Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6600/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndələri Nümayəndə və X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-404/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4.919,15 (dörd min doqquz yüz on doqquz) manat 15 qəpik, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.11.2016-ci il tarixli 019-K saylı əmək müqaviləsi ilə Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz adminstrator vəzifəsinə işə qəbul olunmuş və “X8” haqqında müqavilə imzalanmışdır. 30.10.2019-cu il tarixdə 480-K əmrlə Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh 10.06.2019-cu il tarixdə Oba - Ramana 4 (kod 250) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 11.02.2019-10.06.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 6.045,15 (altı min qırx beş) manat 15 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edilmiş 6.045,15 (altı min qırx beş) manat 15 qəpik qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək 1.126 (bir min yüz iyirmi altı) manat ödəniş həyala keçirilmişdir. Qalıq borcu 4.919,15 (dörd min doqquz yüz on doqquz) manat 15 qəpik təşkil edir. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “aktın etibarsız hesab edilməsi, maddi zərərin tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 11.02.2019-10.06.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə”dair Aktın etibarsız hesab edilməsi və onun əmək haqqından qanunsuz tutulmuş 1.126 (bir min yüz iyirmi altı) manat pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə bağlanmış 019-K saylı, 16.11.2016-ci il tarixli əmək müqaviləsi ilə o, 3 (üç) aylıq sınaq müddəti ilə adminstrator vəzifəsinə işə qəbul olunmuş və bu günədək bir dəfə də olsun inztizam məsuliyyətinə cəlb edilməmişdir. Buna baxmayaraq, “X11” MMC onun guya iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verdiyini göstərmiş, lakin,30.10.2019-cu il tarixli 480-K əmrdə həmin əmək müqaviləsinə onun öz xahiş ilə xitam olunduğu göstərilmişdir. Həmin əmrin surəti ona təqdim edilməmiş yazılı müraciətinə də bu günədək cavab verilməmişdir. Digər tərəfdən İddiaçı MMC qeyd edir ki, 10.06.2019-cu il tarixdə Oba - Ramana 4 (kod 250) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində onun Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 11.02.2019-10.06.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə”dair Akta əsasən yekun ziyan məbləği 6.045,15 manat məbləğində zərərvurması məlum olmuş, indiyədək 1.126 manat ödəniş həyata keçirilmişdir, qalıq borcu 4.919,15 (dörd min doqquz yüz on doqquz) manat 15 qəpik təşkil edir. Halbuki, cavabdeh “X10" MMC həmin pozuntu ilə bağlı onun izahatını belə almamış, onun buna razılığı olmadan və heç bir qanuni əsas olmadan onun əmək haqqına tutma yönəldərək iki ay müddətində əmək haqqından 1.126 manat pul tutmuş, o bu vəziyyətlə razılaşmayaraq, öz ərizəsilə işdən azad olunub. Akt tamamilə etibarsızdır və mötəbər sübutlarla əsaslandırılmamışdır. İddiaçı MMC-nin 30.10.2019-cu il tarixli 480-K əmri ilə onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh İddiaçı MMC onun pozuntuya yol verdiyini iddia ərizəsində qeyd etsədə bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, qanunsuz olaraq onun əmək haqqından 1126 manat pul tutmuşdur. Əgər o həqiqətən pozuntuya yol vermişdirsə nəyə görə bu əmrdə göstərilməmiş və o həmin əsasla deyil və tamam başqa əsasla yəni öz xahişi ilə işdən azad edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-404/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi”nə dair iddia tələbinin təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun İddiaçı MMC-dən tutulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı MMC-dən 1.126 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X5 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməldir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən tərtib edilmiş 19 mart 2020-ci il tarixli 1473 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qoyulan sualara cavab verilməmiş, müəyyən sənədlərin çatışmazlığı səbəbindən aktın müəyyən qaydaların tələblərinə uyğun olmadığı vurğulanaraq, çatışmazlığın müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Ekspertin apardığı tədqiqat prosesi obyektiv və hər tərəfli olmamışdır. Belə ki, ekspert rəyinin təsviri hissəsində ekspert inventarizasiya prosesinin “X1”nın 12-ci bölməsinə uyğun həyata keçirilməli olduğunu, lakin həmin qaydalara uyğun keçirilmədiyini bildirmişdir. Qısa olaraq qeyd edilməldir ki, ekspertiza rəyi rəsmi sənəddir və burada Azərbaycan Respublikasının normativ hüquq bazasına, o sıradan hər hansısa bir ratifikasiya olunmuş beynəlxalq sənədə aid olmayan normativ sənədə istinad etmək olmaz. Azərbaycan Respublikasının rəsmi dərc olunmuş sənədləri içərisində “X2” adlı sənəd mövcud deyildir. Lakin, ekspertin istinad etdiyi 12-ci bölmə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-ci il tarixli Q-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”ında öz əksini tapmışdır. Bu bölmədə isə ümumiyyətlə aktın tərtib edilməsi qaydaları öz əksini tapmamışdır. Beləliklə, ekspert nəinki qoyulan suala cavab vermiş, aktın hüquqi qüvvəsinə dair gəldiyi qənaətdə belə yanlışlığa yol vermişdir. 03.09.2020-ci il tarixli məhkəmə iclası zamanı tərəfindən təkrar ekspertiza təyin olunması üçün şifahi vəsatətlə çıxış etmiş, məhkəmə tərəfindən vəsatəti təmin edilməmişdir. Digər bir vacib hal isə, qarşılıqlı iddianın qismən təmin edilməsi ilə bağlıdır. Belə ki, məhkəmə qətnaməsində Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə istinad edilmişdir. Bütün bu qeyd edilənlərə baxmayaraq, ilkin iddia üzrə cavabdehin və qarşılıqlı iddia üzrə iddiaçının 1.126 manat pul tələbi təmin edilmişdir. Baxmayaraq ki, qarşı tərəf bu məbləğin onun aylıq əmək haqqından tutulduğunu sübut edəcək heç bir sənəd təqdim etməmiş, sadəcə olaraq bu barədə izahat vermiş və bu izahat da qətnamədə sübut kimi qiymətləndirilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 404/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia üzrə iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin rədd edilməsi, cavabdeh tərəfindən ödənilməmiş 4.919,15 manat və ümumilikdə dövlət rüsumu kimi ödənilmiş 45 manatın ilkin iddia üzrə Cavabdeh alınaraq cəmiyyətə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X6 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, ilk iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-404/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia üzrə iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Sənan Hüseynov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Ramin Zahirlinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Sənan Hüseynovun apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar mülki iş materiallarının tədqiqindən aşağıdakıları müəyyən edir. Bеlə ki, iş materiallarında olan,İddiaçı MMC (işəgötürən) ilə Cavabdeh (işçi) arasında 16.11.2016-cı il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinin (kontrakt) təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 16.11.2016-cı ildə işin birinci 3 ayı sınaq müddəti hesab edilməklə, hər ay 175 manat əmək haqqı ödənilməklə İddiaçı MMC-yə satış əməliyyatları şöbəsinə administrator vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə əsasən işçi vəzifə təlimatı ilə müəyyənləşdirilmiş əmək funksiyalarının icrasını üzərinə götürmüşdür.(İ.v.8-12) İş materiallarında olan, 16.11.2016-cı il tarixli əmək müqaviləsinə əlavə olunan “X8 haqqında Müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-də işlədiyi dövr ərzində maddi sərvətlərin qorunub saxlanılmasını, görüləcək işi layiqincə yerinə yetirməyi, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamasını və ziyankarlığa qarşı mübarizə aparmağı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı və s. tam məsuliyyəti öz üzərinə götürmüşdür.(İ.v.13) İş materiallarında olan, İddiaçı MMC-nin 16 noyabr 2016-cı il tarixli, 019-K saylı əmrindən çıxarışdan görünür ki, Quliyev X4 OBA Marketlər Şəbəkəsinə 16.11.2016-cı il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Administrator satıcı vəzifəsinə işə qəbul edilmişdir.(İ.v.15) İş materiallarında olan, Əmək müqaviləsinin bağlanması barədə xxxxxxx000200 saylı, 16.11.2016-cı il tarixli əmək müqaviləsi bildirişinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 16.11.2016-cı il tarixdən müddətsiz olaraq, hər ay 175 manat əmək haqqı ödənilməklə İddiaçı MMC-yə Adminstrator vəzifəsinə işə qəbul edilmişdir.(İ.v.18) İş materiallarında olan, İddiaçı MMC-nin 30 oktyabr 2019-cu il tarixli, 480-K saylı əmrindən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış 4 şöbəsinin Adminstratoru vəzifəsində işləyən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə 30.10.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən xitam verilmişdir.(İ.v.19) İş materiallarında olan, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0002X0 saylı, 30.10.2019-cu il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh ilə 16.11.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə 30.10.2019-cu il tarixli, 480-K saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən xitam verilmişdir.(İ.v.20) İş materiallarında olan, İddiaçı MMC tərəfindən verilmiş17.10.2019-cu il tarixli arayışdan görünür ki, 11.02.2019-cu il və 10.06.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 6.045,15 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 6.045,15 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 1.126 manat ödəniş etmişdir. Faktiki qalıq borc 4.919,15 manat təşkil edir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1473 saylı 19 mart 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 11.02.2019-cu il və 10.06.2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktlar” X1nın tələblərinə uyğun olmadığından hazırki tədqiqatla Cavabdeh İddiaçı MMC-də olan çatışmazlığını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci bəndinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddənin 2-ci bəndinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər ziyan işçi tərəfindən X8 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Birinci instansiya məhkəməsi ilk iddia üzrə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının sübut kimi istinad etdiyi 11.02.2019-10.06.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akt 1473 saylı, 19 mart 2020-ci il tarixli ekspert rəyindən göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun deyildir, lazımi qaydalara riayət olunmadan tərtib edilmişdir. Belə olan təqdirdə məhkəmə həmin aktı mötəbər sübut kimi qəbul edə bilməz. Belə ki, əmək qanunvericiliyinin tələbləri baxımından ziyanın həqiqətən vurulduğunu aşkar etmək, o cümlədən, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni əsaslı və düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından və qanunvericiliyin müvafiq müddəalarından görünüdüyü kimi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi”nə dair iddia tələbi irəli sürməkdə haqlı olmamışdır. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, araşdırma zamanı işçi tərəfindən işəgötürənə ziyan vurulduğu sübuta yetmədiyindən, işəgötürən tərəfindən Cavabdeh əmək haqqından tutulmuş məbləğlər işçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Sənan Hüseynovun apelyasiya şikayətinin dəlillərinə bir daha münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətində ekspert tərəfindən “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktlar”ın hüquqi qüvvəsinə dair gəldiyi qənaətdə yanlışlığa yol verildiyini bildirilsə də, həmin halı təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərkən bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCnin nümayəndəsi Sənan Hüseynovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-404/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Sənan Hüseynovun apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 404/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6600/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6600/2021
07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver