edirlər ki, Nəsimi rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması nəticəsində çıxarıldığına görə qanunsuz və əsassızdır və buna görə də ləğv olunmalıdır. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətlərinə uyğun izahat verərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçının vəkili X8 apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, iddiaçı Cavabdeh bank qarşısında heç bir öhdəliyi yaranmamış, tələb olunan pul vəsaitləri ilə əlaqəli korrupsiya faktları üzrə Ölkə başçısına və Azərbaycan Respublikası Baş Prokurorluğuna tərəflərindən müraciət olunmuş, başlanmış cinayət işi üzrə müvafiq sənədlər bankdan götürülərək araşdırma aparılır və bu barədə iddiaçı bankın da məlumatı vardır. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəllillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, birinci iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1343/2018 saylı iş üzrə 31 may 2018-ci il tarixli qətnaməsindən ləöv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, həmçinin, birləşdirilmiş iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3346/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Kollegiya ilk növbədə birinci iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” barədə tələbə qiymət verməklə aşağıdakıları qeyd edir: İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 21 noyabr 2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh 20 noyabr 2017-cı il tarixə əsas borc üzrə - 2.000.000 (iki milyon) manat, faiz borcu üzrə - 320.000 (üç yüz iyirmi min) manat və dəbbə pulu 268.977,78 (iki yüz altmış səkkiz min doqquz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat olmaqla, cəmi 2.588.977,78 (iki milyon beş yüz səksən səkkiz min doqquz yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 15 mart 2013-cii il tarixli Nİ-185/013 №-li kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 8 faiz ödəmək şərtilə 2.000.000 (iki milyon) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərə!indən Cavabdeh ünvanlanmış 25 oktyabr 2017-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh banka olan cəmi 2.737.333.33 (iki milyon yeddi yüz otuz yeddi min üç yüz otuz üç manat 33 qəpik) manat borcu 5 gün müddətinə ödənilməzsə, bank bütün borcun və borcun qaytarılması ilə əlaqədar rəkiləcək xərclərin ödənilməsi tələbi ilə müvafiq məhkəmə orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli 36/1 saylı qərarının surətindən görünür ki, 1) E.Əliyevin və Cavabdeh adına rəsmiləşdirilmiş kreditin ödənişi məqsədilə ondan qeyri-qanuni alınmış 460.000 (dörd yüz altmış min) manat məbləğində vəsait kredit məbləğinin üzərinə bərpa olunması, 2) 15.03.2013-cü il tarixdə E.M.Əliyevin adma rəsmiləşdirilmiş 8.000.000 (səkkiz milyon) manat, 15.03.2013-cü il tarixdə К.E.Əliyevin adın rəsmiləşdirilmiş 2.000.000 (iki milyon) manat və 19.07.2015-ci il tarixdə E.M.Əliyevin adına rəsmiləşdirilmiş 2.050.000 (iki milyon əlli min) manat məbləğində kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılmasının təmin edilməsi; 3) Qərarın ikinci bəndində qeyd olunan kreditlər üzrə bağlanmış ipoteka müqavilələrinin ləğv edilməsi, əmlakların müvafiq qaydada yüklülükdən azad edilməsi; 4) X18 tapşırılmışdır ki, qərarın ikinci bəndində qeyd olunmuş kreditlərin rəsmiləşdirilməsi zamanı yol verilmiş qanun pozuntularının araşdırılması, kreditin qaytarılması mənbəyinin müəyyən edilməsi və qaytarılmasının təmin edilməsi; 5) Araşdırmaların nəticəsinin məsələyə hüquqi qiymət verilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət olunması üçün Müşahidə Şurasının müzakirəsinə çıxarılması; 6) В.M.Əliyevin ərizəsinin nəzərə alınması, ondan qeyri-qanuni alınmış 460.000(dörd yüz altmış min) manat məbləğində vəsaitin B.Əliyevin cari hesabına bərpa olunması qərara alınmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmantlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli 01 №li qərarının surətindən görünür, İddiaçı ASC-nin Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli 36/1 saylı qərarı «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 24 və 25-ci maddələrinə zidd olduğundan ləğv edilməsi və qərarın ləğvediciyə nəzarəti həyata keçirən məhkəmə orqanına təsdiq olunması üçün təqdim edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş sənədlərin texniki ekspertizası ilə bağlı 16 noyabr 2020- ci il tarixdə məhkəməyə daxil olmuş 11 noyabr 2020-ci il tarixli 5/750 saylı Ekspertiza Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh adına verilmiş 15.03.2013-cü il tarixli kassa məxaric qəbzin və 15 mart 2013-cü il tarixli № Nİ-185/013 saylı kredit müqaviləsinin (cild İ i.v 85-93) reproqrafik surətləri Cavabdeh adına verilmiş 15.03.2013-cü il tarixli kassa məxaric qəbzinin və 15 mart 2013-cü il tarixli № Nİ-185/013 saylı kredit müqaviləsinin (cild İİ, i.v 246-254) surətləridir. İş materillarında olan məhkəmə qərarları, sənədlər və işin faktiki halları ilə müəyyən olunur ki; Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli qərarı ilə İddiaçıASC-nin Müşahidə Şürasının 05.11.2015-ci il tarixli 36/1 qərarı ləğv olunmuşdur. Ərizəçi Azərbaycan Respublikasının Mərkəzi Bankı iflas prosedurunun başlanmasına dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin müflis elan olunması, «xxxx»xxxx«xxxx» MMC-nin təyin edilməsi, ləğvediciyə təyin olunacaq aylıq əmək haqqının 1500 manat müəyyən olunmasını xahiş etmişdir. 1 Saylı Bakı İnzibati İqtisadi Məhkəməsi həmin işə baxarkən 04 fevral 2016-cı il tarixli qərardadla İddiaçı ASC iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, 20 aprel 2017-ci tarixli qərardadla İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin Müşahidə Şurasının 05 noyabr 2015-ci il tarixli 36/1 qərarının ləğv olunması haqqında 01 mart 2017-ci il tarixli 01 nömrəli qərarının məhkəmə qaydasında təsdiq olunması barədə ərizəsi mümkün sayılmamışdır. 1 Saylı Bakı İnzibati İqtisadi Məhkəməsi bu barədə 2-1(81)-1541/2016 saylı iş üzrə 20 aprel 2017-ci il tarixli qərardadından Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1373 saylı iş üzrə qəbul etdiyi 12 iyun 2017-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin olunmamışdır. Əmanətlərin Sığortalanması Fondunun və onun vəkili T.Əmənovun həmin gərdaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1655/2017 saylı iş üzrə qəbul etdiyi 15 sentyabr 2017-ci il tarixli qərarı ilə rədd edilmişdir. Məhkəmələr həmin işə baxarkən Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli qərarı ilə İddiaçı ASC-nin Müşahidə Şürasının 05 noyabr 2015-ci il tarixli 36/1 qərarının ləğv olunmasının məhkəmə qaydasında təsdiq olunmasını ona görə mümkünsüz hesab etmişlər ki, “Banklar haqqında Qanunun 71.4-cü maddəsinə görə ləğvedici bütün hallarda yox, yalnız Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün məhkəməyə müraciət edə bilər. Ləğvedicinin hazırki ərizəsi həmin maddənin təsiri altına düşməməklə yanaşı, bu ərizədə göstərilənlər iflas proseduru çərçivəsində məhkəmə nəzarəti qaydasında baxılan məsələlərə də aid deyildir. Ləğvedicidən əvvəl fəaliyyət göstərən Bankın səlahiyyətli orqanlarının qərarlarını mübahisələndirmək, dəyişmək və ləğv etmək hüququ yoxdur, bu səbəbdən ləğvedici X14 05 noyabr 2015-ci il tarixli, 36/1 nömrəli qərarının ləğv edilməsi ilə bağlı sonradan verdiyi qərarın məhkəmə qaydasında tanınması və təsdiq olunması barədə məhkəməyə müraciət edə bilməzdi. Ləğvedici Əmanətlərin Sığortalanması Fondu özü müstəqil qərar vermiş, məhkəməyə hər hansı göstəriş üçün müraciət etməmiş, beləliklə, hazırki tələblə ləğvedicinin məhkəməyə müraciət etmək hüququ olmamış, iddiaçı iddianın qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamış, onun mübahisə predmeti barəsində hər hansı inzibati tələb və müdafiə hüququ yaranmamış, nəticədə mümkünlük şərtləri yerinə yetirilməyən iddia birinci instansiya məhkəməsinə təqdim olunan və qərardad qəbul edilən andan mümkün olmamışdır». Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 mart 2017-ci il tarixli qərarı ilə İddiaçı ASC-nin Müşahidə Şürasının 05 noyabr 2015-ci il tarixli 36/1 qərarı ləğv olunsa da, ləğvedici həmin qərarın məhkəmə qaydasında tanınmasına və təsdiq olunmasına nail ola bilməmişdir. Beləliklə məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Müşahidə Şürasının 05 noyabr 2015-ci il tarixli 36/1 qərarı hal-hazırda qüvvədədir. Bu səbəbdən iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası əsassızdır. Belə ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının təqdim etdikləri sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün kifayət etmir. Beləliklə məhkəmə kollegiyası işin hallarını tam və hərtərəfli araşdırıb toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsassız olduğundan təmin olunmamasi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə tələbə qiymət verməklə aşağıdakıları qeyd edir: Birinci iş üzrə yuxarıda qeyd olunmuş iş materiallarından əlavə Kollegiya nəzərə alır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(006)-1343/2018 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli, 2-1(103)-9761/2018 saylı qətnaməsini ləğv edərək mülki işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2(102)-285/2019 saylı qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-285/2019 saylı, 17 yanvar 2019-cu il tarixli Qərarına əsasən iddaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli 2(103)-9761/2018 nömrəli qətnaməsi ləv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərarda vurğulanmışdır ki, Cavabdeh atası X1 Şurasının sədri vəzifəsinə bərpa ediləndən sonra 05.11.2015 ci il tarixində 36/1 saylı Qərar qəbul edib. Həmin qərarda qeyd edilib ki, X4 müraciətinə baxılaraq 15.03.2013 cü il tarixli X5 adına rəsmiləşdirilən 8.000.000 manat, 15.03.2013 ci il tarixində Cavabdeh adına rəsmiləşdirilən 2.000.000 manat, 19.07.2015 cil tarixində X5 adına rəsmiləşdirilən 2.050.000 manat kredit müqavilələri üzrə kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılması təmin edilmiş, girovlar ipoteka yüklülüyündən azad edilmişdir və sözügedən kredit müqavilələri üzrə X4 banka ödədiyi 400.000 manatdan artıq pul vəsaiti ərizəçiyə geri qaytarılmışdır. 15 mart 2013-cü il tarixli Nİ185/013 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 8 faiz ödəmək şərtilə 2.000.000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılması, balansdankənar hesaba köçürülən pul vəsaitinin balansa qaytarılması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmiş, həmçinin əlavə araşdırma aparılmamışdır.” Bununla bağlı Kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2019-cu il tarixli 21070 nömrəli rəyindən görünür ki, iş materiallarında əksini tapan 05 noyabr 2015-ci il tarixli, 36/1 nömrəli "İddiaçı" ASC X10 ilə kreditin balansdan silinməsi və balansdankənar uçotun aparılması qərara alınmışdır. İş materiallarında olan sənədə əsasən 17.11.2015-ci il tarixdə həmin qərarın icra olunması öz əksini tapmışdır.İş materiallarında 15 mart 2013- cü il tarixli, Nİ-185/013 saylı kredit müqaviləsi üzrə 2 000 000,0 manat məbləğində vəsaitin balansdankənar hesabdan balansa qaytarılmasına dair hər hansı bir sənəd mövcud deyil. İş materiallarında 15 mart 2013-cü il tarixli, Nİ-185/013 saylı kredit müqaviləsi üzrə borcun balans hesabında yoxsa balansarxası hesabda qalıq kimi olub-olmaması barədə hər hansı bir sənəd mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, "İddiaçı" ASC-nin Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarı hal-hazırda qüvvədədir.Məhkəmə araşdırması zamanı da iddiaçının ləğv prosesində olan "İddiaçı" ASC-yə kredit borcunun olması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mövcud olmayan borcun silinməsinə dair iddiası əsaslı hesab edilə bilməz. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən,bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil,iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. (68-ci paraqraf) «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. (93-cü paraqraf) Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Cavabdeh ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna və “xxxx” MMC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəmələrinin qətnamələri faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamələrin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Həmçinin, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 61,52 manat (altmış bir manat əlli iki qəpik) iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Birinci iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1343/2018 saylı iş üzrə 31 may 2018-ci il tarixli qətnaməsindən ləğv prosesində olan "İddiaçı" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(007)-1343/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Həmçinin, birləşdirilmiş iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3346/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh ləğv prosesində olan olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3346/2019 saylı, 27 dekabr 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 61,52 manat (altmış bir manat əlli iki qəpik) iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar